Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi


partlayışa gətirib çıxardı və hökumətin devrilməsi ilə nəticələndi. Eyni zamanda



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix02.01.2022
ölçüsü1,32 Mb.
#46812
1   2   3   4   5   6   7   8   9   10   11
2 5339228155242613073


partlayışa gətirib çıxardı və hökumətin devrilməsi ilə nəticələndi. Eyni zamanda,
Hartumda ingilis ekspedisiyasının uğradığı daha əhəmiyyətli müvəffəqiyyətsizli
İngiltərədə yalnız kiçik həyəcanlara səbəb olmuşdu və bundan heç bir nazirlik zərər
də çəkməmişdi. Kütlə həmişə qadın xarakterinin xüsusiyyətlərini özündə göstərir və
həmin xüsusiyyətlər daha çox latın izdihamında özünü büruzə verir. Kim ona
arxalanırsa, həmişə sürətlə çox yüksəyə qalxa bilər, lakin daim Tarpey qayasına
toxunar və həmişə də günlərin birində həmin qayadan aşırıla biləcəyini gözləməlidir.
2. KÜTLƏNİN TƏLQİNƏ QARŞI ELASTİKLİYİ VƏ SADƏDİLLİYİ
Biz artıq kütləni şərh edərkən demişdik ki, onun ümumi xassələrindən biri təlqinə
həddən çox elastikliyidir. Göstərmişdik ki, istənilən insan toplumunda təlqin çox
sirayətedici olur və hislərin məlum istiqamətə sürətlə yönlənməsi də məhz bununla
izah edilir.
Kütlə nə qədər bitərəf olsa da, o bütün hallarda daha çox gözləmə mövqeyində
olur, bu hər cür təlqini asanlaşdırır. İlk ifadə edilmiş təlqin həmin andaca digər
ağıllara da sirayət edir və dərhal müvafiq əhval-ruhiyyə yaranır. Bütün canlılarda
olduğu kimi təlqinin təsiri altında şüura hakim kəsilən ideyalar, fəaliyyətə keçməyə
can atır. Kütlə həmçinin çox asanlıqla sarayı yandıra və ya hansısa ali fədakarlıq aktını
icra edə bilər; hər şey həyəcanlandırıcıların təbiətindən asılıdır, təcrid olunmuş
fərdlərdə isə bu, təlqin edilmiş akt və onu həyata keçirməyə mane olan düşüncə ilə
bağlı münasibətlərdən asılı olur.
Həmişə qeyri-iradiliyin sərhədində dolaşan, hər cür təlqinə asanlıqla itaət edən
və düşüncənin təsirinə tabe olmayan varlıqlara xas olan azğınlıq hislərinə malik kütlə,
hər cür ifrat qabiliyyətlərdən məhrum izdiham, fövqəladə dərəcədə sadədil olmalıdır.
Onun üçün mümkün olmayan bir şey yoxdur və bunu yadda saxlamaq lazımdır, belə
ki, əfsanələr və ən inanılmaz hekayələrin belə asanlıqla yaranması və yayılması elə
bununla əlaqədardır.
downloaded from KitabYurdu.org


Mühasirə zamanı Parisdə olan adamlar, kütlənin sadədilliyinə dair bu cür çoxsaylı
nümunələri görüblər. Yuxarı mərtəbədə yandırılan şam dərhal düşmən tərəfə işarə
vermək kimi qəbul edilirdi, halbuki bir dəqiqəlik düşüncə kifayət edərdi ki, bunun
cəfəng fərziyyə olduğuna əmin olasan, belə ki, bir neçə millik məsafədən düşmən
əlbəttə, şam alovunu sezə bilməzdi.
Kütlə arasında asanlıqla yayılan əfsanələrin yaranması, təkcə onun sadədilliyi ilə
yox, həm də hadisələrin izdihamda toplanan adamların təəssüratlarında təhrif
olunmuş şəkildə əks olunması ilə əlaqədardır. Ən sadə hadisə kütlənin gözündə çox
tez daha böyük ölçü ala bilir. Kütlə obrazlarla düşünür və onun təsəvvüründə
canlanan obraz öz növbəsində digər, birinci ilə heç bir məntiqi əlaqəsi olmayan
obrazları doğurur. Hansısa faktı xatırlayanda, fikirlərin bir-birinə qəribə bağlılığı bəzən
bizdə xatirələr doğurur, bunu yada salsaq, onda biz həmin vəziyyəti çox asan dərk
edə bilərik. İdrak bizə həmin obrazlardan ibarət mənasız şeyləri göstərir, lakin
izdiham bunu özünün təhrif olunmuş təəssüratları tərəfindən canlandırıldığını
görmür və hər şeyi həqiqət kimi qəbul edir. Kütlə subyektiv olanı obyektiv olandan
ümumiyyətlə, ayırmır; şüur tərəfindən törənən və əksər vaxtlarda müşahidə edilən
faktla çox uzaq əlaqəsi olan hadisələri, izdiham real obrazlar hesab edir.
Elə görünür ki, kütlənin gözündə hər hansı bir hadisənin təhrifə məruz qalması,
çoxşaxəli xarakter alacaq, çünki izdihamı təşkil edən fərdlər tamamilə müxtəlif
temperamentlərə malikdilər. Amma qətiyyən elə deyil. Sirayətediciliyin təsiri altında
bu təhriflər bütün fərdlər üçün həmişə eyni xarakter daşıyır. Fərdlərdən birinin
xəyalına gətirdiyi ilk təhrif, sirayətedici təsirin nüvəsi rolunu oynayır. Müqəddəs
Georginin Yerusəlimdə divarlarda və bütün pəncərələrdəki təsvirini başlanğıcda
izdihamda yalnız bir nəfər görmüşdü, təlqin yolu ilə və sirayətedici möcüzə
nəticəsində həmin andaca o, digərləri tərəfindən də qəbul edildi.
Tarixdə tez-tez danışılan və həqiqiliyi minlərlə insan tərəfindən təsdiq edilən
bütün kollektiv hallüsinasiya mexanizmi həmişə bax, belə olur. Yuxarıda deyiləni,
kütləni təşkil edən fərdlərin şüur keyfiyyətlərinə bağlamaqla təkzib etmək, artıq bir
şey olardı. Həmin keyfiyyətlər əhəmiyyət daşımır; cahil və alim, əgər onlar artıq
izdihamda iştirak edirlərsə, müşahidə qabiliyyətindən eyni dərəcədə məhrum olurlar.
Həmin vəziyyət paradoksal görünə bilər, lakin sübut etmək üçün o qədər çox tarixi
faktlar var ki, bunun üçün cildlər lazım gələrdi. Amma oxucunu dəlilsiz təsdiqlərin
təəssüratları altında qoymamaq üçün sitat gətirdiyim həmin külli faktların arasından
təsadüfən seçdiklərimdən bir neçəsini nümunə olaraq göstərəcəyəm.
Kollektiv qarabasmaya aid ən tipik hadisə barədə - həm də nəzərə almaq lazımdır
ki, həmin hadisə zamanı kütlə hər növ fərdlərdən, ən cahildən tutmuş, ən təhsilliyə
qədər, təşkil olunmuşdu – leytenant Jülyen Feliks dəniz axınları barədə yazdığı və
sonradan “Revue Scientifique”də çap olunmuş kitabında qələmə alıb. “La Belle
Poule” freqatı güclü tufan nəticəsində ayrı düşdüyü “Berceau” korvetini axtararaq,
dənizdə üzürdü. Hadisə gündüz baş vermişdi və günəş parlayırdı. Birdən növbətçi tərk
edilmiş gəmini gördü. Heyət diqqətini həmin məntəqəyə yönəltdi və bütün zabitlər
və dənizçilər adamlarla dolu, yedək ipi ilə qayıqlara bağlanmış və həyəcan siqnalı
SOS! görünən salı aşkar müşahidə etdilər. Amma bütün bunlar kollektiv
qarabasmadan başqa bir şey deyildi. Admiral Defosse həmin andaca ölümə məruz
downloaded from KitabYurdu.org


qalanların köməyinə qayıqlar göndərdi. Fəlakət yerinə yaxınlaşdıqca zabitlər və
dənizçilər narahatlıq içində və əllərini uzadan bir dəstə adamı aşkar görür və çoxlu
səslərdən ibarət qarışıq hay-küy eşidirdilər. Nəhayət, qayıqlar həmin yerə çatanda
orada küləyin qonşu sahildən gətirdiyi yarpaqlı bir neçə budaqdan başqa heç nə
görmədilər. Bu cür aşkar dəlildən sonra, əlbəttə, qarabasma yoxa çıxmışdı.
Bu nümunədə biz kollektiv hallüsinasiya yaranması mexanizmini aşkar izləyə
bilirik. Bir tərəfdən, burada gözləmə diqqətində olan kütləni, digər tərəfdən – -
dənizdə tərk edilmiş gəmini görən növbətçi tərəfindən olunan təlqini görürük; həmin
təlqin, sirayətedici yolla orada olanların hamısı, həm zabitlər, həm də dənizçilər
arasında yayılmışdı.
Qarşısında baş verənləri düzgün görməyə imkan verən qabiliyyətin məhv olması
və real faktların yerinə heç bir əlaqəsi olmayan qarabasmaların gəlməsi üçün kütlənin
çoxsaylı olması mütləq deyil. Bir neçə fərd bir yerə toplaşdıqdan sonra – hətta ən
görkəmli elm adamları olsalar belə – onlar artıq kütləni təşkil edirlər. Bəzən onlar hər
halda kütlənin öz peşələrindən kənara çıxan hər bir şeyə münasibətdə, bütün
xassələrini mənimsəyirlər. Ayrılıqda həmin alimlərin hər birində mövcud olan tənqidi
müşahidə eləmək bacarığı, izdihamda dərhal yoxa çıxır. Fərasətli psixoloq Davenin
“Annales des Sciences psychiques”də yazdıqları, həmin vəziyyəti təsvir etmək üçün
bizə olduqca maraqlı nümunə verir. Aralarında İngiltərənin ilk elm adamlarından biri
Uollesin də olduğu görkəmli müşahidəçiləri bir araya toplayan Dave onların qarşısına
(öncədən otaqda olan bütün əşyaları onlara tədqiq etməyi və hər şeyə möhür
vurmağı təklif edir) spiritlə bağlı (spirit, ölülərin ruhları ilə münasibətə girmək və
onların verdikləri cavablarla bilinməyən şeyləri, ruhlar aləminə aid bilgiləri
öyrənmək): ruhların maddiləşməsi, taxta üzərində yazma və s. kimi bütün klassik
fenomenləri qoydu. Ardınca da onlardan gördüklərini yazılı şəkildə təsdiq edən
cavablar aldı, hansı ki, orada deyilirdi ki, yuxarıda sadalanan fenomenlər yalnız
fövqəltəbii güclərin köməyi sayəsində ortaya çıxır. Dave etiraf edirdi ki, bütün bu
təzahürlər çox sadə hiylənin nəticəsində ortaya çıxmışdı. “Davenin təcrübələrində ən
qəribəsi, – hekayə müəllifinin dediyinə görə, – heç də fokusların özü yox, yeri
gəlmişkən, həmin fokusların arasında çox əcaibləri də var idi, şahidlərin ifadələrinin
onun irəli sürdüyü məqsədə həsr olunmaması ilə bağlı böyük uyğunsuzluq idi.
Buradan belə çıxır ki, çoxsaylı şahidlərin müsbət hekayələri tamamilə yanlış ola bilər,
belə ki, məlum hadisədə, əgər həmin ifadələr həqiqi qəbul olunarsa, onda qeyd
edilən təzahürlərin heç bir hiylə ilə izah etməyin mümkünsüzlüyü ilə razılaşmaq lazım
gələr. Amma Davenin istifadə etdiyi metodlar o qədər sadə idi ki, onlardan istifadə
etmək cəsarətinə heyrətlənməmək mümkün deyil. Lakin kütlənin ağlı üzərində elə
gücə malik idi ki, o, əslində olmayan şeyi gördüyünə hamını inandıra bilirdi”. Bu
hadisədə yenə də hipnozçunun, hipnoz edilənlər üzərində hökmranlığının təzahürünü
görürük və əgər həmin gücə ən yüksək ağıllar belə tabe olursa, öncədən
həyəcanlanan adi kütlə çox asanlıqla ona itaət edəcək!
Bu cür nümunələr kifayət qədərdir. Elə bu sətirləri yazarkən, bütün qəzetlər suda
boğulmuş iki balaca uşağın Sena çayından çıxarılması haqda hekayətlərlə dolu idi. Ən
azından bir çox şahidlər həmin uşaqların şəxsiyyətlərini qəti şəkildə tanıdıqlarını
etiraf etmişdilər. İfadələri o qədər bir-birinə bənzəyirdi ki, işi aparan müstəntiq heç
downloaded from KitabYurdu.org


bir şübhə yeri qalmadığından, ölüm haqqında şəhadətnaməni də yazmışdı. Lakin
basdırılma anında güman edilən qurbanların sağ olduğu ortaya çıxdı və məlum oldu
ki, boğulanlar müəyyən qədər həmin uşaqlara bənzəyirmişlər. Əvvəlki nümunələrdə
olduğu kimi, burda da şahidin illüziyalara qapılma halı baş vermiş və bu da dərhal
təlqinin yaranmasına və bütün şahidlərə təsir göstərməsinə gətirib
çıxarmışdı.
Bütün belə hallarda təlqinin mənbəyi hansısa bir fərdin az və ya çox dərəcədə
anlaşılmaz xatirələrinə söykənən illüziyalardır. Bu ilkin illüziya möhkəmlənəndən
sonra sirayətedici mənbəyə çevrilir. Həssas insan üçün azacıq da olsa təsadüfi
oxşarlıq kifayət edir ki, hansısa bənzər sifəti məhz, onun tanıdığı insanın üzü kimi
qəbul edə bilsin. Beləliklə, yaranan həmin təəssürat sonrakı kristallaşma üçün nüvə
rolunu oynayır, ağlın bütün sahələrini doldurur və bütün tənqidi qabiliyyətləri iflic
edir. Məsələn, həmin qəribə fakt bununla, ananın səhvən yad uşağı özününkü kimi
qəbul etməsi ilə izah olunur, hansı ki, həmin hadisə zamanı baş vermişdi və qəzetlər
indi o haqda yazmışdılar. Həmin olayda da artıq qeyd etdiyim kimi, eyni təlqin
mexanizmini görürük.
“Bir uşaq öləni öz yoldaşı kimi qəbul edir, lakin o səhvə yol verir, yanlışlıq həmin
andaca bəzi oxşar səhvləri doğurur, ardınca da qəribə şey baş verir: uşağın meyitini
görən bir qadın ucadan qışqırıb deyir:
“Of, ilahi, bu ki, mənim övladımdır!” Daha yaxından baxanda, alnındakı çapığı
görür və söyləyir: “Hə, bu mənim oğlumdur, iyul ayından yoxa çıxan övladım. Onu
məndən oğurlayıb öldürmüşlər!”
Bu, dü-Fur küçəsində dalandar işləyən Şavodre adında qadın idi. Dəvət edilən
kürəkən də heç bir tərəddüd etmədən elan etdi: “Bu balaca Filiberdi”. Küçənin daha
bir neçə sakini ölən uşağın Filiber Şavodre olduğunu etiraf etdilər, hətta uşağın
üzərində medalı görən müəllimi də, ölənin keçmiş şagirdi olmasını etiraf elədi.
Nə baş verirdi? Qonşular, kürəkən, məktəb müəllimi və ana – hamı səhv edirdi!
Üstündən altı həftə keçəndən sonra uşağın şəxsiyyəti son olaraq müəyyən edildi: sən
demə, həmin uşaq Bordodan imiş və orada öldürüldükdən sonra dilicanla (minik
arabası) Parisə gətirilmişdi (“Eclair”, 21 aprel 1895-ci il).
Bu cür səhv müəyyən etmələrə, qeyd olunduğu kimi, daha çox qadınlar və
uşaqlar yol verirlər, yəni daha həssas subyektlər və bu da eyni zamanda həmin
şahidliyin hüquq-məhkəmə sistemində nələrə gətirib çıxara biləcəyini ortaya qoyur.
Uşaqlara gəldikdə, onların ifadələrini heç zaman diqqətə almaq lazım deyil. Uşaqlar
heç vaxt yalan danışmır, deməyi təkrar etməyi xoşlayan hakimlər, əgər psixologiyanı
az-çox bilsəydilər, aydın olardı ki, əksinə, məhz uşaq yaşında həmişə yalan danışırlar.
Yalan, şübhəsiz, məsumanə, amma bütün hallarda yalandır. Hakimlər hansısa
müttəhimin taleyi ilə bağlı qərarı uşaqların ifadələri əsasında çıxarmaqdansa, bunu
püşkatma yolu ilə edəydilər!
İzdiham tərəfindən ortaya çıxan, belə demək mümkünsə, kollektiv müşahidələrə
qayıtsaq, onlar hamıdan daha artıq yanlış olanlarıdır və çox vaxt da bir fərdin
illüziyalarından qaynaqlanır və sonra da sirayət yolu ilə təlqin doğurur. Kütlənin -
ifadələrinə inamsız yanaşmaq lazım olduğuna dair çoxsaylı faktları sonsuzluğa qədər
toplamaq olar.
downloaded from KitabYurdu.org


Məsələn, Sedan döyüşü zamanı baş verən məşhur süvari hücumunda minlərlə
adam iştirak edib, lakin şahidlərin bir-birinə zidd ifadələrindən həmin hücuma kimin
komandanlıq etdiyini bu günə kimi öyrənmək mümkün olmayıb. İngilis generalı Uolsli
özünün yeni əsərində göstərir ki, Vaterloo yaxınlığındakı döyüşlə bağlı ən əhəmiyyətli
amillər ətrafında indiyədək ən səhv təəssüratlar mövcuddur, baxmayaraq ki, həmin
faktlar yüzlərlə şahidlər tərəfindən təsdiq edilir.
Biz hansısa döyüş barəsində əsil həqiqətdə nə baş verdiyini bilə bilərikmi? Mən
buna qəti şübhə edirəm. Kimin məğlub, kimin qalib olduğunu bilirik, lakin bizim
biliklərimiz, çox güman ki, bundan o yana getmir. Solferino döyüşünün iştirakçısı və
şahidi D`Arkurun bu döyüş haqqında söylədiklərini bütün döyüşlərə şamil etmək olar:
“Yüzlərlə şahiddən məlumat alan generallar əlbəttə, onların əsasında öz rəsmi
hesabatlarını hazırlayıblar; əmr etmək həvalə edilən zabitlər həmin sənədləri
dəyişdirir və hesabatın son layihəsini hazırlayırlar; baş qərargahın rəisi onu təkzib
edib və onu yenidən hazırlayıb. Sənəd marşala çatanda o çığıraraq deyib: “Siz qəti
surətdə səhvə yol verirsiniz!” və hesabatı yeni redaksiyada tərtib edir. Başlanğıc
hesabatdan demək olar ki, heç nə qalmır”. Bu faktı misal çəkən D`Arkur ən
heyrətamiz və ən məşhur hadisəyə dair həqiqəti belə, nisbi də olsa üzə çıxarmağın
mümkün olmadığına diqqət çəkir.
Bu növ faktlar kütlə ifadələrinin hansı əhəmiyyət daşıdığına bariz nümunədir.
Məntiqlə, çoxsaylı şahidlərin yekdil ifadələrini, görünür, hər hansı bir faktın ən
danılmaz sübutları sırasına daxil etmək lazımdır. Lakin kütlə psixologiyasından bizə
məlum olanlar təsdiq edir ki, məhz, bu mənada məntiq müşahidəsini tamamilə
dəyişdirmək lazımdır. Ən şübhə doğuran hadisələr məhz daha çox sayda adamlar
tərəfindən müşahidə olunanlardır. Hər hansı bir fakt minlərlə şahidlər tərəfindən eyni
zamanda təsdiq edilirsə, əksər hallarda demək olar ki, həqiqi fakt barəsində mövcud
olan hekayələrlə tamamilə uyğun gəlmir.
Yuxarıda deyiləndən açıq-aşkar görünür ki, tarixi əsərlərə yaxşı müşahidə
olunmayan və sonradan edilən müşayiətedici izahlardan ibarət təmiz fantaziya,
faktlar haqqında fantastik hekayələr kimi yanaşmaq lazımdır. Əhəng yoğurmaq – belə
kitablar yazmaqdan daha faydalıdır. Əgər keçmiş bizə öz ədəbi və bədii əsərlərini və
abidələrini miras qoymasaydı, biz keçmişdə olanlar barədə əsil həqiqətləri öyrənə
bilməzdik. Məgər, bəşəriyyət tarixində görkəmli rol oynamış, məsələn, Herkules,
Budda və ya Məhəmmədin həyatı haqqında həqiqət olan heç olmasa, bircə söz də
olsun, bilirikmi? Çox güman ki, yox! Əslində, burası da var ki, onların həqiqi həyatı
bizlər üçün elə də böyük əhəmiyyət daşımır; həmin məşhur insanları xalq
əfsanələrinin yaratdığı kimi bilmək bizə daha maraqlı gəlir. Həqiqi qəhrəmanlar deyil,
məhz bu cür əfsanəvi qəhrəmanlar kütlə ruhuna təsir etmək gücündə olurlar.
Təəssüf ki, əfsanələr, bütün hallarda, hətta yazılı şəkildə olanda belə, özlüyündə
heç bir sabitlik nümayiş etdirmirlər. Kütlənin təxəyyülü daim onları zamana və
xüsusilə də irqlərə müvafiq olaraq dəyişdirir. Məsələn, müqəddəs Terezanın ibadət
etdiyi İncildən olan qaniçən Yeqova sevgi İlahəsindən nə qədər fərqlənib; Çində
pərəstiş edilən Buddanın Hindistanda ibadət edilən Budda ilə heç bir bağlılığı yoxdur!
Kütlə təxəyyülünün onlara dair əfsanələri tamamilə şəklini dəyişdirməsi üçün
hətta qəhrəmanların ölümündən yüz il keçməsinə də lüzum qalmır. Əfsanələrin
downloaded from KitabYurdu.org


dəyişilməsi bəzən bir neçə il ərzində baş verir. Biz tarixin ən böyük qəhrəmanlarından
biri ilə bağlı əfsanənin əlli ildən də az müddətdə bir neçə dəfə dəyişilməsini müşahidə
etmişik. Burbonlar zamanında Napoleon idilliya tərzində filantrop və liberal,
əzilənlərin dostu kimi təsvir olunurdu, şairlərin sözünə görə, barəsində xatirələr uzun
zaman komaların tavanı altında yaşayacaqdı. Otuz il sonra mərhəmətli qəhrəman
qaniçən müstəbidə çevrildi, hakimiyyət və azadlığa yiyələndikdən sonra yalnız öz
şöhrətpərəstliyini təmin etmək üçün o, üç milyon insanı məhv etmişdi. Artıq biz
həmin əfsanənin yeni çalarda dəyişikliyini müşahidə etməkdəyik. Üstündən daha
onlarla yüzilliklər ötəndən sonra, gələcəyin elm adamları, qəhrəmanla bağlı bu cür
ziddiyyətli əfsanələr üzündən onun ümumiyyətlə, həqiqətən mövcud olub-olmaması
ilə bağlı – indi Budda ilə bağlı belə şübhələr var və ola bilsin ki, bu dastanlarda
hansısa əsatir və yaxud Herkules haqqında əfsanələrin davam etdirilməsi kimi –
şübhəyə düşəcəklər. Lakin o alimlər çox güman ki, həmin şübhələrlə daha tez
razılaşacaqlar, çünki onlar kütlə psixologiyası ilə bağlı bizdən daha çıx bilgiyə malik
olacaqlar və əlbəttə, tarixin yalnız mifləri əbədiləşdirdiyini də çox yaxşı biləcəklər.
3.KÜTLƏNİN HİSLƏRİNİN MÜBALİĞƏLİLİYİ VƏ SƏTHİLİYİ
Kütlənin hislərinin necə olmasından, yaxşı və ya səfeh, asılı olmayaraq, onlar
üçün xarakterik olan cizgilər səthilik və mübaliğəlilikdir. Bu baxımdan və digər bir çox
məsələlərdə izdihamdakı fərd primitiv canlılara yaxınlaşır. Çalarları hiss etmədən o,
bütün təəssüratları topdan qəbul edir və heç bir keçid tanımır. Kütlədə hislərin
artması həm də onunla əsaslanır ki, həmin hiss təlqin və sirayətedicilik vasitəsilə
sürətlə yayıldığından, hamı tərəfindən qəbul edilir, elə bu da onun gücünü
əhəmiyyətli dərəcədə artırır.
İzdihamda hislərin səthiliyi və böyüməsi ona gərib çıxarır ki, o, nə şübhə, nə də
tərəddüd edir. Kütlə qadın təki həmişə ifrata varır. İfadə olunan şübhə dərhal
danılmaz həqiqət kimi qəbul edilir. Ayrıca fərddə yenicə təşəkkül tapmaqda olan
antipatiya və bəyənməzlik hissi, izdiham zamanı onda dərhal ən yırtıcı nifrətə çevrilir.
Məsuliyyətin olmaması, xüsusilə də tərkibcə müxtəlif olan izdihamda hislərin
gücünü daha da artırır. Özünəəminlik və cəzasızlıq çoxsaylı izdihamdan daha
güclüdür, müvəqqəti olsa da əhəmiyyətli hislərdir, say çoxluğunun verdiyi üstünlük
isə insanlar yığnağında elə hislər doğurur, ona elə hərəkətlər etməyə imkanlar yaradır
ki, ayrılıqda heç bir fərd buna getməyə qabil deyil. Səfeh, cahil və paxıl, izdihamda öz
miskinlik və zəifliyindən azad olur, bunu kobud, həm də hədsiz güc əvəz edir. Təəssüf
ki, bu artıq kütlənin səfeh hislərində, ibtidai insanların instinktlərinin atavizmlə bağlı
qalıqlarında daha çox üzə çıxır, təklikdə olduqda isə fərd cəzalandırılmaqdan
qorxduğundan, özünü daha məsuliyyətli aparır. Elə kütləni ən ağılsız hərəkətləri
etməyə asanlıqla sövq edən səbəb də budur.
Amma buradan heç də belə anlaşılmamalıdır ki, kütlə qəhrəmanlığa, fədakarlığa
və çox yüksək comərdliyə qabil deyil. İzdiham belə qəhrəmanlıqları göstərməyə ayrı-
ayrı fərdlərdən daha çox qabildir. Biz kütlənin əxlaqını tədqiq edərkən, tezliklə həmin
fənnin öyrənilməsinə qayıdacağıq.
Şişirdilmiş hislərə malik kütlə, yalnız elə bu cür digər böyüdülmüş hislərin təsirinə
tabe ola bilir. İzdihamın diqqətini özünə çəkmək istəyən natiq çox güclü ifadələrdən
downloaded from KitabYurdu.org


istifadə etməlidir. Hər şey şişirdilməli, güclü əminliklə söylənilməli, təkrar edilməli və
heç vaxt mühakimələrlə nəyisə sübut etməyə çalışmamalıdır – ictimai görüşlərdə
hamıya yaxşı tanış olan natiqlərin əsaslandırmaları bunlardan ibarətdir. Kütlə öz
qəhrəmanlarında da bu cür mübaliğə edilmiş hislər görmək istəyir; onların zahiri
keyfiyyəti və səxavəti həmişə artıq ölçülərdə olmalıdır. Ədalətli olaraq qeyd
edilmişdir ki, teatrda izdiham pyes qəhrəmanından həyatda heç zaman tətbiq
edilməyən qəhrəmanlıq, əxlaq və comərdlik kimi keyfiyyətlər tələb edir. Bununla
yanaşı, tamamilə düzgün olaraq vurğulanır ki, teatrda xüsusi optik şərait mövcuddur,
lakin yenə də teatr optikası qaydalarının çox vaxt sağlam düşüncə və məntiqlə heç bir
ümumi bağlantısı olmur. İncəsənət kütləyə heç şübhəsiz deyir ki, o, aşağı dərəcəli
incəsənətə mənsubdur, lakin eyni vaxtda xüsusi qabiliyyətlər tələb edir. Çox vaxt
teatr pyeslərini oxuyanda, onların bəzilərinin necə uğur qazandığını özünə izah edə
bilmirsən.
Teatrların direktorları belə pyesləri təqdim edəndə çox vaxt özləri onların
uğuruna əmin olmurlar, çünki, pyes haqqında mühakimə yürütmək üçün onlar
kütləyə çevrilməlidirlər. Və burada biz təfərrüatlara varsaq, irqin möhtəşəm təsirini
hökmən qeyd etməliyik. Ölkənin bir tərəfində izdiham teatr tamaşasını böyük
coşqunluqla qarşılasa da, başqa bölgədə çox vaxt heç bir uğura imza atmır və yaxud
şərti uğur qazanır, çünki o, yeni tamaşaçıları coşdurmaq üçün lazım gələn həmin
hərəkətverici qüvvəyə təsir göstərmir.
Bütün direktorlar tərəfindən rədd edilən pyeslərin, bəzən hansısa səhnədə
təsadüfən oynanılan zaman heyrətamiz uğur qazanmasının səbəbi də, elə bununla
izah olunur. Məsələn, on il ərzində bütün teatrlar tərəfindən rədd edilən Koppenin
“Pour la couronnee” pyesi bu yaxınlarda böyük uğur qazanıb; “Marraine de
Charley”in bəxtinə də bu cür uğur rast gəlib, belə ki, bütün teatrların yaxına
buraxmadığı pyes, hansısa birja dəllalının hesabına səhnəyə qoyulur, bundan sonra
həmin pyes Fransada 200, İngiltərədə isə min dəfədən çox səhnələşdirilib. Əgər bu
düşünməklə kütləyə çevrilməyin mümkünsüzlüyü olmasaydı, onda həmin məsələdə
həm səlahiyyətli, həm də maraqlı olan teatr direktorları tərəfindən yol verilən bu cür
kobud səhvləri, sadəcə izah etmək mümkün olmazdı. Burada həmin məsələni ətraflı
araşdıra bilmərəm, bununla məşğul olmağa teatr bilicisi və eyni zamanda Sarse kimi
mahir psixoloqun daha çox haqqı çatır .
Mübaliğə yalnız hislərdə izhar edir, izdihamın əqli qabiliyyətlərində yox,
deyiminə mən, heç bir əlavə etmək istəmirəm. Artıq əvvəldə demişəm ki, intellektual
səviyyənin dərhal və əhəmiyyətli dərəcədə enişi üçün izdihamda iştirak etmək faktı
yetərlidir. Hüquqşünas alim Tard da öz tədqiqatlarında kütlənin cinayətlərini etiraf
etmişdi. Kütlə yalnız hislər sahəsində həddən çox yüksələ və yaxud həddən artıq aşağı
enə bilər.
4. KÜTLƏNİN DÖZÜMSÜZLÜYÜ, NÜFUZU VƏ MÜHAFİZƏKARLIĞI
Kütləyə yalnız sadə və ifrat hislər tanışdır; ona təlqin edilən istənilən fikir, ideya
və ya inancı kütlə bütünlüklə ya qəbul, ya da rədd edir və yaxud mütləq həqiqət, ya
da eyni ilə mütləq şübhə kimi yanaşır. Müzakirələr nəticəsində deyil, təlqin yolu ilə
qəbul edilmiş inanclarla həmişə belə olur. Dini dözümsüzlüyün necə güclü və dini
downloaded from KitabYurdu.org


inancların qəlblər üzərində hansı istibdad hakimiyyətinə malik olduğu hamıya
məlumdur.
Həqiqət və ya yanlışla bağlı heç bir şübhə yeri olmadığından kütlə öz
mülahizələrində təkcə dözümsüzlük yox, etibarlılıq da nümayiş etdirir. Fərd
ziddiyyətləri və iddiaları təxirə sala bilər, amma kütlə heç vaxt onları sonraya
saxlamır. Açıq toplantılarda hansısa natiq tərəfindən bildirilən kiçik etiraz, dərhal ən
sərt təpkilərlə və söyüşlərlə müşayiət olunur, əgər natiq dediyində israr edərsə, kütlə
tərəfindən qovulacaq. Çox vaxt mübahisəyə qalxan şəxsin həyatını yalnız hakimiyyət
agentlərinin oradakı iştirakı xilas edə bilir.
Dözümsüzlük və nüfuz rəyləri bütün kateqoriyalardan olan izdihamlar üçün
ümumidir, amma bütün hallarda müxtəlif dərəcələrdə özünü göstərir. Burada
həmçinin insanları bütün hiss və düşüncələrinin əksəriyyətini yatıran kütlənin başlıca
xassələri də çıxış edir. Latın kütləsində dözümsüzlük və nüfuz əsasən yüksək
dərəcədə inkişaf etmişdir və o qədər ki, fərdi müstəqillik hissini tamamilə məhv edir,
hansı ki, anqlosakslarda bu çox yüksək inkişaf edib. Bu kütlə yalnız öz sektasının
kollektiv müstəqilliyinə həssas yanaşır; həmin müstəqilliyin xarakterik xüsusiyyəti,
bütün əks-fikirliləri dərhal və zorakılıqla öz inancına tabe etdirmək tələbatıdır. Latın
kütləsində bütün dövrlərin yakobinçiləri, inkvizisiya dövründən başlayaraq, heç vaxt
başqa azadlıq anlayışına yüksələ bilməmişlər.
Nüfuz və dözümsüzlük özlüyündə o qədər müəyyənedici hislərdir ki, kütlə
tərəfindən asan başa düşülür və qəbul edilir, həmçinin elə ki, irəli sürülür, təcrübədə
də çox asanlıqla qəbul edilir. Kütlə yalnız gücü qəbul edir, mərhəmət onları elə də çox
özünə çəkmir, belə ki, onlar rəhmdilliyə zəiflik kimi baxırlar. Kütlənin rəğbəti həmişə
onları özünə tabe edən zülmkarların tərəfində olur, rəhmli hökmdarın tərəfində yox
və onlar ən uca heykəlləri də elə birincilərin şərəfinə ucaldırlar. Əgər kütlə devrilmiş
müstəbidi həvəslə ayaqlayırsa, bu yalnız ondan irəli gəlir ki, o, gücünü itirdiyindən,
zəiflər kateqoriyasına düşüb, ona nifrət edirlər, çünki ondan qorxmurlar. Kütlənin
ürəyinə əziz olan qəhrəman tipi həmişə Sezarı xatırlayacaq. Dəbilqəsi kütləni məftun
edən, hakimiyyəti ona hörmət təlqin edən, qılıncı isə qorxmağa məcbur edən Sezarı.
Zəif hakimiyyətə qarşı həmişə üsyan etməyə hazır olan kütlə, güclü hakimiyyət
qarşısında köləcəsinə itaət edir. Əgər, hakimiyyətin gücü əvəz edilən xarakter alırsa,
həmişə ifrat hislərə tabe olan kütlə növbə ilə anarxiyadan köləliyə, köləlikdən də
anarxiyaya keçid edir.
Kütlədə inqilabi instinktlərin üstünlük təşkil etməsinə inanmaq – onun
psixologiyasını bilməmək deməkdir. Bizi burada yanıldan yalnız həmin instinktlərin
çox sürətli olmalarıdır. Qəzəb partlayışları və onların həllinə canatma kütlədə həmişə
keçici olur. Kütlə daha çox qeyri-iradi idarə olunur, əslində həddən çox mühafizəkar
olmamaqdan ötrü bu səbəbdən daha çoxəsrlik irsi təsirlərə tabe olur. Özü ilə baş-
başa qalan kütlə, çox tezliklə iğtişaşlardan bezir və instinktiv olaraq köləliyə can atır.
Bonapart bütün hüquqları məhv edib Fransanı öz dəmir əlinə tabe etdiyi zaman, onu
böyük coşqunluqla salamlayanlar məhz ən qürurlu və ən barışmaz yakobinçilər oldu.
Kütlənin mühafizəkar instinktlərini dərindən, yaxşı aydınlaşdırmadan, tarixi,
xüsusilə də xalq inqilabları tarixini çətin başa düşmək olar. Kütlə öz təsisatlarının adını
dəyişməyə hazırdır və bəzən belə dəyişikliklərə nail olmaq üçün coşqun inqilablar da
downloaded from KitabYurdu.org


baş verir, lakin həmin təsisatların təməli irqin irsi tələbatlarının təzahürlərinə xidmət
etdiyinə görə, kütlə həmişə onlara doğru qayıdış edir. Kütlənin dəyişkənliyi yalnız
səthi şəkildə ifadə olunur; mahiyyətdə isə kütlədə bütün ibtidai insanlarda olduğu
təki sarsılmaz mühafizəkar instinktlər fəaliyyət göstərir. O, ənənələrə ən müqəddəs
hörmət bəsləyir və içində mövcudluğunun şərtlərini real olaraq dəyişdirə biləcək
qabiliyyətlərə, hər növ yeniliyə qeyri-iradi qorxu olur. Əgər demokratiya indi olduğu
tək o dövrdə də, maşın sənayesi, buxar və dəmiryollarının icad olunduğu zamanda,
bu cür güclü olsaydı, həmin kəşflər mümkün olmazdı və yaxud onlar təkrar inqilablar
və çarpışmalar yolu ilə həyata keçərdi. Sivilizasiyanın inkişafı üçün böyük
xoşbəxtlikdir ki, kütlənin hökmranlığı yalnız sənaye və elmdə böyük kəşflər həyata
keçdikdən sonra təşəkkül tapmağa başlayıb.
5. KÜTLƏNİN ƏXLAQI
Əgər “əxlaq” sözünü məlum sosial sərəncamlara dəyişilməz hörmət və eqoist
meyllərin daim yatırılması kimi anlasaq, əxlaqi adlandıra bilməmiz üçün kütlə,
şübhəsiz, həddən artıq impulsiv və həddən çox dəyişkəndir. Lakin bura müvəqqəti
təzahür edən məlum keyfiyyətləri də əlavə etsək, məsələn, fədakarlıq, sədaqətlilik,
təmənnasızlıq, özünü qurban vermə, ədalət hissi, onda etiraf etməliyik ki, kütlə bəzən
çox yüksək əxlaq nümayiş etdirir. Kütləni tədqiq edən çox azsaylı psixoloqlar,
izdihama yalnız cinayətkar hərəkətlər nöqteyi-nəzərindən baxıblar, onlar belə
qənaətə gəliblər ki, kütlənin əxlaqi səviyyəsi çox aşağıdır. Əksər hallarda bu düzdür,
lakin niyə belədir? Sadəcə ona görə ki, ibtidai zamanların qalıqlarını təşkil edən və hər
birimizin qəlbində mürgüləyən instinktlər dağıdıcılıq şiddətindədir. Təcrid olunmuş
fərd üçün həmin instinktlərə boyun əymək çox təhlükəlidir, amma məsuliyyətsiz
izdihamda cəzasızlığı təmin olunduğundan, o, çox sərbəstliklə həmin instinktlərin
təsiri altına düşə bilir. Adi vaxtlarda həmin yırtıcı instinktlərimizi yaxınlarımız üzərində
həyata keçirə bilmədiyimizdən, bizlər bunu heyvanlar üzərində sınamaqla özümüzü
məhdudlaşdırırıq. Ovçuluğa olan böyük həvəs və kütlənin yırtıcı hərəkətlərə
meyilliliyi eyni, bir mənbədən qidalanır. Hansısa müdafiəsiz qurbanını aramla döyən
kütlə, əlbəttə, hədsiz rəzilliyini büruzə verir, lakin filosof üçün həmin azğınlıqda, bir
düjün ovçunun yalnız həzz almaq xətrinə toplaşaraq, itlərin bədbəxt maralı necə
təqib etdiyini və onu necə parçaladıqlarını görmək kimi vəhşiləşmiş ehtirasları ilə bir
çox ümumiliklər vardır.
Lakin kütlə əgər öldürməyə, yandırmağa və hər cür cinayətə getməyə qabildirsə,
o həm də ayrıca götürülmüş fərddən daha çox böyük sədaqətlilik, fədakarlıq və
təmənnasızlıq göstərməyə qadirdir. İzdihamda fərdə təsir göstərməklə və şöhrət,
şərəf, dini və vətənpərvərlik kimi hislər oyatmaqla, onu çox asanlıqla hətta özünü
belə qurban verməyə məcbur etmək olar. Xaç yürüşləri və 93-cü il fədailərinin
misalında tarix belə nümunələrlə çox zəngindir. Ən böyük fədakarlığa və ən böyük
sədaqətə yalnız kütlə qadirdir. Hansısa inanc, söz və ya ideya uğrunda kütlə dəfələrlə
qəhrəmancasına həlak olub, baxmayaraq ki, özü onları hələ çox çətinliklə başa
düşürdü! Tətillərə başlayan kütlə, həmin etirazları ona görə təşkil etmir ki, öz cüzi
məvacibini artırsın, buna, verilən əmrə tabe olduğuna görə başlayır. İzdihamda şəxsi
maraq çox nadir hallarda qüdrətli mühərrik ola bilir, amma ayrılıqda fərd üçün isə o,
downloaded from KitabYurdu.org


birinci sırada durur. Əksər müharibələrdə kütləyə əlbəttə, hansısa maraq yox, daha
çox onun anlayışı üçün əlçatmaz olanlar rəhbərlik edib, lakin o, ölümə doğru gedirdi
və ölümü çox adi, lap ovçunun tutduğu güzgünün təsirindən hipnoz vəziyyətinə
düşüb özünü ona çırpıb öldürən qaranquş kimi qəbul edirdi.
Elə də olur ki, hətta ən mükəmməl əclaflar belə izdihamda, müvəqqəti olsa da
əxlaq prinsiplərinə ən ciddi əməl edənlərə çevrilirlər. Ten deyir ki, sentyabr qatilləri
öz qurbanlarının üzərindən götürdükləri pulları və zinət əşyalarının hamısını
komitələrə gətirib təhvil verirdilər, halbuki onlar bunu asanlıqla gizlədə bilərdilər.
Çoxsaylı səfillərdən ibarət və ulartıya oxşar səslər çıxaran kütlə, 1848-ci ildə Tüilri
sarayını tutandan sonra gözlərini qamaşdıran möhtəşəm şeylərdən heç nəyə
toxunmamışdılar, halbuki həmin əşyalar onları bir neçə gün ərzində yeməklə təmin
edə bilərdi.
Kütlənin ayrı-ayrı fərdlərə bu cür əxlaqi təsirləri daimi qayda təşkil etməsə də,
hər halda belə hallara tez-tez rast gəlinir. Hətta indi misal gətirdiyim hadisələrdən
daha az ciddilik kəsb edən olaylar zamanı da bu müşahidə olunur. Teatrda izdihamın
pyes qəhrəmanlarından şişirdilmiş məziyyətlər tələb etdiklərini artıq söyləmişdim və
ən sadə müşahidələr də göstərir ki, hətta ən aşağı dərəcədən olan elementlərdən
təşkil olunmuş yığıncaqlarda bu məsələ ilə bağlı adətən böyük vasvasılıq ortaya çıxır.
Peşəkar gəzəyən (kişi nəzərdə tutulur), masqaraçı, səfil və sutenyor belə, pyesdə
riskli səhnələr və ədəbsiz söhbətlərdən qəzəblənirlər, hansı ki, həmin səhnələr
onların gündəlik istifadə etdikləri danışıq tərzlərinin yanında çox məsum
görünməlidir.
Beləliklə, əgər kütlə primitiv instinktlərin təsiri altına tez-tez düşürsə, bütün
hallarda bəzən o, çox yüksək əxlaqi nümunə də göstərə bilir. Əgər qərəzsizliyi, -
itaətkarlığı əxlaqi keyfiyyəti, xam xəyala və ya real ideala mütləq sədaqət hesab
etsək, etiraf etmək lazımdır ki, kütlə həmin keyfiyyətlərə daha tez-tez və özü də o
dərəcədə malik olur ki, demək lazımdır ki, hətta ən müdrik filosoflarda buna az-az
rast gəlinir. Kütlə həmin keyfiyyətlərə qeyri-iradi müraciət edir, nə olsun ki, bu da pis
deyil! Kütlənin başlıca olaraq qeyri-iradi instinktlər tərəfindən idarə olunmasından və
tamamilə düşünmədən hərəkət etməsindən gileylənməyə dəyməz. Əgər izdiham
bəzən düşünərək və bilavasitə öz maraqlarından çıxış edərək hərəkət etsəydi, onda
çox yəqin ki, bizim planetin səthində heç bir sivilizasiya inkişaf etməzdi və bəşəriyyət
də heç bir tarixə malik olmazdı.
III fəsil
KÜTLƏNİN İDEYALARI, MÜLAHİZƏLƏRİ
VƏ TƏXƏYYÜLLƏRİ
1. Kütlənin ideyaları. – Əsas və əlavə ideyalar. – Ən ziddiyyətli ideyalar eyni
vaxtda necə mövcud ola bilir. – Kütlədən ötrü əlçatan olması üçün çevrilməyə məruz
qalacaq ali ideyalar.
downloaded from KitabYurdu.org


2. Kütlənin düşüncələri. – Kütlə ilə bağlı ideyalar, yalnız zahirən ardıcıllıq
təsəvvürü yaradır.
3. Kütlənin təxəyyülü. – Kütlə obrazlarla düşünür və həmin obrazlar heç bir əlaqə
olmadan ard-ardınca gedir. – Kütlə ecazkar olana qarşı xüsusilə həssasdır. – Möcüzəvi
və əfsanəvi olanlar sivilizasiyaların həqiqi dayaqlarıdır.
1. KÜTLƏNİN İDEYALARI
Bu kitabın (“Xalqların psixologiyası”) birinci hissəsində ideyaların xalqların
təkamülündə rolunu öyrənərkən göstərmişdik ki, hər bir sivilizasiya başlıca ideyaların
olduqca nadir hallarda yenilənən çox kiçik sayından əmələ gəlir. Həmin ideyaların
kütlənin ruhunda necə təsdiq olunmasını, hansı çətinliklə onun qəlbinə nüfuz
etməsini və möhkəmləndikdən sonra böyük qüvvəyə çevrilməsini təsvir etmişdik.
Böyük tarixi çevrilişlərin çox vaxt kütlənin başlıca ideyalarındakı dəyişikliklərin
nəticəsi olaraq ortaya çıxmasını da görmüşdük.
Bu barədə kifayət qədər danışdığımdan, indi bir daha ona qayıtmayacağam;
yalnız kütləyə əlçatan olan ideyalar haqda və onların izdiham tərəfindən hansı
formada mənimsənilməsi barədə bir neçə kəlmə söz deyəcəm.
Həmin ideyaları iki dərəcəyə bölmək olar. Birinciyə dəqiqənin təsiri altında əmələ
gələn müvəqqəti və tez keçici ideyaları aid edirik; məsələn, hansısa fərdin və yaxud
doktrinanın qarşısında boyun əyən; ikinciyə isə bütün əsas ideyalar, mühit, irsiyyət,
ictimai rəy böyük dayanıqlılıq verir, köhnə dini inanclar və indiki sosial və demokratik
ideyalar aiddir.
Əsas ideyaları öz axınını tədricən genişləndirən hansısa çayın su kütləsinə
bənzətmək olar, müvəqqəti ideyaları isə böyük su kütləsi səthində daim dəyişən və
qəzəblənən kiçik dalğalara; həmin dalğalar həqiqi əhəmiyyətə malik olmurlar, belə
demək mümkünsə, çayın özünün hərəkətindən daha çox gözlərin görməsi üçün
əhəmiyyət daşıyırlar.
Əcdadlarımızın vaxtilə yaşadığı böyük, başlıca ideyalar indiki zamanda laxlamağa
başlayıb; onlar bütün möhkəmliklərini itiriblər və nəticədə həmin ideyalara söykənən
bütün təsisatlar da həmçinin. İndi biz hər gün, elə indicə söylədiyim keçici xırda
ideyaların əmələ gəlməsini müşahidə edirik, lakin həmin ideyalardan çox azı daha da
inkişaf edir və güclü təsiretmə qabiliyyətinə malik olur.
Kütləyə təlqin edilənlərin hansı ideyalar olmasından asılı olmayaraq, üstünlük
qazanma şəraitində onlar ən qəti və sadə formanı ifadə edə bilərlər. Belə halda
həmin ideyalar obrazlar formasında ortaya çıxır və yalnız həmin formada kütlə üçün
əlçatan olur. Bu cür ideya obrazları öz aralarında oxşar və ya ardıcıl ideyalarla heç bir
məntiqi bağlantıya malik olmurlar və fokusçunun sehrli fənərində olduğu kimi yeşiyə
bir yerdə yerləşdirilən şüşələrdən birinin sehrbazın o biri əli ilə dəyişdirilməsinə
bənzəyir, yəni bir-birlərini əvəz edirlər. Bax, bir-birinə zidd ideyaların kütlədə yanaşı
dayana bilmələrinin səbəbi bundadır. Kütlə dəqiqələr ərzində ortaya çıxan uyğun
təsadüflərə müvafiq ehtiyatında olan rəngarəng ideyalardan birinin təsiri altına düşür
və buna görə də bir-birinə əks əməllər törədilir; tənqidi qabiliyyətlərin olmaması isə
həmin ziddiyyətləri müşahidə etməyə mane olur.
downloaded from KitabYurdu.org


Amma bu təzahürlər kütlənin xüsusi xassələrini təşkil etmirlər; bunu bir çox
təcrid olunmuş fərdlərdə, özü də təkcə ibtidai insanlarda yox, eləcə də əqlinin
hansısa tərəfinə görə onlara yaxın olanlarda, məs, inancı kəskin şəkildə təzahür edən
hansısa dinin ardıcıllarında müşahidə etmək olur. Mən belə halı bizim Avropa
universitetlərində tərbiyə olunaraq, diplom almış hindlilərdə müşahidə etmişəm.
Onların sarsılmaz başlıca dini və irsən keçən xüsusi ideyalarında heç bir qohumluq
əlaqəsi olmayan qərb ideyalarının da bir qatı qoyulub, amma bu, əvvəlki təməlləri az
da olsa dəyişdirə bilməyib. Təsadüfi dəqiqələrin təsiri altında həmin ideyalardan bu
və ya digəri önə çıxır, müvafiq əməllərə və çıxışlara gətirib çıxarır, bir, eyni fərd bu
əsasda ən kəskin ziddiyyətlər doğurur. Yenə də bütün bu ziddiyyətlər həqiqət
olmaqdan daha çox zahirən görünənlərdir, çünki təcrid olunmuş fərddə onun bütün
əməllərini yalnız irsi ideyalar idarə etmək gücündədir. Nə zaman ki, insan
çarpazlaşma nəticəsində müxtəlif irsi impulsların təsiri altına düşür, yalnız o vaxt
əməlləri həqiqətən bir-biri ilə ziddiyyət təşkil edir. Burada həmin hallar üzərində israr
etmək artıq olardı, baxmayaraq ki, onların psixoloji əhəmiyyəti çox mühümdür; lakin
düşünürəm ki, onları daha yaxşı başa düşmək üçün ən azından on illik müşahidələr və
səyahətlər lazımdır. İdeyaların kütləyə ən sadə formada əlçatanlığı üçün
populyarlaşması vacibdir, bundan ötrü isə onlar dərin dəyişikliklərə məruz qalmalıdır.
Fəlsəfi və elmi sahələrdə, daha yüksək ideyalarda, xüsusilə həmin dərin dəyişiklikləri
müşahidə etmək olur. O, ideyaları tədricən kütlə üçün anlaşılan səviyyəyə qədər
endirə bilir. Həmin dəyişikliklər kütlənin mənsub olduğu kateqoriya və irqdən asılıdır,
lakin o heç də həmişə sadələşdirici və zəiflədici xarakterə malik olmur.
Bax, niyə sosial nöqteyi-nəzərdən, əslində ideya iyerarxiyası mövcud deyil, o
cümlədən də çox və ya az şəkildə daha yüksək ideyalarda. Elə təkcə bir fakt, ideyanın
kütləyə sirayət etməsi və onun əməllərində təzahürü kifayətdir ki, başlanğıcda
həqiqiliyindən və nəhəngliyindən asılı olmayaraq, ideyanı həmin yüksəklikdən,
möhtəşəmlikdən məhrum edəsən.
Sosial nöqteyi-nəzərdən ideyanın iyerarxiya tabeliyi dəyəri, yenə də əhəmiyyət
daşımır, yalnız onun nəticələrini diqqətə almaq lazımdır. Orta əsrlərin mistik, ötən
əsrin demokratik və müasir dövrün sosial ideyalarını elə də yüksək ideyalar
adlandırmaq olmaz. Fəlsəfi nöqteyi-nəzərdən onları həddən artıq hüznlü nöqsan
hesab etmək olmaz, bununla yanaşı, onların rolu çox böyük olub və olacaq da, hələ
uzun zaman dövlətin davranışlarında ən əhəmiyyətli amillər hesab ediləcəklər.
Lakin kütlə üçün əlçatan olan dəyişikliklərə məruz qaldıqdan sonra da ideya
yalnız o halda təsir göstərir ki, əgər məlum proseslər vasitəsilə - bu barədə başqa
yerdə söhbət gedəcək – o, qeyri-iradi sahəyə nüfuz edib və hislərə çevrilib, bunun
üçün isə həmişə uzun zaman lazım gəlir.
Yalnız ədalətliliyi sübut olunduqdan sonra ideyanın hətta mədəni zəkalarda belə
təəssürat oyatdığını düşünmək lazım deyil. Hətta ən sarsılmaz dəlillərin belə
adamların əksəriyyətinə necə zəif təsir göstərdiyinə müşahidələr nəticəsində əmin
olmaq mümkündür. Aşkarlığı, əgər gözə daha çox dəyirsə, mümkündür ki, izdihamda
olan hansısa təhsilli fərd həmin məqamı tutsun, lakin kütləyə yenicə qoşulan və
qeyri-iradiliyin təsiri altında olan insan isə hər halda öz erkən baxışlarına çox tez
dönəcəkdir. Əgər, eyni adamla bir neçə gündən sonra rastlaşsanız, o yenidən sizə öz
downloaded from KitabYurdu.org


əvvəlki arqumentlərini, özü də eyni tərzdə, təqdim edəcək, belə ki, şəxs hislərə
çevrilmiş köhnə ideyaların təsiri altındadır; bu hislər isə bizim çıxışlarımız və
əməllərimizin əsas mühərrikləri tək xidmət göstərirlər. Kütlədə də eyni proseslər baş
verir.
Nəhayət, məlum proseslərin vasitəsilə ideya kütlənin ruhuna daxil olduqdan
sonra onun üzərində qarşısıalınmaz gücə çevrilir və bir sıra nəticələr doğurur, və buna
dözmək lazım gəlir. Fransız inqilabına gətirib çıxaran fəlsəfi ideyaların kütlənin
qəlbində möhkəmlənməsi üçün yüzillik bir zaman lazım gəlmişdi. Kütlənin qəlbində
möhkəmləndikdən sonra onun, hansı gücə qabil olduğu, artıq məlumdur. Bütöv bir
xalqın sosial bərabərlik, abstrakt hüquqlar və imtiyazlara can atması bütün taxt-
tacları laxlatmış və qərb dünyasını dərindən sarsıtmışdı. İyirmi il ərzində xalqlar bir-
birlərinə doğru can atdılar və Avropa elə bir hekatombanı (kütləvi insan tələfatı)
yaşadı ki, bunlar Çingiz xanı və Teymurləngi belə qorxuya salardı. Hələ dünyada
indiyədək hər hansı bir ideyanın bu səviyyədə hökmranlığı müşahidə olunmamışdı.
İdeyaların kütlənin ruhuna hakim kəsilməsi üçün xeyli zaman lazım gəlir, eləcə də
yox olmaları üçün də az vaxt tələb olunmur. Ona görə də kütlə ideyalar baxımından
alimlərdən və filosoflardan bir neçə nəsil geri qalır. Bütün dövlət adamları bilirlər ki,
indiki zamanda başlıca ideyalar özlərində nə qədər çox səhvlər daşıyır, hansı ki, elə
indi onlardan söz açdım, lakin həmin ideyaların təsiretmə qüvvəsi hələ də o qədər
güclüdür ki, dövlət xadimləri həqiqiliyinə artıq özlərinin də inanmadıqları prinsiplər
əsasında idarə etməyə məcburdurlar.
2. KÜTLƏNİN DÜŞÜNCƏLƏRİ
Mütləq şəkildə iddia etmək olmaz ki, kütlə düşünmür və düşüncələrə tabe
olmur. Lakin istifadə edilən və ona təsir göstərən dəlillər məntiqi nöqteyi-nəzərdən
elə kateqoriyaya mənsubdur ki, yalnız bənzərlik əsasında onları düşüncə adlandırmaq
olar.
Kütlənin düşüncələri, ləyaqət baxımından elə də şərəfli yer tutmasa da, onlar da
daha yüksək düşüncələr təki təsəvvürlər doğurur, amma bir-biri ilə yalnız zahiri
bənzərlik və ardıcıllıqla bağlıdırlar. Onlarda da eskimosların ideyalarında müşahidə
edilənlərə oxşar əlaqə hiss edilir. Eskimoslar təcrübədən bilirlər ki, buz şəffafdır və
ağızda əriyir və buradan da belə qənaətə gəlirlər ki, şüşə də şəffaf cisimdir və o da
ağızda əriməlidir; yaxud cəsur düşmənini öldürüb, ürəyini yeməklə, onun təki
cəsarətli olacağını düşünən vəhşi kimi; və yaxud öz sahibkarı tərəfindən istismara
məruz qalan fəhlələrin ideyalarında olduğu kimi, onlar bundan belə nəticə çıxarırlar
ki, bütün təsərrüfatlar istismar etməlidirlər.
Bir-biri ilə yalnız zahirən bağlı görünən müxtəlif şeylərin və təsadüfi hadisələrin
dərhal ümumiləşdirilməsi – kütlənin düşüncələrinə xarakterik olan cizgilər bax,
bunlardır. Kütləni idarə etməyi bacaranlar tərəfindən həmişə bu növ dəlillər ortaya
atılır və bunlar izdihama təsir göstərə biləcək yeganə vasitədir. Bir-birinə bəndlənmiş
məntiqi fikirlər izdiham üçün tamamilə anlaşılmazdır, bax, elə bu səbəbdən də biz
kütlənin düşünməyərək və yaxud yanlış düşünərək və həmin düşüncələrin təsirinə
məruz qalmadıqlarını deməyə cəsarət edə bilirik. Kütləyə çox güclü təsirə malik
olanların izdiham qarşısında etdikləri nitqlərin necə bərbad vəziyyətdə olduğuna az
downloaded from KitabYurdu.org


təəccüblənməmişik. Unutmamalıyıq ki, həmin nitqlər məhz o kütləni cəlb etməyə
yönələn çıxışlardır, onlar filosofların oxuması üçün nəzərdə tutulmayıb. Kütlə ilə sıx
ünsiyyətdə olan natiq, izdihamı cəlb edə biləcək obrazları yarada bilir. Əgər o buna
nail ola bilirsə, məqsədə çatılacaq və sonradan düşünərək hazırlanmış iyirmi cildlik
nitq toplusu, vacib dəqiqədə söylənilmiş və lazımi adamları əmin etmək üçün
şüurlara təsir edə biləcək bir neçə uğurlu cümləyə dəyməz.
Kütlənin düzgün düşünməklə bağlı bacarıqsızlığının, hər hansı bir şeyə tənqidi
yanaşa bilməməsi, həqiqəti yanlışdan ayıra bilməməsi və nə baş verməsindən asılı
olmayaraq, müəyyən fikrə malik olmasını bura əlavə etmək, hesab edirik, artıq olardı.
Düşüncələr izdihama həmişə kənardan verilir və heç vaxt hərtərəfli müzakirələrin
nəticəsi olmur. Amma bu halda izdihamın səviyyəsindən yüksəkdə duran adamlar
onsuz da elə də çox deyil! Məlum düşüncələrin bəzən çox asanlıqla yayılması, məhz,
adamların əksəriyyətinin şəxsi düşüncələrinə əsaslanan şəxsi fikirlərini təşkil edə
bilməmələrindən asılıdır.
3. KÜTLƏNİN TƏXƏYYÜLÜ
Düşünməyə qabil olmayan bütün canlılarda olduğu kimi, kütlənin təxəyyülləri
canlandırma qabiliyyəti də çox inkişaf edib, olduqca fəaldır və təəssüratlara qarşı çox
həssasdır. Hansısa şəxs tərəfindən kütlənin şüurunda hər hansı bir hadisə və ya olayla
bağlı canlandırılan obrazlar demək olar ki, real obrazlara çox yaxın olur. İzdiham o
dərəcədə mürgülü vəziyyətdədir ki, şüur müvəqqəti olaraq fəaliyyətsiz qalır və
beyində fövqəladə dərəcədə canlı obrazlar yaranır, lakin onları düşüncəyə tabe
etdirmək mümkün olsaydı, həmin obrazlar çox tez aradan qalxardı. Nə düşünməyə,
nə də mühakimə etməyə qadir olmayan kütlə üçün bax, bu səbəbdən inanılmaz
şeylər olmur, axı məhz fövqəladə olanlar həmişə hər şeydən daha güclü təsirə malik
olur.
Bax, ona görə izdiham həmişə daha çox hadisələrin möcüzəvi və əfsanəvi
tərəflərinə heyran qalır. Hər hansı sivilizasiyanı təhlil edəndə biz görürük ki,
həqiqətən də onun əsil dayağı möcüzəvi və əfsanəvi olanlardır. Tarixdə zahirən
görünənlər, həmişə həqiqətlərdən daha mühüm rol oynayıblar və real olmayanlar,
real olanlar üzərində daha çox üstünlük qazanıblar.
Yalnız obrazlarla düşünməyi bacaran izdiham, ancaq obrazlara qarşı da həssas
olur. Yalnız obrazlar onu özünə cəlb edə bilər və ya qorxu hissi yaradıb, onu öz
əməllərinin mühərrikinə çevirə bilər.
İzdihama apaydın obrazlar təqdim edən teatr tamaşaları həmişə ona böyük təsir
gücünə malik olur. Vaxtilə Romanın qara camaatı üçün ideal xoşbəxtliyi çörək və
tamaşalar təşkil edib və onlar bundan başqa heç nə tələb etməyiblər. Əsrlər ötüb
keçdi, lakin həmin ideal elə də böyük dəyişikliyə uğramadı. Bütün kateqoriyalardan
olan kütlələrin təxəyyülünə, teatr tamaşaları qədər heç nə yaxşı təsir göstərmir.
Zaldakı bütün tamaşaçılar eyni emosiyaları yaşayırlar və əgər dərhal hərəkətə
keçmirlərsə, bu ondan irəli gəlir ki, tamaşaçılar arasında ən şüursuzu belə, həmin
anda bilmir ki, o – illüziyalarının qurbanıdır və həqiqi baş verənlərə görə yox,
təxəyyülünün yaratdıqlarından təsirlənərək ağlayıb gülürdü. Bununla belə, obrazlarla
təlqin edilən hislər bəzən o qədər güclü olur ki, hərəkət zamanında təlqin
downloaded from KitabYurdu.org


edilənlərdən, elə də çox fərqlənmir. Səhnəsində həmişə yalnız nifrət doğuran dram
əsərləri oynanılan bir xalq teatrında baş verənlərdən çox sitat gətirilib. Satqın rolunda
çıxış edən aktyor teatrdan çıxarkən, daim təhdidlərlə üzləşib, belə ki, törətdiyi
“cinayətlərin” təsirindən hiddətlənən tamaşaçılar onu tikə-tikə etmək istəyirmişlər,
bu səbəbdən aktyoru qorumaq üçün xüsusi adamlar ayırmalı olmuşdular. Güman
edirəm ki, bu, kütlənin əqli vəziyyətini nümayiş etdirən ən yaxşı göstərici və xüsusilə
də onun təlqinin təsirinə necə asanlıqla meylləndiyinə bariz nümunədir. Qeyri-real
olanlar da izdihama demək olar ki, real hadisələr qədər güclü təsir edir və onları bir-
birindən fərqləndirmək belə, çox çətindir.
Qaliblərin əzəməti və dövlətin gücü məhz, başlıca olaraq, elə xalqın təxəyyüllünə
söykənir. Kütləni həmişə öz ardınca başlıca olaraq onun təxəyyülü çəkib aparır. Bütün
tarixi hadisələr – buddizm, xristianlıq, İslam, islahatlar və inqilablar və bizim günlərdə
sosializmin doğurduğu qorxu – bilavasitə kütlənin təxəyyülündə əmələ gələn və
yaxud ayrı-ayrı hadisələrin təsiri altında yaranan güclü təəssüratların təzahürləridir.
Beləliklə, bütün əsrlərin və ölkələrin dövlət adamları, bura mütləq müstəbidləri də
əlavə etmək olar, həmişə xalqın təxəyyülünə öz əzəmətlərinin təməli kimi baxıblar və
onun iradəsinə qarşı çıxmağa cəsarət etməyiblər. “Özümü katolik kimi təqdim edib –
dövlət şurasında Napoleon belə demişdi – mən Vandey müharibəsinə son qoydum;
müsəlman kimi təqdim edib, Misirdə möhkəmləndim, ultramontan
12
kimi təqdim
edib italyan rahiblərini öz tərəfimə çəkdim. Əgər, mənə yəhudi xalqını idarə etmək
lazım gəlsəydi, onda Süleymanın məbədini bərpa edərdim”. Makedoniyalı İsgəndər
və Sezarın dövründən bu yana Napoleon qədər xalqın təxəyyülünə bu cür güclü təsir
göstərməyi bacaran ikinci bir şəxs olmayıb. Napoleon daim xalqın təxəyyülünü necə
heyrətləndirə biləcəyi haqda düşünürdü; o özünün bütün qələbələri zamanı, etdiyi
hər çıxışında, bütün hərəkətlərində və hətta ölüm yatağında belə bunun qayğısını
çəkirdi.
Kütlənin təxəyyülünə necə təsir etməyin mümkünlüyünü – biz tezliklə görəcəyik.
İndi isə yalnız bir qeydlə kifayətlənək ki, bunu onun şüuru və düşüncəsinə təsir
göstərməklə, yəni, dəlillər yolu ilə etmək mümkün deyil. Məsələn, Antoniy xalqı
Sezarın qatilinə qarşı xalqı bəlağətli nitqi ilə deyil, onun vəsiyyətini oxuyaraq və
meyitini nümayiş etdirərək qaldıra bilmişdi.
Kütlənin təxəyyülünü heyran qoyan obrazlar, həmişə, heç bir izahla müşayiət
olunmayan sadə və aydın olur və nadir hallarda onlara hansısa möcüzəvi və yaxud
sirli faktlar əlavə edilir: böyük qələbə, böyük möcüzə, nəhəng cinayət, böyük ümidlər.
İzdihama həmişə şeyləri bütöv obrazlar şəklində, onların mənşəyini göstərmədən,
təqdim etmək lazımdır. Xırda cinayətlər və bədbəxt hadisələr kütlənin təxəyyülünü
heç vaxt məşğul etmir, hətta nə qədər çoxsaylı olsalar belə; əksinə, hər hansı bir
nəhəng bədbəxt hadisə və ya cinayət baxmayaraq ki, nəticə etibarilə azsaylı
hadisələrdə olduğundan daha az itki ilə müşayiət olunub, kütləyə çox dərindən təsir
göstərir.
Bir neçə il bundan əvvəl Parisdə 5000 nəfərin canını almış qrip epidemiyası xalqın
təxəyyülünə elə də çox təsir göstərməmişdi. Bu, əsl hekatomba aydın obrazlarda
təzahür etməmişdi, ondan yalnız həftəlik statistik hesabatlarda bəhs olunurdu. Lakin
hansısa digər iri bədbəxt hadisə, məs, Eyfel qülləsinin aşması, özü də orada 5000
downloaded from KitabYurdu.org


deyil, 500 nəfər, özü də hamı eyni vaxtda ölsəydi, kütlənin təxəyyülünə bu dəfələrlə
daha güclü təsir bağışlayardı. Bir transatlantik buxar gəmisinin güman edilən məhvi
barədə xəbər, hansı ki, xeyli zaman ərzində bu haqda məlumat belə olmayıb, həmin
əsasda kütlənin təxəyyülünə daha qüvvətli təsir göstərə bilər, bununla yanaşı, rəsmi
statistikaya görə təkcə 1894-cü ildə 850 yelkənli və 203 buxar gəmisi qəzaya
uğramışdı. İnsan həyatı və mal itkisi nöqteyi-nəzərindən baxdıqda, gəmilərin məhvi,
transatlantik buxar gəmisinin qəzasından daha ciddi faciələr hesab olunmalıydı,
amma izdihamda həmin hadisələr heç bir təəssürat oyatmamışdı. Buradan belə
nəticə hasil olur ki, özlüyündə faktlar xalqın təxəyyülünə heç bir təsir göstərmir, əsas
olan həmin faktların necə yerləşdirilməsi və kütləyə necə təqdim olunmasıdır. Əgər,
icazə verilsəydi, belə demək mümkünsə, mən həmin faktları elə heyrətdoğurucu
obrazlarda, elə qatı çalarlarda təqdim edərdim ki, onlar kütlənin şüuruna tam hakim
kəsilər və onun bütün anlayış sahəsini doldurardı. Kimlər ki, kütlənin təxəyyülündə
mahirliklə təəssüratlar oyada bilirlər, izdihamı da elə onlar idarə etmək bacarığına
malik olurlar.
IV fəsil
KÜTLƏNİN BÜTÜN MƏSLƏYİNİ İFADƏ
EDƏN İNANC FORMALARI
Dini hisləri təşkil edən nədir. – O, hər hansı bir tanrıya pərəstişdən asılı deyil. –
Onun xarakteristikası. Dini formada ifadə olunmuş düşüncələrin əzəməti. – Müxtəlif
nümunələr. – Xalq tanrıları heç vaxt yox olmur. – Onların təşəkkül tapdığı yeni
formalar. Ateizmin dini formaları. – Bu anlayışların tarixi nöqteyi-nəzərdən
əhəmiyyəti. – İslahatlar, Varfolomey gecəsi, terror və oxşar hadisələr ayrı-ayrı
fərdlərin deyil, kütlənin dini hislərinin təzahürləridir.
Artıq söyləmişik ki, kütlə fikirləşmir, o, ideyaları bütövlükdə ya qəbul edir, yaxud
da kənara atır, nə mübahisələri, nə də ziddiyyətləri xoşlayır, təlqin onun bütün
düşüncə qabiliyyətlərinə tamamilə hakim kəsilir və dərhal hərəkətə keçməyə can atır.
Qeyd etmişdik ki, kütlə müvafiq təlqinin təsiri altında ona təlqin edilən ideal uğrunda
özünü qurban verməyə hazırdır və ona yalnız güclü və ən ifrat hislər xasdır, həm də
nəzərə almaq lazımdır ki, onda simpatiya çox tez pərəstişə, yenicə yaranmaqda olan
antipatiya isə həmin andaca nifrətə çevrilir. Bu ümumi göstərilənlər bizə kütlənin
etiqadını sezməyə imkan verir.
Kütlənin inanclar dövründəki, həmçinin siyasi çevrilişlər zamanındakı
etiqadından, misal üçün, ötən əsrdəki çevrilişlərdən, görə bilirik ki, həmişə bu
etiqadlar xüsusi forma alır, hansı ki, mən düzgün müəyyən edə bilmədiyimdən, onları
dini hislər adlandırıram. Həmin hiss çox sadə xarakterizə olunur: güman edilən ali
varlığa pərəstiş, ona aid edilən sehrli gücdən qorxu, onun göstərişlərinə kor-koranə
tabe olmaq, onun ehkamlarına etirazın mümkünsüzlüyü, onları yaymaq istəyi, onu
etiraf etməyənlərin hamısına düşmən kimi baxmağa can atmaq – bax, budur, həmin
downloaded from KitabYurdu.org


hissin başlıca xassələri. Bu hiss gözə-görünməz Tanrıya, daş və ya ağacdan olan bütə
və ya qəhrəmana, siyasi ideyaya aiddirmi – yuxarıda göstərilən xassələr onda özünü
göstərdiyi anda, artıq o, dini mahiyyət daşıyır. Fövqəltəbii və möcüzəli olanlar, onda
eyni dərəcədə rast gəlinir. Kütlə həmin anda fanatizmini qidalandıran siyasi formulu
və ya qalib lideri, qeyri-iradi sirli güclə mükafatlandırır.
Dindarlıq yalnız hansısa tanrıya pərəstiş etməkdən irəli gəlmir; şüurun bütün
vasitələri iradəyə tabe olanda, fanatizmin coşqunluğu bütünlüklə hansısa işin və
yaxud varlığın xidmətinə veriləndə də o, özünü göstərir, onun məqsədinə çevrilir və
kütlənin məramı və fəaliyyətinə rəhbərlik edir.
Hər bir dini hiss üçün vaciblik təşkil edən dözümsüzlük və fanatizm, bu dünyanın
və yaxud əbədi xoşbəxtliyin sirrini bildiyini düşünənlərdən ötrü də labüddür. Hər
hansı bir etiqad uğrunda mübarizəyə qalxan hər bir insan qrupunda da bu hislərə rast
gəlinir. Terror zamanının yakobinçiləri də, inkvizisiya dövrünün katolikləri kimi çox
qatı dindar olublar və onların azğınlaşmış ehtirası da bir mənbədən qidalanır.
Kütlənin bütün etiqadı dini hissə xas olan kor-koranə tabeolma xüsusiyyətinə,
şiddətli dözümsüzlüyə, ən çılğın təbliğat tələbatına malikdir; bax, kütlənin inancının
həmişə dini formaya malik olduğunu söyləməkdə biz nəyə görə haqlıyıq. Kütlənin
pərəstiş etdiyi qəhrəman, həqiqətən onun üçün Tanrıdır. Napoleon on beş il ərzində
kütlə üçün belə olub və indiyədək heç bir səcdəgah bu dərəcədə sədaqətli
pərəstişkarlara malik olmayıb və onlardan heç biri adamları bu qədər asanlıqla ölümə
yollamayıb. Bütpərəst və xristian tanrıları heç vaxt qəlbləri fəth olunanlar üzərində bu
dərəcədə mütləq hakimiyyətdən istifadə etməyib. Dini və ya siyasi əqidə baniləri
məqsədlərinə ona görə çatıblar ki, insanı xoşbəxtliyini pərəstişkarında tapmağa və
onu öz həyatını səcdəgahı üçün qurban verməyə məcbur edən fanatizm hislərini
kütləyə təlqin etməyi bacarıblar. Bütün dövrlərdə belə olub. Füstel de Kulanj Roma
Qalliyası haqqında yazdığı gözəl kitabında göstərib ki, Roma imperiyası güc hesabına
yox, dini heyranlıq hissinin təlqini sayəsində ayaqda qalırdı. “Bu tarixdə baş verən
misli görünməmiş hadisə idi – o, əsaslı olaraq deyirdi – xalqın nifrət etdiyi bir rejim,
düz, beş əsr ərzində hökmranlıq etmişdi... İmperiyaya məxsus otuz legionun yüz
milyonluq xalqı bu qədər uzun müddətdə özünə itaət etməyə necə məcbur etdiyini,
heç cür izah etmək olmazdı. Həmin milyonlarla adam yalnız ona görə itaət edirdilər
ki, imperator onların gözündə Romanın əzəmətini təcəssüm etdirirdi, ona ümumi
razılıq əsasında səcdəgaha baş əyən təki pərəstiş edirdilər. İmperiyanın ən kiçik
kəndində belə, imperatorun şərəfinə səcdəgahlar tikirdilər. İmperiyanın bir
tərəfindən digər tərəfinədək xalqların ruhunda yeni din yaranırdı, səcdəgahlar isə
imperatorlar idi. Xristian erasından bir neçə il əvvələ qədər altmış şəhərdən ibarət
bütün Qalliya məsləhətləşərək Lion yaxınlığında Avqusta məbəd ucaltmışdı... Qalliya
şəhərlərindəki yığıncaqlar tərəfindən seçilən din xadimləri ölkənin ən önəmli simaları
hesab olunurdular... Bütün bunları qorxu hissinə və yaltaqlığa aid etmək olmaz.
Bütöv xalqlar köləliyə meylli ola bilməzdilər və ya hər halda üç əsr ərzində özlərini
köləcəsinə aparmazdılar. İmperatora saray xadimləri pərəstiş etmirdilər, Roma
pərəstiş edirdi, özü də təkcə Roma yox, bütün Qalliya, İspaniya, Yunanıstan və Asiya
da”.
downloaded from KitabYurdu.org


Hazırkı zamanda qəlbləri fəth edənlərə daha səcdəgahlar tikmirlər, amma
heykəllər ucaldırlar və indi onlara göstərilən pərəstiş, keçmiş zamanlarda olanlardan
elə də çox fərqlənmir. Tarixin fəlsəfəsi yalnız o vaxt bizə aydın olacaq ki, biz kütlə
psixologiyasının başlıca bəndlərini, yəni, kütlə üçün ya səcdəgah olmaq lazımdır, ya
da heç bir şey, tam mənimsəyəcəyik.
Fikirləşmək lazım deyil ki, keçmiş əsrlərin zehniyyəti tamamilə düşüncəmizdən
silinib. Şüura qarşı əbədi mübarizədə hiss heç vaxt məğlub olmayıb. Kütlə uzun
müddət köləlik etdiyi “səcdəgah” və “din” sözlərini daha eşitmək istəmir. Lakin o da
var ki, heç vaxt son yüzillikdəki qədər bu sayda bütə malik olmamış və öz köhnə
tanrılarına heç vaxt bu qədər ibadətgah və abidələr də ucaltmamışdı. Bulanjizm adı
altında məlum olan, son illərdə gedən xalq hərəkatını tədqiq edənlər, kütlənin dini
instinktlərinin hansı asanlıqla dirçəlişinə əmin ola bilərlər. Hətta bir kənd
mehmanxanası da tapmaq mümkün deyildi ki, orada qəhrəmanın təsviri olmasın.
Bütün fəlakətləri aradan qaldırmağa və ədaləti bərpa etməyə qabil güc, həmin
qəhrəmanın adına yazılırdı; minlərlə adam onun uğrunda öz həyatını qurban
verməyə hazır idi. Əgər onun xarakteri bu əfsanələrdən yüksəkdə olsaydı, görəsən, o
tarixdə hansı yeri tutardı!
Bu arada kütlənin dinə ehtiyacı olduğunu təkrar etməyə lüzum qalmır, belə ki,
bütün inanclar, siyasi, ilahi və sosial, yalnız mübahisəsiz qəbul edilən dini forma
aldıqda mənimsənilir. Əgər, kütləni ateizmi də mənimsəməyə məcbur etmək
mümkün olsaydı, o da hər bir dini hiss kimi belə hərarətli dözümsüzlük nümayiş
etdirərdi və öz zahiri formaları ilə çox tezliklə əsil ayinə çevrilərdi. Pozitivçilərin kiçik
sektasının təkamülü həmin vəziyyəti bariz şəkildə təsdiq edir. Onunla həmin nihilistlə
də bağlı, görkəmli yazıçı Dostoyevskinin bizə nəql etdiyi oxşar hadisə baş vermişdi.
Gözəl günlərin birində zəkanın işığı ilə nurlandırılmış həmin nihilist kiçik kilsənin
mehrabını bəzəyən tanrıların və müqəddəslərin təsvirlərini qırıb-tökdü, mum şamları
söndürdü və bir dəqiqə belə itirmədən, məhv etdiyi təsvirləri Byüxner və Moleşot
kimi ateist-filosofların yaradıcılıq işləri ilə əvəz etdi və yenidən ehtiramla şamları
yandırdı. Onun dini inanclarının predmeti dəyişmişdi, lakin demək olarmı ki, əslində
onun həm də dini hissi dəyişilib?
Bəzi tarixi hadisələr, həm də ən əhəmiyyətliləri, yalnız o zaman anlaşıqlı
görünəcək ki, həmin dini forma özümüzə tamamilə aydın olacaq və nəhayətdə
kütlənin inamını ifadə edəcək. Sosial hadisələr var ki, onları naturalist kimi yox, daha
çox psixoloji nöqteyi-nəzərdən öyrənmək lazımdır. Görkəmli tarixçimiz Ten inqilabları
yalnız naturalist kimi tədqiq etdiyindən, hadisələrin genezisi çox vaxt onun gözündən
yayınırdı. O, faktları əla müşahidə edirdi, amma kütlə psixologiyasını bilmədiyindən,
heç də həmişə onların mənbəyinə qədər gedib çata bilmirdi. Faktlar öz yırtıcı,
anarxist və azğın xarakteri ilə onu qorxuya salırdı; o, həmin möhtəşəm dövrün
qəhrəmanlarında öz instinktlərinə maneəsiz itaət edən yalnız vəhşi epileptik sürüsü
görürdü; amma inqilabların istənilən zorakılıqlarına, qətllərə, təbliğata olan zərurətə,
krallara qarşı elan edilən müharibələrə, sadəcə, kütlənin ruhunda yaranan yeni dini
inancların təşəkkülü kimi baxsaq, onda hər şey çox asanlıqla izah olunur. İslahatlar,
Varfolomey gecəsi, dini müharibələr, inkvizisiya, terror – bütün bunlar dini hislərdən
ruhlanan kütlə tərəfindən həyata keçirilən oxşar hadisələrdir və yeni inancın
downloaded from KitabYurdu.org


möhkəmlənməsinə müqavimət göstərən hər bir şeyi, bütün maneələri od və qılınc
vasitəsilə məhv edilməsini bir zərurət kimi tələb edir. İnkvizisiya metodları – bütün
səmimi insanların metodlarıdır və həmin adamlar digər metodları tətbiq etsəydilər,
onlar belə olmazdılar.
Əgər kütlənin ruhu indi nümunə gətirdiyim çevrilişləri çağırmasaydı, onlar
mümkün olmazdı. Heç bir mütləq müstəbid onları çağıra bilməzdi. Varfolomey
gecəsinin kralların əməli olduğunu söyləyən tarixçilər, bununla da kütlənin, eləcə də
kralların psixologiyasından xəbərsiz olduqlarını nümayiş etdirirlər. Bu növ nümayişlər,
yalnız kütlənin ruhu ilə əmələ gəlir; yalnız hökmdarların ən absolyut olanı, ən zalımı
onların əmələ gəlməsini həm sürətləndirə, həm də zəiflədə bilər. Varfolomey
gecəsini, dini müharibələri krallar təşkil etməmişdi və terroru da nə Robespyer,
Danton və ya nə də Sen-Jüst törətməmişdilər. Bütün həmin hadisələrdə kralların
əzəməti yox, kütlənin ruhu əsas rol oynamışdı.
12 ultramontan termini XIII əsrdə yaranıb və Roma papasını italyanlardan yox,
başqa ölkələrin birində təyin edilməsini nəzərdə tuturdu.

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin