Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
450
49. Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, heç
olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!"
50. (Cəhənnəm gözətçiləri) deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar
mö’cüzələr gətirməmişdilər?" Onlar: "Bəli (gətirmişdilər)!" - deyə cavab verəcəklər.
(Cəhənnəm gözətçiləri onlara: ) "Elə isə özünüz dua edin!" - deyəcəklər. Kafirlərin duası
isə boş şeydir (heç vaxt qəbul olunmaz).
51. Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də
şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!
52. Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları
lə’nət və axirət yurdunun pis əzabı gözləyir.
53. And olsun ki, Biz Musaya doğru yolu göstərən rəhbər (Tövrat) verdik və İsrail
oğullarını kitaba varis etdik!
54. Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə!
55. (Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və
mö’minlərə verdiyi zəfər) və’di haqdır. (Ümmətinin sənin özünə aid etdiyin) günahının
bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et
və ya gündə beş vaxt namaz qıl!)
56. Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində
mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd)
vardır. Onlar heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən
Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!
57. Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük
şeydir. Lakin insanların çoxu (bunu) bilməz!
58. Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az
düşünürsünüz!
59. O, saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin
insanların çoxu (buna) inanmaz!
60. Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni
çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!)
|