Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
451
Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq
girəcəklər!
61. Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib
vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin
insanların çoxu (Onun lütfünə) şükür etməz!
62. Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxudur!
Siz necə (aldanılıb haqdan) döndərilirsiniz? (Ondan necə dönürsünüz?)
63. Yalnız Allahın ayələrini inkar edənlər (haqdan) belə döndərilərlər!
64. Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi
gözəlləşdirən, sizə təmiz (pak) ne’mətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan
Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər uludur)! (Ucalardan
ucadır, xeyir-bərəkəti bol və daimidir!)
65. Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha)
dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi
olan Allaha həmd olsun!
66. (Ya Peyğəmbər!) De: "Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin
Allahdan qeyri tapındıqlarınıza (bütlərə) ibadət etmək mənə qadağan olunmuş, ancaq
aləmlərin Rəbbinə təslim olmaq buyurulmuşdur!"
67. Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan,
sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız,
daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq,
qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta
(ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb
anlayasınız deyə edilir.
68. Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə)
ona ancaq: "Ol!" - deyər, o da dərhal olar.
69. (Ya Peyğəmbər!) Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar
necə də (haqdan) döndərilirlər!
70. Kitabı (Qur’anı) və peyğəmbərlərimizə göndərdiklərimizi (vəhyi, mö’cüzələri və
hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara mə’ruz
qalacaqlarını) mütləq biləcəklər!
|