Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix02.01.2022
ölçüsü1,32 Mb.
#46812
1   2   3   4   5   6   7   8   9   10   11
2 5339228155242613073

Birinci bölmə
KÜTLƏNİN RUHU
I fəsil
KÜTLƏNİN ÜMUMİ XARAKTERİSTİKASI. ONUN RUHİ BİRLİYİNİN PSİXOLOJİ
QANUNU
Psixoloji nöqteyi-nəzərdən kütləni təşkil edən nədir?
–Çoxsaylı fərdlərin bir araya toplanması kütlənin yaranması üçün kifayət deyil. –
İlahiləşdirilmiş kütlənin xüsusi xarakteri. – Kütləni təşkil edən fərdlərin ideya və
hislərinin təsbit edilməsi və şəxsiyyət olaraq özlərinin arxa plana keçməsi. – Kütlədə
həmişə qeyri-iradilik üstünlük təşkil edir. – Beyin yarımkürələrinin fəaliyyətinin
dayanması və onurğa beyninin üstünlük təşkil etməsi. – Əqli qabiliyyətlərin zəifləməsi
və hislərin tamamilə dəyişməsi. – Birlikdə kütləni təşkil edən dəyişilən hislər ayrı-ayrı
fərdlərə xas hislərdən, pis və yaxud yaxşı ola bilər. – Kütlə çox asan cinayətkar ola
bildiyi kimi, çox asan da qəhrəman ola bilir.
Milliyyətindən, peşəsindən və cinsindən həmin yığıncağın təsadüfənmi və ya
başqa səbəbdənmi yığışmasından asılı olmayaraq, “kütlə” sözü altında adi mənada
fərdlərin yığıncağı başa düşülür. Lakin psixoloji nöqteyi-nəzərdən həmin söz artıq
tamamilə başqa məna alır. Məlum şəraitdə – həm də yalnız belə şəraitdə – adamların
yığıncağı, onun heyətinə daxil olan ayrı-ayrı fərdlərinkindən fərqlənən tamamilə yeni
xüsusiyyət alır. Şüurlu şəxsiyyət yoxa çıxır, həm də hər bir fərdin hiss və ideyaları,
kütlə adlandırılan bir küll təşkil edən vahid eyni istiqamətə yönəlir. Əlbəttə,
müvəqqəti xarakter daşıyan və lakin olduqca müəyyən əlamətlər alan kollektiv ruh
təşəkkül tapır. Yığıncaq, belə hallarda, onu daha dolğun ifadə etməli olsam, vahid
varlığı təşkil edən və kütlənin ruhən birliyi qanununa tabe olan, təşkil olunmuş kütlə
və yaxud ilahiləşdirilmiş kütlə olur.
Heç şübhəsiz, çoxlu fərdlərin təsadüfən bir yerdə olması faktı kütlənin təşkil
olunmuş izdiham xarakteri alması üçün kifayət deyil; bunun üçün bəzi hərəkətverici
təsirlər gərəkdir və onların təbiətini müəyyən etməyə cəhd edəcəyik.
Şəxsiyyətin fərd olaraq arxa plana keçməsi və hiss və düşüncələrin məlum
istiqamətə səmt götürməsi – təşkilatlanmağa yol alan kütləni xarakterizə edən
başlıca əlamətlərdir – bir neçə fərdin hökmən və eyni zamanda bir yerdə olmasını
tələb etmir. Bir-birindən məsafəcə müxtəlif yerlərdə olan minlərlə fərdlərin məlum
anda eyni vaxtda bəzi güclü emosiyaların və ya hansısa böyük milli hadisənin təsiri
altında ilahiləşdirilmiş kütlənin bütün əlamətlərini əldə edə bilər. Hər hansı təsadüfi
bir hadisənin bu fərdləri bir araya gətirməsi yetərlidir ki, onların bütün hərəkətləri və
əməlləri kütlə xarakteri alsın. Məlum anlarda ruhlandırılmış kütləni yaratmaq üçün
hətta altı nəfər də kifayət edir, eyni zamanda başqa vaxtlarda, lazımi şərtlərin
downloaded from KitabYurdu.org


yoxluğunda yüzlərlə adam bir yerə toplaşsa da, oxşar kütləni yarada bilməz. Digər
tərəfdən, yığıncağı müvafiq mənada təsəvvür etmədən belə, bəzən məlum təsirlərin
altında bütöv bir xalq kütləyə çevrilə bilər. İlhamlanmış kütlə yarandıqdan sonra
müvəqqəti, lakin tamamilə aşkar görünən ümumi əlamətlər almağa başlayır. Bu
ümumi əlamətlərə, kütləni təşkil edənlərin və öz növbəsində onun ruhi tərkibini
dəyişdirməyi bacaran elementləri ilə müvafiq xüsusi elementlər də qoşulur.
Ruhlanmış kütlə məlum təsnifata məruz qala bilər. Sonra biz görürük ki, müxtəlif
növlü elementlərdən təşkil olunmuş müxtəlif formalı kütlə, az və ya çox dərəcədə
qohum elementlərdən (sekta, kasta və siniflər) təşkil olunub, yekcins kütlə ilə bir çox
oxşar, ümumi cizgilərə malikdir. Amma bu ümumi cizgilərlə yanaşı kəskin çıxış edən
xüsusiyyətlər də var ki, kütlənin hər iki növünü fərqləndirməyə imkan verir.
Kütlənin fərqli kateqoriyaları haqqında söz açmazdan öncə onun ümumi
cizgilərini öyrənməliyik və bir ailədə yaşayan bütün fərdlərdə mövcud olan ümumi
əlamətləri qeyd etməkdən başlayan və yalnız bundan sonra həmin ailənin növ və
cinsini fərqləndirməyə imkan verən hissələrə keçid edən bir naturalist kimi fəaliyyət
göstərməliyik.
Kütlənin ruhunu dəqiqliyi ilə təsvir etmək asan deyil, çünki onun təşkil olunması
yalnız irqə və yığıncağın tərkibinə uyğun olaraq dəyişmir, həm də bu yığıncağın tabe
olduğu təbiətə və onu həyəcanlandıran gücə müvafiq dəyişir. Yeri gəlmişkən, biz
ayrıca götürülmüş fərdi psixoloji cəhətdən öyrənməyə başlayarkən də belə bir
çətinliklə qarşılaşırıq. Ayrı-ayrı şəxslərin xarakterləri bütün ömrü boyu yalnız
romanlarda dəyişilməz qalır; əslində isə mühitin yekrəngliyi xarakterlərin yalnız
yekcinsliyi görüntüsünü yaradır. Başqa bir yerdə artıq qeyd etmişdim ki, hər bir
mənəvi təşkilat özündə xarakterin müəyyən təmayüllərini daşıyır, ətraf mühitdə qəfil
dəyişiklik baş verən kimi, onlar həmin anda öz mövcudluqlarını büruzə verirlər.
Məsələn, Konventin ən sərt üzvləri arasında tamamilə zərərsiz burjua nümayəndələri
var idi ki, adı şəraitdə çox yəqin ki, onlar notarius və yaxud hakim vəzifəsi tutaraq,
sadə, sakit vətəndaşlar kimi çalışardılar. Təhlükə sovuşan kimi, onlar yenidən normal,
sakit, burjua həyatlarına döndülər və Napoleon da özünə itaətkar qulluqçuları məhz
onların arasından tapa bildi.
Burada kütlənin təşkil olunmasının bütün dərəcələrini öyrənmək imkanı
olmadığından, daha çox artıq təşkil olunmuş kütləni öyrənməklə kifayətlənəcəyik.
Beləliklə, bu izahdan yalnız kütlə necə ola bilər, bu görünəcək, onun həmişə necə
olduğu yox. Yalnız kütlənin təşkilinin son fazasında irqin dəyişilməz və üstünlük təşkil
edən başlıca əlamətləri arasında yeni, xüsusi cizgiləri seçilməyə başlayır, hislərin və
düşüncələrin bir, eyni istiqamətə yönlənməsi baş verir və yalnız o vaxt yuxarıda
xatırlatdığımız kütlənin ruhi birliyini təmin edən psixoloji qanun öz gücünü aşkar edir.
Kütlənin xarakterinin bəzi psixoloji əlamətləri ayrı-ayrı fərdlərdə olduğu kimi
ümumidir; digərləri isə əksinə, yalnız tək ona xasdır və yalnız yığıncaqlarda rast
gəlinir. Biz onların mühüm əhəmiyyətini daha yaxşı aydınlaşdırmaqdan ötrü hər
şeydən əvvəl məhz həmin xüsusi əlamətlərə diqqət yetiririk.
Ruhlanmış kütlədə müşahidə olunan ən fövqəladə fakt aşağıdakıdır; təşkil edən
fərdlərin kimliyi, onların həyat obrazı, məşğulluğu, xarakter və ağlının necəliyindən
asılı olmayaraq, yalnız izdiham halını alması kifayətdir ki, onlarda hər birinin ayrılıqda
downloaded from KitabYurdu.org


hiss etdiklərindən və davrandıqlarından tamamilə fərqli hiss etməyə və davranmağa
məcbur edə bilən, bir növ, kollektiv ruh meydana gəlsin. Elə ideyalar və hislər də var
ki, yalnız kütləni təşkil edən fərdlərdə yaranır və onların fəaliyyətində özünü göstərir.
Ruhlanmış kütlə özlüyündə, müxtəlif növlü elementlərdən təşəkkül tapan və ani
olaraq bir yerə cəmlənmiş, lap canlı orqanizmin tərkibinə daxil olan və sonra həmin
birləşməni yeni canlıya çevirən, hər bir hüceyrənin ayrılıqda malik olduğundan fərqli
xüsusiyyətlərə malik hüceyrələrin birləşdiyi müvəqqəti orqanizmi xatırladır.
Herbert Spenser kimi fərasətli filosofda rast gəlinən və təəccübümüzə səbəb
olan fikrinin əksi olaraq kütləni yaradan aqreqatda nə dəyər, nə də tərkibinə daxil
olan elementlərin orta həddi olur. Lakin həmin elementlərin kombinasiyası və yeni
xüsusiyyətlərinin təşəkkülü, kimyada baş verən bəzi elementlərin birləşməsi zamanı
meydana çıxan əsas və turşularda olduğu kimi gedir. Məsələn, yeni vücudun
yaranması zamanı, tamamilə başqa xüsusiyyətlərə malik, təşəkkülünə xidmət edən
elementlərə malik olur.
Təcrid olunmuş fərdin, izdihamda olan fərddən nə qədər fərqləndiyini müşahidə
etmək elə də çətinlik doğurmur, lakin həmin fərqin səbəblərini müəyyən etmək
bundan qat-qat çətindir. Həmin səbəbləri özümüz üçün müəyyən qədər
aydınlaşdırmaqdan ötrü biz müasir psixologiyanın müddəalarından birini
xatırlamalıyıq, məhz onu ki, qeyri-iradilik təkcə orqanik həyatda deyil, həm də ağlın
göndərişlərində əhəmiyyətli rol oynayır. Düşüncəli həyat, qeyri-iradi həyatla
müqayisədə çox kiçik hissəni təşkil edir. Ən həssas analitik, ən bəsirətli müşahidəçi
belə itaət etdiyi qeyri-iradi mühərriklərin çox az sayını ayırd edə bilir. Bizim şüurlu
hərəkətlərimiz, ələlxüsus, irsiyyətin təsirləri altında yaradılmış qeyri-iradilik
substratından qidalanır. Həmin substrat irqin ruhunu təşkil edən saysız-hesabsız irsi
qalıqlardan ibarətdir. Hərəkətlərimizi idarə edən, tərəfimizdən açıq etiraf olunan
səbəblərlə yanaşı, gizli səbəblər də mövcuddur, biz onları etiraf etmirik, lakin həmin
gizli səbəblərin arxasında daha sirliləri də var, çünki onlar özümüzə də məlum deyil.
Gündəlik hərəkətlərimizin əksəriyyəti müşahidələrimizdən yayınan gizli mühərriklərin
təhriki ilə baş verir.
Məhz irqin ruhunu yaradan qeyri-iradiliyin elementləri, bir-birindən başlıca
olaraq şüurlu elementlərə görə fərqlənən həmin irqin fərdləri arasındakı oxşarlığın
səbəbini təşkil edirlər – belə ki, onlar tərbiyənin bəhrəsi və yaxud müstəsna olaraq
irsiyyətin nəticəsi kimi ortaya çıxır. Şüurluluq səviyyəsinə görə bir-birinə tamamilə
bənzəməyən adamlar, oxşar ehtiraslar, instinktlər və hislərə malik ola bilirlər; hislər,
din, siyasət, əxlaq, bağlılıq və antipatiya və s. gəldikdə, ən görkəmli adamlar belə, adi
fərdlərin səviyyəsindən çox nadir hallarda üstün ola bilirlər. Məşhur riyaziyyatçı ilə
çəkməçi arasında intellektual həyat nöqteyi-nəzərindən böyük uçurum mövcud ola
bilər, amma xarakter baxımından aralarında çox vaxt heç bir fərq olmur və ya çox
kiçik fərq ola bilir.
Qeyri-iradiliyin idarə etdiyi və irqin normal fərdlərinin əksəriyyətində demək olar
ki, eyni dərəcədə mövcud olan xarakterin bu ümumi keyfiyyətləri, izdiham zamanı bir
yerə toplanır. Kollektiv ehtirasda fərdlərin intellektual qabiliyyətləri və nəticə
etibarilə, onların fərdiliyi yoxa çıxır; müxtəliflik öz yerini yekcinsliyə verir və qeyri-
iradi keyfiyyətlər üstünlük təşkil edir. İzdiham zamanı üzə çıxan məhz, bu cür
downloaded from KitabYurdu.org


gözəçarpmayan keyfiyyət birləşmələri, əzəmətli ağlın tələb etdiyini kütlə tərəfindən
həmişə niyə yerinə yetirilməməsini bizə izah edir. Müxtəlif peşə sahələrini təmsil
edən hətta ən görkəmli adamların toplaşdığı yığıncağın ümumi maraqlar üzrə qəbul
etdiyi qərar, sarsaqların yığıncağında qəbul olunmuş qərardan elə də çox fərqlənmir,
çünki hər iki halda heç də hansısa ən möhtəşəm keyfiyyətlər birləşmir, yalnız hamıda
rast gəlinən adi keyfiyyətlər birləşir. İzdihamda ağıl deyil, yalnız səfehliklər toplana
bilər. Çox vaxt deyildiyi kimi, “bütün dünya” heç vaxt Volterdən ağıllı ola bilməz,
əksinə, Volter demək olar ki, “bütün dünyadan” ağıllı ola bilər, əgər həmin söz altında
kütlə nəzərdə tutulursa.
Əgər izdihamdakı fərdlər hər birinin sahib olduğu, yalnız adi keyfiyyətlərin
birləşməsi ilə kifayətlənsəydilər, onda biz orta həcmi alardıq, heç də yeni cizgilərin
formalaşmasını deyil. Bəs həmin yeni cizgilər hansı yolla ortaya çıxır? Bax, həmin
məsələ ilə indi məşğul olacağıq.
Kütlə üçün xarakterik olan və onun tərkibinə daxil olan ayrı-ayrı fərdlərdə rast
gəlinməyən bu yeni, xüsusi cizgilərin yaranması, müxtəlif səbəblərlə şərtlənir.
Bunlardan birincisi ondan ibarətdir ki, yalnız say çoxluğu sayəsində fərd izdihamda
qarşısıalınmaz gücü dərk edir və həmin hiss tək olduğu zaman həmin hissə heç vaxt
qol-qanad açmağa ixtiyar vermədiyi halda, kütlə arasında belə instinktlərin təsiri
altına düşür. İzdihamda isə o, həmin instinktləri cilovlamağa az meyllidir, çünki kütlə
anonimdir və heç bir məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə bundan
qoruyan məsuliyyət hissi, izdihamda tamamilə yoxa çıxır.
İkinci səbəb də – sirayətedicilik və ya keçicilikdir – həmçinin kütlədə xüsusi
xassələr yaradır və onların istiqamətini müəyyənləşdirir. Keçicilik elə bir haldır ki, onu
müəyyən etmək çox asandır, amma izah etmək yox; onu indi söz açmağa
hazırlaşdığımız hipnotik hadisələr kateqoriyasına aid etmək lazımdır. İzdihamda hər
cür hiss hər cür hərəkət sirayətedicidir, özü də o dərəcədə ki, fərd şəxsi maraqlarını
çox asanlıqla kollektiv maraqlara qurban verir. Amma bu cür davranış insan təbiətinə
ziddir və insan buna yalnız özünü kütlənin bir hissəsi hiss edərkən qabil olur.
Üçüncü səbəb, həm də ən başlıcası, izdiham zamanı fərdlərdə bu cür xüsusi
xassələrin yaranmasını şərtləndirən, təcrid olunduqları zaman rast gəlinməyən – bu,
təlqinə həssaslıqdır; indi söz açdığımız sirayətedicilik, yalnız həmin həssaslığın
nəticələrinə xidmət edir. Bu halı başa düşmək üçün fiziologiya sahəsində olan bəzi
yeni kəşfləri xatırlamaq lazımdır. Biz indi bilirik ki, fərdi, müxtəlif vasitələrlə elə bir
vəziyyətə gətirib çıxarmaq olur ki, onda dərkedilən şəxsiyyət yoxa çıxır və o, özünü
belə vəziyyətə düşməyə məcbur edən şəxsin bütün təlqinlərinə tabe olur, çox vaxt öz
şəxsi xarakteri və vərdişlərinə tamamilə zidd olan, əmrlərinə uyğun hərəkət edir.
Müşahidələr isə göstərir ki, fəaliyyət göstərən kütlə arasında müəyyən vaxt ərzində
olan fərd, bu izdiham axınının və yaxud bəlli olmayan digər səbəblərin təsiri altında
çox tezliklə elə bir vəziyyətə düşür ki, hipnoz altında olan subyekti xatırladır. Öz
dərkolunan şüurlu həyatının iflic olması səbəbindən həmin subyekt, onurğa beyninin
fəaliyyətinin qeyri-iradi quluna çevrilir, hansı ki, hipnozçu öz iradəsinə uyğun idarə
edir. Hipnoz altında olan insanda dərkolunan şəxsiyyət tamamilə yoxa çıxır, eləcə də
iradə və idrak və bütün hislər və düşüncələr hipnozçunun iradəsi ilə yönləndirilir.
downloaded from KitabYurdu.org


İlahiləşdirilmiş kütlənin zərrəsini təşkil edən fərdin vəziyyəti təxminən belə olur.
Artıq öz əməllərini dərk etmir və hipnoz altında olan şəxsdə olduğu kimi onda da bəzi
qabiliyyətlər yoxa çıxır, digərləri isə ən son həddə qədər gərginləşir. Təlqinin təsiri
altında belə subyekt məlum əməlləri qarşısıalınmaz cəldliklə həyata keçirəcək;
izdihamda isə həmin qarşısıalınmaz cəldlik daha böyük qüvvə kimi üzə çıxır, çünki
təlqin hamı üçün eynidir və qarşılıqlı yolla genişlənir. Bu təlqinə qarşı durmağa kifayət
edəcək qədər fərdi gücə malik insanlar, izdihamda çox az sayda olur və həmin
səbəbdən onlar axına qarşı mübarizə aparmaq iqtidarında olmurlar.
Onların edə biləcəyi yeganə şey – hansısa yeni təlqin vasitəsilə kütlənin başını
qata bilmələri ola bilər. Məsələn, uğurlu bir söz, hansısa obraz, yeri gəlmişkən,
kütlənin özü tərəfindən xəyala gətirilmiş, izdihamın diqqətini bəzən ən qəddar
əməllərdən yayındıra bilər.
Beləliklə, dərkedən şəxsiyyətin yoxa çıxması, qeyri-iradi şəxsiyyətin üstünlük
qazanması, təlqin yolu ilə müəyyən edilən hiss və ideyaların oxşar istiqamətidir və
təlqin edilən ideyaların dərhal həyata keçirilməsinə cəhddir – bax, fərdi, izdihamda
xarakterizə edən başlıca cizgilər bunlardır. O, artıq öz-özünü idarə edə bilmir və öz
iradəsi mövcud olmadığından, bir növ avtomatlaşır.
Bu minvalla, təşkil olunmuş izdihamın zərrəsinə çevrilən insan sivilizasiya
pilləkənində bir neçə pillə aşağı enir. Təcrid olunmuş vəziyyətdə o, mədəni insan da
ola bilərdi; izdihamda isə – o, barbardır, yəni instinktiv canlıdır. Onda özbaşınalığa,
azğınlığa, şiddətə meyillilik üzə çıxır, amma eyni zamanda, ibtidai insanlara xas olan
ruh yüksəkliyi və qəhrəmanlığa da, bu oxşarlıq həm də o səbəbdən daha da güclənir
ki, təcrid olunmuş vəziyyətdə ona heç bir təsir göstərməyən şeylər, izdihamda fərqli
təsirə malik olur, insan kütlə içərisində sözlərə və təsəvvürlərə çox asanlıqla tabe olur
və öz maraqlarına və vərdişlərinə aşkar zidd olan əməlləri törədir. Fərd izdihamda –
küləyin qaldırıb apardığı çoxlu zərrəciklər içərisində bir zərrəcikdir. Kütlənin məhz, bu
xüsusiyyəti sayəsində biz növbəti dəfə andlıların çıxardığı hökmü müşahidə etmiş
oluruq, onlardan hər biri ayrılıqda heç vaxt belə hökmü bəyan etməzdi; biz görürük
ki, parlament yığıncağı elə tədbirlərə və qanunlara razılıq verir ki, ayrılıqda həmin
parlament üzvlərinin hər biri onları pisləyərdi. Konvent üzvlərinin hər biri ayrılıqda
götürdükdə, sülhpərvər vərdişlərə malik maarifçi burjua nümayəndələri idi. Lakin
kütlə halında birləşdikdən sonra, onlar heç bir tərəddüdə yol vermədən elə şiddətli
təkliflər verib və gilyotinin bıçağı ağzına tamamilə günahsız adamları göndərirdilər ki;
əlavə olaraq, öz şəxsi maraqları əleyhinə gedərək, öz toxunulmazlıq hüquqlarından
imtina etdilər və beləliklə, özlərini də cəzalandırdılar.
Özü-özündən təcrid olunmuş vəziyyətdə olan fərd izdihamda yalnız əməlləri ilə
fərqlənmir. Hər cür sərbəstliyi itirməzdən öncə onun ideya və hislərində dəyişikliklər
baş verməlidir və o dərəcədə köklü dəyişikliklər ki, bu onu qənaətcildən israfçıya,
skeptikdən – dindara, təmiz insandan – cinayətkara, qorxaqdan – qəhrəmana çevirir.
1789-cu ilin məşhur 4 avqust gecəsi aristokratiya ruh yüksəkliyinin təsiri altında öz
imtiyazlarının ləğv edilməsinə səs vermişdi, amma belə bir səsvermə ayrılıqda
keçirilsəydi, onların heç biri təklikdə buna səs verməzdi.
Yuxarıda söylənilənlərdən belə nəticə çıxır ki, kütlə intellektuallıq baxımından
həmişə təcrid olunmuş fərddən aşağıda dayanır, ancaq hislər və əməllər nöqteyi-
downloaded from KitabYurdu.org


nəzərindən, həmin hislərin təsiri altında şəraitdən asılı olaraq o, yaxşı və yaxud pis ola
bilər. Hər şey ondan, kütlənin hansı təlqinə itaət etməsindən asılıdır. Kütləni tək
cinayətkarlıq nöqteyi-nəzərdən tədqiq etmiş bütün yazıçılar, məhz, həmin şəraiti
tamamilə diqqətdən qaçırmışlar. Kütlə əksər vaxtlarda cinayətkar olur – bu
həqiqətdir, lakin çox vaxt həm də rəşadətli olur. Kütlə hansısa inanclar və ya ideyalar
naminə ölümə də gedər; izdihamda ruh yüksəkliyi oyadıb, onu şərəf və vicdan
naminə acqarına və əliyalın, xaç yürüşlərində olduğu kimi, müqəddəs məzar kilsəsini
kafirlərin əlindən xilas etməyə və yaxud 93-cü ildə olduğu kimi doğma torpaqları azad
etməyə məcbur etmək olar. Bu qəhrəmanlıqdır, əlbəttə, bir qədər qeyri-iradi ortaya
çıxır, amma məhz elə onun köməyi ilə tarix baş verir. Əgər xalqların hesabına yalnız
soyuqqanlılıqla düşünülmüş böyük işlər diqqətə alınsaydı, onda dünya siyahısında
belə işlərin sayı elə də çox olmazdı.
II fəsil
KÜTLƏNİN HİSSLƏRİ VƏ ƏXLAQI
1. Kütlənin impulsivliyi, səbatsızlığı və əsəbiliyi.
– İzdihamın itaətkarlıq göstərdiyi impulslar, o qədər güclüdür ki, şəxsi maraqları belə
aradan qaldırmaq iqtidarındadır. – Kütlə heç vaxt bilərəkdən hərəkət etmir.
2. Kütlənin təlqinə qarşı elastikliyi və sadədilliyi. İzdihamda alimlə ağılsızın
arasındakı fərqin yoxa çıxması. – Kütlənin ifadəsinə inamsızlıq. – Çoxsaylı şahid
ifadələrindəki yekdillik, hansısa bir faktın təsdiqi üçün daha az uyğun gəlir. – Tarixi
əsərlərin az dəyərliliyi.
3. Kütlənin hislərinin mübaliğəsi və səthiliyi.
4. Kütlənin dözümsüzlüyü, nüfuzu və mühafizəkarlığı.
– Kütlədə keçici inqilabi instinktlərin baş qaldırması, onun mühafizəkar olmasına
maneçilik törətmir.
5. Kütlənin əxlaqı. – Ayrı-ayrı fərdlərin əməllərində istisnasız olaraq, məhz, şəxsi
maraqları çox vaxt mühərrik kimi xidmət göstərsə də, kütlə nadir hallarda şəxsi
maraqları rəhbər tutur.
– Kütlənin nəsihətverici rolu.
Kütlənin başlıca xüsusiyyətlərinin ümumi cizgilərdə göstərdikdən sonra, onları
daha ətraflı izahına keçək.
Kütləni xarakterizə edən xüsusi xassələrin arasında, məsələn, biz bunları görürük:
impulsivlik, əsəbilik, düşünmək qabiliyyətsizliyi, mühakimə və tənqidin yoxluğu,
şişirdilmiş hissiyyat və sair. Bu təkamülün aşağı formalarına aid edilən canlılarda
müşahidə edilir, bir növ: qadınlarda, vəhşilərdə və uşaqlarda. Bu antologiyaya,
baxmayaraq, mən ona ötəri toxunuram, belə ki, əgər onu sübut etmək istəsəydim,
onda bu işin hüdudlarını pozmuş olardım. Yenə də bu, ibtidai insan psixologiyasından
xəbərdar olan adamlardan ötrü faydasız ola bilərdi, eyni zamanda bundan xəbərsiz
olanlar üçün isə həmin dəlillər, bütün hallarda kifayət qədər inandırıcı olmayacaqdı.
downloaded from KitabYurdu.org


İndi isə izdihamda əksər hallarda müşahidə edilən müxtəlif xassələrin ardıcıllıqla
izahına keçirəm.
1. KÜTLƏNİN İMPULSİVLİYİ, SƏBATSIZLIĞI VƏ ƏSƏBİLİYİ
Kütlənin başlıca xassələrini öyrənərkən, göstərmişdik ki, onlar demək olar ki,
bütünlüklə qeyri-iradi idarə olunur. Onun fəaliyyəti baş beyindən daha çox, onurğa
beyninə tabe olur və bu baxımdan onlar tamamilə ibtidai canlılara yaxınlaşırlar.
İzdihamın həyata keçirdiyi əməllər özlüyündə mükəmməl ola bilər, lakin onları şüur
idarə etmədiyindən fərd izdihamda təsadüflərə uyğun hərəkət edir. Kütlə bütün
zahiri ehtiraslara oyuncaq kimi xidmət edir və həmin dəyişikliklərin hamısını əks
etdirir; nəticə etibarilə o, aldığı impulslara kölə kimi itaətkarlıq göstərir. Ayrılıqda
götürülmüş fərd də izdihamda həmin ehtirasların təsirinə məruz qala bilər, lakin
kütlədən təcrid halında o, artıq mühakimələrinə tabe olur və həmin ehtirasların
təsirinə müqavimət göstərə bilir. Fizioloji olaraq onu bu cür ifadə etmək olar: təcrid
olunmuş fərd öz reflekslərini sakitləşdirə bilir, kütlənin isə belə qabiliyyətləri yoxdur.
Kütlənin itaətkarlıq göstərdiyi müxtəlif impulslar ehtirasın xarakterindən asılı
olaraq comərdlik və ya qəddarlıq, cəsurluq və ya qorxaqlıq da ola bilər, lakin həmişə
o qədər güclü olurlar ki, heç bir şəxsi maraq, hətta özünüqoruma instinkti belə, onları
sakitləşdirmək iqtidarında deyil. Belə ki, kütləni hərəkətə gətirən təsirləndiricilər o
qədər rəngarəngdir və izdiham da həmişə onlara o dərəcədə itaətkarlıq göstərir ki,
onun fövqəladə dəyişkənliyi də bundan qaynaqlanır. Biz izdihamda ən dəhşətli
qəddarlıqdan comərdliyə və hətta bəzən ən mütləq qəhrəmanlığa keçidi bu
səbəbdən müşahidə edirik. Kütlə çox asanlıqla cəllada çevrilə bilir, həm də asanlıqla
şəhidliyə doğru gedə bilir. Onun dərinliyindən hansısa bir inancın təntənəsi üçün
lazım olan qanlar axın-axın axa bilər. Məhz həmin nöqteyi-nəzərdən kütlənin nəyə
qadir olduğunu görmək üçün qəhrəmanlıq əsrinə müraciət etməyə də bir lüzum
yoxdur. Hiddətlənmiş kütlə heç vaxt öz canının hayına qalmır və elə bu yaxınlarda
qəfildən məşhurlaşan bir general əgər, tələb etsəydi, işi uğrunda ölməyə hazır olan
yüz minlərlə insanı çox asanlıqla tapa bilərdi.
Kütlədə qəsdən heç nə edilmir; o, bütün ziddiyyətli hislər məktəbini ardıcıllıqla
keçə bilər, lakin həmişə həyəcanlandırıcı dəqiqənin təsiri altında olacaq. Kütlə yarpağı
yerdən qaldırıb müxtəlif istiqamətlərə aparan tufana bənzər, sonra da sakitcə yerə
düşən yarpağa. Ardınca inqilabi kütlənin bəzi növləri haqqında söz açarkən, biz onun
hislərinin dəyişkənliyi barədə bir neçə nümunə gətirəcəyik.
Bu qərarsızlığı üzündən kütləyə rəhbərlik etmək, xüsusilə də əgər, ictimai
hakimiyyətin bir hissəsi onun əlindədirsə, çox çətindir. Əgər adi həyatın ehtiyacları bir
növ şeylərin görünməz tənzimləyicisi kimi çıxış etsəydi, onda xalqın hökmranlığı uzun
sürməzdi. Baxmayaraq ki, kütlənin bütün arzuları həmişə çox coşqun olur, onlar
bütün hallarda uzun çəkmir və həm də izdiham mühakiməlilik kimi israrlı iradə
nümayiş etdirməyə də çox az qabildir.
Kütlə təkcə impulsiv deyil, həm də qərarsızdır; lap vəhşi kimi, istək və həmin
istəyin həyata keçməsi arasında nəyinsə dayanmasına imkan vermir. Kütlə say
çoxluğunun özündə qarşısıalınmaz güc hissi yaratdığını da çox az etiraf edir. Fərd
üçün izdihamda mümkünsüzlük anlayışı mövcud olmur. Təcrid edilmiş fərd özünün
downloaded from KitabYurdu.org


təklikdə hansısa bir sarayı yandıra və yaxud mağazanı talan edə bilməyəcəyini anlayır,
hətta əgər, belə şeylər onu cəlb etsə belə, asanlıqla həmin istəyə qarşı dura bilər.
Kütlə arasında isə o, izdihamın say çoxluğunun verdiyi gücü hiss edir və öldürmək və
ya talan etməklə bağlı təlqin yetərli olur ki, o dərhal başdan çıxsın. İstənilən
gözlənilməz maneələr özünə xas cəldliklə kütlə tərəfindən məhv ediləcək və əgər
insan orqanizmi tükənməyən qəzəb vəziyyətini alıbsa, onda demək mümkündür ki,
bu izdiham üçün normal vəziyyətdir, maneə rast gələn də elə qəzəbin özüdür.
Kütlənin əsəbiliyində, impulsivliyi və səbatsızlığında, həmçinin bütün xalq
hislərində olduğu kimi, həmişə bizim bütün hislərimizin inkişafını təmin edən,
dəyişməz əsaslarını yaradan irqin əsas xüsusiyyətləri özünü göstərir. Hər bir izdiham
həmişə əsəbi və impulsiv olur – şübhəsiz bu, belədir. Lakin həmin əsəbilik və
impulsivliyin dərəcəsi fərqli olur. Belə, məsələn, latın kütləsi ilə anqlosakson kütləsi
arasında bu baxımdan heyrətamiz fərq var və hətta yeni tarixdə bunu göstərən
faktlar da mövcuddur. Məsələn, iyirmi beş il bundan əvvəl, diplomatik nümayəndə
heyətini təhqir edəcək sadə bir teleqram dərc olunsaydı, bu şiddətli qəzəbin
yaranmasına, nəticədə dərhal dəhşətli müharibənin başlanmasına gətirib, çıxarardı.
Bir neçə il sonra Lanqsondakı kiçik uğursuzluqdan bəhs edən teleqraf bildirişi yenidən
Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin