Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix02.01.2022
ölçüsü1,32 Mb.
#46812
1   2   3   4   5   6   7   8   9   10   11
2 5339228155242613073

Birinci bölmə
İRQLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
I fəsil
İRQLƏRİN RUHU
downloaded from KitabYurdu.org


Naturalistlər növləri necə təsnif edirlər. – Onların metodlarının insana tətbiq
olunması. – İnsan irqlərinin müasir təsnifatının zəif tərəfi. – Psixoloji təsnifatın
əsasları. – İrqlərin orta tipi. – Hansı dərəcəyə qədər müşahidə etməyə imkan verilir. –
İrqin orta tipini müəyyən edən psixoloji faktorlar. – Əcdadların və bilavasitə
valideynlərin təsiri. Məşhur irqin bütün fərdlərinin malik olduğu ümumi psixoloji
nailiyyətlər. – Ölən nəsillərin müasir nəslə nəhəng təsirləri. – Bu təsirlərin riyazi
əsasları. – Kollektiv ruh ailədən kəndə, şəhərə və əyalətə necə yayılır. – Şəhərin bir
vahid tam kimi formalaşmasından ortaya çıxan üstünlüklər və təhlükələr. – Kollektiv
ruhun formalaşmasını mümkünsüz edən şərait. – Məsələn, İtaliya. – Orada təbii irqlər
öz yerlərini tarixi irqlərə veriblər.
Naturalistlər növlərin təsnifatını irsiyyət tərəfindən ötürülən düzgünlük və
daimilik kimi məşhur anatomik xüsusiyyətlərin iştirakı ilə əsaslandırırlar. Biz isə artıq
bilirik ki, bu xüsusiyyətlər irsi olaraq toplanılan, müşahidə edilə bilməyən
dəyişikliklərin təsiri ilə dəyişikliyə uğrayırlar. Lakin qısa tarixi zaman mərhələsindən
baxdıqda, demək mümkündür ki, növlər dəyişilməzdir.
Naturalistlərin təsnifat metodlarının insana tətbiqi, çox sayda, tamamilə yeni
tiplərin meydana çıxmasına imkan verdi. Dərinin rəngi, kəllənin forma və həcmi kimi
yalnız anatomik əlamətlərə əsaslanaraq, insan nəslinin bir çox müxtəlif növlərdən
təşkil olunduğunu və ehtimal ki, müxtəlif cür törəndiyini öyrənmək mümkün oldu.
Mifoloji ənənələrə ehtiramla yanaşan alimlər üçün bu növlər irqlərdən daha
əhəmiyyətli mahiyyət daşımır. Lakin kiminsə əsaslı surətdə dediyi kimi, “əgər, zənci
və qafqazlı ilbiz olublarsa, onda bütün zooloqlar bir nəfər kimi təsdiq edərlər ki, onlar
tamamilə müxtəlif növlərdəndilər, heç vaxt bir, yəni eyni cütlükdən törəyib, ayrıla
bilməzdilər”.
Bizim təhlilə aidiyyəti olan, bu anatomik xüsusiyyətlər onların yalnız ümumi, çox
kobud bölmələri ehtimal olunur. Onların müxtəlifliyi yalnız insan növlərində üzə çıxır
və bir-birindən kəskin şəkildə fərqlənirlər, məs, ağlar, zəncilər və sarılarda olduğu
kimi. Lakin xalqlar öz zahiri görünüşlərinə görə bir-birinə çox bənzəyirlər, amma onlar
bir-birlərindən öz hissiyyat və fəaliyyətlərinə görə və nəticə etibarilə, öz
sivilizasiyaları, etiqadları və incəsənətləri ilə kəskin fərqlənə bilərlər. İspan, ingilis və
ərəbi bir qrupda birləşdirmək olarmı? Onların arasında olan psixoloji fərqlər hamının
gözünə girmirmi və bütün bu fərqlər onların tarixlərinin hər səhifəsindən bizə
boylanmırmı?
Məşhur xalqların müxtəlif elementlərə təsnifatı üçün, anatomik
xüsusiyyətlərindəki çatışmazlıqlara, məsələn, dil, etiqad və siyasi təsisatlar, istinad
etmək istəyirlər, ancaq belə təsnifatlar ciddi tənqidlərə dözmür. Vaxtı çatanda biz
görəcəyik ki, bir çox xalqlar yad dilləri, etiqad və təsisatları o dərəcə də dəyişdiriblər
ki, assimilyasiyaya uğrayıblar, deməli, həm də onların ruhi tərzi ilə razılaşıblar.
Anatomiya, dillər, mühit, siyasi qruplar təsnifat üçün əsas verə bilməyəndə, bunu
bizə psixologiya verir. Sonuncu təsdiq edir ki, hər bir xalqın təsisat, incəsənət, etiqad
və siyasi çevrilişlərinin arxasında məşhur əxlaq və intellektual xüsusiyyətləri dayanır,
onların təkamülü doğur. Elə bu xüsusiyyətlər də, belə adlandırsaq, yekun olaraq irqin
ruhunu formalaşdırır.
downloaded from KitabYurdu.org


Hər bir irq özünün anatomik orqanizmi ilə yanaşı, həm də dayanıqlı psixoloji
orqanizmə malikdir. Bunlardan ikincisi beynin quruluşundan asılıdır ki, buna da şübhə
etmək belə, mümkün deyil. Lakin elm hələ o dərəcədə inkişaf etməyib ki, onun
mexanizminin detallarını göstərə bilsin, bu səbəbdən, biz onun əsasından yapışa
bilmirik. Bununla belə, onunla yaxından tanışlıq heç bir halda psixoloji orqanizmin
təsvir olunmasını dəyişdirə bilməz, çünki ondan əmələ gəlir və bizə müşahidə
imkanları yaradır.
Əxlaqi və intellektual xüsusiyyətlərin məcmusu xalqın ruhunu əks etdirir,
özlüyündə onun bütün keçmişini, bütün əcdadlarının irsini və davranışını
şövqləndirən səbəbləri sintez edir. Həmin irqdən olan ayrı-ayrı fərdlərdə bunlar üzün
cizgiləri kimi dəyişkəndilər; lakin müşahidələr göstərir ki, bu irqdən olan fərdlərin
əksəriyyəti həmişə müəyyən sayda ümumi psixoloji xüsusiyyətlərə malikdilər, lap
növlərin təsnifatındakı möhkəm dayanıqlı anatomik xüsusiyyətlər kimi. Bu
sonuncular, psixoloji xüsusiyyətlər, irsən, düzgün və daimi olaraq yenidən hasil edilir.
Ümumi psixoloji xüsusiyyətlərin bu aqreqatı əsaslı olaraq milli xarakter
adlandırılan bir şeyi təşkil edir. Onların məcmusu xalqı müəyyən etməyə imkan verən
orta tipi təşkil edir. Təsadüfən götürülmüş min fransız, min ingilis və min çinli, əlbəttə
ki, bir-birindən fərqlənəcək. Amma onlar öz irqlərindən əxz etdikləri gücə malikdirlər,
onun əsasında fransız, ingilis və çinlinin ideal tipini yaratmaq mümkündür, lap
naturalist, ümumi cizgilərdə it və atı təsvir etdiyi kimi. İt və atların müxtəlif növlərinin
oxşar təsviri, hamısı üçün ümumi olan əlamətləri birləşdirə bilər, lakin o fərqləri yox
ki, bunların vasitəsilə onların çoxsaylı cinslərini fərqləndirmək mümkün olsun.
Əgər irq çox qədimdirsə, deməli, yekcinsdir, belədə onun orta tipi daha aydın
müəyyənləşir ki, müşahidəçinin beynində daha tez möhkəmlənsin.
Yad xalqa baş çəkəndə, etiraf edək ki, bizi heyrətləndirən, getdiyimiz ölkə
əhalisinin ümumi xüsusiyyətləridir, çünki təkrarlanan yalnız bu xüsusiyyətlərdir.
Fərdlərə görə fərqlər nadir hallarda təkrarlanırlar, bu səbəbdən də
diqqətimizdən yayınırlar. Tezliklə biz nəinki ilk baxışdan ingilis, italyan, ispana xas
olan əxlaqi və intellektual xüsusiyyətləri – bu onların əsas cizgilərini təşkil edir və bir
qədər irəlidə biz ondan danışmışdıq – müşahidə edirik. İngilis, qaskoniyalı,
normandiyalı, flamand bizim ağlımızda artıq müəyyən tipə uyğun gəlir, onları
asanlıqla təsvir edə bilərik. Təsvirin ayrıca götürülmüş fərdə tətbiqi mümkündür ki,
kafi dərəcədə olmasın, bəzən hətta yanlış da ola bilər. Lakin təsvirin həmin irqin
fərdlərinin əksəriyyətinə tətbiqi, onun ən düzgün təsvirini verir. Beynin qeyri-iradi
fəaliyyəti, onun köməyilə hər hansı bir xalqın fiziki və psixoloji tipi müəyyən edilir,
tamamilə oxşar metod ilə naturalistə növləri təsnif etməyə imkan verir.
Hər hansı bir irqin fərdlərinin əksəriyyətinin bənzər psixoloji təşkilatları, çox sadə
fizioloji əsaslara malikdir. Hər bir fərd, əsl həqiqətdə təkcə öz valideynlərinin
bilavasitə məhsulu deyil, həm də öz irqinin, yəni əcdadlarının bəhrəsidir. Elm adamı,
iqtisadçı Şeyson hesablayıb ki, Fransada əgər bir yüzilliyə üç nəsil hesablasaq,
istənilən minillik üçün hər birimizin damarlarında ən azı 20 milyon müasirimizin qanı
axır... “Eyni ərazidən, eyni vilayətdən olan əhali yeri gəlsə, ümumi əcdadlara
malikdirlər, oxşar gildən düzəldiliblər, eyni nişanəni daşıyırlar və daim uzun və ağır
zəncirlə geriyə, orta tipə doğru çəkilirlər, çünki əslində, onlar həmin zəncirdə yalnız
downloaded from KitabYurdu.org


son halqaları təşkil edirlər. Vətəni bizlər üçün ikinci ana edən yalnız hislər deyil, həm
də fiziologiya və irsiyyətdir”.
Fərdlərin düçar olduqları və onları idarə edən təsirləri mexaniki dilə çevirsək,
demək mümkündür ki, onlar üç tərzdə olurlar. Birincisi və ən əhəmiyyətlisi –
əcdadların təsiri; ikincisi – bilavasitə valideynlərin təsiri; üçüncüsü, adətən ən güclü
və eyni zamanda ən zəif hesab olunanı – mühitin təsiri. Sonuncu – müxtəlif fiziki və
əxlaqi təsir kimi başa düşülür və insan həyatı boyu onun təsirlərinə məruz qalır –
əlbəttə ki, öz tərbiyəsini davam etdirdikcə, yalnız çox zəif dəyişikliklərə gətirib çıxarır.
Mühit yalnız o vaxt real təsirini göstərməyə başlayır ki, irsiyyət uzun zaman ərzində
onları eyni istiqamətdə yığa bilir.
İnsanın hər nə etməsindən asılı olmayaraq, o, həmişə, hər şeydən əvvəl öz
irqinin nümayəndəsidir. İdeyalar və hislər ehtiyatı, – eyni irqin bütün fərdləri
doğularkən onları özləri ilə birlikdə dünyaya gətirirlər, – irqin ruhunu təşkil edir.
Mahiyyətcə gözlə görünməyən bu ruh, zahirən özünü kəskin təzahür etdirə bilir. Belə
ki, əsl həqiqətdə o, xalqın bütün təkamülünü idarə edir.
İrqi canlı orqanizmi təşkil edən hüceyrələrin birləşməsi ilə müqayisə etmək olar.
Bu, milyardlarla hüceyrələrin ömrü qısa olsa da, onların birlikdə təşkil etdikləri
canlının ömrü kifayət qədər uzundur; hüceyrələr nəticə etibarilə, eyni zamanda həm
şəxsi, həm də kollektiv həyata malikdilər, orqanizmin həyatı üçün onlar maddə kimi
xidmət göstərirlər. Eləcə də istənilən irqə məxsus hər bir individ fərdi həyat üçün çox
qısa, kollektiv həyat üçün isə uzun sürən ömrə malik olurlar. Sonuncu, elə irqin
ömrüdür, orada dünyaya göz açıb, irqin davam etməsinə o, kömək edir və elə özü də
həmişə həmin irqdən asılı olur.
Elə buna görə də irq zamana tabe deyil, ona əbədiyaşar orqanizm kimi baxmaq
lazımdır.
Bu, əbədiyaşar orqanizm indiki an üçün yalnız ömür sürən fərdlərdən təşkil
olunmayıblar, eləcə də onlar əcdadları olan uzun bir ölülər sırasından təşkil
olunublar. İrqin həqiqi əhəmiyyətini başa düşmək üçün onu eyni vaxtda həm keçmiş,
həm də gələcəklə birlikdə izləmək lazımdır. Onlar qeyri-iradiliyin ölçülə bilməyən ağıl
və xarakterin bütün təzahürlərini öz təsiri altında saxlayır, sahəsini idarə edirlər.
Xalqın taleyini dirilərdən daha çox ölülər idarə edirlər. İrqin əsası da yalnız onlar
tərəfindən qoyulub. Yüz illər ərzində onlar, ideyalar və hislər, nəticə etibarilə, bizim
davranışlarımızı müəyyən edən vadaredici səbəbləri yaradıblar. Ölən nəsil bizə təkcə
fiziki təşkilatları vermirlər; onlar bizə həm də öz fikir və düşüncələrini təlqin edirlər.
Ölülər cənab dirilərin yeganə danılmaz mahiyyətidir. Bizlər onların səhvlərinin
ağırlığını çəkirik, eyni zamanda ləyaqətlərinin mükafatlarını da alırıq.
Xalqın psixoloji tərzi heyvan növlərinin əmələ gəlməsində olduğu təki geoloji
mərhələləri, hesablamamıza sığmayan nəhəng dövrü tələb etmir. Lakin bunun üçün
xeyli zamana da ehtiyac duyulur. Xalq kimi toplumda, hətta az dərəcədə onun ruhunu
təşkil edən hislər birliyini yaratmaq üçün bizə onlarla əsr vaxt lazım gələrdi.
Həmin dövr, salnamələrimiz üçün uzunmüddətli görünsə də, əsl həqiqətdə çox
qısadır. Əgər bu cür məhdud zaman müddəti məlum xüsusiyyətlərin möhkəmlənməsi
üçün kifayət edirsə, fəaliyyətini davam etdirən məlum zamanın bir istiqamətdə
hərəkəti nəticəsində hər hansı bir səbəbin tezliklə böyük nəticələr verə biləcəyini
downloaded from KitabYurdu.org


təsdiq edir. Riyaziyyatçılar sübut ediblər ki, həmin səbəb eyni nəticələri istehsal
etdikcə, onda səbəblər riyazi silsilə şəklində artır (1, 2, 3, 4, 5...), nəticə isə – həndəsi
silsilə şəklində (2, 4, 8, 16, 32...).
Loqarifmin mahiyyətinin səbəbləri nəticədir. Buğda dənələrinin şahmat
taxtasında xanaların nömrəsinə uyğun iki mislində artımı ilə bağlı məşhur məsələni
də elə loqarifm sayına misal çəkmək olar. Eləcə də kapitalın mürəkkəb faizlər şərti ilə
kredit kimi verilməsində də böyümə qanunu belədir, illərin sayı artan kapitalın
loqarifmini təşkil edir. Elə sosial hadisələrin əksəriyyətinin çox sürətlə həndəsi
əyriliklə artması da bununla, həmin mülahizə ilə izah oluna bilər.
Digər bir əməyimdə mən onların parabola və ya hiperbola analitik tənliyi kimi
özünü göstərə biləcəyini sübut etməli olmuşam.
Bəlkə də, fransız inqilabının ən əhəmiyyətli işi, onun kiçik millətləri – pikardilər,
flamandlar, burqundlar, qaskonlar, bretonlar, provansallar və sair – məhv etməsi
sayıla bilər, Fransa onlar arasında demək olar ki, param-parça edilmişdi. Bununla
belə, birlik tam olmalıdır, fransızlar isə olduqca müxtəlif irqlərdən təşkil olunmuşlar
və müxtəlif ideya və hislərə malik idilər və məhz bu, nəticə etibarilə onları
çəkişmələrin qurbanı etmişdi, həmcins xalqlar, məsələn, ingilislər arasında belə
ixtilaflar baş vermir. Sonuncular, anqlosaks, normand və qədim bretanlar, lap sonda
bir-birinə qarışaraq olduqca bircinsli tipi təşkil etdilər, buna görə də onların fəaliyyət
obrazı da bənzər oldu. Bu qovuşma nəticəsində onlar, nəhayət, xalq ruhunun üç
başlıca möhkəm təməlini əldə etdilər: ümumi hislər, ümumi maraqlar, ümumi etiqad.
Hər hansı bir millət bu birliyə çatdıqdan sonra, üzvlər arasında bütün böyük
məsələlər üzrə instinktiv razılıq əldə olunur və onların arasında bir daha ciddi fikir
ayrılığı baş qaldırmır. Tədricən, irsən toplanaraq əmələ gələn hislər, ideyalar, etiqad
və maraqlar birliyi xalqın psixoloji tərzinə eyniyyət və möhkəmlik verir, bu isə öz
növbəsində onu böyük güc, qüvvə ilə təmin edir. Bu güc qədimdə Roma imperiyasını
yaratmışdı, müasir dönəmdə isə ingilislərə üstünlük vermişdir. Həmin birlik, güc
aradan qalxan kimi, xalqlar da parçalanır. Həmin birlik və gücün aradan qalxması,
Romanın da sonunu gətirib çıxardı.
Həmişə, çox və ya az dərəcədə, bütün əsrlərdə istənilən insan birliyinin ruhunu
təşkil edən bu irsi hislərə, ideya, ənənə və etiqada bütün xalqlar malik olmuşlar, lakin
onun artan şəkildə genişlənməsi olduqca zəif getmişdir. Başlanğıcda bu məhdud birlik
özünü ailədə göstərib və sonra tədricən kəndə, şəhərə, əyalətə yayılmağa başlayıb,
kollektiv ruh bütün ölkənin əhalisini o qədər də qədim keçmişdə əhatə eləməyib, bu,
yaxın zamanlarda baş verib. Yalnız o vaxt, indiki kimi başa düşdüyümüz vətən anlayışı
həmin anlamda qəbul olunub. Bu yalnız o vaxt – milli ruh təşəkkül tapanda mümkün
olur.
Yunanlar heç vaxt şəhər anlayışından yuxarı yüksələ bilməyiblər və onların
şəhərləri həmişə bir-birinə qarşı vuruşublar, çünki onlar həmişə bir-birlərinə yad
olublar.
Hindistan 2000 min il ərzində kənd birliyindən başqa bir birləşmə növü
tanımayıb, ona görə də iki min il ərzində daim yad hökmdarların hakimiyyəti altında
yaşayıblar, efemer (tez dağılan) monarxiyalar, asanlıqla yarandıqları kimi, elə
asanlıqla da dağılıb-gedirlər.
downloaded from KitabYurdu.org


Şəhərlər, müstəsna vətən anlayışı baxımından hərbi qüdrət nöqteyi-nəzərinə
görə, çox zəif olsalar da, sivilizasiyanın inkişafına nisbətdə, əksinə, hədsiz güclü
olublar. Vətən ruhuna nisbətən yığcam olan şəhər ruhu bəzən daha bəhrəli olur.
Afina – qədimdə, Florensiya və Venesiya – orta əsrlərdə, elə də çoxsaylı olmayan
insan toplumunun, sivilizasiyanın hansı dərəcəyədək yüksələ biləcəyinin bariz
nümunəsidir.
Kiçik şəhər və əyalətlər uzun zaman müstəqil həyat sürdükdə, sonda o dərəcədə
möhkəm ruha malik olurlar ki, onların qonşu şəhər və ya əyalətlərlə birləşərək milli
ruhu formalaşdırması, demək olar ki, mümkünsüz olur. Hətta belə bir birləşmə alınsa
belə, məlum olacaq ki, təmas elementləri olduqca uyğunsuz gəlir və bu uyğunluğun
alınması nəinki bir günün, hətta bütöv bir əsrin işi deyil. Bu işi başa çatdırmaq üçün
Rişelye və Bismarklara ehtiyac duyulur. Lakin hətta bu cür adamlar da həmin işi yalnız
uzun zaman ərzində görülən hazırlıqlardan sonra yekunlaşdıra bilirlər. Əlbəttə,
hansısa bir ölkə, tutaq ki, İtaliya xüsusi şəraitdən yararlanmaqla dərhal vahid
dövlətdə birləşə bilər, amma bu onun həm də milli ruha yiyələnəcəyi demək deyil,
belə düşünmək kökündən səhvdir. Mən İtaliyada pyemontları, venesiyalıları,
romalıları və sair aydın görür, lakin hələ orada italyanları sezə bilmirəm.
İndi gördüyümüz irq, baxmayaraq ki, yekcinsdir və ya deyil, yalnız bir faktın
gücünə əsasən çoxdan tarixə sivilizasiyalı irq kimi düşə bilər, amma ona həmişə təbii
yox, süni irq kimi baxmaq lazım gələcək. Təbii irqləri hazırkı dövrdə yalnız vəhşilərdə
tapmaq olar. Yalnız onlarda bütün qatqılardan təmiz xalqları, müşahidə etmək olar.
Sivilizasiyalı irqlərin böyük əksəriyyəti indiki dövrdə yalnız tarixi irqlərdir.
Biz indi həmin irqlərin necə təşəkkül tapması ilə məşğul olmaq fikrində deyilik.
Onlar təbiətən və yaxud tarixən təşəkkül tapıblar, bu, mühüm deyil. Bizi
maraqlandıran uzun çəkən keçmişin onlarda hansı xüsusiyyətləri yetişdirməsidir.
Yüzilliklər ərzində eyni şəraitdə yaşayaraq və irsən əxz etməklə, bu xüsusiyyətlər,
sonda olduqca dayanıqlılıq qazanıblar və hər bir xalqın tipini müəyyənləşdiriblər.
II fəsil
İRQLƏRİN XARAKTER
DƏYİŞKƏNLİYİNİN HƏDDİ
Sən demə, qaydaları irqlərin sabitliyi deyil, onların xarakterinin dəyişkənlikləri
təşkil edirmiş. – Bu görünüşün əsası – əsas cizgilərin dəyişməzliyi və ikinci
dərəcəlilərin isə dəyişkənliyidir. – Heyvan növlərinin psixoloji xüsusiyyətlərinin
assimilyasiyası dəyişilməz və dəyişilən əlamətləri ilə. – Mühit, şərait, tərbiyə ikinci
dərəcəli psixoloji əlamətlərə təsirini göstərir. – Xarakterin gizli imkanları. – Müxtəlif
dövrlər tərəfindən təqdim edilən nümunələr. – Terror adamları. – Görəsən, başqa
zamanlarda onlar nə ola bilərdilər. – İnqilablara baxmayaraq, milli xarakterlər necə
olur ki, dəyişilməz qalır. – Müxtəlif nümunələr. – Nəticə.
Yalnız sivilizasiyaların inkişafını diqqətlə öyrənməklə, irqlərin psixoloji
xüsusiyyətlərinin sabitliyini müəyyən etmək olar. İlk baxışda, ümumi qaydalar, demə,
downloaded from KitabYurdu.org


onun sabitliyi yox, dəyişkənlikləri imiş. Xalqların tarixi həqiqətən, bəzən belə güman
etməyə əsas verir ki, onların ruhu zamanla olduqca tez və həm də əhəmiyyətli
dəyişikliklərə uğrayır. Sizə elə gəlmirmi ki, məsələn, Kromvel zamanının ingilis
xarakteri ilə müasir ingilis xarakteri arasında mühüm fərqlər var? Sizə görə, müasir
italyan, Benvenuto Çellinin memuarlarında təqdim etdiyi coşqun və qəzəbli insandan
daha ehtiyatlı və hiyləgər deyilmi? Çox uzaqlara getməyib, Fransa sərhərdləri ilə
kifayətlənməyə çalışaq. Bir neçə əsr və ya bəzən hətta bir neçə il ərzində fransızların
xarakterində nə qədər gözlə görünən dəyişikliklər baş verib. Hansı tarixçi XVII və XVIII
əsrlərin xarakterləri arasında fərqləri qeyd etməyib ki? Və bizim günlərdə: sizə elə
gəlmirmi ki, sarsılmaz Konvent üzvləri ilə Napoleonun sözəbaxan qullarının
xarakterləri arasında uçurum mövcuddur? Baxmayaraq ki, eyni insanlar idilər və bir
neçə il ərzində görün onlar nə qədər dəyişiblərmiş.
Bu dəyişikliklərin səbəblərini izah etmək üçün biz, ilk növbədə xatırlamalıyıq ki,
psixoloji növ, anatomik növ kimi kiçik saylı, əsas dəyişilməz xüsusiyyətlərdən təşkil
olunub və onların ətrafında dəyişilən, daimi olmayan ikinci dərəcəli əlamətlər
qruplaşır. Hər hansı bir heyvanın görünən strukturunu dəyişdirən maldar və ya
hansısa bitkinin zahiri görünüşünü o dərəcədə, təcrübəsiz gözün onu çətinliklə tanıya
biləcəyi formada düzəldən bağbanın elədikləri, həmin növlərin əsas xüsusiyyətlərinə
zərrə qədər də təsir göstərmir. Bu onların yalnız ikinci dərəcəli əlamətlərinə təsir edir.
İncəsənətin bütün cidd-cəhdlərinə baxmayaraq, əsas xüsusiyyətlər həmişə yeni
nəsildə özünü büruzə verir.
Psixoloji təsisatların da lap anatomik növlərin əlamətləri kimi dəyişilməyən əsas
xüsusiyyətləri var. Lakin bununla yanaşı, onlar həm də çox yüngül dəyişilə bilən ikinci
dərəcəli xüsusiyyətlərə də malikdilər. Bu, sonuncular isə mühiti, şəraiti, tərbiyə və
müxtəlif faktorları asanlıqla dəyişdirə bilirlər.
Həmçinin yaddan çıxarmaq olmaz ki (həm də bu, çox mühümdür) psixoloji
təsisatlarımızda biz xarakterin bütün mümkün təmayüllərinə malikik, hansı ki, şərait
onların üzə çıxmasına heç də həmişə imkan vermir. Əgər onlar təsadüf nəticəsində
tətbiq ediliblərsə, həmin andaca az və ya çox dərəcədə keçici, yeni şəxsiyyət təşəkkül
tapır. Nəhəng dini və siyasi böhranlar zamanı xarakterdə müşahidə olunan sarsıntılar,
elə məhz bununla izah olunur, sanki hər şey dəyişikliyə uğrayıb: adətlər, ideyalar,
davranışlar və s.
Həqiqətən də hər şey, sanki fırtınadan sonra sakitləşmiş göl səthinə bənzəyir,
lakin çox nadir hallarda olur ki, bu, uzun müddət çəksin.
Xarakterdəki bu təmayüllərin gücü, məşhur, qeyri-adi hadisələr nəticəsində
hərəkətə keçir, nəhəng dini və siyasi böhranların görkəmli xadimləri özümüzlə
müqayisədə - biz özümüzü zavallı, rəzil qismində görürük – azman kimi görünürlər.
Halbuki onlar da bizim kimi adi adamlar idi lakin şərait hamının xaraktercə malik
olduğu təmayülləri onlarda hərəkətə gətirmişdi. Elə “konventin nəhənglərini”
götürək, hərbiləşdirilmiş Avropaya meydan oxurcasına baxırdılar və öz rəqiblərini
sadə ziddiyyətə görə gilyotin altına göndərirdilər. Mahiyyətcə onlar da bizim kimi
hörmətli və sülhpərvər sakinlər idilər. Adi vaxtlarda çox güman ki, özlərini
idarələrindəki kabinetlərinin divarları arxasında çox sakit və yekrəng aparırdılar.
Müstəsna hadisələr, adi vaxtlarda tətbiq olunmadan qalan, beyinlərdəki bəzi
downloaded from KitabYurdu.org


hüceyrələri hərəkətə gətirdi və onlar nəsillərin anlaya bilməyəcəyi azman fiqurlara
çevrildilər. Yüz il sonra Robespyer şübhəsiz ki, öz keşişi ilə yaxın dost olan, vicdanlı
dünya hakimi ola bilərdi; Fukye Tenvil ola bilsin ki, öz həmkarlarından daha çox
sərtliyi və adamlarla münasibətdə peşəsi ilə bağlı təkəbbürlülüyü ilə seçilən
məhkəmə müstəntiqi ola bilərdi ki, onu cinayətkarları izləmək bacarığına görə çox
yüksək qiymətləndirə və paxıllığını çəkə bilərdilər; Sen-Jüst öz rəisləri tərəfindən
hörmət edilən əla məktəb müəllimi ola bilərdi və çox yəqin ki, xidmətlərinə görə sülh
simvolu sayılan akademik palma budağı ilə təltif oluna bilərdi. Bununla belə,
öncəgörmələrimizin qanuniliyinə şübhə etməmək üçün, Napoleonun hələ bir-birinin
başını qoparmağa macal tapmayan zalım terrorçulara nə etdiyinə baxmaq kifayətdir.
Onların böyük əksəriyyəti dəftərxana rəisləri, müəllimlər, hakim və ya prefekt
oldular. Yuxarıda qeyd etdiyimiz, tufanın qaldırdığı dalğalar sakitləşdi və
həyəcanlanmış göl yenidən öz rahat görünüşünü aldı.
Hətta ən qarmaqarışıq, şəxsiyyətlərdə ən qəribə dəyişikliklərə gətirib çıxaran
dövrlərdə, çox asanlıqla irqin əsas cizgilərinin yeni formalarını tapmaq mümkündür.
Məgər, yakobinçilərin sərt mərkəzçi, müstəbid və istibdad rejimi, əsl həqiqətdə on
beş əsr ərzində fransızların ruhlarında dərin kök salmış mərkəzçi və istibdadçı
monarxiyadan çoxmu fərqlənirdi? Bütün inqilablardan sonra latın xalqlarında həmişə
sərt rejimlər meydana çıxır, bu sağalmaz tələbat idarə olunmalıdır, çünki o, bir növ
özündə irqlərin instinktlərinin sintezini ifadə edir. Bonapart yalnız özünün məşhur
qələbələri hesabına hökmdar olmamışdı. O, respublikanı diktaturaya çevirdiyi
dönəmdə irqin irsi instinktləri hər gün özünü daha güclü, daha intensivliyi ilə
göstərməyə başlamışdı və əgər həmin topçu zabit olmasaydı belə, başqa bir
avantürist ortaya çıxacaqdı. Əlli il ötəndən sonra onun adından varisin ortaya çıxması,
bütöv bir xalqın səsini almaq üçün kifayət etdi, çünki xalq azadlıqdan əziyyət çəkirdi
və qul olmağa can atırdı. Napoleonu Napoleon edən brümer deyil, xalqın ruhu idi,
demək olar, özü könüllü olaraq onun dəmir dabanı altına gedirdi.
“Onun ilk sehrli işarəsi ilə, – deyə Ten yazırdı – fransızlar itaətə məcbur edildilər
və təbii halda hüzura gəldilər; aşağı təbəqə – kəndlilər və əsgərlər – heyvan sadiqliyi
ilə; ali təbəqə – əyanlar və məmurlar – isə bizans yaltaqlığı ilə. Respublikaçılar
tərəfindən – heç bir müqavimət olmadı; əksinə, o, məhz bu sıradan olanların içindən
özünün ən yaxşı idarəçilərini tapa bildi: senatorlar, deputatlar, dövlət şurasının
üzvləri, hakimlər, hər növdən olan inzibatçılar. Həmin andaca azadlıq və bərabərlik
moizələri ilə o, onların müstəbidlik instinktlərini, əmr etmək yanğılarını, tabeçilik
qaydasında kimlərisə sıxışdırmaq istəklərini və bundan əlavə onların çoxunda pula və
eyş-işrətə olan iştahalarını təxmin etdi. İctimai Xilas Komitəsinin nümayəndəsi və
hansısa nazir və yaxud İmperiya prefekti arasında çox kiçik fərq var: eyni insandır,
lakin müxtəlif kostyumlardadır, əvvəl inqilabçı, sonra isə məmur mundirində”.
Əgər mühit insana bu qədər böyük təsir göstərirsə, bunun əsas səbəbi onun
əlavə və müvəqqəti xüsusiyyətlərlə və ya yuxarıda qeyd etdiyimiz kimi, xarakterin
gizli təmayülləri ilə bağlılığıdır. Əsl həqiqətdə, dəyişikliklər o qədər də dərin deyil. Ən
sülhpərvər insan belə aclığın təsiri altında qızğınlıq dərəcəsinə gəlib çata, bu da onu
istənilən cinayətə gətirib çıxara bilər, bəzi hallarda isə həmin şəxs öz yaxınlarını belə
downloaded from KitabYurdu.org


məhv edə bilər. Buna istinad edərək, demək olarmı ki, onun adi xarakteri qəti şəkildə
dəyişilib?
Sivilizasiyaların yaratdığı şərait bəzilərini var-dövlətə, sərvətə və digər qüsurlara
və bunların da öz növbəsində qarşısıalınmaz təsirlərinə gətirib çıxarır, digərlərində isə
böyük tələbatlar yaratsa da, onların ödənilməsi üçün vasitələr vermir, bu ümumi
narazılıqlara və narahatlıqlara gətirib çıxarır ki, o da öz növbəsində davranışa öz
təsirini göstərir və hər cür çevrilişlərə yol açır. Lakin həmin narazılıqlarda,
çevrilişlərdə həmişə irqin əsas cizgiləri də ortaya çıxır. Birləşmiş Ştatlardan olan
ingilislər nə vaxtsa öz aralarında baş verən çəkişmələr zamanı, daxili müharibələrə
sərf etdikləri həmin inadkarlıqlarını, qarşısıalınmaz enerjilərini, bu gün şəhərlərin,
universitet və fabriklərin salınmasına sərf edirlər. Xarakter dəyişilməyib. Yalnız onun
tətbiq edildiyi mövzu dəyişilib.
Xalqların psixoloji xarakterinə təsir göstərən müxtəlif amilləri bir-birinin ardınca
tədqiq edə-edə, biz qeyd edə bilərik ki, onlar xarakterin əlavə, müvəqqəti tərəflərinə
təsirini göstərir. Lakin həmin amillər xalqların əsas cizgilərinə heç vaxt toxunmur və
ya onlarla yalnız çox zəif irsi ehtiyatlar yolu ilə təmas edə bilirlər.
Bu deyilənlərdən belə nəticəyə gəlmək olmaz ki, irqin psixoloji xüsusiyyətləri
ümumiyyətlə, heç bir dəyişikliyə məruz qalmır. Amma anatomik əlamətlərdə olduğu
kimi onlar çox yüksək dayanıqlığa malikdilər. Məhz irqin ruhunun bu dayanıqlığının
nəticəsi olaraq, onlar əsrlər ərzində tədricən dəyişikliyə uğrayırlar.
III fəsil
İRQİN PSİXOLOJİ İYERARXİYASI
Psixoloji təsnifat anatomik təsnifata uyğun elə də çox olmayan dəyişilməz və
əsas cizgilərə əsaslanır. – İnsan irqinin psixoloji təsnifatı. – İbtidai irqlər. – Primitiv
irqlər. – Orta irqlər. – Ali irqlər. – Bu təsnifatı müəyyən edən psixoloji elementlər
qruplaşması. – Daha çox əhəmiyyətlilik daşıyan elementlər. – Xarakter. – Əxlaq. –
Zəka keyfiyyətləri tərbiyə vasitəsilə dəyişilə bilər. – Xarakterin keyfiyyəti daimidir və
hər bir xalqın dəyişilməz elementini təşkil edir. – Tarixdə onların rolu. – Primitiv xalqı
yüksək sivilizasiyanı qəbul etməyə məcbur etməyin mümkünsüzlüyünün səbəbləri.
Təbiət elmləri sahəsində növlərin təsnifatı üçün təməl qurduqdan sonra, çəkilən
zəhmət ona görə asanlaşır ki, dəyişilməz və nəticə etibarilə, hər bir növü müəyyən
edən əsas əlamətlər, elə də çoxsaylı deyil. Onların sıralanması həmişə bir neçə sətir
yer tutur. Bu ona görə belədir ki, əsil həqiqətdə naturalist yalnız dəyişilməz
əlamətlərlə məşğul olur, müvəqqəti olanlara heç bir diqqət ayırmır. Buna
baxmayaraq, həmin əsas əlamətlər, labüd olaraq bir sıra digər əlamətləri də öz
ardınca çəkib aparır.
İrqin psixoloji əlamətləri ilə də eyni şey baş verir. Təfərrüatlara varsaq, onda bir
xalq ilə digərinin, bir fərd ilə digəri arasında saysız-hesabsız, çox incə fərqləri
müşahidə edə bilərik. Lakin bütün diqqəti əsas əlamətlərə yönəltsək, etiraf etmək
lazım gələcək ki, hər bir xalq üçün onların sayı elə də çox deyil. Bu, azsaylı əsas
downloaded from KitabYurdu.org


əlamətlərin (tezliklə onlardan ən xarakterik olanları biz təqdim edəcəyik) xalqların
həyatına necə təsirini yalnız nümunə olaraq aydın şəkildə göstərə bilərik.
İrqlərin psixoloji təsnifatının əsasları, müxtəlif xalqların psixologiyasının yalnız
müfəssəl öyrənilməsindən sonra izah etmək olar. Belə bir əmək üçün cildlər lazım
gələrdi; biz isə onların psixoloji əlamətlərini iri ştrixlərdə göstərməyə çalışacağıq.
İnsan irqlərinin yalnız əsas psixoloji əlamətlərinə diqqət yetirməklə, biz onları
aşağıdakı dörd qrupa ayıra bilərik: ibtidai, primitiv, orta və ali irqlər.
İbtidai irqlər – bizim əcdadların daş dövründə yaşadıqlarını, bu gün də
yaşamaqdadırlar, ibtidai, heyvani mərhələyə xas həyat sürürlər və onlarda
mədəniyyətin kiçik bir izini də tapmaq mümkün deyil: indiki ficililər və avstraliyalılar
onlara aiddirlər.
İbtidai irqlərdən başqa həm də primitiv irqlər də var və onların əsas
nümayəndələri zəncilərdir. Onlar sivilizasiyanın rüşeym halına qabildirlər, yalnız
rüşeym halına. Onlara sivilizasiyanın barbar formasından yüksəyə qalxmaq heç vaxt
nəsib olmayıb, baxmayaraq ki, təsadüfi hadisə onları (məsələn, San-Dominqodan
olan zəncilər) ali sivilizasiyanın varisi edə bilib.
Orta irqlərə biz çinliləri, yaponları, monqolları və semit xalqlarını aid edirik.
Assuriyalılar, monqollar, çinlilər, ərəblər yüksək tipli sivilizasiyalar yarada biliblər,
onları yalnız avropalı xalqlar ötüb keçə biliblər.
Ali irq sırasında yalnız hind-avropalı xalqlar yer tuturlar. Qədim dövrdə olduğu
kimi, elə indinin özündə də yalnız yunanlar və romalılar incəsənət, ədəbiyyat və
fəlsəfə, elm və sənaye sahələrində ən nəhəng kəşfləri etməyə müvəffəq olublar.
Sivilizasiyanın indi nail olduğu belə yüksək səviyyəyə görə bizlər yalnız onlara
minnətdar olmalıyıq. Buxar və elektrik enerjisi, onların əllərinin məhsuludur. Bu irqlər
arasında ən az inkişaf etmiş hindlilər, məsələn, incəsənət, ədəbiyyat və fəlsəfə
sahələrində elə bir səviyyəyə yüksəliblər ki, monqol, çinli və semitlər heç vaxt buna
çata bilməyiblər.
İndi sadaladığımız dörd böyük qrupların qovuşması mümkün deyil; onları ayıran
zəka fərqləri aşkardır. Çətinliklər, yalnız bu qrupları hissələrə böləndə ortaya çıxır.
İngilis, ispan, rus ali xalqlar qrupuna aiddirlər; ancaq onların arasında olduqca böyük
fərqlərin olduğunu biz yaxşı bilirik. Həmin fərqləri müəyyən etmək üçün hər bir xalqın
xarakterini ayrılıqda təsvir etmək lazımdır. Çox tezliklə biz onlardan ikisinin belə bir
təsvirini aparacağıq ki, bu da metodumuzun tətbiq olunmasına imkan verməklə
yanaşı, həm də alınan nəticənin vacibliyini ortaya çıxaracaq. Hələlik isə irqləri bir-
birindən fərqləndirmək mümkün olsun deyə, onların yalnız başlıca psixoloji
elementlərinin təbiətini ən ümumi cizgilərdə təsvir edəcəyik.
Etiraf etmək lazımdır ki, ibtidai və primitiv irqlər arasında (bunu əsl vəhşilər
arasında axtarmağa ehtiyac yoxdur, belə ki, avropalı cəmiyyətin primitiv qatı ibtidai
məxluqlara bənzərdir) həmişə az və ya çox dərəcədə müzakirə qabiliyyətsizliyi var.
Yəni onların bir-biri ilə uyğunluğunu müqayisə etmək və fərqləndirmək üçün beyin
ideyalarının təsəvvürlər yaratmaq qabiliyyətindən söhbət gedir – keçmiş hislər və ya
onların əlamətləri kimi ortaya çıxan sözlərin indiki hislərin istehsalı olan ideyalarla
əlaqəsinin olub-olmamasından. Bu, müzakirə qabiliyyətsizliyindən böyük sadəlövhlük
yağır və tənqidi düşüncə tamamilə yox dərəcəsindədir. Ali varlıqda, əksinə, ideyaları
downloaded from KitabYurdu.org


assosiasiyalaşdırmaq və onlardan nəticə çıxarmaq qabiliyyəti çox yüksəkdir, tənqidi
fikir və dəqiq təfəkkür qabiliyyəti yüksək inkişaf edib.
Primitiv irqdən olan insanlarda diqqət və düşüncə dərəcəsinin də çox zəif
olduğunu qeyd etmək olar, onlarda böyük təqlidçilik ağlı, xüsusi hadisələrdən ümumi,
düzgün olmayan nəticələr çıxarmaq vərdişləri var, müşahidə etmək və onlardan
faydalı nəticə çıxarmaq qabiliyyətləri çox zəifdir, xarakterləri fövqəladə dərəcədə
dəyişkəndir və olduqca ehtiyatsızdılar. An instinkti – onların yeganə yol göstərənidir.
İsavu tək – ibtidai insan tipi – onlar da gələcəkdə birinciliyə olan hüquqlarını böyük
məmnuniyyətlə əsl mərcimək şorbasına sata bilərlər. İnsan özünə yaxın marağa qarşı
çıxa bilirsə, qarşısına gələcəklə bağlı məqsəd qoyursa və ona doğru qəti addımlarla
irəliləyirsə, o, artıq böyük inkişafa nail ola bilib.
Öz addımlarının uzaq nəticələrini görə bilməyən və ani niyyətlərdən başqa digər
yol göstəricisinə meyllənməyən fərdləri, eləcə də irqləri, daim primitiv səviyyədə
qaldıqlarına görə mühakimə edirlər. Yalnız bir xalq olaraq instinktlərinə hakim
kəsilməyi bacardıqda və nəticə etibarilə, ixtiyar sahibi ola bildikdə, onlar qaydaların
vacibliyini, ideallar uğrunda qurban verməyin mühümlüyünü anlamağa başlayır və
sivilizasiya səviyyəsinə yüksəlirlər. Əgər bir ölçü ilə tarixdə xalqların sosial səviyyəsini
müəyyən etmək lazım gələrsə, onda mən böyük həvəslə öz instinktlərini idarə etmək
qabiliyyətinin miqyas dərəcəsindən istifadə edərdim. Qədimdə romalılar, indiki
zamanda anqloamerikanlar bu cür ən yüksək dərəcəli keyfiyyətlərə cavab verən
xalqlar hesab olunurlar. Bu isə öz növbəsində onların əzəmətliliyini qoruyub
saxlamağa kömək edib.
Ümumi qruplaşdırma və müxtəlif psixoloji elementlərin inkişafına uyğun olaraq,
psixoloji təsisatların tipləri formalaşır ki, onlara istinad etməklə, fərdlərin və irqlərin
təsnifatını müəyyən etmək mümkün olur. Bu psixoloji elementlərdən bəziləri
xarakterə, digərləri isə ağıla aiddirlər.
Ali irqlər primitivlərdən həm xarakter, həm də zəkaya görə fərqlənirlər. Lakin öz
aralarında isə yalnız xarakterə görə. Bu bölmə böyük ictimai əhəmiyyət daşıdığından,
onu daha aydın izah etmək lazımdır. Xarakter müxtəlif elementlərin müxtəlif
nisbətində formalaşır, psixoloqlar indi onu hiss adlandırırlar.
Onlardan daha mühüm rol oynayanlardan ən əsaslarını qeyd edək: israr, enerji,
özünə hakim kəsilməyi bacarmaq kimi iradədən asılı olan qabiliyyətlər. Xarakterin
əsas elementləri sırasına əxlaqı da qeyd etmək olar. Baxmayaraq ki, o, olduqca
mürəkkəb hislərin sintezidir. Bu, sonuncu sözü biz irsi olaraq qaydalara hörmət
mənasında götürürük, cəmiyyətin varlığı ona söykənir. Xalq üçün əxlaqın varlığı –
onun üçün möhkəm davranış qaydalarının mövcudluğu və onlardan bir addım da
olsun geri çəkilməmək deməkdir. Belə ki, həmin qaydalar zaman və ölkələr üzrə
rəngarəng olduqlarından, əxlaq bunun nəticəsi olaraq çox dəyişkəndir və əsl
həqiqətdə o, belədir. Lakin konkret xalq və konkret an üçün o, tamamilə dəyişməz
olmalıdır. Ağlın deyil, xarakterin törəməsi o vaxt dayanıqlı, möhkəm hesab olunur ki,
irsi və nəticə etibarilə qeyri-şüuri olur. Ümumiyyətlə, demək olar ki, xalqların
böyüklüyü başlıca olaraq onların əxlaqının səviyyəsinin dərəcəsindən asılı olur.
Zəka keyfiyyətləri tərbiyənin təsiri altında çox asanlıqla dəyişə bilər; xarakterin
keyfiyyəti isə demək olar ki, onun, yəni tərbiyənin təsirindən yayına bilir. Əgər tərbiyə
downloaded from KitabYurdu.org


onlara təsir edirsə, bu yalnız heç bir iradəsi olmayan və nəticə etibarilə itələndikləri
tərəfə meyil edən etinasız, xasiyyətcə mülayim olanlarda baş verə bilər. Belə mülayim
xasiyyətlilərə ayrı-ayrı fərdlər arasında rast gəlinir, lakin bütöv xalq arasında buna çox
nadir halda rast gəlmək olar, əgər belə bir xalq varsa da, deməli, bu, onların ən
tənəzzül dövrlərini yaşadıqlarını göstərir.
Ağlın kəşfi bir xalqdan digərinə çox asanlıqla ötürülə bilir. Xarakterin keyfiyyəti
isə ötürülə bilmir. Bu, dəyişilməz, başlıca elementlərdir, ali xalqların psixoloji
xüsusiyyətini fərqləndirməyə imkan verir. Kəşflər ağla minnətdardılar, bütün
bəşəriyyətin ümumi sərvətidilər; xarakterin üstünlükləri və ya çatışmazlıqları isə hər
bir xalqın müstəsna sərvətidir. Bu, dalğaların əsrlər ərzində hər gün sarsılmaz
qayalığa çırpılaraq onun cizgilərini yonmasına bənzəyir; o, növün spesifik əlamətinə,
balığın üzgəcinə, quşun dimdiyinə, yırtıcının dişinə uyğun gəlir. Xalqın tarixinin
inkişafını onun ağlı yox, xarakteri müəyyən edir. Xarakterin təsirini həmişə tamamilə
zəif hadisənin görünən şıltaqlıqlarında və ya olduqca əzəmətli taledə axtarmaq
lazımdır, o, müxtəlif şəriətlərə görə, insanların əməllərinə rəhbərlik edir.
Xarakter insan həyatına təsir edən ən güclü amildir, amma ağlın təsiri əsil
həqiqətdə çox zəifdir. Romalılar tənəzzül dövründə kobud əcdadları ilə müqayisədə
daha incə ağla sahib idilər, lakin onlar xarakterlərinin əvvəlki keyfiyyətini itirmişdilər:
səbatlılıq, enerji, yenilməz mətanət, ideallar uğrunda özünü qurban verə bilmək,
qanunlara olan toxunulmaz hörmət, əcdadların əzəməti ilə yaradılmışdı. 60 minlik
ingilis 250 milyon hindlini yalnız xarakterləri sayəsində öz hakimiyyətləri altında
saxlaya bilirdi, halbuki, onlardan çoxu ağılca demək olar ki, bərabər səviyyədə idilər,
bəziləri isə estetik zövqlərinə və fəlsəfi dünyagörüşlərinin dərinliyinə görə hətta
ingilislərdən də üstün idilər. Yalnız xarakterləri sayəsində ingilislər tarixin indiyə
qədər tanıdığı ən nəhəng müstəmləkə imperiyasının başında durublar. Cəmiyyət, din
və imperiyalar ağla deyil, xarakterə söykənirlər. Xarakter xalqlara hiss etmək və
fəaliyyət göstərmək imkanı verir. Onlar müzakirə etmək və yaxud həddən çox
düşünməklə heç vaxt qələbə qazana bilməyiblər.
Peşəkar psixoloqların işlərinin fövqəladə dərəcədə zəif alınması və praktiki
maraqlarının əhəmiyyətsizliyinin əsas səbəbi, özlərini bütünlüklə zəkanın
öyrənilməsinə həsr etmələri və xarakterin öyrənilməsini isə tamamilə kənara
qoymaları ilə əlaqədardır. Tanıdıqlarımdan təkcə Ribo, öz əsərində bu məsələyə
toxunub, xarakterin əhəmiyyətindən söz açıb və etiraf edib ki, xarakter mənəvi
inkişafın həqiqi təməlini təşkil edir, amma təəssüflər olsun ki, o, buna cəmi bir neçə
səhifə yer ayırıb. “Ağıl – “College France”nin elm xadimi, professoru tamamilə əsaslı
olaraq yazır – psixoloji təkamülün yalnız ikinci dərəcəli formasıdır. Onun əsas tipi
xarakterdir. Ağıl isə həddən çox inkişaf eləyəndə həmişə məhvə aparır”.
Mən burada sübut etməyə çalışacağam ki, əgər xalqların psixologiyaları ilə
müqayisəli şəkildə tanış olmağı arzu edirlərsə, onda hər şeydən öncə xarakterin
öyrənilməsinə başlasınlar. Fakt odur ki, bu cür mühüm elm sahəsi (çünki tarix və
siyasət ondan qaynaqlanır) heç vaxt tədqiqat obyekti olmayıb, əgər bizə məlum
olmasaydı ki, bu elmi nə laboratoriyalar, nə də kitablar vasitəsilə əldə oluna bilir,
yenə də tamamilə anlaşılmaz qalardı, onu yalnız uzun sürən səyahətlər vasitəsilə
öyrənmək mümkündür. Yeri gəlmişkən, heç nə əsas vermir deyəsən ki, onunla çox
downloaded from KitabYurdu.org


tezliklə peşəkar psixoloqlar məşğul olacaq. Onlar hazırda, vaxtilə özlərinə aid olan bu
sahə ilə məşğul olmağı bir kənara qoyub, özlərini anatomik və fizioloji tədqiqatlara
həsr ediblər. Beynin anatomiyasını öyrənmək, mikroskop altında hüceyrələri tədqiq
etmək, həvəs və reaksiyanı bir-birinə bağlayan qanunları öyrənmək, bütün bunlar
ümumi fiziologiyaya aiddir, həm insana, həm də qurbağaya eyni dərəcədə xasdır,
lakin o, bizim növün müxtəlif tiplərinin psixoloji xüsusiyyətinin dərk olunması üçün
tətbiqindən kənarda qalır. Ona görə də Pollakın bu yaxınlarda çapdan çıxmış “Les
caracteres” adlı maraqlı tədqiqat əsərini və ümumilikdə, bu tip əsərləri təşviq
etməmək mümkün deyil.
Əməyimizin həcmi çox məhdud olsa da, bütün hallarda onlar bizə xarakterin
xalqların taleyini hansı dərəcədə müəyyən etdiyini daha aydın nümunələrdə
göstərməyə imkan yaradır. Mən bütün tarixi, görünmə dərəcəsinə baxmayaraq, irqin
psixoloji xüsusiyyəti formalaşdıqda, demək olar ki, növün anatomik əlamətləri kimi
möhkəm əlamətlərə malik olması ilə bağlı başqa örnəklər də gətirəcəyəm.
İrqin psixoloji xüsusiyyətindən onların dünya və həyat haqqındakı bilikləri
formalaşır, eləcə də davranışları və nəhayət, tarixləri. Zahiri cisimləri məlum,
təəssürat üsulu ilə dərk etməklə, hər bir fərd hiss edir, düşünür, amma bunu
mükəmməl surətdə, əla psixoloji xüsusiyyətə malik olanların hiss etdiklərindən,
düşündüklərindən fərqli şəkildə edir. Bundan məlum olur ki, tamamilə müxtəlif
tiplərə uyğun qurulan psixoloji təsisatlar, tam qovuşmaya çata bilmir.
İrqlərin əsrlər boyunca bir-biri ilə toqquşması, başlıca olaraq onların
xarakterindəki barışmazlıqla bağlıdır.
Əgər müxtəlif irqlərin eyni cür hiss etmədikləri, düşünmədikləri, eyni cür hərəkət
etmədikləri və bir-birlərini başa düşmədikləri, daim nəzərə alınmazsa, onda tarixdən
heç nə anlaşıla bilməz. Şübhəsiz ki, müxtəlif xalqların dillərində ümumi sözlər var,
onları sinonimlər adlandırırlar, lakin bu ümumi sözlər onları eşidənlərdə oxşar
olmayan hislər, ideyalar və təfəkkür üsulu oyadır. Psixoloji xüsusiyyətləri bizimkindən
hissolunacaq dərəcədə fərqlənən xalqlar arasında dərin uçurumu başa düşmək üçün,
onlarla birlikdə yaşamaq lazımdır. Bunu, hətta onların sırasından yalnız bizim dildə
danışa bilənlər və bizim tərbiyəni alanlarla öz ölkəmizdə də etmək mümkündür.
Uzaq səyahətlərə çıxmadan da sivilizasiyalı kişi və qadın arasında mövcud olan
dərin psixoloji fərqləri qeyd etməklə, hətta qadının daha savadlı olması halında belə,
bu barədə bəzi təsəvvürləri tərtib etmək olar. Onlar ümumi maraqlara, ümumi
hislərə malik ola bilərlər, lakin onlarda heç vaxt oxşar ideya assosiasiyası ola bilməz.
Onlar əsrlər boyu öz aralarında bir-birlərini başa düşmədən danışırlar, çünki mənəvi
orqanizmləri müxtəlif tiplərə uyğun qurulduğundan, zahiri şeyləri eyni cür qavraya
bilməzlər. Təkcə məntiqlərində olan fərq kifayətdir ki, onların arasında keçilməz bir
uçurum yaransın.
Elə müxtəlif irqlərin psixoloji xüsusiyyətləri arasındakı bu uçurumun özü izah edir
ki, ali xalqlar niyə primitiv xalqları öz sivilizasiyalarına daxil etməyə, heç vaxt məcbur
edə bilmirlər. Geniş yayılmış belə bir fikir də var ki, təhsil bu işin öhdəsindən gələ
bilər – bu, təmiz zəka nəzəriyyəçilərinin nə vaxtsa yaratdıqları ən qəmgin
xəyallarından biridir. Şübhəsiz ki, təhsil yaddaş sayəsində – ən primitiv varlıqlar belə
ona malikdilər və o, insanın müstəsna imtiyazını təşkil etmir – bəşəriyyət silsiləsinin
downloaded from KitabYurdu.org


ən aşağı pilləsində duran fərdə, avropalıların malik olduğu məcmu idrakdan verib.
Zəncidən və ya yapondan bakalavr və ya vəkil hazırlamaq çox asandır. Lakin bu ona
yalnız zahiri parlaqlıq verə bilir, o, bundan heç bir fayda götürə bilmir, çünki bu onun
psixoloji təbiətinə heç bir təsir göstərmir. Bunu hər hansı bir təhsil verə bilməz (çünki
onları yalnız irsiyyət verə bilir) – bu, düşüncə forması, məntiq və başlıcası, qərb
insanlarının xarakteridir. Həmin zənci və yaxud yapon istənilən sayda diplom ala
bilər, lakin heç vaxt adi avropalının səviyyəsinə qalxa bilməz. On il ərzində ona çox
asanlıqla ən elmli ingilisə xas təhsil vermək mümkündür. Lakin ondan əsl ingilis, yəni
müxtəlif həyat şəraitlərində ingilis kimi davrana bilən insan yetişdirmək üçün min il
də azlıq edər. Yalnız zahirən xalq öz dilini, dövlət quruluşunu, dinini və öz incəsənətini
bu cür kəskin dəyişə bilər. Bu dəyişikliklərin əsil həqiqətdə baş verməsi üçün onun
ruhunu dəyişdirmək lazımdır.
IV fəsil
FƏRD VƏ İRQLƏRİN MÜTƏRƏQQİ TƏBƏQƏLƏŞMƏSİ
İrq nə qədər alidirsə, onun müxtəlif fərdləri arasında bərabərsizlik də bir o qədər
yüksəkdir. – Primitiv irqlərdə bütün fərdlər arasında psixoloji bərabərlik olur. – İrqləri
bir-birindən ayırmaq, onları bir-birindən fərqləndirib qiymətləndirmək üçün orta
təbəqədən deyil, ali təbəqədən istifadə etmək lazımdır.
– Sivilizasiyaların uğurları get-gedə fərdlərin və irqlərin daha çox təbəqələşməsinə
gətirib çıxarır. – Bu təbəqələşmənin nəticələri. – Təbəqələşmənin daha geniş
olmasına mane olan psixoloji əsaslar. – İrsiyyət həmişə orta irqin fərdi üstünlüyünə
necə gətirib çıxara bilir. – İrqlərin, fərdlər və cinslərin mütərəqqi psixoloji
təbəqələşməsini təsdiq edən anatomik müşahidələr.
Ali irqlər primitivlərdən təkcə psixoloji və anatomik xüsusiyyətlərinə görə deyil,
həm də onların dərinliyinə daxil olan elementlərin rəngarəngliyi ilə fərqlənirlər.
Primitiv irqlərdə bütün fərdlər, hətta onlar müxtəlif cinslərə aid olunsa belə, demək
olar ki, hamı eyni psixoloji səviyyəyə malikdilər. Hamı bir-birinə bənzədiyindən, onlar
özlüyündə, sözün tam mənasında, bir çox müasir sosialistlərin arzuladıqları
bərabərliyin təsvirini ifadə edirlər. Ali irqlərdə isə əksinə, fərdlər və cinslər arasında
bərabərsizliyi qanunlar təşkil edir.
Ona görə də xalqları orta təbəqə ilə deyil, ali təbəqə ilə, əgər onlarda beləsi
varsa, öz aralarında müqayisə etməklə, fərqləndirən böyüklüyü ölçmək olar.
Hindlilər, çinlilər, avropalılar orta təbəqələri ilə bir-birindən elə də çox fərqlənmirlər,
eyni zamanda ali təbəqələr arasında isə kəskin fərqlər mövcuddur.
Sivilizasiyaların uğurlarından təkcə irqlər deyil, həm də hər bir irqin fərdləri, ən
azı ali irqlərin fərdləri bəhrələnirlər, təbəqələşməyə can atırlar. Bərabərlik haqqında
arzularımıza baxmayaraq, müasir sivilizasiyalar nəticə baxımından insanlara daha çox
bərabərlik verməklə bağlı xəyalları doğrultmur, bunun əksi baş verir – onlar daha da
fərqlənməyə başlayıblar.
downloaded from KitabYurdu.org


Sivilizasiyaların ən başlıca nəticələrindən biri, bir tərəfdən, irqin təbəqələşməsi
yolu ilə, mədəniyyətin yüksək pilləsinə gəlib çatan xalqın üzərinə qoyulan əqli əməyin
günü-gündən artması, digər tərəfdən isə hər bir sivilizasiyalı xalqın təşkil olunduğu
müxtəlif təbəqələşmənin durmadan daha da dərinləşməsi, dərəcələrə bölünməni bir
qədər də sürətləndirir.
Əsl həqiqətdə sivilizasiyalı xalqların aşağı təbəqələri, müasir sənaye inkişafının
gətirdiyi şəraiti, əməyi hədsiz dərəcədə ixtisaslaşdırdığına görə mühakimə edirlər,
onlara görə bu, əqli qabiliyyətlərin yüksəlişinə yox, əksinə daha da məhdudlaşmasına
gətirib çıxaracaq. Yüz il bundan əvvəl işçi hər hansı bir mexanizmi, məsələn, saatı,
bütün xırda hissələrinə qədər düzəltməyi bacaran mahir usta idi. Bu gün isə sadə
manipulyasiya prosesi gedir: heç vaxt bu və ya digər, ayrı-ayrı hissələr istehsal
edilmir, işçi bütün həyatı boyu hər hansı bir dəlik açmağa və yaxud eyni əşyanı
cilalamağa məcbur edilir, nəticədə onun əqli yaxın zamanlarda tamamilə
ölgünləşəcək. Kəşflər və rəqabət arasında sıxışdırılan sənayeçi və ya ona rəhbərlik
edən mühəndis, əksinə, həmin sənayeçidən və ya yüz il əvvəlki mühəndisdən daha
çox bilik ehtiyatı, güc, təşəbbüs və ixtiraçılıq qabiliyyəti toplamağa məcburdur. Onun
daim məşğul olan beyni qanunlara tabedir, oxşar halda onun bütün orqanları buna
tabe olur: o, getdikcə daha çox inkişaf etməyə başlayır.
Tokvil aşağıda misal gətirilən sözlərlə sosial təbəqələrin mütərəqqi
təbəqələşməsini çox aydın göstərmişdir, özü də sənayenin müasir zamandakı inkişaf
pilləsindən hələ çox uzaq olduğu dövrdə... “Əməyin bölünmə prinsipi geniş tətbiq
olunduqca, fəhlə daha zəif, məhdud və asılı olmağa başlayır. İncəsənət uğurlar
qazanır, sənətkarlıq isə geriləyir. Sahibkar və işçi günlər ötdükcə bir-birindən daha
çox fərqlənirlər”.
Müasir zamanda intellektual nöqteyi-nəzərdən sivilizasiyalı xalq pilləvarı
piramidaya bənzəyir, onun alt hissəsi, təməli əhalinin qara kütləsi tərəfindən tutulub,
orta pillələr – təhsilli təbəqə və ali pillələr, yəni piramidanın zirvəsi – az sayda ən
yaxşı alimlər, ixtiraçılar, artistlər, yazıçılar tərəfindən mənimsənilib, əhalinin yerdə
qalan hissəsi ilə müqayisədə sayları çox cüzidir, amma buna baxmayaraq, ölkənin
sivilizasiya şkalasında səviyyəsini məhz, həmin azlıq müəyyənləşdirir. Yetər ki, o yoxa
çıxsın, onunla eyni zamanda millətin əzəmətini təşkil edən hər bir şeyin yox olduğunu
görə bilərsiniz.
“Əgər Fransa, – deyə Sen-Simon yazır, – özünün hər əlli nəfərdən bir alimini,
fabrik sahibini, aqronomunu qəfildən itirsəydi, onda millət hissiz bədənə çevrilər,
başsız qalardı. Amma əksinə bütün xidməti personalını itirsəydi, bu olay fransızları
yalnız məyus edərdi, çünki onlar xeyirxah insandılar, lakin ümumilikdə ölkə üçün bu,
çox kiçik itki olardı”.
Sivilizasiyaların uğurları ilə əhalinin təbəqələri arasında təbəqələşmə çox sürətlə
artır, hətta həndəsi yüksəlişlə artmağa can atır. Beləliklə, əgər irsiyyətin məşhur təsiri
onun qarşısına sədd çəkməsəydi, onda zaman keçdikcə hər hansı bir xalqın ali
təbəqəsi aşağı təbəqədən əqli cəhətdən o qədər uzaqlaşardı ki, bu zəncinin ağ adam
və ya hətta zəncinin meymunla arasında olan məsafə qədər olardı.
Lakin bir çox səbəblər sosial təbəqələrin bu, intellektual təbəqələşməsinə mane
olur, onun daha da genişlənməsi, nəzəri cəhətdən mümkün olan sürətlə getməsinin
downloaded from KitabYurdu.org


qarşısını alır. Birincisi, əslində təbəqələşmə yalnız şüura yayılır, xarakterə çox az
toxunur və ya heç toxunmur; biz isə bilirik ki, xalqların siyasi həyatında şüur deyil,
xarakter əsas rol oynayır. İkincisi, indiki zamanda kütlələr öz təşkilatları və nizam-
intizamları ilə hər şeyə qadir bir qüvvəyə çevrilməyə səy göstərirlər.
İndi bəyan edilən bu, iki süni səbəbdən – çünki onlar sivilizasiyaların gətirdiyi
şəraitdən ortaya çıxır və müxtəlifləşmək qabiliyyətinə malikdilər – başqa, daha
mühüm olanı da var (çünki o, təbiətin məğlubedilməz qanunudur), həmişə millətin
seçmə hissəsinin intellektual baxımdan aşağı təbəqələrdən kəskin sürətlə
təbəqələşməsinə mane olur. Sivilizasiyalarda eyni irqdən olan adamları daha da
təbəqələşdirən süni şərtlərlə yanaşı, irsiyyətin möhkəm qanunları da mövcuddur və
onlar açıq-aşkar, yuxarı pillədə duran fərdləri ya məhv etməyə, ya da ki orta
təbəqəyə daxil etməyə səy göstərir. Artıq qədim müşahidələr, irsiyyəti tədqiq edən
bütün müəlliflərin əsərləri, təsdiq edir ki, ən məşhur ağıl sahibi olan ailələrin nəsilləri
gec və ya tez onları məhv edən təmayülə, nəsil kəsilməsinə məruz qalır. Böyük
intellektual üstünlük yalnız cırlaşmadan kənarda qalanlarda baş verə bilər. Əslində,
sosial piramidanın təpəsi, yuxarıda ondan söz açmışdım, məhsuldar güclərini yalnız
özlərindən aşağıda yerləşən elementlərdən əldə etmək şəraitində daim mövcud ola
bilər. Əgər bu qəbildən olan fərdlərin hamısını kimsəsiz adaya toplasalar, müxtəlif
formalarda təsirlərə məruz qalmış və nəticə etibarilə tezliklə yox olmağa məhkum
olunmuşlarla, çarpazlaşdırma yolu ilə irq yaratmaq olar. Böyük intellektual
üstünlükləri, bağban tərəfindən mahiranə formada yaradılmış botaniki
eybəcərliklərlə müqayisə etmək olar. Onları özbaşına buraxdıqda ya məhv olurlar,
yaxud da növün orta tipinə doğru qayıdırlar, həmin tip yeganədir və ən qüdrətlidir,
çünki o, əcdadlarının uzun bir sırasını təmsil edir.
Beləliklə, hər hansı bir irqin fərdləri əsrlər ərzində daha çox təbəqələşərək daim
bu irqin orta tipinin ətrafında dövr edir, çünki uzun zaman ərzində ondan ayrı
yaşamağa qabil deyil. Bu orta tipə, hansı ki, tədricən daha çox yüksəlir, məlum
millətin böyük əksəriyyəti aiddir. Bu, əsas, ən qüdrətli tip, ən azından ali xalqlarda,
məşhur zəka sahiblərindən ibarət çox incə təbəqə ilə örtülüb, bu isə özlüyündə
sivilizasiya nöqteyi-nəzərindən əhəmiyyətlidir, lakin irq nöqteyi-nəzərincə heç bir
əhəmiyyət daşımır. Aramsız məhv olmaqla, o, orta təbəqənin hesabına durmadan
bərpa olunur, biri dəyişikliyə uğrayır, amma çox aramla, çünki ən xırda dəyişikliklər
belə, dayanıqlı olmaq üçün irsən, özü də eyni istiqamətdə uzun əsrlər boyunca
toplanmalıdır. Əslində, mütərəqqi təbəqələşmə, bəzi irqlərin səviyyəsini tədricən
yüksəldib, digərləri isə səviyyəcə yüksələ bilməyiblər – onlar ilə inkişaf edə bilməyən
irqlər və xalqlar arasında dərin uçurum yaradıb – yüksək intellektual zəkalar
tərəfindən deyil, orta təbəqə tərəfindən əldə olunur və yalnız irsən, mükəmməl
surətdə toplanır (çünki dahilik nəsildən nəslə ötürülmür).
Hələ bir neçə il bundan əvvəl, bütünlüklə anatomik tədqiqatlara söykənərək,
mən, bu cür ideyalara – bayaq yuxarıda fərdlər və irqlərin təbəqələşməsi xüsusunda
izah etdiyim və indi bunu sübut etmək üçün onlara yalnız psixoloji dəlil kimi istinad
etdiyim – gəlib çıxdım. Belə ki, iki üsulla aparılan tədqiqatlar bir, eyni cür oxşar
nəticələrə gətirib çıxarır, mən ilk əsərimdən bəzi xülasələri burada xatırlatmağı
özümə borc bilirəm. Həmin nəticələr müxtəlif irqlərə aid bir çox minlərlə qədim və
downloaded from KitabYurdu.org


müasir insan kəllələri üzərində aparılmış ölçmələrə əsaslanır. Budur, onlardan ən
əhəmiyyətli olanları:
“Əgər ayrı-ayrı hadisələri bir kənara qoyub və diqqəti yalnız onların say
çoxluğuna yönəltsək, belədə kəllənin həcmi və əqli qabiliyyətləri ilə sıx asılılıq olduğu
tamamilə aydın olur. Lakin kəllələrin orta həcmi arasındakı bu xırda fərqlər, o
əlamətləri təşkil etmirlər ki, onların vasitəsilə primitiv irqləri ali irqlərdən
fərqləndirmək olsun, ən əhəmiyyətli fakt odur ki, ali irqdə inkişaf etmiş şüura malik
şəxslərin sayı çoxdur, buna adekvat olaraq demək olar ki, primitiv irqlərdə belələrinə
rast gəlinmir. Beləliklə, irqlər öz aralarında xalq kütlələri ilə deyil, ayrı-ayrı yüksək
nümayəndələri ilə fərqlənirlər. Müxtəlif xalqlarda kəllələrin həcmi arasındakı orta
fərq, primitiv irqlər istisna olmaqla, heç vaxt elə də böyük olmur.
... İndiki və keçmiş zamanlarda yaşayan insan irqlərinin kəllələrini müqayisə
etməklə, görmək olur ki, kəllələrin həcmində böyük fərdi fərqlər olan irqlər
sivilizasiyanın daha ali pilləsində dururlar, belə demək olarsa, hansısa irq daha
sivilizasiyalı olursa, onu təşkil edən fərdlərin kəllələri öz aralarında daha çox -
fərqlənirlər. Bunun da nəticəsi odur ki, sivilizasiya bizlərini əqli bərabərliyə deyil,
daha çox, daha artıq dərin bərabərsizliyə doğru aparır. Anatomik və fizioloji
bərabərlik yalnız inkişafın ən aşağı pilləsində duran irqlərin nümayəndələri arasında
rast gəlinir. Hansısa vəhşi qəbilə üzvləri arasında, hamı özünü eyni məşğuliyyətə həsr
edir, onların arasında fərq çox kiçikdir. Əksinə, leksikonunda üç yüzdən çox söz
olmayan hansısa kəndli ilə alim arasında, müvafiq anlayışlarda onların söz ehtiyatı
yüz minlərlədir, fərq çox böyükdür”.
Yuxarıda söylədiklərimə əlavə etməliyəm ki, sivilizasiyaların inkişafı nəticəsində
meydana çıxan fərdlər arasında təbəqələşmə, cinslər arasında da baş verir. Primitiv
xalqlarda və yaxud ali xalqların aşağı təbəqələrində kişi və qadın əqli nisbətdə bir-
birinə çox yaxındılar. Lakin elə ki, xalqlar mədəniləşir, cinslər bir-birindən daha çox
fərqlənməyə can atır. Qadın və kişi kəlləsinin həcmi hətta eyni yaşda, eyni boyda və
çəkidə olduqda belə, mədəniləşmənin yüksəlişi ilə aralarındakı fərqlər çox sürətlə
artır. Primitiv irqlərdə bu fərqlər, çox zəif, ali irqlərdə isə çox böyük olur. Ali irqlərdə
qadın kəllələri çox vaxt primitiv irqlərdəki qadın kəllələrindən bir az artıq inkişaf edir.
Bununla yanaşı, parisli qadının kəlləsinin orta həcmi, əgər kəlləni ən böyük, məşhur
kəllələrlə yanaşı qoysalar, onun orta həcmi ən kiçik kəllələrin həcmindən heç nə ilə
fərqlənmir, çinli və yaxud hətta Yeni Kaledoniyadan olan qadınların kəllələrinin
həcminə yaxın olur”.
V fəsil
TARİXİ İRQLƏRİN TƏŞƏKKÜLÜ
Tarixi irqlər necə təşəkkül tapmışlar. – Müxtəlif irqlərə bir irqin təşəkkülü üçün
qaynayıb-qarışmağa imkan yaradan şərait. – Öz aralarında bir-biri ilə toqquşan
fərdlərin sayının, bərabərsizlik əlamətlərinin, mühitin və s. təsiri. – Çarpazlaşmanın
nəticələri.
downloaded from KitabYurdu.org


– Metislərdə növün böyük eniş səbəbləri. – Çarpazlaşmanın yaratdığı yeni psixoloji
əlamətlərin dəyişkənliyi. – Bu əlamətlər necə möhkəmlənir. – Tarixin böhranlı
mərhələləri. – Çarpazlaşma yeni irqlərin təşəkkülündə əhəmiyyətli amil rolunu
oynayır və eyni zamanda sivilizasiyaların dağılmasında da güclü amil kimi çıxış edir. –
Kastaların təsisinin əhəmiyyəti. – Mühitin təsiri.
– Çarpazlaşma əcdadlardan irsən keçən əlamətləri dağıtdığına görə mühit yalnız
təşəkkül mərhələsində olan yeni irqlərə təsir göstərə bilir. – Mühit qədim irqlərə heç
bir təsir göstərə bilmir. – Müxtəlif nümunələr. – Avropanın tarixi irqlərinin əksəriyyəti
hələ təşəkkül mərhələsindədirlər. – Siyasi və sosial nəticələr.
– Tarixi irqlərin təşəkkül mərhələsi niyə çox tezliklə sona çatmalıdır.
Artıq yuxarıda qeyd etmişdik ki, sivilizasiyalı xalqlar arasında indi əsl irqlərə daha
rast gəlinmir, bu, sözün elmi mənasında, başa düşülməlidir, yalnız tarixi irqlərə rast
gəlmək olur, onlar isə təsadüfi işğallar, mühacirət, siyasət və sair nəticəsində əmələ
gəliblər ki, nəticə etibarilə, müxtəlif cür təşəkkül tapan adamların bir-birinə
qarışmasından yaranıblar.
Bu müxtəlifcinsli irqlər necə qaynayıb-qarışır və ümumi psixoloji əlamətlərə sahib
olmaqla, eyni tarixi irqi necə təşkil edirlər? Bu bizim yaxında toxunacağımız mövzu
olacaq.
Hər şeydən əvvəl qeyd etməliyik ki, hər hansı bir olay nəticəsində ortaya çıxan
elementlər, heç də həmişə bir-birinə qovuşmur. Avstriya hökmranlığı altında yaşayan
almanlar, macarlar və slavyanlar tamamilə müxtəlif irqləri təşkil edirlər və heç vaxt
onlarda qovuşmağa meyillilik özünü büruzə verməyib. İngilislərin hökmranlığı altında
yaşayan irlandiyalı da onunla o qədər də qovuşa bilməyib. İnkişafın ən aşağı
pilləsində dayanan xalqlara gəldikdə, məsələn, hindilər, avstraliyalılar, tasmaniyalılar
və sair onlar ali xalqlarla təkcə qovuşmurlar, həm də onlarla təmasdan sonra çox
tezliklə qeyb olub gedirlər. Ali xalq ilə toqquşan istənilən primitiv xalq, tezliklə qeyb
olmağa məhkumdur, yəni bu labüdlükdür.
İrqlərin qovuşması az və ya çox dərəcədə bircinsli yeni irqin formalaşması üçün
bir çox şərtlər lazımdır.
Bu şərtlərdən birincisi ondan ibarətdir ki, çarpazlaşdırılan irqlərin əhalisinin say
fərqi elə də çox olmasın; ikincisi – onlar əlamətləri ilə bir-birindən o qədər də kəskin
fərqlənməsinlər; üçüncüsü – onlar uzun zaman ərzində eyni mühitin təsirinə məruz
qalsınlar.
Hazırda misal çəkdiyim şərtlər arasında ən əhəmiyyətlisi birinci şərtdir. Çoxsaylı
zənci qəbilələri arasında məskunlaşmış ağ adamlardan ibarət azsaylı əhali, adətən, bir
neçə nəsildən sonra yoxa çıxır və özündən sonra gələn nəslin qanında heç bir iz -
qoymurlar. Həddən artıq çoxsaylı xalqları fəth edən bütün qaliblər bax, bu cür yox
olub getmişlər. Onlar orada mədəniyyətlərini, incəsənətlərini və öz dillərini saxlaya
biliblər; amma öz qanlarını heç vaxt qoruyub saxlaya bilməmişlər.
Şərtlərdən ikincisi də böyük əhəmiyyət daşıyır. Şübhəsiz ki, bir-birindən kəskin
fərqlənən irqlər, məsələn, ağlar və zəncilər, qovuşa bilərlər, lakin onlardan doğulan
metislər, özlərinin aid olduqları irqdən daha aşağı irqi formalaşdırırlar, sivilizasiyanı
nəinki tamamilə yaratmaq, hətta dəstəkləmək qabiliyyətində belə olmurlar. Əks
tərəfdən gələn irsilik onların əxlaq və xarakterini pozur. Metislər təsadüfən (San-
downloaded from KitabYurdu.org


Dominqoda olduğu kimi) ali mədəniyyəti irsən qəbul edəndə isə bu sivilizasiya çox
tezliklə acınacaqlı vəziyyətə düşür. Çarpazlaşma yalnız ali, bir-birinə yaxın irqlər
arasında, məsələn, amerikalı ingilisləri və almanları, mütərəqqiliyin elementinə
çevrilə bilər. Lakin onlar həmişə cırlaşmanın elementlərini təşkil edirlər, o vaxt ki, bu
irqlər, hətta ali irq olsalar belə, öz aralarında kəskin fərqlənirlər.
Çoxlu sayda metis əhalidən ibarət ölkələr, əgər həmin ölkələri dəmir əl idarə
etmirsə, təkcə elə bu səbəbdən daimi anarxiyaya məhkumdular. Braziliya bu cür
taleyə məhkumdur. Bu ölkədə ağların sayı əhalinin üçdə birinə bərabərdir. Yerdə
qalan əhalini zəncilər və mulatlar təşkil edir. Məşhur Aqassis tam əsasla deyir ki,
“Braziliyada olmaq kifayətdir ki, çarpazlaşmanın nəticəsi kimi ortaya çıxan nəslin
cırlaşmasını fakt kimi etiraf edəsən, bu ölkədə çarpazlaşma digər yerlərə nisbətən
daha böyük ölçülərdə gedib. Bu çarpazlaşma, – o deyir, – qohumların ən yaxşı irqi
keyfiyyətlərini hamarlayır, onun zənci, hindi və ya avropalı olmasından asılı
olmayaraq, təsvir edilə bilməyəcək bir tip istehsal edir ki, həmin tipdə fiziki və ruhi
enerji çox zəifləyib”.
İki xalqı çarpazlaşdırmaq – deməli, bir dəfəyə onun həm fiziki, həm də ruhi
xüsusiyyətlərini dəyişdirmək deməkdir. Bununla belə, çarpazlaşdırma hər hansı bir
xalqın xarakterini əsaslı şəkildə dəyişdirmək üçün bizim malik olduğumuz yeganə
düzgün vasitədir. Belə ki, yalnız bir irsiyyət o qədər güclüdür ki, onunla mübarizəyə
qalxa biləsən. Onlar zamanla, yeni fiziki və psixoloji əlamətlərə malik təzə irqin
təşəkkülünə imkan verirlər. Bu minvalla, yaradılmış əlamətlər, başlanğıcda dayanıqsız
və zəif olurlar. Onların möhkəmləndirilməsi üçün həmişə sürəkli irsi yığım çox
vacibdir. Müxtəlif irqlər arasında çarpazlaşdırmanın ilk təsiri, nəticə etibarilə, həmin
irqlərin ruhunu məhv edir, yəni, ümumi ideya və hislərin məcmusunu, xalqların
gücünü təşkil edirlər və bunsuz nə millət, nə də vətən yaşaya bilir. Bu, irqin tarixində
böhranlı mərhələdir, bütün irqlərin keçdiyi ilk təcrübə və yoldan azma dövrüdür,
çünki bir avropalı xalq belə tapa bilməzsən ki, digər xalqların qalıqlarından yaranmış
olsun. Bu, hələ ki, yeni psixoloji əlamətlər möhkəmlənmədiyinə görə, indiyədək
davam edən, bütünlüklə daxili çəkişmələr və müxtəlif gözlənilməzliklər dövrüdür.
Yuxarıda deyilənlər bizə göstərir ki, çarpazlaşmaya eyni vaxtda yeni irqlərin
təşəkkülünün başlıca elementi və qədim irqlərin məhvinin güclü faktoru kimi baxmaq
lazımdır. Sivilizasiyanın ən yüksək pilləsinə yüksələn bütün xalqlar, gəlmələrlə
qarışmaqdan ciddi-cəhdlə qaçmağa çalışıblar və bu cür davranışın tamamilə əsaslı
olduğu şübhə belə, doğurmur. Son dərəcə fövqəladə bir kasta quruluşu olmadan
3000 il bundan əvvəl Hindistanı fəth edən bir ovuc ari çox tezliklə onu hər tərəfdən
əhatə edən çoxsaylı qara qəbilələr tərəfindən udulardı və bu böyük yarımada
mühitində heç bir mədəniyyət yaranmazdı. Əgər ingilislər bizim günlərdə təcrübədə
həmin sistemi qoruyub saxlamasaydılar və yerlilərlə çarpazlaşsaydılar, onda nəhəng
Hindistan imperiyası onlardan çoxdan qurtulmuş olardı. Xalqlar çox şeyi itirə,
müxtəlif faciələrlə üzləşə bilərlər, amma yenə də ayağa qalxmaq iqtidarında olurlar.
Lakin əgər xalq ruhunu itirərsə, onda o heç vaxt dikələ bilməz.
Tənəzzül dövrünü yaşayan sivilizasiyalar işğalçıların asan qənimətinə çevrilirlər,
çarpazlaşma əvvəlcə dağıdıcı rol oynayır, sonra isə qurucu, elə indi bu haqda
danışdım. Onlar qədim sivilizasiyaları məhv edirlər, çünki xalqın malik olduğu ruhu
downloaded from KitabYurdu.org


puç edirlər. Onlar yeni sivilizasiyanın təşəkkülünə imkan verirlər. Belə ki, irqlərin
toqquşması nəticəsində köhnə psixoloji əlamətlər məhv edilib və mövcudolma ilə
bağlı yeni şərtlərin əsasında çox tezliklə yeni əlamətlər formalaşacaq.
Yalnız formalaşma mərhələsində olan irqlərdə irsən keçmiş cizgilər, irsiyyətin əks
fəaliyyətləri onları darmadağın edir, bu bölümdə xatırladılan amillərdən ən axırıncısı,
mühitin təsiri ortaya çıxır. Qədim irqlərə zəif təsir edə bilən həmin amillər, yeni
irqlərə çox güclü təsirə malikdilər. Çarpazlaşma əcdadlardan irsən keçmiş psixoloji
əlamətləri məhv edərək, bir növ tabula rasa (tabula rasa, insan beyninin başlanğıcda
“boş bir lövhə” olduğunu qabardan fəlsəfi görüş) yaradır, mühitin əsrlər boyunca
davam edən təsiri nəticəsində, sonucda yeni psixoloji əlamətlər formalaşdırır və
tədricən onları möhkəmləndirir. Yalnız və yalnız onda hesab etmək olar ki, yeni tarixi
irq təşəkkül tapıb. Fransız irqi bu cür yaranıb.
Mühitin həm fiziki, həm də mənəvi təsirinin şəraitə uyğun olaraq, ya çox güclü,
yaxud əksinə çox zəif olması buradan aydın olur və elə bununla izah etmək
mümkündür ki, onların təsiri niyə bu xüsusda ən zidd rəylərdə özünü büruzə verir. Biz
elə indicə yaranmaq mərhələsində olan irqlərə həmin təsirlərin çox güclü olduğunu
görə bildik. Lakin lap əvvəldən irsən möhkəm oturuşmuş qədim irqlərə baxsaq, onda
demək olar ki, mühitin təsiri, əksinə sıfıra bərabərdir.
Mənəvi mühitə nisbətdə: onun təsirinin çox əhəmiyyətsiz olduğuna dair
sübutumuz var, məsələn, Qərb sivilizasiyaları Şərq xalqlarına təsir göstərməkdə
acizdilər, hətta bir neçə nəsil ərzində qaynayıb-qarışsalar belə, buna Birləşmiş
Ştatlarda yaşayan çinliləri nümunə göstərə bilərik. Fiziki mühit üçün biz onun
hökmünün, mühitə uyğunlaşmanın çətinliyi üzündən çox zəif olduğunu etiraf edə
bilərik. Özündən əvvəlkindən tamamilə fərqlənən yeni mühitə daşınan qədim irq –
fərqi yoxdur, burada söhbət insan, heyvan və ya bitkidən gedir – dəyişilməkdən daha
çox məhv olmağa məhkumdur. Ardıcıl olaraq onlarla müxtəlif xalqlar tərəfindən zəbt
edilən Misir, həmişə onlar üçün məzar olub. Həmin xalqlardan heç biri yeni iqlimə
uyğunlaşa bilməyib. Yunanlar, romalılar, farslar, ərəblər, türklər və s. öz qanlarının
izlərini heç vaxt orada saxlaya bilməmişlər. Orada rast gəlinən yeganə tip, cizgiləri ilə
dəyişməz qalan həmin fəllahdır – misirli rəssamlar onu yeddi min il bundan əvvəl
firon sərdabələrində və saraylarında naxışlarla həkk ediblər.
Avropanın tarixi xalqlarının əksəriyyəti hələ yaranma ərəfəsindədirlər və bu
faktın özü, tarixi başa düşmək üçün çox mühümdür. Yalnız bir tək müasir ingilis,
özlüyündə tam müəyyənləşmiş mükəmməl irqi təmsil edir. Yeni, olduqca birnövlü tipi
yaratmaq üçün ona qədim bretan, anqlosaks və normandiyalı qarışıb. Fransada isə
əksinə, provanslı bretandan, overntsdən və normandiyalıdan tamamilə fərqlənir.
Baxmayaraq ki, hələ fransızın orta tipi mövcud deyil, ən azı məlum vilayətlərin orta
tipləri mövcuddur. Təəssüflər olsun ki, həmin tiplər, ideya və xarakterlərinə görə
kəskin fərqlənirlər. Buna görə, onların hamısı üçün eyni dərəcədə faydalı ola bilən
təsisatlar tapmaq çətindir. Onların hisləri və dinləri arasında olan dərin fərqlər və
buradan qaynaqlanan siyasi çevrilişlər başlıca olaraq, ruhi xüsusiyyətlərlə bağlı
fərqlər üzərində dayanır, gələcəkdə onları aradan qaldırmaq mümkün ola biləcək.
Nə vaxt ki, şərait müxtəlif irqləri eyni ərazidə birgə yaşamağa məcbur edib,
həmişə belə olub. Bir-birilə təmasda olan irqlər nə qədər fərqli olublarsa, çəkişmə və
downloaded from KitabYurdu.org


daxili müharibələr də həmişə intensivliyi ilə seçilib. Aralarındakı uyğunsuzluq ifrat
həddə olduqda, onları eyni təsisatlar, eyni qanunlar altında yaşamağa məcbur etmək
tamamilə mümkünsüz olur. Müxtəlif irqlərdən təşəkkül tapan böyük imperiyaların
tarixi həmişə eyniyyət təşkil edib. Onlar çox vaxt öz baniləri ilə birlikdə qeyb olublar.
Müasir millətlərdən yalnız hollandlara və ingilislərə özlərindən tamamilə fərqlənən
asiya xalqlarını əsarətləri altına almaq nəsib olub, çünki onlar bu xalqların adət və
ənənələrinə, qanunlarına hörmətlə yanaşmağı bacarıblar, onlara əslində
özünüidarəetmə imkanı veriblər və vergi yığımı, ticari əlaqələr və sülhün qorunması
işlərində öz iştiraklarını isə məhdudlaşdırıblar.
Bu nadir istisnaları çıxmaq şərti ilə bir-birinə uyğun gəlməyən xalqları birləşdirən
bütün böyük imperiyalar, yalnız zor gücünə yaradıla bilər və elə güc yolu ilə də məhvə
məhkumdular.
Millətin təşəkkülü və uzun müddət yaşaması üçün onun, aramla, bir-birindən elə
də kəskin fərqlənməyən, daim öz aralarında çarpazlaşan, eyni ərazidə yaşayan, eyni
mühitin təsiri altında olan, eyni təsisatlar və eyni dinə malik olan irqlərin tədricən bir-
birinə qarışması lazımdır. Bu müxtəlif irqlər yalnız o zaman, bir neçə əsrdən sonra
yekcins milləti formalaşdıra bilərlər.
Dünya qocaldıqca irqlər daha çox dayanıqlı olur və onların bir-birinə qarışması
yolu ilə dəyişməsi çox nadir hallarda baş verə bilir. Dünya yaşa dolduqca, bəşəriyyət
hiss edir ki, irsi yük necə də ağırlaşır və dəyişikliyin baş verməsi getdikcə çətinləşir.
Avropaya gəldikdə, demək mümkündür ki, onun üçün tarixi irqlərin formalaşması
erası yaxın vaxtlarda başa çatacaq.
İkinci bölmə

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin