İRQLƏRİN PSİXOLOJİ ƏLAMƏTLƏRİ SİVİLİZASİYALARIN MÜXTƏLİF
ÜNSÜRLƏRİNDƏ NECƏ AŞKAR OLUNUR
I fəsil
XALQLARIN TARİXİ XARAKTERİN NƏTİCƏSİ KİMİ
Xalqın tarixi həmişə onların ruhi xarakterinin nəticəsi olaraq ortaya çıxır. –
Müxtəlif nümunələr. – Fransanın siyasi təsisatları irqin xarakterindən doğur. –
Onların həqiqi dəyişməzliyi zahirən görünən dəyişkənlikdir. – Bizim ən fərqli siyasi
partiyalarımız müxtəlif cür adlansalar da eyni siyasi məqsədlər güdürlər. –
Mərkəzləşmə və şəxsi təşəbbüslərin aradan qalxması, dövlətin xeyrinədir. – Fransız
downloaded from KitabYurdu.org
inqilabı qədim monarxiyanın proqramını necə yerinə yetirdi. – Anqlosakson irqi və
latın idealı arasında ziddiyyət. Vətəndaş təşəbbüsünün dövlət təşəbbüsü ilə əvəz
olunması. – Məlum əsərdə izah olunmuş prinsiplərin Şimali Amerika Birləşmiş
Ştatlarının və ispan-amerikan respublikalarının inkişafının müqayisəli öyrənilməsində
tətbiqi. – Eyni siyasi təsisatlara baxmayaraq, birilərinin çiçəklənməsi və digərlərinin
isə tənəzzülünün səbəbləri. – İdarəçilik formaları və təsisatlar xalqların taleyinə çox
zəif təsir göstərirlər. – Bu tale, başlıca olaraq onların xarakterindən asılı olaraq ortaya
çıxır.
Tarixə, özünün başlıca xüsusiyyətləri ilə irqin əsas psixoloji ardıcıllığının istehsal
etdiyi nəticələrin sadə ifadəsi kimi baxmaq olar. O, həmin ardıcıllıqdan doğur, lap
balıqların nəfəsalma orqanlarının sudakı həyatında nəfəsalma orqanları kimi. Xalqın
ruhi xüsusiyyətlərini öncədən bilməyəndə, onun tarixi yalnız təsadüflər tərəfindən
idarə olunan hansısa hadisələrin hərc-mərcliyi kimi nəzərə çarpır. Əksinə, xalqın ruhu
bəlli olanda, onun həyatı bizə psixoloji əlamətlərin nəticəsi kimi düzgün və
qədərlənmiş kimi görünür. Millətin həyatının özünü büruzə verən bütün
təzahürlərində həmişə görürük ki, irqin dəyişilməz ruhu öz taleyini özü -
müəyyənləşdirir.
Xüsusilə də siyasi təsisatlarda irqin ruhunun ali hakimiyyəti daha aşkar nəzərə
çarpır. Bunu bir neçə nümunə ilə asanlıqla sübut edə bilərik.
Öncə daha çox köklü çevrilişlərə məruz qalmış, dünyanın ən önəmli ölkələrindən
biri olan Fransanı götürək, orada bir neçə il ərzində təsisatlar köklü şəkildə elə
dəyişikliyə uğrayıblar ki, partiyalar yalnız fərqli deyil, həm də öz aralarında bir-birləri
ilə tamamilə uyuşmaz kimi nəzərə çarpırlar. Lakin əgər biz psixoloji nöqteyi-nəzərdən
baxsaq, etiraf etməliyik ki, bu cür uyuşmaz, bir-birləri ilə daima mübarizə aparan
partiyalar, həqiqətdə onların irqinin idealını dəqiq təmsil edən tamamilə eyni ümumi
fondlara malikdilər. Barışmaz radikallar, monarxiyaçılar, sosialistlər, bir sözlə, fərqli
yarlıqlar altında, tamamilə eyni məqsəd güdən müxtəlif doktrinaları həyata keçirirlər:
şəxsiyyətlərin dövlət tərəfindən udulması. Onların hər birinin qızğıncasına istədikləri
nədir – bu, əski mərkəzçi və sezarçı rejimdir, hamını idarə edən, hər şeyi tənzimləyən,
hər şeyi mənimsəyən, vətəndaşların həyatında ən kiçik xırdalıqlara qədər hər şeyi
nizama salan və onları düşünmək və ən kiçik təşəbbüs irəli sürməkdən belə, məhrum
etmək. Dövlətin başında duran hakimiyyət, necə adlanmasından asılı olmayaraq, istər
kral, imperator, prezident, kommuna, fəhlə sindikatı və ya başqa cür, adlansın, bütün
hallarda hakimiyyətdir və mütləq, eyni ideala malik olacaq və həmin ideal da irqi
ruhun hissiyyat təzahürüdür. O, başqa nəyəsə imkan verməz.
“Fransanın fövqəladə dahiliyi budur, – çox dərin müşahidəçi olan Düpon Uayt
yazırdı, – əgər, öz hökuməti tərəfindən dəstəklənməzsə və təşviq olunmazsa, onda o,
zinət əşyaları və yaxud hətta mədəniyyətlə bağlı bəzi əhəmiyyətli və arzulanan
şeylərlə belə ayaqlaşa bilməzdi”.
Beləliklə, ekstremal əsəbiliyimiz, mövcud narazılığa olan meyllənməyimiz, o
ideyadan irəli gəlir ki, yeni hökumət taleyimizi daha xoşbəxt edə biləcək, bunun
nəticəsi də olaraq biz fasiləsiz şəkildə öz təsisatlarımızı dəyişirik, ölmüş əcdadlarımızın
ulu səsi isə bizləri yalnız sözləri və zahirimizi dəyişdirdiyimizə görə mühakimə edir.
downloaded from KitabYurdu.org
İrqimizin ruhlarının qeyri-iradi hökmü o dərəcədə güclüdür ki, biz hətta qurbanına
çevrildiyimiz illüziyaların fərqinə belə varmırıq.
Əgər yalnız zahirə diqqət yetirilirsə, onda, əlbəttə ki, başqa bir rejimi təsəvvür
etmək çox çətindir, hansı ki, belə olmasaydı, böyük inqilabımız nəticəsində yaranan
hakimiyyət köhnəsindən daha kəskin fərqlənərdi. Amma əslində buna da şübhə
etmək olmur, çünki o, yalnız krallıq ənənələrini davam etdirir, monarxiya tərəfindən
bir neçə əsr əvvəl başladılmış mərkəzləşdirmə işini başa çatdırır. Əgər XIII və XIV
Lüdoviklər inqilab işini mühakimə etmək üçün qəbirlərindən çıxsaydılar, inqilab
zamanı müşayiət olunan hadisələr zamanı bəzi zorakılıqlara yol verildiyini
qınayardılar, lakin onlar da baş verənlərə qəti şəkildə ənənələr və proqramlar
çərçivəsində baxardılar və etiraf edərdilər ki, həmin proqramın icrası hər hansı bir
nazirə tapşırılsaydı, o, bundan daha yaxşı yerinə yetirə bilməzdi. Deyərdilər ki,
Fransanın indiyədək tanıdığı hökumətlərdən inqilabiliyi ilə ən az fərqlənəni, elə
inqilab hökumətidir. Bundan əlavə təsdiq edərdilər ki, yüzillik ərzində Fransada bir-
birini əvəz etmiş müxtəlif rejimlər, bu məsələyə toxunmağa cəhd göstərməyiblər: bu,
o dərəcədə düzgün inkişafın bəhrəsidir ki, monarxiya idealının davamı və irqin
dahiliyinin təzahürüdür. Şübhəsiz, bu, o dünyadan gəlmə məşhurlar, böyük
təcrübələrindən çıxış edərək, bəzi tənqidi qeydlər edə bilərlər və bəlkə də “yeni
quruluşun” hökumətdə aristokratik kastanı, bürokratik kasta ilə əvəz etdiyinə, həmin
bürokratik kastanın dövlət içində köhnə aristokratiyanın hakimiyyətindən də simasız
hakimiyyətə yiyələndiyinə diqqət yetirə bilərdilər. Çünki yalnız bürokratiya siyasi
dəyişikliklərdən yan ötməklə, hökmən dövlətdə yeganə hökmranlığa aparıb çıxaran,
ənənələrə, korporativ üsul, məsuliyyətsizlik, dəyişilməzlik və sair kimi bir sıra şərtlərə
malikdir. Bununla belə, güman edirəm ki, onlar buna elə də kəskin etiraz etməzdilər,
latın xalqlarının azadlığın qayğısına az, bərabərliyin isə daha çox qaldıqlarını diqqətə
alaraq, onların istənilən despotizmi – ən azı bu despotizm simasız olsun – çox
asanlıqla həzm etdiklərini bilirdilər. Ola bilsin ki, onlar saysız-hesabsız qətnamələri,
hazırda həyatı ən xırdalıqlarına qədər əhatə edən həmin minlərlə yolu lazımsız və çox
qəddar hesab edərdilər və diqqəti daha çox bir şeyə yönəldərdilər. Əgər dövlət hər
şeyi öz əlinə alarsa, hər şeyə məhdudiyyətlər tətbiq edib, vətəndaşları istənilən
təşəbbüsdən məhrum edərsə, onda biz könüllü formada, heç bir yeni inqilab baş
vermədən, sözün əsl mənasında, sosializmə düşəcəyik. Lakin onda yuxarı “mühiti”
nurlandıran ilahi işıq və yaxud onun çatışmazlıqlarını bizlərə anladan riyazi dərketmə,
yəni, nəticə həndəsi inkişaf etdikcə, həmin səbəblər hələ də fəaliyyət göstərir, bu isə
onlara sosializmin monarxiya ideyalarının ifrat təzahürü olduğunu, inqilabın isə
bunun üçün sürətləndirici faza rolunu oynadığını başa düşməyə imkan verir.
Beləliklə, istənilən xalqın təsisatlarında biz, bu əsərin başlanğıcında misal
gətirdiyimiz təsadüfi səbəbləri və daimi qanunları, hansılar ki, müəyyən etməyə cəhd
etmişdik, eyni vaxtda görə bilirik. Təsadüfi səbəblər yalnız adı və zahiri görünüşü
yaradır. Əsas qanunlar isə xalqın xarakterindən axıb gəlir və millətin taleyini müəyyən
edir.
Yuxarıda təqdim etdiyimiz nümunəyə qarşı digər irqi – ingilisi qoya bilərik, onun
psixoloji xüsusiyyətləri fransızdan tamamilə fərqlənir.
downloaded from KitabYurdu.org
Elə bircə bu fakta görə onun təsisatları fransızlarda olduğundan kökündən
fərqlənir.
İngilislər, hakimiyyətdə kimin, İngiltərədə olduğu kimi monarxın və ya Birləşmiş
Ştatlarda olduğu kimi prezidentin olmasından asılı olmayaraq, onların idarəetmə
sistemi eyni əsas əlamətlərə malik olacaq: dövlətin fəaliyyəti minimuma qədər
azaldılacaq, xüsusi şəxslərin fəaliyyəti isə maksimuma qədər artırılacaq, bu isə latın
idealının tam əksidir. Limanlar, kanallar, dəmiryolları, təhsil müəssisələri həmişə şəxsi
təşəbbüslər nəticəsində yaradılacaq və dəstəklənəcək, lakin bu heç vaxt dövlətin
təşəbbüsü ilə olmayacaq. Nə inqilab, nə konstitusiya, nə də despotlar hansısa xalqa
onların malik olduğu xarakterin keyfiyyətlərini verə bilməz və yaxud
keyfiyyətlərindən irəli gələn təsisatlarını da ondan ala bilməz. O fikir, yəni hər bir xalq
layiq olduğu hakimiyyət formasını haqq edir, düşüncəsi dəfələrlə təkrar edilir. Onun
başqa bir hakimiyyət formasına malik ola biləcəyini çətin ağla gətirmək olar.
Əvvəlki qısa mühakimələr də göstərdi ki, xalqın təsisatları onun ruhunun
təzahürüdür və zahirən bunu dəyişdirmək onun üçün nə qədər asandırsa, əsaslarını
dəyişdirmək mümkün deyil. Biz indi hansısa xalqın ruhunun, onun taleyini hansı
dərəcəyədək idarə etdiyini və təsisatların onun taleyində çox kiçik rol oynadığını daha
aydın misallarla göstərəcəyik.
Bu örnəkləri mən bir ölkədən gətirirəm, çiyin-çiyinə eyni mühit şəraitində iki
avropalı irq yaşayır, onlar eyni dərəcədə sivilizasiyalı və inkişaf etmiş irqlərdir, yalnız
xarakterlərinə görə bir-birlərindən fərqlənirlər: Amerika haqqında söz açmaq
istəyirəm. O, bir-birilə bərzəxlə birləşmiş, iki ayrı-ayrı materikdən ibarətdir. Hər iki
materik böyüklüyünə görə bir-birinə bərabərdir, mühit də demək olar ki, eynidir.
Onlardan biri ingilislər tərəfindən ələ keçirilib və ingilis irqi tərəfindən məskunlaşıb,
digəri isə ispanlar tərəfindən.
Bu iki irq eyni, respublika quruluşlu, konstitusiyalı idarəçilik sistemi altında
yaşayırlar, Cənubi Amerikanın bütün respublikaları öz konstitusiyalarını Birləşmiş
Ştatların konstitusiyasından köçürüblər. Beləliklə, həmin xalqların fərqli talelərə malik
olmasını izah etmək üçün əlimizdə irqi müxtəliflikdən başqa heç nə yoxdur. İndi
həmin fərqlərin səbəblərini araşdırmağa çalışaq.
Öncə Birləşmiş Ştatları məskunlaşdırmış anqlosakson irqinin əlamətlərini bir
neçə sözlə yekunlaşdıraq. Dünyada bu irqin nümayəndələri qədər daha çox eynicinsli
və daha çox təyin olunan ruhi xüsusiyyətlərə malik olan ikinci bir irq tapmaq mümkün
deyil.
Bu, nöqteyi-nəzərdən xarakterin həmin ruhi xüsusiyyətlərinin üstünlük təşkil
edən əlamətləri bunlardır: iradə ehtiyatı, buna çox az xalqlar malikdir, (yalnız
romalılar istisna oluna bilər) qarşısıalınmaz enerji, olduqca böyük təşəbbüskarlıq,
mütləq soyuqqanlılıq, müstəqillik hissi, ifrat dərəcədə ünsiyyətsizlik, güclü fəaliyyət,
əbədiyaşar dini hislər, olduqca möhkəm əxlaq və borc haqqında (vəzifə) aydın
təsəvvür.
İntellektual nöqteyi-nəzərdən, həmin xüsusi əlamətləri, digər sivilizasiyalarda
tapmaq mümkün deyil, xüsusi xarakterizə etmək çox çətindir. Yalnız unudulmaqda
olan şeylərin əməli və müsbət tərəflərini əhatə etməyə imkan verən sağlam
düşüncəni qeyd etmək olar və həyata keçməz zərifliklərlə özünü aldatmaq lazım
downloaded from KitabYurdu.org
deyil; bir də faktlara olduqca fəal və ümumi ideya və dini ənənələrə mülayim-sakit
münasibəti.
Bu ümumi xarakteristikaya, həyat yolu tamamilə aydın olan və daha yaxşısını
seçməyi güman belə etməyən insanın həmin bütöv nikbinliyini də, əlavə etmək
lazımdır. O, vətənin, ailəsinin və dinin özündən nə tələb etdiyini həmişə yaxşı bilir. Bu
nikbinlik onda o dərəcəyə yüksəlib ki, bütün yad şeylərə nifrətlə baxır. Əcnəbilərə və
onların ənənələrinə bu cür nifrət İngiltərədə o dərəcədə ifrat həddə yüksəlib ki, bir
vaxtlar ən böyük yüksəliş dövrünü yaşayan romalıların barbaralara olan nifrəti qədər.
Bu isə ondan ibarətdir ki, əcnəbiyə münasibətdə hər cür əxlaqi qayda yoxa çıxır. Bir
nəfər də olsun ingilis siyasətçisi tapa bilməzsən ki, həmin hərəkəti digər millətlərə
münasibətdə qanuni hesab etməsin, əgər o əməllər öz həmvətənlərinə qarşı tətbiq
olunsaydı, o zaman bu onlarda, ən dərin və ümumi hiddət kimi riskə gətirib çıxarardı.
Şübhəsiz, əcnəbiyə qarşı olan bu nifrət, fəlsəfi nöqteyi-nəzərdən, çox rəzil
xüsusiyyətlərdən doğan hislərdir; lakin xalqın rifahı nöqteyi-nəzərindən, bu, çox
faydalıdır. İngilis generalı Uolslinin düzgün olaraq qeyd etdiyi kimi, bu, İngiltərənin
gücünü yaradan keyfiyyətlərindən biridir. İngiltərəni materiklə əlaqəsini asanlaşdıran
La-Manş boğazı altından tikilməsi nəzərdə tutulan tunelin çəkilməsinə olan etirazı bir
nəfər çox uğurla izah etmişdi (özü də əsaslı olaraq), ingilislər də, çinlilər kimi, yad
təsirlərin onlara gəlib çatmaması üçün bütün səylərini ortaya qoyublar. Yeri
gəlmişkən, amma həmin etirazlara baxmayaraq, bu tunel artıq çəkilib və neçə illərdir
fəaliyyət də göstərir.
Tərəfimizdən elə indi qeyd olunan bütün əlamətləri müxtəlif ictimai təbəqələrdə
axtarıb tapmaq olar; ingilis sivilizasiyasının bir elementini də tapa bilməzsən ki,
nədəsə öz dərin izlərini qoymamış olsun. Məgər İngiltərəni ilk dəfə ziyarət edən
istənilən əcnəbini bu, həmin andaca heyrətləndirmirmi? Ən təvazökar işçinin sərbəst
həyatla bağlı tələbatı üçün daxmanı seçməsini, əcnəbi o saat müşahidə edə bilər –
düzdür, həmin daxma darısqaldır, lakin hər cür məcburiyyətdən müdafiə olunub və
qonşuluqdan da təcriddədir; ən çox ziyarət olunan vağzallarda, kütlə fasiləsiz olaraq
hərəkətdədir – lap maneə arxasında olan və ora-bura sürülən qoyun sürüsü kimi –
jandarm tərəfindən mühafizə edilirlər, elə bil, insanların təhlükəsizliyini yalnız güc
vasitəsilə təmin etmək olar, bir-birini əzməmək üçün lazım olan diqqət və qabiliyyət
payı sanki onların özlərində yoxdur. O, irqin enerjisini həm gərgin işləyən işçi
əməyində, həm də təhsildəki əzmkarlığında tapa biləcək, kiçik yaşlarından özünü
təkbaşına idarə etməyə öyrənir, artıq bilir ki, həyatda onun taleyi ilə bağlı özündən
başqa heç kim məşğul olmayacaq; professorlarda elmə olduqca mötədillik var, amma
xarakterin yaranması üçün güclü diqqət olmalıdır, onlar bunu dünyanı hərəkətə
gətirən ən güclü mühərrik hesab edirlər.
İngiltərə kraliçası tərəfindən Vellinqton Kollecində hər il verilən mükafatın
təqdim olunması ilə bağlı şərtləri müəyyən etmək üçün vəkil edilmiş şahzadə Albert
belə qərara gəlib ki, mükafat elmdə daha böyük uğurlar qazanmış tələbəyə deyil,
daha yüksək xarakterə malik gəncə təqdim ediləcək. Bütün təhsilimiz (bizlər bunu ali
təhsil hesab edirik) nəticə etibarilə, gəncləri mühazirələri təkrar danışmağa məcbur
etməkdən ibarətdir. Bunun nəticəsində də həmin vərdişə o dərəcədə adət edilir ki,
onlar çoxdan əzbərlənmişləri həyatlarının bütün qalan hissəsi boyu təkrarlayırlar.
downloaded from KitabYurdu.org
Vətəndaşın ictimai həyatın nüfuz edəndə, o, görür ki, əgər kəndə hansısa
mənbəni yaxşılaşdırmaq lazımdırsa, dəniz limanı və yaxud dəmiryolu inşa etmək üçün
həmişə dövlətə deyil, şəxsi təşəbbüslərinə müraciət edirlər. Müşahidələrini davam
etdirməklə, o, çox tezliklə öyrənir – tək bu xalq, çatışmazlıqlara baxmayaraq, onu
əcnəbilər üçün ən dözülməz millətə çevirib – həqiqətən, ən azad xalqdır, çünki yalnız
tək o, özünüidarə mədəniyyətinə yiyələnib və hökumət üçün hakimiyyət fəaliyyətini
minimuma endirməyə nail olub. Tarixə nəzər salanda görürsən ki, məhz o, ilk olaraq
hər cür qaydalardan, hökmranlıqdan
– həm kilsənin, həm də avtokratların – azad ola bilib. Artıq XV əsrdə Forteskyü latın
xalqlarının irsi olan Roma qanunlarına qarşı ingilis qanunlarını qoydu: “Onlardan biri
avtokratizmin məhsulu olub, bütünlüklə şəxsiyyətin qurban verilməsinə əsaslanır;
digəri – ümumi iradəyə söykənir və həmişə şəxsiyyəti müdafiə etməyə hazırdır”.
Bu cür xalq dünyanın istənilən yerinə məskunlaşarsa belə, o, dərhal ağalıq
edəcək və güclü imperiyaların əsasını qoyacaq. Əgər onlar tərəfindən əsarət altına
alınmış irq, məsələn, Amerikada qırmızıdərililər (hindilər) həddən çox zəifdilər, lakin
kifayət qədər faydalı deyillər, onda həmin irq sistemli olaraq məhv ediləcək. Lakin
əgər əsarət altına alınmış irq, məsələn, Hindistan xalqları məhv edilmək üçün həddən
artıq çoxsaylıdılar və yeri gəlmişkən, məhsuldar əmək gətirmək üçün çox sərt vassal
asılılığı vəziyyətinə salınmışlar və öz ağaları üçün çalışmağa son dərəcə vadar
olunublar.
Xüsusilə Amerika kimi yeni ölkə də, öz varlığı üçün yalnız ingilis irqinin ruhi
xüsusiyyətlərinə borcludur, həmin fövqəladə uğurları izləmək mümkündür.
Mədəniyyəti olmayan, az qala bir qədər vəhşi səviyyədə olan əhali yaşayan bir ölkədə
məskunlaşan ingilislər, arxalanmaq üçün özlərindən qeyri kimsə olmadığı yerlərdə,
yalnız özlərinə güvənməklə nələrə nail ola biliblər, hamıya məlumdur. Onlara yalnız
bir yüzillik bəs etdi ki, dünya gücləri arasında ilk sıraya yüksəlsinlər və indi onlarla
yarışa biləcək gücdə olan birini tapmaq mümkün deyil. Mən kütləvi təşəbbüslər və
böyük ölkənin vətəndaşları tərəfindən sərf edilən şəxsi enerjinin həcmi barədə aydın
təsəvvürə malik olmaq istəyənlərə, M.Ruzyenin Birləşmiş Ştatlar haqqında yazdığı
kitabı oxumağı tövsiyə edirəm. Adamların özünüidarəetmədə, iri müəssisələr
qurmaq, şəhərlər, məktəblər, limanlar, dəmiryolları və s. salmaq üçün birləşmək
qabiliyyətləri elə yüksək həddə çatıb, dövlətin bu sahədə fəaliyyəti o dərəcədə
minimuma enib ki, söyləmək olar, orada dövlət hakimiyyəti demək olar ki, qalmayıb.
Polis və diplomatik nümayəndəliklər olmasaydı, hətta söyləmək olardı ki, o, yəni
hakimiyyət nəyə xidmət edəcəkdi.
Ancaq burası var ki, Birləşmiş Ştatlarda yalnız sözügedən xarakterin
keyfiyyətlərinə malik olmaqla, rifah içində yaşamaq mümkündür, mən elə indicə
qeyd etmişdim və elə buna görədir ki, əcnəbilər irqin əsas ruhunu niyə dəyişə
bilmirlər. Yaşamaq üçün şərtlər belədir, kimlər ki, həmin keyfiyyətlərə malik deyillər,
çox tezliklə məhvə məhkumdular. Bu cür mühitdə yalnız müstəqillik və enerji ilə
yüklənmiş anqlosakslar yaşaya bilər. İtalyan orada aclıqdan ölür, irlandiyalı primitiv
işlərdə çalışmaqla bir növ sürünür.
Əlbəttə, böyük respublika mövcuddur, azad torpaqlardır, lakin bununla yanaşı,
bu torpaqlarda nə bərabərlik, nə də qardaşlıq var. Dünyanın heç bir ölkəsində təbii
downloaded from KitabYurdu.org
seçim öz dəmir pəncəsini güclü hiss etməyə imkan verməyib. O, burada özünü
amansızcasına göstərir. Lakin məhz elə onun rəhmsizliyinin nəticəsi olaraq yaranan
irq özünün gücünü və enerjisini qoruyub saxlaya bilir.
Birləşmiş Ştatlar torpağında zəiflərə, adi insanlara və qabiliyyətsizlərə tamamilə
yer yoxdur. Ayrı-ayrı fərdlər və bütöv irqlər yalnız bir fakta, primitiv olduqlarına görə
məhvə məhkum olublar. Qırmızıdərililər faydasız olduqlarına görə dəmir və aclıqla
yox edildilər; çinli işçilər, hansı ki, əməkləri olduqca xoşagetməz rəqabət təşkil edir,
tezliklə eyni aqibətlə üzləşəcəklər. Onların tamamilə qovulmasına hesablanmış
qanun, yalnız həddən çox böyük xərclər tələb etməsi üzündən tətbiq olunmayıb.
Amma bu qanundan əlavə də onlar sistemli olaraq məhv edilməyə məruz qalırlar,
bəzi dairələrdə bu təcrübədən keçirilir. Bu yaxınlarda səsə qoyulan digər qanunlar isə
Amerika ərazisinə kasıb mühacirlərin girişini qadağan etməyə yönəlib. Zəncilərə
gəldikdə – abolisionist
1
müharibələrin, qul sahibləri ilə qullara sahib olmayanlar və
başqalarının da onlara sahib olmasını istəməyənlər arasında başlanması üçün bəhanə
olublar – daim primitiv məşğuliyyət sahibi olduqlarından, cəmiyyət onlara qarşı çox
dözümsüzdür və heç bir Amerika vətəndaşı onları öz yanına almaq istəmir. Nəzəri
olaraq, onlar bütün hüquqlara malikdilər; praktik olaraq isə onlarla bir növ faydalı
heyvanlarla olduğu kimi davranırlar, təhlükəli olduqda, belələrindən can qurtarmağa
çalışırlar. Onlara qarşı tətbiq olunan linçlə bağlı qanuna əsaslanan hesablaşma hər
yerdə tamamilə məqbul sayılır. İlk ciddi cinayətlər törədən zaman onları ya
güllələyirlər, ya da edam edirlər. Bununla bağlı statistika belədir: son yeddi il ərzində
belə edamların 1100-nü qeydə alınıb, deməli yalnız həmin edamların müəyyən
hissəsi nəzərə alınır.
Bu, əlbəttə, təsvirin qaranlıq tərəfidir. Bu o qədər parlaq görünür ki, onları
görünməz etmək belə, mümkün deyil. Əgər Avropa qitəsi ilə Birləşmiş Ştatlar
arasındakı fərqi bircə sözlə ifadə etmək lazım gələrdisə, demək mümkündür ki,
birinci, maksimum olaraq şəxsi təşəbbüsü əvəz edən rəsmi reqlament verə bilər;
ikinci isə maksimum olaraq hər bir rəsmi reqlamentdən tamamilə azad şəxsi
təşəbbüslər verə bilər. Bu, xarakterin başlıca fərqlilikləridir. Avropa sosializminin sərt
respublika mühitində aşılanması şansı yoxdur. Müstəbid dövlətin son təzahürü
olaraq, o, əsrlər boyunca özünü idarəetməni tamamilə onun əlindən almış rejimə
tabe olan, yalnız köhnə irqlərdə çiçəklənə bilər.
Biz elə indicə iradə və enerjinin üstünlük təşkil etdiyi, məlum ruhi xüsusiyyətlərə
malik irqin, Amerikanın bir hissəsində nələrə nail ola bildiyini görə bildik. Bizə yalnız o
qalır ki, çox inkişaf etdiyinə baxmayaraq, amma indi söylədiyim xarakter
keyfiyyətlərinə malik olmayan, başqa bir irqin əlində olan, demək olar ki, eyni ölkənin
başına nələr gəldiyini göstərək.
Cənubi Amerika – təbii sərvətlər nöqteyi-nəzərindən – dünyanın ən varlı
ölkələrindəndir. Ərazisinə görə Avropadan iki dəfə böyükdür və on dəfə az
məskunlaşdırılıb, orada torpaq çatışmazlığı yoxdur və belə demək mümkünsə, hər bir
fərdin sərəncamındadır. Orada əhalinin böyük əksəriyyəti – ispan mənşəlidir və bir
çox respublikalara bölünüb: Argentina, Braziliya, Çili, Peru və s. və i.a. Onların hamısı
siyasi quruluşlarını Birləşmiş Ştatlardan götürüblər və nəticə etibarilə, eyni qanunlar
altında yaşayırlar. Və bütün bunlardan sonra demək olur ki, yalnız bir irqi fərqin, yəni
downloaded from KitabYurdu.org
Birləşmiş Ştatları məskunlaşdıran irqin malik olduğu həmin başlıca keyfiyyətlərin
çatışmazlığı üzündən, həmin respublikaların hamısı istisnasız olaraq, daima ən qanlı
anarxiyaların qurbanlarına çevrilirlər və ərazilərinin fövqəladə dərəcədə zənginliyinə
baxmayaraq, bir-birinin ardınca bütün mümkün oğurluq, iflas və despotizmə
yuvarlanırlar. Onların süqutunun səbəblərini qiymətləndirmək üçün T.Çayldın
Amerikanın ispandilli respublikaları barədə qələmə aldığı gözəl və qərəzsiz əsərinə
baxmaq lazımdır. Bunun səbəblərinin kökü, nə enerji, nə iradə, nə də ki əxlaqa malik
olmayan irqin ruhi xüsusiyyətlərində gizlənir. Xüsusilə də əxlaq qaydalarının yoxluğu,
Avropada pis hesab etdiyimiz hər bir şeyi belə ötüb keçir. Ən əhəmiyyətli şəhərlərdən
biri olan Buenos-Ayresi nümunə gətirən müəllif, azacıq da olsa vicdan və əxlaqını
qoruyub saxlayanlardan ötrü oranı yaşamaq üçün tamamilə mümkün olmayan yer
elan edir. Belə bir enişə nisbətən daha çox yuvarlanan Cənubi Amerika respublikası
Argentina ilə bağlı həmin yazıçı əlavə edir: “Bu respublikanı kommersiya nöqteyi-
nəzərindən öyrənin və siz əxlaqsızlığın orada demək olar ki, hər yerdə qabarıq nəzərə
çarpmasından heyrətlənəcəksiniz”.
Təsisatlara gəldikdə, onlardan hər hansı birini yaxşı nümunə olaraq gətirmək
belə mümkün deyil, həmin təsisatlar o dərəcədə irqi xarakterin məhsuludurlar ki,
onları bir xalqdan digərinə ötürmək belə, mümkün deyil. Bilmək maraqlı olardı,
Birləşmiş Ştatların liberal təsisatları primitiv irqlərə tətbiq edilsəydi, o vaxt görəsən
nə olardı?
“Bu ölkələr, – müxtəlif ispandilli Amerika respublikaları haqqında danışan Çayld
qeyd edir, – türk sultanı qədər qeyri-məhdud hakimiyyətə malik prezidentlərin
nəzarəti altındadırlar. Hətta bir qədər də məhdudiyyətsiz, çünki onlar avropa
diplomatiyasının bezikdiriciliyindən və təsirlərindən müdafiə olunublar. İnzibati
personal yalnız onların əlaltılarından ibarətdir, vətəndaşlara hər şey yaxşı gəlir və ona
səs verirlər, lakin o bu səslərə ümumiyyətlə, heç bir əhəmiyyət vermir... Argentina
respublikası – yalnız adına görə respublika hesab olunur; əsl həqiqətdə isə o,
siyasətdən özünə ticarət quran adamların oliqarxiyasıdır”.
Bu dərin enişdən bir qədər yayına bilən yeganə ölkə Braziliyadır, o da hakimiyyəti
müsabiqələrdən müdafiə edən monarxiya rejimi sayəsində buna nail ola bilib. O da
belə enerjisiz və iradəsiz irqlər üçün həddən çox liberal olduğundan, sonunda qala
bilməyib yıxıldı. Ölkə həmin andaca bütünlüklə anarxiyaya düşdü və iki və ya üç il
ərzində orada hakimiyyətdə olan adamlar xəzinəni elə çalıb-taladılar ki, vergiləri 60%
artırmaq lazım gəldi.
Əlbəttə, Cənubi Amerikanı məskunlaşdıran latın irqinin tənəzzülü, təkcə
siyasətdə deyil, sivilizasiyanın bütün elementlərində özünü büruzə verir. Əgər
özbaşına buraxılsaydılar, bu bədbəxt respublikalar tamamilə barbarlığa qayıdardılar.
Bütün sənaye və bütün ticarət əcnəbilərin – ingilis, amerikalı və almanların – əlində
cəmlənib. Valparaiso ingilis şəhərinə çevrilib, əgər əcnəbiləri oradan qoparsaydılar,
onda Çilidə də heç nə qalmazdı. Yalnız əcnəbilərin sayəsində bu ölkələr hərdən
Avropa sivilizasiyasının parıltısını verən zahiri görünüşlərini hələ də qoruyub saxlaya
bilmişlər.
Latın irqinin belə dəhşətli tənəzzülü özlüyündə, qonşu ölkədə ingilis irqinin
çiçəklənməsi ilə müqayisədə ən kədərli olanı və eyni zamanda mənim izah etdiyim
downloaded from KitabYurdu.org
psixoloji qanunların təsdiqi üçün nümunə gətirə biləcəyim ən ibrətamiz təcrübəni
təşkil edir.
Bu nümunələrdən də görürük ki, onun ruhi xüsusiyyətlərinin nəticəsi olaraq
ortaya çıxanlardan, xalq xilas ola bilmir; əgər bu ona nəsib olursa da, onda bu çox
nadir hallarda sanki fırtına nəticəsində cazibə qüvvəsindən azad olaraq havaya qalxan
toza bənzəyir. Fikrimizcə, idarəçilik formaları və konstitusiyanın xalqın taleyində
müəyyənedici əhəmiyyət daşıdığına inanmaq – uşaq arzularına qapılmaq kimi bir
şeydir. Xalqın taleyi onun öz əlindədir, xarici amillərdən asılı deyil. Hökumətdən
yalnız tələb oluna bilər ki, idarə etdiyi xalqın hiss və ideyalarının ifadəçisi olsun. Bu və
ya digər hökumətin varlığı əksər vaxtlarda yalnız bir faktın, onun xalqın mənafeyini
dəqiq əks etdirməsi ilə müəyyən olunur. Elə bir idarəçilik forması və ya təsisat yoxdur
ki, onlara nisbətdə hər şeyin əla və yaxud pis olduğunu deyə biləsən. Daqomeya
kralının (Daqomeya krallığı Afrikada müasir Benin dövlətinin ərazisində XVIII əsrin
əvvəlində yaranıb və XIX əsrdə ərazisini xeyli genişləndirib. Qul alveri krallığın əsas
məşğuliyyəti olub. Dövləti iki kral idarə edib, biri gündüzlər, digəri isə gecələr)
idarəçiliyi – güman ki, idarə etdiyi xalq üçün əla idarəçilik olub. Hətta ən mükəmməl
Avropa konstitusiyası belə, həmin xalq üçün rejimin işləyib hazırlaya biləcəyindən
aşağı səviyyəli görünə bilərdi. Bax, dövlət adamlarının bir çoxunun əhəmiyyət
vermədiyi, məsələ təəssüf ki, budur, onlar elə təsəvvür edirlər ki, idarəetmə forması
daşına bilən bir şeydir və müstəmləkələr də metropoliya təsisatları tərəfindən idarə
oluna bilərlər.
Belə bir məntiqlə balıqların da havada yaşaya biləcəyinə inandırmağa cəhd
etmək olar, o əsasla ki, bütün ali heyvanlar hava ilə nəfəs alırlar, balıqlar niyə ala
bilməsin ki. Yalnız bir səbəbdən, ruhi xüsusiyyətlər fərqliliyindən, müxtəlif xalqlar eyni
rejimdə uzun müddət yaşaya bilməzlər. İrlandiyalı və ingilisi, slavyan və macarı, ərəb
və fransızı eyni qanunlar altında böyük çətinliklə və fasiləsiz inqilablar nəticəsində
saxlamaq olar. Müxtəlif xalqlardan təşkil olunmuş böyük imperiyalar həmişə
müvəqqəti mövcud olmağa məhkumdurlar. Müəyyən vaxtlarda moğol imperiyasının
və ya sonrakı dövrdə ingilislərin Hindistanda uzun zaman ərzində mövcud ola
bilmələrinin bir səbəbi, yerli irqlərin həddən artıq çoxsaylı və fərqli olmaları və nəticə
etibarilə bir-birlərinə qarşı son dərəcə düşmən kəsilmələri ilə əlaqəli olub, bu da ona
gətirib çıxarıb ki, onlar əcnəbilərə qarşı birləşmək haqqında belə düşünə bilməyiblər;
digər tərəfdən, bu, gəlmə hökmdarlarda fəth etdikləri xalqların adət-ənənələrinə
hörmət etmək və onlara öz qanunları ilə yaşamağa icazə vermək kimi olduqca doğru
siyasi instinkt olub.
Əgər tədqiqatçılar qarşılarına xalqların psixoloji xüsusiyyətlərindən irəli gələn
bütün nəticələri göstərmək məqsədi qoysaydılar, onda çoxlu sayda kitablar yazmaq
və bütün tarixi tamamilə yeni nöqteyi-nəzərdən hazırlayıb, düzəltmək lazım gələrdi.
Onu daha dərindən öyrənmək, siyasət və pedaqogika üçün əsas təşkil etməlidir.
Hətta demək olar ki, onun tədqiqi insanları səhvlərin girdabından və bir çox
çevrilişlərdən xilas edə bilərdi, əgər xalqlar öz irqlərinin xüsusiyyətlərindən irəli gələn
uğursuzluqlardan, ümumiyyətlə, qaça bilsəydilər, əgər onların idrakının səsi həmişə
əcdadlarının amiranə səsləri ilə boğulmasaydı.
downloaded from KitabYurdu.org
II fəsil
SİVİLİZASİYALARIN MÜXTƏLİF ELEMENTLƏRİ XALQIN RUHUNUN
ZAHİRİ TƏZAHÜRÜ KİMİ
Sivilizasiya təşəkkül tapdığı elementlər onu yaradan xalqların ruhunun zahiri
təzahürlərini təşkil edir. – Həmin müxtəlif elementlərin mühümlüyü bir xalqdan
digərinə keçdikcə müxtəlifləşməsindədir. – İncəsənət, ədəbiyyat, təsisatlar və sair
müxtəlif xalqlarda fərqli rol oynayırlar. – Qədimdə misirlilər, yunanlar və romalılar
tərəfindən gətirilmiş nümunələr. – Sivilizasiyaların müxtəlif elementləri, onun ümumi
inkişafından tamamilə müstəqil şəkildə inkişaf edə bilər. – İncəsənətin təqdim etdiyi
nümunələr. – O, nə verir. – Sivilizasiyaların hansısa bir elementində onun səviyyəsini
təyin etmək üçün ölçü tapmağın mümkünsüzlüyü. – Hansısa xalqın üstünlüyünü
təmin edən elementlər. – Fəlsəfi nöqteyi-nəzərdən əhəmiyyət kəsb etməyənlər,
ictimai nöqteyi-nəzərdən çox mühüm ola bilərlər.
Sivilizasiyaların təşəkkül tapdığı müxtəlif elementlər: dil, təsisatlar, ideyalar, din,
incəsənət, ədəbiyyata, onları yaradan insanların ruhunun zahiri təzahürləri kimi
baxmaq lazımdır. Amma dövrlər və irqlərdən asılı olaraq, həmin elementlərin
mühümlüyü, hansısa xalqın ruhunun ifadəsi kimi çox fərqlidir.
Hazırda incəsənət əsərlərinə həsr olunmuş, çətin, bir kitab tapa bilərsən ki, orada
bu əsərlərin xalqların düşüncələrini düzgün şərh edildiyini və sivilizasiyaların
əhəmiyyətli dərəcədə ifadə etməsinə xidmət göstərdiyi təkrarlanmasın.
Şübhəsiz, çox vaxt belə də olur, qaydaların mütləqliyi və incəsənətin inkişafının
millətin intellektual inkişafına həmişə uyğun gəlməsi üçün hələ çox şey çatmır. Əgər
elə xalqlar varsa ki, onlar üçün incəsənət əsərləri qəlblərinin ən əhəmiyyətli ifadəsini
təşkil edir, öz növbəsində, digərləri də var ki, sivilizasiyanın ən yuxarı pilləsində
durmalarına baxmayaraq, onlar üçün incəsənət yalnız ikinci dərəcəli rol oynayır. Əgər
hər bir xalqın sivilizasiya tarixini onun yalnız bir elementini diqqətə almaqla, yazmaq
lazım gələrdisə, onda bu element bir xalqdan digərinə keçdikcə müxtəlifləşərdi. Bəzi
xalqlar incəsənəti daha yaxşı öyrənmək imkanı yaradardılar; digərləri – siyasi və hərbi
təsisatları, sənaye və sair. Bu maddəni başlanğıcdan nəzərə almaq çox vacibdir, çünki
o, bir qədər sonra bizə sivilizasiyaların müxtəlif elementlərinin bir xalqdan digərinə
keçməsi ilə niyə bu qədər çox eyni olmayan dəyişikliklərə uğradığını başa düşməyə
kömək edəcək.
Qədim xalqlar arasında misirlilər və romalılar – sivilizasiyaların müxtəlif
elementlərinin inkişafı və hətta müxtəlif sahələr üzrə hər bir adıçəkilən elementlər
formalaşır – bu bərabərsizliyin tipik nümunələrini çox gözəl ifadə edirlər.
Öncə misirliləri götürək. Onlarda həmişə ədəbiyyat çox zəif olub, rəssamlıq – isə
orta həddə olub. Əksinə, memarlıq və heykəltəraşlıqda isə şah əsərlər yaradılıb.
Onların abidələri hələ də bizlərdə heyrət doğurur. Onların bizlərə qoyub getdikləri -
heykəllər, bu gün də nümunədilər, yunanlara isə bu sahədə onları ötüb keçmək üçün
qısa bir dövr lazım gəlmişdi.
downloaded from KitabYurdu.org
Misirlilərdən romalılara keçirik, hansılar ki, tarixdə hökmran rol oynamışlar.
Onlar nə tərbiyəçilər, nə də nümunə sarıdan yoxluq çəkməyiblər, çünki misirlilər və
yunanların şəxsində sələfləri var idi. Lakin onların orijinal incəsənət nümunələri
yaratmağa vaxtları çatmayıb. Heç vaxt onlar qədər öz bədii əsərlərində daha az
orijinallıq tapa bilən ikinci bir xalq olmayıb. Romalılar incəsənətə çox az qayğı
göstəriblər, yalnız mənfəət nöqteyi-nəzərindən və daşınması mümkün olan əşya,
digər məhsullar kimi baxırdılar, başqa xalqlardan metallar, ətirli şeylər və ədviyyat və
s. tələb edirdilər. Hətta dünyaya hökmranlıq etdikləri dövrdə də romalılar milli
incəsənətə malik deyildilər. Bütün dünyanın, sərvətə və cah-calala tələbat duyduğu
mərhələ də onlarda bədii hisləri zəif inkişaf etdirə bilmişdi, onlar yalnız
Yunanıstandan nümunələr gətirir və rəssamlar çağırırdılar. Roma memarlıq və
heykəltəraşlığı tarixi, yunan memarlıq və heykəltəraşlığı tarixinin əlavə bir fəslindən
artıq bir şey deyil.
Lakin incəsənətdə uğur qazana bilməyən həmin, böyük Roma xalqı sivilizasiyanın
üç digər elementində heç kimin nail ola bilmədiyi yüksəkliyə ucala bilib. Roma xalqı
dünya ağalığını təmin edən hərbi təşkilata; siyasi və məhkəmə təsisatlarına; – biz
indiyədək onlara nümunə kim baxırıq – nəhayət, ədəbiyyata malik idi; bu əsrlər
boyunca onlara ilham verib.
Beləliklə, iki millətdə sivilizasiyanın elementlərinin inkişafının bərabərsizliyini biz
son dərəcə aydın görürük. Mədəniyyətin yüksək pilləsi mübahisə belə doğura bilməz
və ona görə səhvləri öncədən söyləmək olur. Kimsə riskə yol verə bilər, kimsə
miqyasına görə onlardan yalnız bir elementi, məsələn, incəsənəti seçə bilər və sair.
Biz elə indicə misirlilərdə rəssamlıq və orta səviyyəli ədəbiyyat istisna olmaqla,
fövqəladə dərəcədə orijinal və gözəl incəsənəti görə bildik. Romalılarda isə –
orijinallıqdan kiçik bir iz belə olmayan çox ortabab bir incəsənəti, amma qarşılığında
çox gözəl ədəbiyyat və nəhayət birinci dərəcəli siyasi və hərbi təsisatları görə bildik.
Yunanlar da o xalqlardandır ki, ən çeşidli sahələrdə özlərinin üstünlüklərini təsdiq
edə bilmişlər, onları da sivilizasiyaların müxtəlif elementlərinin inkişafında paralelliyin
olmamasını göstərmək üçün nümunə gətirmək olar. Homer zamanında ədəbiyyat
artıq özünün parlaq dövrünü yaşayırdı. Hələ indinin özündə də Homerin nəğmələrinə
nümunə kimi baxılır, əsrlər boyunca Avropanın universitet gəncləri onun əsasında
tərbiyə olunurlar; hər halda müasir arxeologiyanın kəşfləri göstərdi ki, Homer
nəğmələrinin yarandığı mərhələdə yunan memarlığı və heykəltəraşlığı kobud,
barbarcasına idi və yalnız misirlilərin və assuriyalıların çirkin təqlidlərindən başqa bir
şey deyildi.
Lakin bu bərabərsizliyi ən yaxşı hindlilərin inkişafı göstərə bilir. Memarlıq
nöqteyi-nəzərindən, çox az xalq tapılar ki, onları bu sahədə qabaqlaya bilsin. Fəlsəfi
nöqteyi-nəzərindən, onların abstrakt mühakiməsi elə dərinliyə enmişdi ki, Avropa
düşüncəsi ora yalnız bu yaxınlarda çata bilib. Baxmayaraq ki, hindlilərin ədəbiyyatı
yunan və romalılarınkından aşağıda dayanır, bütün hallarda onlar bizlərə bəzi gözəl
şeylər verə biliblər. Memarlıq sahəsində hindlilər, əksinə, çox ortababdılar,
yunanlardan xeyli aşağıda dayanırlar. Elm və tarixi biliklər sahəsində isə tamamilə
yarıtmazdılar və bunu onlarda dəqiqliyin olmaması ilə izah etmək olar, bu sahələrdə
heç bir xalq inkişafın buna bənzər pilləsində dayanmayıb. Onların elmi – yalnız uşaq
downloaded from KitabYurdu.org
abstrakt mühakiməsidir; tarixi kitabları özündə hər hansı bir xronoloji zamanı
göstərməyən və çox güman ki, heç bir dəqiq hadisəyə söykənməyən əfsanələrdən
ibarətdir. Aydın olur ki, bu xalqın sivilizasiyadakı səviyyəsini müəyyən etmək üçün
yalnız incəsənəti öyrənmək, kifayət
etməz.
Söylənilənləri təsdiq etmək üçün digər çoxsaylı nümunələr də gətirmək olar.
İrqlər də var ki, heç vaxt yüksək mövqedə olmayıblar, amma özlərinə əvvəlki
nümunələrlə heç bir əlaqəsi olmayan, tamamilə fərdi incəsənət yaratmağa nail ola
biliblər. Məsələn, ərəblər. Köhnə yunan-Roma dünyasına axınından yüz il keçməmiş,
onlar ilk növbədə, Bizans memarlığından iqtibas etdiklərini o dərəcədə dəyişdirə
biliblər ki, əgər, gözlərimiz önündə qarışıq üslubdan ibarət abidələr görməsəydik, bu
yaradıcılığın hansı nümunələrdən ilham aldığını təyin etmək belə, mümkün olmazdı.
Bununla belə, hətta hansısa xalq heç bir bədii və ədəbi qabiliyyətlərə malik
olmadığı zamanda da çox yüksək mədəniyyət yarada bilər. Ticarət qabiliyyətindən
başqa digər üstünlüyə malik olmayan finikiyalılar məhz belə olublar. Yalnız öz
vasitəçilik qabiliyyətləri sayəsində dünyanın bir hissəsini digər hissələri ilə
əlaqələndirmək yolu ilə qədim dünyanı sivilizasiyalaşdırmışdılar. Lakin özləri bu
sahədə heç nə yarada bilməmişdilər, onların mədəniyyəti yalnız tarixdən və
ticarətdən ibarət olmuşdur.
Nəhayət, xalqlar da var ki, incəsənət istisna olmaqla, sivilizasiyanın digər bütün
elementləri olmasına baxmayaraq, çox aşağı səviyyədə qalmışlar. Moğolları buna
misal çəkmək olar. Məsələn, onlar tərəfindən Hindistanda ucaldılan abidələr, üslub
baxımından özlərində hindlilərdən heç nə əks etdirmir, lakin o dərəcədə gözəldilər ki,
onlardan bəziləri səlahiyyətli rəssamlar tərəfindən insan əlləri tərəfindən yaradılmış
ən şahanə əsərlər hesab olunurlar. Amma moğolları ali irqlər sırasında yerləşdirmək
heç kimin ağlına belə gələ bilməz.
Amma hətta ən sivilizasiyalı xalqlarda belə, incəsənət ən ali pilləyə, inkişafının
heç də həmişə kulminasiya mərhələsinə çatmayıb. Misirlilər və hindlilərin ən
mükəmməl, eyni zamanda, ən qədim abidələri var; Avropada möcüzəvi qotik
incəsənət özünün çiçəklənmə dövrünü keçirib – yaradılan bu heyrətamiz əsərlərin,
orta əsrlərdə tayı-bərabəri olmayıb – yarımbarbar mərhələ dövrünə təsadüf edir.
Beləliklə, hansısa xalqın inkişaf səviyyəsini yalnız onun incəsənətinin inkişafı ilə
müəyyən etmək ümumiyyətlə mümkün deyil. Təkrar edirəm, bu, onun
mədəniyyətinin yalnız bir elementini təşkil edir; o da sübut olunmayıb ki, həmin
element, lap ədəbiyyat kimi ən yüksəyidir. Əksinə, sivilizasiyanın lap zirvəsində yer
alan xalqlarda (qədimdə romalılar, müasir dövrdə amerikalılar) bu bədii əsərlər çox
vaxt ən zəifləri hesab olunurlar. Çox vaxt xalqlar öz ədəbi və bədii sahədə incilərini
yarımbarbar əsrlərdə yaradıblar.
Belə hesab etmək olar ki, incəsənətdə fərdiyyətçilik mərhələsi, onun uşaqlıq və
ya gənclik zamanının çiçəklənməsi dövrüdür, heç də kamillik dövrü deyil və əgər,
diqqətə alsaq ki, yeni dünyanın mənfəət güdən qayğılarında – şəfəqlərini yalnız
çətinliklə fərqləndirə bilirik – incəsənətin rolu zəif nəzərə çarpır, yəqin, elə bir gün
gələcək ki, o, aşağı yerdə qoyulmasa da, ən azı
sivilizasiyanın tamamilə ikinci dərəcəli göstəriciləri arasında yer alacaq.
downloaded from KitabYurdu.org
Yenə də, incəsənətin sivilizasiyanın başqa elementləri ilə birlikdə eyni zamanda
inkişaf edir fikrinə qarşı bir çox əsaslar gətirmək olar: o, özü sərbəst və xüsusi
təkamülə malik olur. İstər Misiri, Yunanıstanı, yaxud Avropanın müxtəlif xalqlarını
götürək, biz həmişə eyni qanunu, yəni təkcə incəsənətin məlum səviyyəyə
yüksəldiyini qeyd edirik, məşhur inciləri yaratdıqdan sonra, ardınca dərhal təqlid
mərhələsi gəlir, daha sonra isə istər-istəməz tənəzzül dövrü başlayır ki, bütün bunlar
sivilizasiyanın digər elementlərinin hərəkətindən ümumiyyətlə, asılı olmur. Həmin
tənəzzül dövrü incəsənətə yeni elementlər gətirə bilən hansısa siyasi inqilablar,
işğallar, yeni dinin qəbulu və digər amillər ortaya çıxana qədər davam edir. Bu
minvalla orta əsrlərdəki xaç yürüşləri özü ilə incəsənətin inkişafına təkan verən
biliklər və yeni ideyalar gətirdi, bunların nəticəsində roman stil, qotik stil kimi
dəyişildi. Eyni təsir üzündən, bir neçə əsr sonra yunan-roma həyatının öyrənilməsinin
bərpası, öz ardınca qotik incəsənətin İntibah dövrünün incəsənəti kimi kökündən
dəyişilməsinə gətirib çıxardı. Müsəlmanların Hindistana hücumu da eyni ilə hind
incəsənətinin kökündən dəyişilməsi ilə nəticələndi.
Qeyd etmək çox mühümdür ki, incəsənət ümumi cizgilərdə sivilizasiyaların
məlum tələbatlarını ifadə edir və məlum hislərinə uyğun gəlir, belədə o, həmin
tələbatların dəyişilməsi, hətta tamamilə yoxa çıxması ilə barışmağa məhkumdur, əgər
bu tələbatları yaradanların özləri və hisləri təsadüfən dəyişilirlər və ya ümumiyyətlə,
yoxa çıxırlarsa. Bundan hələ belə nəticə çıxmır ki, sivilizasiya tənəzzüldədir və biz
burada yenə də incəsənətin təkamülü və sivilizasiyaların digər elementlərinin tədrici
inkişafı ilə paralellik görmürük. Heç bir tarixi mərhələdə sivilizasiya indiki zamanda
olduğu kimi belə yüksək olmayıb və heç bir dövrdə, ola bilsin ki, belə bayağı və fərd
cəhətdən bu qədər zəif sivilizasiya da olmayıb. Belə ki, müxtəlif mərhələlərdə
incəsənətdən sivilizasiyaların əhəmiyyətli elementlərini yaradan dini inanclar, ideya
və tələbatlar yoxa çıxıb, onda məbədlər və saraylar müqəddəs hesab olunurdu, elə
incəsənətin özü də ikinci dərəcəli bir şeyə, əyləncə predmetinə çevrilib, ona ayırmaq
üçün çoxlu zaman və pul da yoxdur. Bundan sonra tələbat duyulan bir şey
olmadığından, o, yalnız sənətkarlıq və təqlidçilik xüsusiyyəti ola bilər. İndiki zamanda
milli incəsənətə malik bir xalq da tapa bilməzsən və hər bir xalq memarlıq,
heykəltəraşlıqda uzaq dövrlərin az və ya çox uğurlu alınan surətləri ilə yaşayır.
İncəsənət – məlum mərhələnin tələbatlarının, ideya və hislərinin təzahürü
rolunu oynamaqdan qalanda, yalnız sənayenin aşağı bir növü kimi çıxış etməyə
başlayır. Mən indi o vaxt üçün böyük əhəmiyyət daşıyan və həyatın əsas mərkəzini
təşkil edən – müqəddəsləri, cənnət və cəhənnəmi rəsmə alan orta əsr rəssamlarının
bu qədər səmimi olmalarına çox təəccüblənirəm. Lakin əsl etiqadları olmayan
rəssamlar indi, başqa əsrin texnikasının gücü ilə həmin süjetlərlə bizim divarları
örtəndə, müasir dövr üçün heç bir maraq doğurmayan və gələcəkdə nifrət oyada
biləcək zavallı təqlidçilik edirlər. Uşağa məxsus zərif sadəlövhlüklər, qocalar
tərəfindən təqlid edildikdə, çox eybəcər görünür.
Rəssamlıq haqqında indi söylənilənləri, bizim memarlığa da aid etmək olar, bizdə
artıq olmayan, uyğun gələn tələbatlara və inamlara əl atmaqla, hazırkı zamanda
təqlidçilik formaları ilə keçinməyə çalışır. Bizim günlərin yeganə, səmimi memarlığı –
çünki təkcə o, bizim sivilizasiyanın tələbatlarına və ideyalarına uyğun gəlir – bu,
downloaded from KitabYurdu.org
beşmərtəbəli evlər, dəmiryol körpüləri və vağzallarıdır. Bu, mənfəət və fayda güdən
incəsənət növü məlum mərhələ üçün nə vaxtsa qotik üslubda tikilmiş kilsə və ya
feodal qəsri kimi çox xarakterikdir; gələcək arxeologiya üçün isə böyük, müasir otellər
və qotik məbədlər eyni maraq kəsb edəcək, çünki onlar hər bir əsrin özündən sonra
qoyub getdiyi daş kitabələrin ardıcıl vərəqlənən səhifələridir və eyni zamanda o,
bütün müasir incəsənəti təşkil edən yaramaz sənədləri, zavallı saxtakarlıqları nifrətlə
kənara tullayır.
Bizim rəssamların səhvi ondan ibarətdir ki, onlar artıq bizdə olmayan düsturları,
uyğun gələn estetik tələbatları və ideyaları dirçəltmək istəyirlər. Bizim biçarə klassik
tərbiyəmiz, onların başlarını vaxtı keçmiş anlayışlarla doldurub və bizim günlər üçün
tamamilə maraqsız olan estetik ideallar təlqin edir. Əsrlər boyunca hər şey dəyişir –
insanlar, onların tələbatları və inamları. Hansı prinsiplərə söykənib təsdiq etmək olar
ki, yalnız tək estetika inkişaf qanunlarına tabe olmur, hansı ki, kainatı idarə edir? Hər
bir estetika özlüyündə məlum dövrün və məlum irqin gözəllik idealıdır və gözəllik
idealı isə daim dəyişilməlidir. Fəlsəfi nöqteyi-nəzərdən, bütün ideallar eyni
əhəmiyyətə malikdir, çünki onlar yalnız müvəqqəti simvollardır. Nə vaxt ki, Avropa
şüurunu əsrlər boyu saxtalaşdıran yunanların və romalıların təsiri nəhayət ki, bizim
tərbiyəmizdən yox olub gedəcək və ətrafımıza sərbəstcəsinə baxa biləcəyik, yalnız o
vaxt bizim üçün aydınlaşacaq ki, dünyada Parfenon abidəsi tək estetik dəyərə malik
və müasir xalqlar üçün yüksək maraq kəsb edən, estetik dəyəri olan oxşar abidələr
çoxdur.
Bütün yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar, əgər incəsənət,
sivilizasiyanın digər elementləri kimi xalqların ruhlarının zahiri təzahürünü təşkil
edirsə, bu hələ o demək deyil ki, o, bütün xalqların fikirlərinin dəqiq ifadəçisidir.
Bu izahat çox önəmlidir. Zira, məlum xalq üçün sivilizasiyanın bu və ya digər
elementinin əhəmiyyətliliyi, o xalq tərəfindən həmin elementə tətbiq edilən
dəyişdiricilik gücü ilə ölçülür. O, həmin elementi yad irqdən götürür. Əgər onun
fərdiyyətçiliyi, məs. başlıca olaraq incəsənətdə özünü göstərirsə, belədə o, kənardan
gətirilmə nümunələrə öz möhürünü, yəni izini qoymasa, onları təqlid etmək
qabiliyyətində olmayacaq. Əksinə, o, dühası üçün heç bir yozuma xidmət etməyən
həmin elementləri çox az dəyişdirə bilər. Romalılar memarlığı yunanlardan əxz
etdikdə, heç bir köklü dəyişikliklərə yol vermədilər, çünki onlar öz ruhlarını heç də öz
abidələrinə yönəltməmişdilər.
Hətta bu cür, orijinal memarlıqdan tamamilə məhrum, lazımlı nümunələri və
rəssamları xaricdə axtarmağa məcbur olan xalqda belə, incəsənət bir neçə əsr
ərzində mühitin təsirinə tabe olmalı və təxminən özünə zidd olmasına baxmayaraq,
özünü onu qəbul edən irqin təzahürü kimi göstərməlidir. Məbədlər, saraylar, zəfər
tağları, Roma antik barelyefləri – yunanların və ya onların şagirdlərinin işidir; amma
bu abidələrin xarakteri, onların təyinatı, ornamentləri, hətta ölçüləri bizdə heç vaxt
Afina dühasının poetik və zərif xatirələrini deyil, daha çox Roma ruhunu şövqləndirən
güc, hökmranlıq, hərbi ehtiraslar doğuracaq. Beləliklə, hətta irqin daha az orijinal
olduğu, hansısa bir iz qoya bilmədiyi sahədə də o, heç bir addım ata bilmir, yalnız
özünə məxsus olan və öz ruhi xarakteri və gizli fikirlərindən nələrisə bizə çatdıra bilir.
downloaded from KitabYurdu.org
Həqiqətən, əsl sənətkar, istər memar, ədib və ya şair olsun, məlum dövr və
məlum irqin ruhunu möhtəşəm ümumiləşdirmələrlə ötürə bilmək kimi fövqəladə
qabiliyyətə malikdilər. Çox təəssüratlı, demək olar qeyri-iradi, daha çox obrazlarla
düşünən, bir az da belə demək mümkünsə, çox çürükçülük edən sənətkarlar,
yaşadıqları cəmiyyətin ən düzgün aynasıdırlar; onların əsərləri hər hansı bir
sivilizasiyanın ən düzgün obrazının canlandırılması üçün ən önəmli sənədlər hesab
olunurlar – onlara istinad etmək mümkündür. Onlar o qədər qeyri-iradidirlər ki,
səmimi olmaya bilmirlər və ətraflarını saran mühitin təəssüratlarına o dərəcədə
həssasdırlar ki, onun ideyalarını, hislərini, tələbat və arzularını dəqiqi şəkildə verməyə
bilməsinlər. Onlarda hər hansı bir azadlıq yoxdur və elə bu onların gücünü təşkil edir.
Onlar irqin ruhunun məcmusunu təşkil edən ənənələr, ideya və inanclar dairəsinə,
dövrün irsən gələn hiss, düşüncə və nəsihətlərinin, öz üzərlərində güclü təsirinə
malikdilər, onların sıx dairəsi ilə əlaqəlidirlər. Çünki qeyri-iradiliyin qaranlıq sahəsini,
o, idarə edir və onların əsərləri də orada yetişir,. Əgər bu əsərlər olmasaydı, biz ötən
əsrlər haqqında yalnız qədim tarixçilərin rəvayət etdiyi mənasız hekayələr və
qərəzkar yalanlardan bəhrələnməli olacaqdıq ki, hər bir xalqın həqiqi keçmişi bizim
üçün demək olar ki, Platonun Sirli Atlantidanın sulara qərq olması ilə bağlı
söylədikləri kimi qaranlıq qalacaqdı.
Bədii əsərin xüsusiyyəti ondan ibarətdir ki, onu doğuran tələbat və ideyaları
səmimi əks etdirə bilsin. Yox, əgər bədii əsərlər – düzgün dildən ibarətdirsə, belədə
həmin dili izah etmək çox vaxt olduqca çətin olur. Əsərlər və onu yaradan qeyri-
iradilik arasında intim əlaqə mövcuddur. Amma bizə birindən digərinə qalxmağa
kömək edən əlaqəni necə tapmalı? Bu fikir günbəgün, saysız-hesabsız toplanan mühit
təsirlərindən, inanclar, tələbatlardan irsən formalaşır, başqa irqdən və digər əsrdən
olan adamlar üçün çox vaxt başa düşülməz olur. Lakin o sözlə deyil, daşın köməkliyi
ilə bizə gəlib çatanda, daha da anlaşılmaz olur; zira, söz – bir-biri ilə uyğun gəlməyən
ideyaları belə, eyni libasla örtə bilən elastik formadır. İncəsənət əsərlərinin, xüsusi ilə
də memarlıq əsərlərinin, keçmişindən danışan müxtəlif dillər – hələ ən anlaşılanıdır.
Kitablardan daha səmimi, din və dildən az süni olan memarlıq abidələri, eyni
zamanda hislər və tələbatları da ötürə bilirlər. Memar – insanların mənzillərini və
tanrıların yurdlarını inşa edir. Axı həmişə tarixi təşkil edən hadisələrin ilk səbəbləri
məbədlərin hasarları və ya ev ocağına yaxın yerlərdə yetişirdi.
Yuxarıda söylənilənlərdən belə nəticəyə gələ bilərik, əgər, sivilizasiya təşəkkül
tapdığı müxtəlif elementlər, onu yaradan xalqın ruhunun ən düzgün təzahürüdür,
onlardan bəziləri, xalqın ruhunu digərlərindən daha yaxşı əks etdirirlər. Lakin həmin
elementlərin təbiəti bir xalqdan digərinə, bir mərhələdən başqa bir mərhələyə
nisbətdə müxtəlifləşdiyindən, görünür, onların arasında bir element də tapa
bilməzsən ki, ondan müxtəlif sivilizasiyaları dəyərləndirmək üçün, ölçü kimi istifadə
etmək mümkün olsun.
O da məlumdur ki, bu elementlər arasında iyerarxiya bölgüsü aparmaq da
mümkün deyil, çünki həmin bölgü əsrlərdən əsrlərə, nəzərdən keçirilən elementlərin
özlərinin sosial faydalılığına görə dövrə uyğun şəkildə dəyişir.
Əgər sivilizasiyaların müxtəlif elementlərinin mühümlüyünü ancaq faydalılıq
nöqteyi-nəzərindən mühakimə etsək, demək mümkündür ki, ən vacib elementlər bir
downloaded from KitabYurdu.org
xalqa digərini istismar etmək imkanı verir, yəni bunlar hərbi təsisatlardır. Amma o
zaman yunanları (rəssamlar, filosof və alimləri) ağır çəkili roma
koqortalarından
2
aşağıda qoymaq lazım gələrdi; müdrik və elmli misirliləri –
yarımbarbar farslardan, hindliləri də yarımbarbar moğollardan aşağıda tutmaq lazım
gələrdi.
Tarix belə incə müxtəlifliklərlə məşğul olmur. Yeganə üstünlük, hansı ki, tarix
onun qarşısında həmişə baş əyir – bu, hərbdir; lakin sonuncu sivilizasiyanın digər
elementlərinin uyğun üstünlüyü ilə nadir hallarda müşayiət olunur və ya ən azı ona
öz yanında uzun müddət qalmağa imkan vermir. Acınacaqlısı odur ki, hər hansı bir
xalqın hərbi üstünlüyü, hətta həmin xalq çox tezliklə silinib-getməyə məhkum olmasa
belə, zəifləyə bilməz. Həmişə belə olub, nə vaxt ki, ali xalqlar sivilizasiyanın zirvəsinə
yüksəlirlər, ağılca özlərindən xeyli aşağıda duran, lakin xarakterin məlum keyfiyyətləri
və döyüşkənliklərinə görə – ali sivilizasiyalarda bu keyfiyyətlər məhv edilir – onları
üstələyən barbarlara təslim olurlar.
Deməli, belə acınacaqlı nəticəyə gəlmək lazımdır ki, sivilizasiyanın həmin
elementləri, fəlsəfi nöqteyi-nəzərdən, çox aşağıdır, ictimai nöqteyi-nəzərdən ən
vacibi hesab olunurlar. Əgər gələcəyin qanunları eyni ilə keçmişin qanunları kimi
olmalıdırsa, onda demək olar ki, xalq üçün ən zərərlisi – onun inkişafın və
mədəniyyətin ən ali pilləsinə qədəm qoymasıdır. Xalqlar onların ruhunun əsasını
təşkil edən xarakterin keyfiyyətləri korlandığı zaman məhv olurlar və həmin
keyfiyyətlər də özlüyündə onların sivilizasiyası yüksəlib, inkişaf edəndə korlanmağa
başlayır.
III fəsil
TƏSİSATLAR, DİNLƏR VƏ DİLLƏRİN KÖKÜNDƏN DƏYİŞDİRİLMƏSİ
Ali irqlər də primitiv irqlər kimi öz sivilizasiyalarının elementlərini kəskin
dəyişdirə bilmirlər. – Öz inancını, dilini və incəsənətini dəyişmiş xalqları təmsil
edənlərin ziddiyyətləri. – Bu dəyişikliklər nədə görünür. Onları qəbul etmiş irqlərdən
asılı olaraq, buddizm, brəhmənizm, İslam və xristianlığın məruz qaldıqları dərin
dəyişikliklər. – Onları qəbul edən irqlərdən asılı olaraq, təsisatlar və dillərin məruz
qaldıqları dərin dəyişikliklər. – Müxtəlif dillərdə uyğun gələn sözlər kimi nəzərə
çarpanlar, tamamilə bənzəməyən ideya və düşüncə üsullarını təmsil edirlər. – Bunun
nəticəsi olaraq bəzi dillərdə həmin tərcümənin yad dillərə çevrilməsinin
mümkünsüzlüyü. – Niyə tarixi əsərlərdə hansısa xalqın sivilizasiyası bəzən dərin
dəyişikliklərə məruz qalır. – Müxtəlif sivilizasiyaların qarşılıqlı təsirinin hüdudları.
Əsərlərimdən birində mən ali irqin öz sivilizasiyasını primitiv irqə tətbiq etmək
iqtidarında olmadığını göstərmişəm. Avropalıların sərəncamında olan ən güclü təsir
vasitələrini – tərbiyə, təsisat və inanc – bir-birinin ardınca nəzərdən keçirərək, mən
həmin təsir vasitələrinin primitiv xalqların sosial vəziyyətini dəyişdirmək üçün mütləq
çatışmazlığını sübut etdim. Mən həmçinin aydınlaşdırmağa cəhd etdim ki, əgər
hansısa sivilizasiyanın elementləri irsiyyətin uzun sürən təsirləri nəticəsində yaranan
downloaded from KitabYurdu.org
məlum, tamamilə konkret ruhi xüsusiyyətlərə uyğun gələrsə, onda eyni zamanda
onların meydana gəldiyi ruhi xarakteri dəyişdirmədən, onları əvəz etmək mümkün
olmazdı. İstilaçılar deyil, yalnız zamanla, əsrlər bu cür işi yerinə yetirə bilərlər. Mən
həmçinin göstərdim ki, bir sıra ardıcıl mərhələlərdən yalnız yunan-Roma
sivilizasiyasını məhv etmiş barbarlar keçiblər. Xalq sivilizasiya pillələrində yüksələ
bilər. Əgər tərbiyə üsulu ilə xalqı bu mərhələlərdən məhrum etməyə cəhd
göstərirlərsə, bununla onun yalnız əxlaq və zəka qabiliyyətləri məhv edilir, nəhayətdə
isə onu özünün çatdığı səviyyədən də qat-qat aşağı səviyyəyə salırlar.
İbtidai irqlərə tətbiq olunan arqumentlər, ali irqlərə də tam şəkildə tətbiq oluna
bilər. Əgər bu əsərdə izah edilmiş prinsiplər düzdürsə, onda biz təsdiq edə bilərik ki,
ali irqlər də öz sivilizasiyalarını kəskin şəkildə dəyişdirə bilməzlər. Onlara da bunun
üçün zaman və ardıcıllıqla mərhələləri adlamaq lazım gələcək. Bəzən elə gəlir ki,
hansısa ali xalq öz əcdadlarında olanlardan tamamilə fərqli inanc, təsisat, dil və
incəsənəti qəbul ediblər, əslində buna, onları yalnız tədricən və dərindən
dəyişdirməklə, öz ruhi xüsusiyyətlərinə uyğunlaşdırmaqla nail olmaq mümkündür.
Ehtimal ki, tarixin hər bir səhifəsi elə indicə deyilənlərlə ziddiyyət təşkil edir. Orada
tez-tez görmək olur ki, xalqlar öz sivilizasiyalarının elementlərini dəyişirlər, yeni
dinləri, dilləri və yeni təsisatları qəbul edirlər. Bəziləri xristianlığa, buddizmə və ya
İslama keçmək üçün öz çoxəsrlik inanclarını tərk edirlər; başqaları öz dillərini
dəyişirlər; digərləri nəhayət, öz təsisatlarını və incəsənətlərini kökündən dəyişdirirlər.
Hətta bəzən elə gəlir ki, buna bənzər dəyişiklikləri asanlıqla həyata keçirmək üçün
hansısa fateh və ya həvari, yaxud hətta adi bir şıltaqlıq belə kifayət edər.
Lakin bizə bu cür kəskin çevrilişlər haqda məlumat verən tarix yalnız özünün adi
işini yerinə yetirir: uzun illər ərzində yanlışları yaratmaq və yaymaqla. Bütün bu xəyali
dəyişikliklərin hamısını tədqiq etdikdə, tezliklə görürsən ki, şeylərin yalnız adları
asanlıqla dəyişir, həmin sözlər arxasında gizlənən mahiyyət isə yaşamaqda davam
edir və onlar çox nadir hallarda, özü də tədricən dəyişilə bilir.
Buna əmin olmaq və eyni zamanda bu cür oxşar adların ardınca şeylərin tədrici
inkişafını göstərmək üçün müxtəlif xalqlarda hər bir sivilizasiyanın elementlərini
öyrənmək, belə demək mümkünsə, onların tarixini tamamilə yenidən yazmaq lazım
gələrdi. Bu çətin işə mən artıq başlamışam, bir çox cildlər ona həsr edilib və burada
onu yenidən təkrarlamaq fikrində deyiləm. Sivilizasiyanı təşkil edən saysız-hesabsız
elementləri bir kənara qoyub, mən yalnız onlardan birini – incəsənəti götürəcəyəm.
Amma, bir xalqdan digərinə keçən incəsənətin ortaya çıxardığı təkamülün
tədqiqinə (başlıca fəslə) keçməzdən öncə, sivilizasiyanın digər elementlərinin məruz
qaldığı dəyişikliklər haqqında bir neçə söz demək istəyirəm. Bununla göstərmək
istəyirəm ki, bu elementlərdən birinə tətbiq edilən qanunlar digərlərinə də tətbiq
oluna bilər və nəticə etibarilə, kəskin dəyişilə və bir xalqdan digərinə verilə bilməz.
Bu nəzəriyyə paradoksal görünə bilər, çünki o, dini inanclara aiddir və
baxmayaraq tarixdə məhz, bu inanclarda ən yaxşı nümunələr tapmaq olur, sübut edə
biləsən ki, fərdlər boy və yaxud gözlərinin rəngini dəyişdirə bilmədikləri kimi, xalqlar
da öz sivilizasiyalarının elementlərini kəskin şəkildə dəyişdirə bilmirlər.
Şübhəsiz, hamıya məlumdur ki, bütün böyük dinlər, brəhmənizm, buddizm,
xristianlıq, İslam bir çox irqlər arasında formal olaraq dərhal kütləvi şəkildə qəbul
downloaded from KitabYurdu.org
edilib. Amma bu müraciətləri daha dərindən öyrənməyə başladıqda, dərhal sezirsən
ki, xalqların dəyişdirdiyi yeganə şey köhnə dinlərinin adıdır, dinin özü yox; əsl
həqiqətdə, qəbul edilmiş inanc köhnə dinə qoşulmaq üçün, onu əvəz etməyə gəlib və
xeyli dəyişikliklərə məruz qalıb, ona münasibət yalnız sadə təklifdən ibarətdir. İnancın
bir xalqdan digərinə keçidi zamanı dəyişikliklər çox vaxt o qədər əhəmiyyətli olur ki,
yeni qəbul edilən dinin adını qoruyub saxladığı ilə heç bir nəzərə çarpan yaxınlıq
əlaqəsi belə olmur. Bu sahədə ən yaxşı nümunə buddizmdir, Çinə gələnə qədər o
qədər tanınmaz hala salınmış, qəbul edən irq tərəfindən onun şəkli o dərəcədə
dəyişdirilmişdi ki, elm adamları onu başlanğıcda müstəqil din olaraq qəbul etmişdilər
və bunun sadəcə buddizm olduğunu öyrənmək üçün alimlərə xeyli zaman lazım
gəlmişdi. Çin buddizmi heç də Hindistan buddizmi deyil, Nepal buddizmindən də
kəskin fərqlənir, sonuncu isə öz növbəsində Seylon buddizmindən xeyli uzaqdır.
Buddizm Hindistanda yalnız brəhmənizmdən (mahiyyətcə elə də çox fərqlənmir)
əvvəl mövcud olmuş təfriqəçilikdir. Eyni ilə Çində olduğu kimi – öncəki inancların
təfriqəçiliyidir, onunla sıx bağlıdır.
Buddizm üçün qəti olaraq sübut olunanlar, brəhmənizm üçün də düz gəlir. Belə
ki, Hindistan irqləri bir-birindən heyrətamiz dərəcədə fərqləndiklərindən, eyni ad
altında onlarda fövqəladə dərəcədə müxtəlif dini inancların olmasını, asanlıqla qəbul
etmək olar. Şübhəsiz ki, brəhmən qəbilələrinin hamısı Vişnanı və Şivanı baş ilahələri,
Vedanı isə öz müqəddəs kitabları hesab edirlər. Lakin həmin baş ilahələr dində yalnız
öz adlarını, müqəddəs kitablar isə təkcə öz mətnlərini saxlamışlar. Onların yanında
saysız-hesabsız pərəstiş obyektləri yaranıb, burada irqlərdən asılı olaraq ən
rəngarəng inanclar tapmaq mümkündür: təktanrılıq, politeizm, fetişizm, panteizm,
əcdadlara, iblislərə, heyvanlara sitayiş və s. Yalnız Vedada yazılanlara söykənib,
Hindistandakı pərəstişlər haqqında mühakimə aparsaq, onda bu nəhəng yarımadada
hökmran olan ilahə və inanclar haqqında xırda bir təsəvvür belə formalaşdırmaq
mümkün olmaz. Müqəddəs kitabların adları bütün brəhmənlər tərəfindən ehtiramla
anılır, lakin bu kitabların öyrətdiyi dinlərdən, ümumiyyətlə heç nə qalmayıb.
Hətta İslamın özü təktanrılığın sadəliyinə baxmayaraq, bu qanundan yayına
bilməyib: Fars, Ərəbistan və Hindistan İslamı arasında nəhəng məsafə mövcuddur.
Hindistanda mahiyyətcə çoxtanrılıq hökm sürür və o, təktanrılığa söykənən bir dini
çoxtanrılığa yönəltmək üçün üsullar tapa bilib. 50 milyonluq hindli-müsəlman üçün
Məhəmməd və İslamın müqəddəsləri yalnız minlərlə digər tanrılara əlavə olunmuş
tanrılardır.
Hətta İslam belə orada bütün adamların bərabərliyini hələ təmin edə bilməyib,
digər yerlərdə onun uğurunun əsas səbəblərindən biri budur: Hindistan müsəlmanları
da digər hindlilər kimi kasta sistemini tətbiq edirlər. Dekanda, dravid xalqları (Cənubi
Hindistanda dil və mədəniyyətcə bir-birinə yaxın olan xalqlar qrupu) arasında İslam o
dərəcədə tanınmaz olub ki, onu daha brəhmənizmdən fərqləndirmək mümkün deyil;
Məhəmmədin adı və ilahiləşdirilmiş peyğəmbərə ibadət etmək üçün tikilən məscidlər
olmasaydı, onu yəqin ki, ümumiyyətlə, ayıra bilməzdilər.
İslamın bir irqdən digərinə keçməsi ilə hansı dərin dəyişikliklərə məruz qaldığını
görmək üçün Hindistana getmək lazım deyil. Əlcəzairə baxmaq kifayətdir. Bu ölkədə
iki tamamilə müxtəlif irq var: ərəblər və bərbərlər, hər ikisi müsəlmandılar. Lakin
downloaded from KitabYurdu.org
birincilərin İslamı sonuncuların islamçılığından çox uzaqdır; Qurandakı poliqamiya
bərbərlərdə monoqamiyaya çevrilib, din yalnız İslamla köhnə bütpərəstliyin
birləşməsidir, hansı ki, onların arasında əsrlər boyu mövcud olmuşdur, o vaxt ki, hələ
Karfagen hökmranlıq edirdi.
Avropanın dinləri də ümumi qanunlardan – onları qəbul edən irqlərin ruhuna
uyğun olaraq şəklini dəyişdirməkdən yan keçə bilməmişdir. Hindistanda olduğu kimi,
mətnlərlə təsbit edilmiş ehkamların sözləri kimi dəyişilməz qalmışdır. Lakin bunlar
sadə formullardır, hansı ki, mənasını hərə özünə uyğun izah edir. Ümumi xristian adı
altında biz Avropada əsl bütpərəstləri görürük, məsələn, bütə dua edən aşağı
bretanları; həmayilə pərəstiş edən ispanları; polietistləri, məsələn, italyanları,
onlarda hər bir kəndin dua etdiyi öz müxtəlif ilahələri, madonnaları var. Tədqiqatları
davam etdirməklə, çox asanlıqla göstərmək olur ki, böyük dini parçalanmalara gətirib
çıxarmış islahatlar, eyni dini kitabın müxtəlif irqlər tərəfindən fərqli şəkildə izahının
nəticəsi olaraq ortaya çıxıb: şimal irqləri dinlərini özləri tədqiq etməyi və həyatlarını
da özləri tənzimləməyi xoşlayırlar; cənub xalqları isə müstəqillik nöqteyi-nəzərindən
və fəlsəfi inkişafdan çox geridə qalıblar. Bu nümunələrdən heç biri daha inandırıcı ola
bilməz.
Lakin bu faktlar, onların inkişafı bizi özünə daha çox cəlb edib, uzaqlara apara
bilər. Belədə biz sivilizasiyanın digər iki, başlıca elementinə, təsisatlar və dilə az vaxt
həsr etməli olacağıq, çünki texniki təfərrüatlara da yer vermək lazımdır. Bu isə əsərin
hüdudlarından xeyli kənara çıxır. İnanc üçün doğru olanlar, eyni dərəcədə təsisatlar
üçün də doğrudur; bu, sonuncular dəyişikliklərə məruz qalmadan, bir xalqdan
digərinə verilə bilməz. Oxucuları çoxsaylı nümunələrlə yormaq fikrində deyiləm,
onlardan sadəcə bir məsələyə eyni, oxşar təsisatların, baxmayaraq ki, onlar eyni cür
adlanır, güc və ya inandırmaq yolu ilə müxtəlif irqlərdə, yeni dövrdə hansı
dərəcəyədək dəyişikliklərə gətirib çıxardığına, diqqət yetirməyi xahiş edirəm. Əvvəlki
fəsildə, Amerikanın müxtəlif ölkələrinin nümunəsində bu haqda söhbət açmışam.
Əslində, təsisatlar yalnız zərurətlərin nəticəsi olaraq meydana çıxır, bir nəslin
iradəsi ona heç bir təsir göstərmir. Hər bir irq və hər bir mərhələ üçün bu irqin
inkişafı, mövcudluğunun şərtləri kimi ortaya çıxır, bəzi qurumların ehtimal etdiklərini,
digərləri qəbul etməyə bilər, məsələn, hislər, düşüncələr, fikirlər, irsi təsirlər.
Hökumət yarlıqları elə də böyük əhəmiyyət daşımır. Heç bir vaxt hər hansı bir xalqa
ən yaxşı hesab etdiyi təsisatı seçmək imkanı verilməyib. Əgər nadir hallarda bu seçim
imkanı düşürsə də, onu qoruyub saxlamaq nəsib olmur. Çoxsaylı inqilablar,
konstitusiyaya edilən fasiləsiz dəyişikliklər, əsrlər boyunca davamlı olaraq fransızlarda
baş verir, bu bir təcrübə təşkil edir ki, artıq çoxdan dövlət adamlarında bununla bağlı
müəyyən baxış formalaşmalıydı. Bununla belə, düşünürəm ki, mühüm ictimai
dəyişikliklərin ancaq dekretlər yolu ilə həyata keçməsi ilə bağlı ideyalar, hələ də yalnız
qaranlıq kütlənin başında və bəzi fanatiklərin dar düşüncələrində qala bilər.
Təsisatların yeganə faydalı rolu adətlər və ictimai rəy tərəfindən artıq qəbul edilən
dəyişikliklərə qanuni sanksiya verməkdən ibarətdir. Onlar həmin dəyişikliklərin
ardınca gedəcəklər, amma önündə olmayacaqlar. İnsanların xarakter və düşüncələri
təsisatlar dəyişilmir. Bu vasitələrlə xalqları inanclı və ya skeptik etmək mümkün deyil,
downloaded from KitabYurdu.org
yaxşı olardı ki, nələrisə cilovlamağı daim dövlətdən tələb etmək əvəzinə, onlara bunu
idarə etməyi öyrədəsən.
Mən dillər üzərində çox dayanmayacağam, yalnız onu xatırlatmaq istəyirəm ki,
hətta dil yazı sayəsində bərqərar olduqdan sonra da bir xalqdan digərinə keçəndə
dəyişikliyə uğrayır və məhz bu, dünya dili ilə bağlı ideyaların cəfənglikdən başqa bir
şey olmadığını təsdiq edir. İşğaldan iki yüzillikdən də az müddət keçməmiş qallar,
saylarının dəfələrlə çox olmasına baxmayaraq, latın dilini qəbul etdilər. Amma çox
tezliklə də həmin dili öz tələbatlarına və xüsusilə də öz ağıllarının məntiqinə
uyğunlaşdırdılar. Bax, bu cür şəkil dəyişdirmədən də nəhayətdə, müasir fransız dili
təşəkkül tapdı.
Müxtəlif irqlər bir cür, eyni dildə uzun müddət danışa bilməzlər. Təsadüfi işğallar,
kommersiya maraqları, şübhəsiz ki, hər hansı bir xalqı öz ana dilinin əvəzinə tamamilə
yad bir dili qəbul etməyə məcbur edə bilər, lakin bir çox nəsillər dəyişdikcə, qəbul
edilmiş dil də tamamilə dəyişikliyə uğrayır. Bu dəyişikliklər dilin alındığı irqdəkindən
daha dərin olacaq və daha kəskin fərqlənəcək.
Müxtəlif irqlərin yaşadığı ölkələrdə həmişə bir-birinə uyğun gəlməyən dillərə rast
gələ bilərsən. Hindistanı buna gözəl bir nümunə kimi göstərmək olar. Böyük yarımada
çoxlu və olduqca fərqli irqlər ilə məskunlaşıb; alimlər orada 240-dan çox dil hesaba
alıblar, onların bəziləri bir-birindən yunan dilinin fransızcadan fərqindən də daha çox
fərqə malikdilər. İki yüz qırx dil, biz hələ üç yüzdən artıq dialektdən söz açmırıq! Bu
dillər arasında ən geniş yayılanı, hələ tamamilə yeni olanı – belə ki, o, üç yüzillikdən
çox mövcud deyil; bu, hind dilidir, hansı ki, müsəlman istilaçıların danışdığı fars və
ərəb dillərinin – işğal edilən ölkələrdə daha çox bu dillərdən istifadə olunurdu – hind
dili ilə birləşməsindən yaranıb. Həm qaliblər, həm də məğlublar birlikdə yaşayan
müxtəlif xalqların çarpazlaşması yolu ilə meydana çıxan yeni irqin tələbatlarına
uyğunlaşmaq, yeni dildə danışmaq üçün çox tezliklə öz dillərini unutdular.
Bu məsələ üzərində daha artıq dayana bilməyəcəyəm və yalnız başlıca ideyaları
göstərməklə kifayətlənməyə məcburam. Əgər təfərrüatlara varsam, onda bir qədər
də irəli gedib, deməliyəm ki, fərqli xalqlar olduqda, bizim eynimənalı hesab etdiyimiz
sözlər, əsl həqiqətdə bir-birindən o dərəcədə uzaq düşüncə üsulları və hisləri ifadə
edirlər ki, onların bir dildən digərinə düzgün tərcüməsi belə mümkün deyil. Bunu
başa düşmək elə də çətin deyil, çünki bir neçə əsrlər boyunca eyni ölkədə, eyni irqdə
və eyni söz tamamilə oxşar olmayan anlayışlara uyğun gəlir.
Qədim sözlər əvvəlki zaman insanlarının anlayışlarını təmsil edir. Əvvəllər real
şeylərin işarələri olan sözlər, ideya, adət və ənənələrdə baş verən dəyişikliklərin
nəticəsində çox tezliklə öz mənasını itirdilər. Vərdiş edilən və dəyişdirilməsi çətin olan
həmin işarələrin köməyi ilə düşünməyi davam etdirirlər, lakin onların indiki anda nəyi
təmsil etdikləri və hazırkı zamanda hansı məna kəsb etmələri arasında artıq hər hansı
bir uyğunluq yoxdur. Bizdən çox uzaqlaşmış, bizimkilərlə heç bir oxşarlığı olmayan
sivilizasiyalara aid xalqlardan söhbət gedəndə, tərcüməni yalnız öz orijinal
mənasından tamamilə məhrum olan sözlər verə bilər, yəni onlar ağlımızda həmin
sözlərin vaxtilə doğurduğu məna ilə heç bir əlaqəsi olmayan ideyalar yaradır. Bu hal
Hindistanın qədim dilləri üçün xüsusilə son dərəcə xarakterikdir. Bu, tərəddüd edən
ideyalara sahib xalqın (hindlilər) məntiqinin bizimki ilə heç bir qohumluq əlaqəsi
downloaded from KitabYurdu.org
yoxdur, sözlər heç vaxt dəqiq və müəyyən məna kəsb etmir, yalnız zamanla əsrlər və
şüurumuzun xüsusiyyətləri, bunu Avropada həmin sözlərə veriblər. Elə kitablar da var
ki, məsələn, Vedalar, tərcüməsi mümkün deyil. Birlikdə yaşadığımız elə fərdlər də var
ki, fikirlərinə nüfuz etmək artıq çox çətindir, bizlərdən onları bir sıra yaş, cinsi
münasibətlər, tərbiyə fərqləri ayırır; üzərinə əsrlərin tozu çökmüş irqlərin fikirlərinə
nüfuz etmək o dərəcədə çətin əməkdir ki, öhdəsindən heç bir elm adamı belə, gələ
bilməz. Bizə əlçatan olan bütün biliklər, ancaq belə cəhdlərin tamamilə faydasız
olduğunu göstərməyə xidmət edir.
Əvvəl misal gətirdiyimiz nümunələr nə qədər bitkin və inkişaf etdirilməmiş
olsalar da, başqa xalqlardan alınma sivilizasiya elementlərinin hansı dərəcədə dərin
dəyişikliklərə məruz qaldığını göstərmək üçün, tamamilə yetərlidir. Alınma
elementlər çox vaxt əhəmiyyətli olur, çünki, ada görə o bəzən çox qabarıq olur.
Amma mənimsənilməsi həmişə həqiqətən çox cüzidir. Əsrlər boyu, nəsillərin astagəl
çalışmaları sayəsində və olunan əlavələrin tədriciliyi nəticəsində alınma element, öz
başlanğıc prototipindən kəskin fərqlənir. Tarixin başlıca olaraq zahirinə toxunan
tədrici dəyişikliklər, əslində hesaba alınmır. Deyəndə ki, məsələn, hansısa xalq yeni
bir dini qəbul edib, reallıqda həmin an qəbul ediləni deyil, bizə hazırkı zamanda
məlum olan dini təsəvvürümüzə gətiririk. Onların genezisini yaxşı başa düşmək və
sözləri mahiyyətindən ayıran fərqləri sezmək üçün, bu, tədrici uyğunlaşmanı
dərindən öyrənmək lazımdır.
Beləliklə, sivilizasiyanın tarixi aramla gedən uyğunlaşmalardan, olduqca
əhəmiyyətsiz görünən tədrici dəyişikliklərdən ibarətdir. Əgər onlar bizə qəfil və
əhəmiyyətli görünürlərsə, buna səbəb geologiyada olduğu kimi aralıq mərhələlərə
əhəmiyyət verməyib, yalnız son mərhələlərə diqqət yetirməyimizlə əlaqədardır.
Həqiqətdə, hər hansı bir xalqın nə qədər inkişaf etməsi və xüsusi istedadlı
olmasından asılı olmayaraq, onun sivilizasiyanın bu və ya digər yeni elementinin
mənimsəmə qabiliyyəti həmişə məhduddur. Beyin hüceyrələri yaranması üçün əsrlər
lazım gəlmiş, hislərə və tamamilə müxtəlif orqanizmlərin tələbatlarına uyğunlaşanları
bir gün ərzində mənimsəyə bilməz. Yalnız tədricən və irsən əldə olunanlar belə
assimilyasiyalara imkan yaradır. Qədimdə ən inkişaf etmiş xalqlardan sayılan
yunanlarda incəsənətin təkamülünü öyrənməyə keçəndə, görəcəyik ki, Assuriya və
Misir obrazlarının kobud təqlidindən qurtarmaq və ardıcıl mərhələlərlə bu gün də
bəşəriyyəti heyran edən incilər yaratmağa gəlib çatmaq üçün onlara neçə əsr zaman
lazım gəlmişdir.
Misirlilər və xaldeylər (qədimdə Babilistan ovalığında yaşamış gildani xalqına
mənsub adamlar) kimi bəzi ibtidai xalqlar istisna olmaqla, tarixdə bir-birinin ardınca
gələn bütün xalqların etdikləri, yalnız keçmişin mirasını təşkil edən sivilizasiyaların
elementlərini mənimsəyərək, onları öz ruhi xüsusiyyətlərinə uyğun dəyişdirməkdən
ibarət olub. Əgər onlar özlərinə qədər məlum olan materiallardan istifadə edə
bilməsəydilər, onda sivilizasiyaların inkişafı müqayisə olunmayacaq dərəcədə ləng
gedər və müxtəlif xalqların tarixləri yalnız daimi təkrarlanmalardan ibarət olardı. 7 və
yaxud 8 min il bundan əvvəl Misir və Xaldey sakinlərinin yaratdığı sivilizasiyalar
material mənbəyinə çevrilib, bütün millətlər lazım olanı götürmək üçün ora müraciət
ediblər. Yunan incəsənəti Dəclə və Fərat çayları sahillərində yaranmış incəsənətdən
downloaded from KitabYurdu.org
doğub. Yunan üslubundan Roma üslubu yaranıb, o da öz növbəsində Şərq təsirləri ilə
qaynayıb-qarışıb, onun özü isə yarandığı, lakin ümumi təşəkkülə malik xalqların
dühasından və yaşından asılı olaraq rəngarəngləşən Bizans, roman və qotik üslublara
başlanğıc verib.
İndi incəsənət haqqında söylədiklərimiz sivilizasiyaların bütün elementlərinə,
təsisat, dil və dinlərinə aid edilə bilər. Avropa dilləri bir, eyni ulu babanın dilindən, nə
vaxtsa Mərkəzi Asiya yaylasında yaşamış sakinlərin danışdıqları dildən təşəkkül tapıb.
Bizim hüquq – Roma hüququnun törəməsidir, o da öz növbəsində özündən əvvəlki
hüquqlardan yaranıb. Əsrlərin ləng işləməsi olmasaydı, bizim elmlər, indi təsvir
etdiyimiz şəkildə, səviyyədə ola bilməzdi. Müasir astronomiyanın baniləri: Kopernik,
Kepler, Nyuton Ptolomeylə bağlıdırlar, onun əsərləri XV əsrə qədər dərsliklər kimi
xidmət göstərib; Ptolomeyin özü isə İsgəndəriyyə məktəbi vasitəsilə misirlilərə və
xaldeylərə yaxınlaşır. Beləliklə, görürük ki, dəhşətli boşluqlara baxmayaraq,
sivilizasiya tarixi onlarla zəngindir, biliklərimizin ləng təkamülü, əsrlərdən və
imperiyalardan keçməyə məcbur etməklə, bizləri həmin qədim sivilizasiyaların
şəfəqlərinə doğru aparır. Həm də nəzərə almaq lazımdır ki, qədim sivilizasiyaları,
müasir elm indi ibtidai zamanlarla əlaqələndirməyə cəhd edir, hansı ki, bəşəriyyət o
zaman heç tarixə belə malik deyildi. Əgər mənbə ümumidirsə, onda dəyişikliklər,
alınma elementlərin hər bir xalqda, onun ruhi xüsusiyyətlərinə uyğun olaraq məruz
qaldığı tərzdə – mütərəqqi və ya mürtəce – çox fərqli ola bilər. Həmin dəyişikliklərin
tarixi elə sivilizasiyaların tarixini təşkil edir.
Elə indicə gördük ki, başlıca elementlərdən sivilizasiya yaranır və hər bir xalq
üçün fərdidir, onlar təkcə nəticəni deyil, həm də onun ruhunun strukturunun
ifadəsidir və nəticə etibarilə, bir irqdən digərinə dərin dəyişikliklərə uğramadan keçir.
Həmçinin onu da gördük ki, həmin dəyişikliklərin böyüklüyünü bir tərəfdən bizləri
tamamilə müxtəlif şeyləri eyni sözlərlə ifadə etməyə məcbur edən linqvistik
tələbatlar pərdələyir, digər tərəfdən, diqqətimizi sivilizasiyaların yalnız ifrat
formalarına yönəldən və bizə onları birləşdirən aralıq formaları görməyə imkan
verməyən qarşısıalınmaz tarixi əsərlərin çatışmazlıqları. İncəsənətin təkamülünün
ümumi qanunları ilə bağlı növbəti fəslə keçməklə hər hansı bir sivilizasiyanın bir
xalqdan digərinə keçdiyi zamanı əsas elementlərində baş verən dəyişikliklərin
ardıcıllığını daha aydın göstərə biləcəyik.
IV fəsil
İNCƏSƏNƏT KÖKÜNDƏN NECƏ DƏYİŞDİRİLİR
Şərq xalqlarında incəsənətin təkamülünün öyrənilməsi ilə bağlı yuxarıda
göstərilən prinsiplərin tətbiqi. – Misir. – Dini ideyalar, hansılardan ki, onun incəsənəti
törəyir. – Müxtəlif irqlərə, efiopiyalılara, yunanlara və farslara keçdikdən sonra
onların incəsənəti necə oldu. – Yunan incəsənətinin ibtidai primitiv səviyyəsi. – Onun
inkişafının ləngliyi. – Farslarda yunan, Misir və Assuriya incəsənətinin qəbulu və
inkişafı. – İncəsənətin məruz qaldığı köklü dəyişikliklər, heç də dini inanclardan deyil,
downloaded from KitabYurdu.org
irqlərdən asılıdır. – İslamı qəbul edən irqlərin təsiri altında ərəb incəsənətinin məruz
qaldığı böyük dəyişiklərin nümunələri. – Hind incəsənətinin təşəkkülü və inkişafındakı
dəyişikliklərə bizim prinsiplərin tətbiqi. – Hind və yunan incəsənəti eyni mənbədən
əxz olunmalarına baxmayaraq, irqlərin fərqliliyi ucbatından heç bir əlaqəyə malik
deyil. – Məskunlaşan irqlərdən asılı olaraq və inancların oxşarlığına baxmayaraq,
Hindistan memarlığının məruz qaldığı nəhəng dəyişikliklər.
Məlum xalqı bir-birinə bağlayan münasibətləri ruhi xüsusiyyətləri, onun
təsisatları, inancları və dilləri ilə birlikdə tədqiq edərkən, mən bu barədə qısa
təlimatlarla kifayətlənməli oldum. Bu kimi məsələləri hərtərəfli işıqlandırmaq üçün,
cildlər yazmaq lazım gələrdi.
İncəsənətə gəldikdə, onu müqayisəolunmaz dərəcədə aydın və dəqiq ifadə
etmək mümkündür. Təsisatlar və inanclar isə şübhəli müəyyənliyə aid şeylərdir və
onların izahı çox çətindir. Hər bir mərhələdə dəyişilən və cansız mətnlər arxasında
gizlənən mahiyyətləri öyrənmək, lap sonda mübahisəli nəticələrə gəlmək üçün özünü
bütünlüklə arqumentlərə və tənqidlərə həsr etmək lazımdır. Bədii əsərlər, xüsusilə də
abidələr, əksinə, müəyyənliyi aşkar olduğundan izahı da çox asandır. Daş kitabələr –
ən aydın və heç vaxt yalan danışmayan yeganə kitablardır və bu əsasda mən onlara
Şərq sivilizasiyasının tarixi ilə bağlı öz əsərlərimdə başlıca yer ayırıram. Mən həmişə
ədəbi sənədlərə böyük şübhə ilə yanaşmışam. Onlar çox vaxt çaşqınlığa səbəb olur və
ədəbi əsərlərdən nadir hallarda nəsə öyrənmək mümkün olur. Abidə isə heç vaxt
aldatmır və ondan həmişə öyrənmək mümkündür. O, yox olmuş xalqların
düşüncələrini hər şeydən yaxşı qoruyub saxlaya bilir. Abidələr üzərində həmişə təkcə
yazılı nələrsə tapmağı arzulayan mütəxəssislərin əqli korluğuna ancaq təəssüf etmək
olar.
Beləliklə, incəsənətin hansısa xalqın ruhi xüsusiyyətlərini necə ifadə etdiyini və
onların bir sivilizasiyadan digərinə keçməklə necə dəyişikliklərə uğradığını qısaca
tədqiq edək.
Bu tədqiqatda mən yalnız Şərq incəsənətindən istifadə edəcəyəm. Avropa
incəsənətinin əmələ gəlməsi və dəyişilməsi eyni qanunlara tabe olub. Lakin müxtəlif
xalqlarda onun təkamülünü göstərmək üçün təfərrüatlara varmaq lazımdır, hansı ki,
tədqiqatların fövqəladə dərəcədə sıx çərçivələri buna yol vermir.
Öncə Misir incəsənətini götürək və baxaq görək, ardıcıllıqla üç müxtəlif irqə –
Efiopiyadan olan zəncilərə, yunan və farslara
– keçməklə hansı dəyişikliklərə uğrayıb.
Yer üzündə nə vaxtsa ən çiçəklənən sivilizasiya olmuş Misir sivilizasiyası öz
incəsənətində bu çiçəklənməni tam əks etdirir. Bu sivilizasiya incəsənətdə elə güclü
və aydın əks olunub ki, Nil sahillərində doğulmuş bədii tiplər yalnız Misir üçün yaraya
bilərdi və digər xalqlar tərəfindən yalnız əhəmiyyətli dəyişikliklərə məruz qaldıqdan
sonra qəbul edilə bilərdi.
Misir incəsənəti, ələlxüsus memarlığı, xüsusi idealın təcəssümüdür və 50 əsr
ərzində o, bütün xalqı maraqlandırıb. Misir insanın müvəqqəti mövcudluğu üzündən
onun üçün əbədi mənzil yaratmağı arzulayırdı. Bu irq digərlərindən fərqli olaraq,
həyata həqarətlə baxırdı və ölüm haqqında fikirləri əzizləyirdi.
downloaded from KitabYurdu.org
Onu ən çox mina qatı çəkilmiş gözləri ilə öz qızıl maskasında, qaranlıq mənzilinin
dərinliyində sirli heroqliflərin əhatəsində əbədi seyrə dalıb, hərəkətsiz qalan mumiya
cəlb edirdi. Heç bir ehtiramsızlıqdan qorxmayaraq, özünün saray kimi nəhəng,
divarları boyalı şəkillər və heykəllərlə örtülmüş saysız-hesabsız dəhlizlər arasındakı
qəbir evində, həmin mumiyalar qısa maddi varlığı zamanı insanı valeh edən hər bir
şeyi burada tapırdılar. Onlardan ötrü yerin altında torpaqlar qazılır, daş abidələr,
pilonlar
3
, piramidalar ucaldılır, onlar üçün öz daş taxt-tacında əyləşən düşüncəli,
nəhəng, üzündə sakitlik və böyüklük təcəssüm olunan heykəllər yonulurdu.
Bu memarlıqda hər şey möhkəm və iridir, çünki o, əbədi olmağa can atırdı.
Əgər bütün qədim xalqlardan bizə yalnız misirlilər məlum olsaydı, onda biz
onların hamısının əvəzində təsdiq edə bilərdik ki, incəsənət – onu yaratmış xalqın
ruhi xüsusiyyətlərinin ən düzgün təcəssümüdür.
Bir-birindən çox fərqli xalqlar: efiopiyalılar (primitiv irq), yunanlar və farslar (ali
irqlər), öz incəsənətlərini ya tək Misirdən, yaxud da bir hissəni Misirdən, digər hissəni
isə Assuriyadan əxz etmişlər. İndi baxaq, bu onların əlinə keçdikdən sonra hansı
vəziyyətə düşdü. Öncə sadalanan xalqlardan ən primitivini, efiopiyalıları götürək.
Məlum olduğu kimi, Misir tarixinin ən erkən çağlarında (XXIV sülalə) Misirdəki
anarxiya və tənəzzüldən istifadə edən Sudan xalqları onun bəzi əyalətlərini ələ
keçirdilər və ardıcıl olaraq Napatu və Meroe paytaxt olmaqla çarlıq yaratdılar. Həmin
çarlıq bir çox əsrlər öz müstəqilliyini qoruyub saxlaya bildi. Məğlubların
sivilizasiyasından heyrətə gələn qaliblər, onların abidə və incəsənətini təqlid etməyə
cəhd edirdilər; əlimizdə nümunələri olan belə bənzətmələr, əsasən kobud məsxərəyə
qoyulan heykəlləri xatırladır. Həmin zəncilər barbarlar idi; beyinlərinin zəif inkişaf
etməsi, onları durğunluğa məhkum etmişdi; həqiqətən də misirlilərin bir neçə əsr
ərzində sürən mədəni təsirlərinə baxmayaraq, onlar barbarlıqdan heç vaxt qurtula
bilmədilər. Nə qədim, nə də müasir tarixdə bir nümunə belə tapmaq mümkün deyil
ki, hansısa zənci qəbiləsi məlum sivilizasiya səviyyəsinə yüksələ bilsin; hər dəfə
qədimdə Efiopiyada, bizim günlərdə isə Haitidə yaranan eyni təsadüflər üzündən
yüksək sivilizasiya zənci irqinin əlinə keçib, həmin sivilizasiya tezliklə çox acınacaqlı
forma alıb.
Digəri də, eyni ilə barbar olan, lakin ağ dərili, yunan irqi öz incəsənətinin ilk
nümunələrini Misir və Assuriyadan götürüb və o da başlanğıcda yöndəmsiz
bənzətmələrlə məhdudlaşıb. Bu iki böyük mədəniyyətlərə məxsus incəsənət əsərləri
onlara, o dövrdə Aralıq dənizi sahillərini Kiçik Asiya xalqları ilə birləşdirən dəniz
yollarının ağası və Ninəva və Babilistana aparan quru yollarının hökmdarı,
finikiyalıların əli ilə çatdırılırdı.
Hamıya yaxşı məlumdur ki, nəhayət, sonunda yunanlar yaratdıqları
nümunələrdən yüksək səviyyəyə yüksəlmişlər. Lakin müasir arxeologiya onların ilk
heykəllərinin necə kobud və məsxərəçi olduğunu sübut etmişdir və özünə əbədilik
qazanmış incilərə çatmaq üçün onlara əsrlər lazım gəlmişdi. Bu ağır əmək – xarici
nümunələri geridə qoyub, orijinal incəsənət əsərlərinə gəlib çatmaq üçün yunanlara
700 il lazım gəlib. Lakin onların bu sahədə son əsrdə qazandıqları uğurlar, bütün
əvvəlki əsrlərdəkindən daha əhəmiyyətli olub. Sivilizasiyanın ali deyil, primitiv
mərhələlərini keçmək üçün hansısa xalqa daha çox zaman tələb olunur. Yunan
downloaded from KitabYurdu.org
incəsənətinin ən qədim əsəri, bizim eradan əvvəl XII əsrə aid Mikena xəzinələridir ki,
onlar tamamilə barbar təcrübəni göstərir, orada Şərq nümunəsində, amma kobud
şəkildə hazırlanmış nizələr tapılıb. Üstündən altı əsr sonra da incəsənət yenə də şərq
incəsənəti olaraq qalırdı; Teneyalı Apollon və Orxomeniyalı Apollon heyrətamiz
dərəcədə Misir heykəllərinə bənzəyirdi. Lakin tezliklə uğurlar sürətlənir və bir əsr
sonra biz Fidiya və Parfenon kimi çox gözəl heykəllərə və abidələrə rast gəlirik, yəni
uzun zaman ərzində ilham mənbəyi olan şərq mənşəyindən azad olduqdan sonra
daha yüksəkdə dayanan nümunələr yaradıldığını görürük.
Memarlıqda da eyni cür olmuşdu, baxmayaraq ki, onun inkişaf mərhələlərini
müəyyən etmək çox çətindir. Eramızdan əvvəl təxminən IX əsrə yaxın Homer
poemalarındakı sarayların necə olduğunu biz bilmirik. Lakin mis divarlar, müxtəlif
rənglərdə dam örtükləri, darvazaları qoruyan qızıldan və gümüşdən düzəldilmiş
heyvan heykəlcikləri, qeyri-iradi olaraq bizlərə, bürünc lövhələr, rəngli kərpiclər və
öküz heykəlləri ilə qorunan assuriya saraylarını xatırladır. Bütün hallarda, bizə
məlumdur ki, Dorida
4
üslubunda yunan sütunlarının ən qədim tipinə, hansı ki, VII
əsrə aid edilir, Misirdə Karnak və Bəni-Həsəndə rast gəlmək olur, İoniya
5
sütunları öz
hissələrindən bir çoxunu Assuriyadan götürmüşdür. Həmçinin onu da bilirik ki, öncə
bir-birinin üstünə qoyulmuş həmin yad elementlər, sonra bir-birinə qovuşmuş və
nəhayət tamamilə dəyişilərək, öz ibtidai nümunələrindən kəskin fərqlənən yeni
sütunlar şəklində meydana gəlmişdir.
İqtibas edilmiş və inkişaf etmiş oxşar nümunəni qədim dünyanın digər kənarında,
İranda görə bilərik, lakin orada bu inkişaf öz zirvəsinə yüksələ bilməmişdir, çünki
yadelli işğalçıların qəfil hücumu onu dayandırmışdı. Farslar öz incəsənətlərini
yaratmaq üçün yunanlar kimi yeddi əsr deyil, cəmi iki əsr zamana malik olmuşlar.
İndiyədək, yeganə xalq ərəblərdir ki, bu cür qısa zamanda orijinal sənətlərini işləyib
hazırlamağa nail ola bilmişlər.
Fars sivilizasiyası yalnız Kir və onun varislərindən başlayıb və onlar eramızdan
əvvəlki beş əsr ərzində bütün Şərq dünyasında şöhrəti ilə tanınan iki nəhəng
sivilizasiya mərkəzini, Babilistan və Misiri ələ keçirə bilmişdilər. Öz növbəsində
hökmranlıq etməli olan yunanlar o zaman hələ hesaba alınmırdılar. İsgəndər
tərəfindən devrilənə qədər, Fars imperiyası sivilizasiyaların mərkəzinə çevrilmişdi.
Beləliklə, Makedoniyalı İsgəndər öz işğalı ilə dünya sivilizasiyasının mərkəzini də
dəyişdirmişdi. Heç bir incəsənət nümunəsinə malik olmayan farslar, Misir və
Babilistanı ələ keçirdikdən sonra onların sənətkarlarını və sənət nümunələrini də
mənimsəmişdilər. Hakimiyyətləri cəmi iki əsr sürdüyündən, farslar miras qalan
incəsənəti dərindən dəyişdirmək üçün zamana malik olmamışlar. Lakin onlar da öz
növbəsində başqaları tərəfindən fəth olunduqdan sonra artıq bu işə başladılar.
Persopolisin günümüzə qədər gəlib çatan xarabalıqları, bu dəyişikliklərin
mənşəyindən xəbər verir. Biz orada şübhəsiz ki, qarışıq və ya daha dəqiq, bəzi yunan
elementləri ilə qarışmış Misir və assur incəsənətinin laylarını tapırıq; lakin yeni
elementlər də, məhz, uca farspolitan sütunları və qoşabaşlı kapitelin
6
orada
görünməsi, deməyə əsas verir ki, əgər farslar hökmranlıq üçün bu qədər məhdud
zamana malik olmasaydılar, onda bu ali irq özünə hətta yunanlardakı qədər yüksək
mədəniyyət olmasa da, çox orijinal incəsənət yarada bilərdi.
downloaded from KitabYurdu.org
Buna on əsr sonra tapılmış fars abidələri sübut kimi göstərilə bilər. İsgəndər
tərəfindən devrilmiş Əhəmənilər sülaləsini Selevkilər, sonra Ərşakilər və nəhayət, VII
əsrdə ərəblər tərəfindən devrilmiş Sasanilər əvəz etdilər. Onlarla birlikdə İran yeni
memarlıq əldə edir. Abidələr inşa etməyə başlayanda, həmin abidələrə Əhəmənilərin
qədim memarlığı ilə uyuşan ərəb incəsənəti, ellin mədəniyyəti ilə uyğunlaşan
Ərşakilər mədəniyyəti (fasadın bütün yüksəkliyi boyunca uzanan nəhəng portallar,
rəngli kərpiclər, çatma qübbələr və sair) orijinallıqları ilə mübahisəsiz öz möhürlərini
vurmuşlar. Elə bu, yeni incəsənəti özlərinə uyğun dəyişdirən moğollar sonradan
Hindistana keçiriblər.
Öncəki nümunələrdə biz bir xalqın digər xalqın incəsənətində irqinə və zamana
uyğun olaraq, dəyişdirilən köklü dəyişikliklərin müxtəlif dərəcələrini görürük.
Öz sərəncamında əsrlər olan, lakin çox zəif psixoloji inkişafa malik aşağı irq olan
efioplarda isə ələ keçirdikləri mədəniyyəti primitiv formaya saldıqlarını gördük.
Yüksək irqdə və sərəncamında əsrlər olmuş, yunanlarda biz qeyd etdik ki, qədim
incəsənət yeni, daha yüksək mədəniyyətə gəlib çatmışdı. Digər irqdə, yunanlardan
daha az inkişaf etmiş və qısa zamana malik olan farslarda isə biz uyğunlaşmağa və
dəyişikliklərə başlamaq üçün böyük qabiliyyəti kəşf edə bildik.
Lakin bu, böyük əksəriyyəti uzaq, bizim indi gətirdiyimiz nümunələrdən başqa,
həmin dəyişikliklərin nəhəngliyini göstərən digər, daha müasirləri də var ki, bu və ya
digər irq başqasından aldığı incəsənətdə həyata keçirir. Bu nümunələr daha tipikdir,
söhbət indiki halda bir, eyni dinə etiqad edən, lakin müxtəlif mənşəli xalqlardan
gedir.
Ərəblər bizim eranın VII əsrində qədim yunan-Roma dünyasının ən böyük
hissəsini ələ keçirərək, bir ucu İspaniyadan başlayıb Mərkəzi Asiyaya qədər uzanan,
Afrikanın bütün şimalını da ələ keçirməklə, nəhəng imperiyanın əsasını qoydular və
xüsusi memarlığa malik Bizansla üz-üzə gəldilər. Başlanğıcda ərəblər öz məscidlərinin
tikintisi üçün İspaniyada olduğu kimi, həm də Misir və Suriyada da həmin memarlığı
bütünlüklə qəbul etdilər. İndiyədək qorunub saxlanılmış Qüdsdəki Ömər və
Qahirədəki Amru məscidləri və digər abidələr buna şahidlik edir. Lakin bu çox davam
etməyib və biz ölkədən-ölkəyə, əsrdən-əsrə keçdikcə, abidələrin şəklini necə
dəyişdirdiyini görürük. “Ərəb sivilizasiyasının tarixi” əsərimdə həmin dəyişikliklərin
mənşəyini göstərmişəm. Bu dəyişikliklər o dərəcədə əhəmiyyətlidir ki, işğalın
əvvəlində inşa edilmiş abidə, Qait-bəy məscidi ilə (1468-ci il) və böyük ərəb erasının
sonuna yaxın tikilmiş Qahirədəki Amru məscidi (1742-ci il) arasında kiçik oxşarlıq belə
yoxdur. Mən öz izahlarım və rəsmlərimlə göstərmişəm ki, İslam qanunlarına tabe
olan müxtəlif ölkələrdəki – İspaniya, Afrika, Suriya, İran, Hindistanda – abidələr o
qədər böyük fərqlərə malikdilər ki, qotik üslubda tikilmiş abidələrdə olduğu kimi,
aralarındakı fərqlərə baxmayaraq, onlarda da oxşarlıq tapmaq mümkündür, onları
ümumi bir ad altında birləşdirmək tamamilə mümkünsüzdür.
Müsəlman ölkələrindəki memarlıqda olan köklü fərqlər dinlərdəki fərqlərdən
asılı ola bilməzdi, belə ki, məlum məsələdə eyni, bir dindən söhbət gedir. Həmin
fərqlər, imperiyaların taleyinə olduğu kimi, incəsənətlərinin inkişafına da təsir
göstərə bilən, irqi fərqlərdən asılıdılar.
downloaded from KitabYurdu.org
Əgər bu bəyanat doğrudursa, onda biz müxtəlif irqlərlə məskunlaşmış eyni
ölkədə, eyni inanc və siyasi hakimiyyət birliyinə baxmayaraq, çox fərqli abidələrə rast
gələ biləcəyik. Elə Hindistanda məhz bu müşahidə edilir. Bunu təsdiq etmək üçün
gərəkli olan və bu əsərimdə ifadə olunmuş, həmin səbəbdən də mənim tez-tez
müraciət etdiyim, ümumi prinsiplərə aid nümunələri Hindistanda tapmaq daha
asandır. Böyük yarımada belə demək mümkünsə, öz-özlüyündə tarixi kitablar
arasında ən ibrətamizi və ən fəlsəfi kitabdır. Hazırkı dövrdə o, həqiqətən də yeganə
ölkədir ki, orada arzuya uyğun zamanda yerini dəyişə və bəşəriyyətin sivilizasiyanın
daha yüksək pillələrinə gəlib çatması üçün lazım olan və hələ də yaşayan bir sıra
ardıcıl mərhələləri görə biləsən. Hindistanda inkişafın bütün formalarına rast gələ
bilərsən; orada həm daş dövrünün, həm də elektrik zəmanəsinin öz nümayəndələri
mövcuddur. Sivilizasiyaların mənşəyi və inkişafını idarə edən ən böyük amillərin
rolunu orada olduğu qədər heç bir yerdə bu cür yaxşı görə bilməzsən.
İnkişafın prinsiplərini bu əsərdə tətbiq etməklə, mən, daha bir, çoxdan həll
edilməmiş problemi də çözməyə cəhd etmişəm; hind incəsənətinin mənşəyini. Belə
ki, bu əsər az məlumdur və irqlərin psixologiyası haqqında ideyalarımı təşkil
etdiyindən, biz burada onlardan ən əhəmiyyətli sətirləri nümunə gətiririk.
İncəsənət nöqteyi-nəzərindən, Hindistan tarixə gec qədəm basdığından abidələri
də xeyli gec peyda olub. Onun ən qədim abidələri, Asoki sütunları, Karli, Rarut, Sançi
və sair məbədləri yalnız miladdan əvvəl III əsrə gedib dayanır. Onlar inşa edilən
zaman qədim dünyanın sivilizasiyalarının böyük əksəriyyəti Misir, Fars və Assuriya və
hətta Yunanıstan sivilizasiyaları öz inkişaflarını başa vuraraq, tənəzzül qaranlığına
dalmışdılar. Yeganə sivilizasiya olan Roma sivilizasiyası onların hamısını əvəz etmişdi.
Dünya yalnız tək bir hökmdar tanıyırdı.
Tarixin qaranlığından belə gec çıxan Hindistan, bu səbəbdən sələfləri olan
sivilizasiyalardan çox şeyləri götürə bilərdi. Lakin dərin təcridolunmaya baxmayaraq
o, daim yaşamaqda davam edib abidələrinin heyrətamiz orijinallığı, onların digərlərilə
heç bir qohumluq əlaqəsinin olmadığına, yadellilərdən heç nə əxz etmədiklərinə dair
istənilən fərziyyələri uzun zaman ərzində rədd etməyə məcbur edirdi.
Danılmaz orijinallıq tərəfindən baxıldıqda Hindistanın ilk abidələri elə yüksək
səviyyədə işlənib ki, ondan yuxarı bir daha qalxa bilməyib. Bu cür təkmil əsərlər əvvəl
mövcud olanların uzun zaman ərzində öyrənilməsi ilə yaradıla bilərdi. Lakin
abidələrdən heç birində bu cür çaşma izləri tapılmayıb.
Bu yaxınlarda yarımadanın şimali-qərb hissəsində yerləşən bəzi təcrid olunmuş
ölkələrdə tapılan abidə və heykəl parçaları, nəhayət, Hindistanı öyrənənləri, bu irqdə
şübhə doğurmayan yunan təsirlərinin olduğuna, yəni Hindistanın öz incəsənətini
Yunanıstandan götürdüyünə inandıra bildi.
Hindistanda hələ də mövcud olan, yuxarıdakı prinsiplərin tətbiqi və abidələrin
əksəriyyətinin dərin tədqiqi məni tamamilə başqa bir həllə gətirib çıxardı. Fikrimcə,
yunan sivilizasiyası ilə təsadüfi təmaslara baxmayaraq, Hindistan öz incəsənəti üçün
ondan heç nə əxz etməyib və götürə də bilməzdi. İki təmas quran irq çox fərqli idilər,
düşüncələri də heç uyğun gəlmirdi, onların bədii dühası olduqca xarakterik
olduğundan bir-birinə təsir göstərə bilməzdilər.
downloaded from KitabYurdu.org
Hindistan boyunca səpələnmiş qədim abidələrin tədqiqatları aşkar şəkildə
göstərir ki, onların incəsənəti ilə yunan incəsənəti arasında heç bir qohumluq bağı
yoxdur. Avropa abidələri yunan incəsənətindən alınma elementlərlə zəngin olduqları
halda, Hindistan abidələrində onun birinə də rast gəlmirik. Hətta ən səthi tədqiqatlar
belə göstərir ki, burada tamamilə fərqli irqlər ilə təmasdayıq və ola bilsin ki, bu
dərəcədə bir-birinə bənzəməyən, hətta deyərdim ki, yunanlar və hindlilər qədər bir-
birinə nifrət edən dühalar heç vaxt olmayıb.
Hindistanda olan abidələri daha dərindən öyrəndikcə və onları yaradan xalqların
intim psixologiyasını daha dərindən dərk etdikcə, bu ümumi təsəvvürlər daha çox
aydınlaşmağa başlayır. Tezliklə sezirsən ki, hind dühası o qədər fərdidir ki, onun
düşüncələri ilə heç uyuşmayan yad təsirlərə çətin ki, məruz qala bilsin. Bu yad
təsirlər, heç şübhəsiz, ola bilsin ona zorla qəbul etdirilib. Lakin nə qədər davam etsə
belə, o yenə də tamamilə səthi və dayanıqsız olaraq qalmaqdadır. Görünür,
Hindistanda olan müxtəlif irqlərin ruhi xüsusiyyətləri ilə digər xalqların ruhi
xüsusiyyətləri, təbiət tərəfindən bu böyük yarımada ilə yer kürəsinin digər ölkələri
arasında da eynilə böyük maneələr, dəhşətli əngəllər mövcuddur. Hind dühası o
dərəcədə özünəməxsusdur ki, başqasından alınma istənilən əşya, həmin andaca
dəyişikliyə uğrayır, hind əşyasına çevrilir. Hətta memarlıqda, hansı ki, orada kənardan
alınma şeyləri gizlətmək çox çətindir, bu özünəməxsus dühanın unikallığı və təhrif
etmə qabiliyyəti o dərəcədə yüksəkdir ki, onu tez aşkar edə bilməzsən. Əlbəttə, hind
memarını yunan sütunlarının surətini olduğu kimi yaratmağa məcbur etmək olar,
lakin həmin sütunların şəklini dəyişdirməsinə mane olmaq mümkün deyil, ilk
baxışdan onlar mütləq hind sütunları kimi qəbul ediləcək. Hətta indiki günlərdə,
Hindistana Avropa təsirinin güclü olduğu vaxtlarda belə, şəkli dəyişdirilmiş
nümunələri hər gün müşahidə etmək olur. Hind sənətkarına hansısa Avropa
nümunəsinin surətini işləyib hazırlamağı tapşırın, o, həmin nümunədən yalnız ümumi
formanı götürəcək, bir hissəni böyüdəcək, çoxaldacaq, ilk iş olaraq naxış detallarını
təhrif edəcək, nəticədə həmin əşyanın ikinci və yaxud üçüncü surəti Qərb xarakterini
itirəcək və tamamilə hind surətinə çevriləcək.
Hind memarlığı, eləcə də ədəbiyyatı – bu, həddən artıq şişirtmələr, nəhayətsiz
detallar bolluğu, mürəkkəblilikdir, yunan incəsənətini təşkil edən həqiqiliyin və soyuq
adiliyin tam əksidir. Hind incəsənətini öyrənməklə, məlum irqin ruhi
xüsusiyyətlərinin, əsərlərindəki plastika dərəcəsi ilə əlaqəsini daha yaxşı başa düşmək
olur və bu onu izah etmək istəyənlər üçün də daha aydın bir dil təşkil edir. Əgər,
hindlilər də assuriyalılar kimi tarixdən tamamilə yox olsaydılar belə, barelyefləri,
məbədləri, heykəl və abidələri onların keçmişini açmaq üçün kifayət edərdi. Həmin
abidələr bizə deyərdi ki, yunanların metodoloji və aydın zəkası, hindlilərin özbaşına
buraxılmış və qeyri-metodoloji təsəvvürlərinə heç bir vaxt kiçik də olsa belə, təsir
göstərə bilməzdi. Onlar həm də bizə izah edərdilər ki, niyə yunan təsiri Hindistanda
ancaq müvəqqəti və özü də yalnız məhdud sahədə ola bilərdi, hansı ki, qısa vaxt
ərzində buna məcbur olublar.
Abidələrin arxeoloji tədqiqatları, bizə dəqiq sənədlərlə təsdiq etməyə imkan verir
ki, Hindistan abidələri və hind ruhu ilə bağlı ümumi biliklər onları bilavasitə necə aça
bilir. Bu bizə bir maraqlı faktı da qeyd etməyə imkan verir, belə ki, fars şahları
downloaded from KitabYurdu.org
Ərşakilər ilə, hansı ki, sivilizasiyalarında ellin (yunan) mədəniyyətinin izləri görünür,
münasibətlər quran hind hökmdarları, dəfələrlə və xüsusilə də bizim eranın ilk iki
əsrində Hindistana yunan mədəniyyətini gətirmək istəsələr də, buna heç vaxt nail ola
bilməmişlər.
Bu, xalqın ruhuna aid edilən, amma məlum vəziyyətdə onun ruhu ilə heç bir
əlaqəsi olmayan incəsənət bəhrələnməsi, tamamilə rəsmi olduğundan, onu əmələ
gətirən siyasi təsirlərin nəticəsində həmişə yox olub getmişdir. Yeri gəlmişkən, belə
mədəniyyət köçürmələri hətta kimlərinsə əli ilə məcburən yeridiləndə və milli
incəsənətə hansısa təsir gücü olanda belə, hind dühasına həmişə iyrənc gəlib.
Həqiqətən, o zamanlar və son dövr abidələrində, yeraltı məbədlər çoxluq təşkil edir,
yunan təsirinin izlərini tapmaq mümkün deyil. Digər tərəfdən, öz-özlüyündə də o
dərəcədə xarakterikdilər ki, onları tanımamaq mümkün deyil. Həmişə xarakterik olan
mütənasibliklə yanaşı, başqa, digər texniki təfərrüatlar da, ələlxüsus bəzək məharəti,
var ki, həmin andaca yunan sənətkarının əlindən çıxdığını büruzə verir.
Yunan incəsənəti Hindistanda necə ani peyda olmuşdusa, elə o cür qəfil də yoxa
çıxdı. Və elə bu anilik göstərir ki, o, hansı dərəcədə alınma, rəsmi olaraq kənardan
sırınan, onu qəbul etməli olan xalqla heç bir qohumluq əlaqəsi olmayan bir
mədəniyyətdir. Hansısa xalqda incəsənətin tamamilə yoxa çıxması mümkün deyil;
onlar həmişə dəyişikliklərə uğrayırlar və yeni incəsənət əvəz etdiyi mədəniyyətdən
həmişə nələrisə götürməyə çalışır. Hindistana qəfil ayaq basan yunan incəsənəti isə
oradan qəfil də yoxa çıxdı və orada iki əsr bundan əvvəl ingilislər tərəfindən inşa
edilən Avropa abidələri tək son dərəcə əhəmiyyətsiz təsirini buraxmış oldu. Yüz ildən
də çox qeyri-məhdud hökmranlığa baxmayaraq, Hindistanda Avropa incəsənətinin
təsirinin mövcud olmaması, 18 əsr bundan əvvəlki yunan incəsənətinin cüzi təsiri ilə
müqayisə edilə bilər. Burada estetik hislərin hansısa barışmazlığının mövcud olmasını
da inkar etmək olmaz, belə olmasaydı müsəlman incəsənəti, baxmayaraq ki, o da
avropanınkı kimi yadelli mədəniyyət sayılır, yarımadanın bütün ərazisində
yamsılanmazdı. Hətta o yerlərdə ki, müsəlmanlar heç vaxt hökmranlıq etməmişdilər,
nadir hallarda məbədlərə rast gəlmək olardı ki, özündə bəzi ərəb ornamentlərini əks
etdirməsin. Şübhəsiz ki, uzaq Kanişka çarları
7
dövründə olduğu kimi, indiki zamanda
da biz əcnəbi hakimiyyətlərinin əzəmətinə heyran qalan Qvaliordan
8
olan racələrin,
özlərinə yunan-latın stilində saraylar tikdirdiklərini görürük. Lakin Kanişka zamanında
olduğu kimi, bu cür qalaq-qalaq rəsmi incəsənət nümunələri indiki vaxtın özündə də
yerli əhaliyə hər hansı bir təsir göstərmir.
Beləliklə, yunan və hind incəsənəti heç vaxt indiki dövrdə olduğu qədər bir-biri
ilə yanaşı mövcud olmayıblar, lakin heç vaxt bir-birlərinə təsir də edə bilməyiblər.
Təmiz hind abidələrinə gəldikdə, onların arasında bir dənəsini də tapa bilməzsən ki,
ümumən və ya müəyyən elementlərinə görə yunan abidələri ilə ən uzaq bir oxşarlığa
belə, malik olsun.
Yunan incəsənətinin Hindistana yayılmasının gücsüzlüyü çox heyrətamizdir və
bunu yəqin ki, Hindistanın lap əvvəldən yad incəsənətləri mənimsəmək qabiliyyətinə
malik olmaması ilə deyil, qeyd etdiyimiz iki irqin ruhları arasında olan barışmazlıqla
downloaded from KitabYurdu.org
əlaqələndirmək olar. Belə ki, öz ruhi xüsusiyyətləri ilə uyğun gələn incəsənətləri o,
nəinki mənimsəməyə, hətta dəyişdirməyə belə, əla nail ola bilib.
Toplamağa nail olduğumuz arxeoloji sənədlər təsdiq edir ki, Hindistan öz
incəsənətinin başlanğıcını həqiqətən də İranda axtarıb, lakin yüngülcə ellinləşmiş
Ərşakilər dövrünün İranında deyil, qədim Assuriya və Misir sivilizasiyalarının əcdadı
olan İranda. Məlumdur ki, miladdan əvvəl 330-cu ildə İsgəndər tərəfindən
Əhəmənilər sülaləsinin varlığına son qoyulanda, farslar artıq iki əsr idi ki, parlaq
sivilizasiyaya malik idilər. Əlbəttə, onlar hansısa yeni incəsənət düsturu
tapmamışdılar, lakin Misir və assurlardan irsən mənimsədikləri incəsənət
qarışığından onlar əla əsərlər yaratmışdılar. Biz onlar haqqında bu günümüzə qədər
qorunub saxlanılmış Persopolis xarabalıqlarına istinadən mühakimə yürüdə bilirik.
Orada Misir pilonları, Assuriya qanadlı öküzləri və hətta bəzi yunan elementləri
göstərir ki, Asiyanın bu məhdud vilayətində əvvəlki bütün böyük sivilizasiyalar qovuşa
bilmişlər.
Hindistan İrana nələrisə götürməyə gəlmişdi və əslində oradan Xaldey və Misir
incəsənətini apara bildi, halbuki farslar elə yenicə özləri mənimsəmişdilər.
Hindistan abidələrini öyrənmək bizə, mövcudluqları üçün onların nəyə borclu
olduqlarını bilməyə imkan verir, lakin bunu təsdiq etmək üçün ən qədim abidələrə
müraciət etmək lazım gəlir: hind ruhu o dərəcədə orijinaldır ki, alınma şeylərin onun
anlayışına uyğunlaşması üçün çox böyük dəyişikliklərə məruz qalmalıdır, hansı ki,
dəyişiklikdən sonra tanınmaz dərəcədə başqalaşır.
Görəsən, Yunanıstandan incəsənətlə bağlı nələrisə mənimsəməyə bu qədər qabil
olmayan Hindistan, niyə həmin şeyləri farslardan götürməyə bu dərəcədə nail ola
bilib? Çox güman ki, fars incəsənəti onun ruhi xüsusiyyətlərinə daha çox münasib
gəlirdi, yunanlarınkı isə heç cür uyuşmurdu. Sadə formalı, səthi cüzi naxışlarla
örtülmüş yunan abidələri hind ruhunun zövqünə uyğun gələ bilməzdi, eyni zamanda
nəfis formalı, bol bəzəkli, naxışlarla zəngin fars abidələri onu heyran qoymaya
bilməzdi.
Bununla belə, yalnız eramızdan əvvəlki uzaq dövrü, Misir və Assuriya
incəsənətini təmsil edən İran, öz mədəniyyəti ilə Hindistana təsir göstərə bilmişdir.
Bir çox əsrlər sonra yarımadada müsəlmanlar peyda oldu, onların sivilizasiyası
İrandan keçib gəldiyindən, özünə fars elementlərini hopdurmuşdu; onların
Hindistana gətirdikləri başlıca olaraq hələ də Əhəməni çarları tərəfindən davam
etdirilən özündə qədim assuriya ənənələrinin izlərini daşıyan fars incəsənəti idi.
Nəhəng məscid darvazaları, xüsusilə də onların divarlarını örtən rəngli kərpiclər –
Xaldey-Assuriya sivilizasiyasının əlamətləri idi. Bu incəsənəti Hindistan mənimsəyə
bildi, çünki bu, onun irqinin ruhu ilə uyuşurdu, eyni zamanda qədim yunan və müasir
Avropa incəsənəti hiss və düşüncə qabiliyyətinə tamamilə zidd gəldiyindən, daim ona
təsirsiz qalıb.
Beləliklə, arxeoloqların hələ də təsdiq etməyə çalışdıqları kimi Hindistan
Yunanıstana deyil, İranın vasitəçiliyilə Misir və Assuriyaya birləşir. Hindistan
Yunanıstandan heç nə əxz etməyib, lakin onların ikisi də bir mənbədən – Misir və
Xaldey xalqlarının əsrlər boyu yaratdıqları, bütün sivilizasiyaların təməli hesab olunan
ümumi xəzinədən bəhrələnmişlər.
downloaded from KitabYurdu.org
Yunanıstan bunu finikiyalıların və Kiçik Asiya xalqlarının vasitəçiliyi ala bilib;
Hindistan isə İranın vasitəçiliyi ilə. Beləliklə, yunan və hind sivilizasiyaları ümumi
mənbədən təşəkkül tapmışlar. Amma bu iki ölkədə həmin mənbədən başlanğıc
götürmüş axın çox tezliklə, irqlərin ruhuna uyğun olaraq bir-birindən ayrılmışdır.
Lakin artıq söylədiyimiz kimi, əgər incəsənət irqin ruhi xüsusiyyətləri ilə sıx
əlaqədədirsə və əgər bu əsasda eyni incəsənət bir-birinə bənzəməyən irqlər
tərəfindən mənimsənilibsə, həmin andaca tamamilə fərqli formalar alır. Biz belə halla
olduqca rəngarəng irqlərlə məskunlaşmış Hindistanda rastlaşırıq, eyni inanca sahib
olmalarına baxmayaraq, tamamilə bir-birindən fərqli incəsənətlər, cüzi də olsa bir-
birinə bənzəməyən memarlıq üslubları.
Müxtəlif vilayətlərdəki abidələrin tədqiqi də, həqiqətən hansı dərəcədə, məhz
belə olduğunu təsdiq edir. Abidələr arasında fərqlər o dərəcədə dərindir ki, onları
inşa edən, mənsub olduqları xalqlara uyğun yalnız ölkələr, irqlər üzrə təsnifləşdirə
bilərik, dinə görə yox. Eyni dinə sitayiş edən, eyni dövrdə yaşayan xalqlar tərəfindən
Hindistanın cənubunda və şimalında inşa edilən abidələr arasında heç bir oxşarlıq
yoxdur. Hətta müsəlmanların hökmranlığı dövründə, Hindistanda tam siyasi birlik var
idi, müxtəlif vilayətlərdə tikilən təmiz müsəlman abidələri bir-birindən çox
fərqlənirdi. Əhmədabad, Lahor, Aqra, Bijapurdakı məscidlər baxmayaraq ki, eyni
kulta həsr olunublar, hətta İntibah dövrünün qotik mərhələsinə aid abidələri
arasındakı əlaqədən də zəif qohumluq bağına malikdilər.
Hindistanda irqdən irqə təkcə memarlıq fərqlənmir, müxtəlif sahələrdə, təsvir
edilmiş tipə, ələlxüsus də onların ötürülməsi dövrünə uyğun heykəltəraşlıq da
müxtəlifləşir. Sançinin barelyefi və heykəlini demək olar ki, eyni dövrdə hazırlanmış
Rarutanın barelyefi və heykəli ilə müqayisə edəndə, fərqləri həmən aşkar görmək
mümkündür. Oris əyalətindən olan barelyef və heykəlləri Byundelkundan olan
barelyef və heykəllərlə və yaxud Misorun heykəllərini Cənubi Hindistanın budda
məbədlərindəki böyük heykəllərlə müqayisə edəndə, həmin fərqlər daha qabarıq
nəzərə çarpır. İrqlərin təsiri hər yerdə özünü büruzə verir.
Yeri gəlmişkən, həmin fərqlər kiçik bədii əşyalarda da özünü göstərir: hər kəsə
məlumdur ki, Hindistanın müxtəlif hissələrində onlar öz aralarında nə qədər
fərqlidirlər. Amma Misorda hazırlanmış oyma naxışlı taxta sandıqçanı eyni, amma
Quzrada hazırlanmış, naxışlarla bəzədilmiş sandıqçadan və ya Oris sahillərində
hazırlanmış qiymətli əşyanı Bombey sahillərində hazırlanmış qiymətli əşyadan
ayırmaq üçün çox təcrübəli gözlər lazımdır.
Şübhəsiz ki, Hindistan memarlığı, bütün şərq xalqlarında olduğu kimi dini
memarlıqdır; lakin dini təsir nə qədər böyük olsa da, ələlxüsus Şərqdə, buna
baxmayaraq, irqin təsiri daha əhəmiyyətlidir.
Bu, xalqların taleyini idarə edən irqi ruh, həmçinin onların inanclarını,
təsisatlarını və incəsənətlərini də idarə edir; sivilizasiyanın hansı elementini tədqiq
etsək, onda bunu tapa bilərik. O – yeganə gücdür, digər heç bir qüvvə bunun
öhdəsindən gələ bilməz. O, özündə minlərlə nəslin ağırlığını, düşüncələrinin sintezini
daşıyır.
downloaded from KitabYurdu.org
1 abolisionizm – hər hansı bir qanunun ləğvinə çalışan ictimai hərəkat
2 600 nəfərdən ibarət qoşun dəstələri
3 naxışlı sütun
4 qədim Yunanıstanın bir vilayətinin adı
5 qədim Yunanıstanda vilayət
6 memarlıqda sütun başlığı
7 Kuşan çarlığı 78-123-cü illər
8 Madhay-Pradeş ştatında şəhər
Dostları ilə paylaş: |