R b a y c a n X z r d n z g m



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə3/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   2   3   4   5   6   7   8   9   ...   55
İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2016-cı il.

O gün dəniz nəqliyyatı iş-

çilərinin üz-gözlərindəki sevinc 

özgə bir sevinc idi. Qürurdan, 

iftixardan doğan sevinc! Tale-

yini dəniz nəqliyyatı ilə bağla-

yanların şərəfli peşə sahibləri 

olduqları üçün keçirdikləri qa-

nuni iftixar hissini ilk baxışdan 

da hiss etmək çətin deyildi.

Hər  birinin  sevinməyə  haqqı  vardı 

o  gün.  Fırtınalar  qoynunda  müntəzəm 

səfərlərə  çıxan  dənizçilərin  də,  ləngərli 

gəmilərin ömrünə ömür calayan gəmi tə-

mirçilərinin də, dəniz nəqliyyatı ilə bağlı 

digər  müəssisə  və  təşkilatlarda  çalışan-

ların da... O gün onların peşə bayramı - 

möhtərəm  Prezidentimiz  İlham  Əliyevin 

19  iyun  2014-cü  il  tarixli  Sərəncamı  ilə 

təsis edilən “Dənizçi günü” idi.

Ölkə  başçısının  peşə  bayramı  ərəfə-

sində - 2016-cı il iyunun 24-də imzaladığı 

Sərəncamlar isə onların bayram sevincinə 

özgə bir sevinc qatmışdı. Dəniz nəqliyya-

tında  səmərəli  əmək  fəaliyyətlərinə  görə 

15 nəfər “Tərəqqi” medalı ilə təltif edil-

miş, 2 nəfər “Əməkdar mühəndis” fəxri adına layiq 

görülmüş,  4  nəfərə  isə  Azərbaycan  Respublikası 

Prezidentinin fərdi təqaüdü verilmişdi.

“Dənizçi günü”nə həsr olunmuş təntənəli mə-

rasimdən əvvəl Dövlət Dəniz Administrasiyasının 

və  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi”  Qapalı 

Səhmdar Cəmiyyətinin kollektivləri iyunun 25-də 

Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Li-

deri,  müasir  müstəqil Azərbaycan  dövlətinin  me-

marı və qurucusu Heydər Əliyevin xatirəsini ehti-

ramla yad edib, məzarı önünə əklil və gül dəstələri 

qoydular.

Görkəmli  oftalmoloq  alim,  akademik  Zərifə 

xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə 

tər çiçəklər düzüldü.

Sonra  Şəhidlər  xiyabanına  gələn  ziyarətçilər 

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğ-

runda  mübarizədə  canlarından  keçən  qəhrəman 

Vətən  övladlarının,  o  cümlədən  dənizçilərin  xa-

tirəsini ehtiramla yad etdilər, məzarları üzərinə gül 

dəstələri  düzüb,  “Əbədi  məşəl”  abidəsinin  önünə 

əklil qoydular.

Həmin  gün  Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyinin  Təlim-Tədris  Mərkəzində  yeni  dinamik 

mövqeləşdirmə (DP2) trenajorunun istifadəyə ve-

rilməsi mərasimi də keçirildi. Mərasimdə Azərbay-

can Respublikasının Dövlət Dəniz Administrasiya-

sının rəisi Qüdrət Qurbanov və “Azərbaycan Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC-nin  sədri  Rauf  Vəliyev 

iştirak etdilər.


Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin