R. T. ƏLİyev, M.Ə. Abbasov



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə13/27
tarix04.05.2017
ölçüsü65,28 Kb.
#16553
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

Cədvəl 3.9. 
 
Bərk buğda (T.durum Desf.) sortlarının quraq şəraitdə  
verdiyi məhsuldarlıq elementlərinin korrelyasiyası 
 
Əlamətlər 
Bitkinin 
hündür-
lüyü 
Məhsuldar 
gövdələrin 
sayı 
Sünbülün 
uzunluğu 
Sünbülün 
çəkisi 
Sünbül- 
cüklərin 
sayı 
Dənin 
kütləsi 
Dənin  
sayı 
1000 
dənin 
kütləsi 
Bitkinin hündürlüyü 
1.00 
0.023 
0.118 
0.216 
0.243 
0.205 
0.092 
0.174 
Məhsuldar gövdələrin 
sayı 
0.023 
1.00 
0.191 
-0.035 
0.046 
0.015 
-0.012 
-0.097 
Sünbülün uzunluğu 
0.118 
0.191 
1.00 
0.165 
0.232 
0.199 
0.077 
0.048 
Sünbülün çəkisi 
0.216 
-0.035 
0.165 
1.00 
0.352* 
0.903** 
0.694** 
0.654** 
Sünbülcüklərin sayı 
0.243 
0.046 
0.232 
0.352* 
1.00 
0.348* 
0.575** 
-0.10 
Dənin kütləsi 
0.205 
0.015 
0.199 
0.903** 
0.348* 
1.00 
0.746** 
0.610** 
Dənin sayı 
0.092 
-0.12 
0.077 
0.694** 
0.575** 
0.746** 
1.00 
0.052 
1000 dənin kütləsi 
0.174 
-0.097 
0.048 
0.654** 
-0.010 
0.610** 
0.052 
1.00 
 

 
= P < 0.05, ** = P < 0.01, *** = P < 0.001
 
163
 
 

 
165 
Ümumiyyətlə  qeyd  olunmalıdır  ki,  bitkinin  boyu,  məh-
suldar  gövdələrin  sayı  və  sünbülün  uzunluğunun  tədqiq  olu-
nan  heç  bir  əlamətlə  statistik  əhəmiyyətli  korrelyativ  əlaqəsi 
aşkar  edilməmişdir.  Əsas  məhsuldarlıq  elemntlərindən  olan 
dənin  kütləsi  yuxarıda  qeyd  olunan  əlamətlərdən  bashqa,  bü-
tün  digər  elementlərlə  5%  və  1%  ehtimallı,  müsbət  əhəmiy-
yətli korrelyasiya göstərmişdir. 
 
 
3.8. Suvarılan və quraqlıq şəraitlərində becərilən  
        qarğıdalı hibridlərində dən məhsuldarlığı ilə  
əlaqədar əlamətlərin müəyyən edilməsi 
 
Dən məhsulu mürəkkəb bir əlamət olub, çox sayda gen-
lərin  və  bir  çox  fizioloji  proseslərin  nəzarəti  altında  yerinə 
yetirilir.  Əməli  surətdə  dən  məhsulunun  genetik  yaxşılaşdı-
rılması  dolayı  seçim  vasitəsilə  həyata  keçirilir.  Seleksiya 
proqramında  genotiplərin  dən  məhsulu  potensialını  artırmaq 
üçün birinci  və  ən mühüm addım münasib əlamətlərin müəy-
yən edilməsidir. Məhsuldarlığın artırılmasında təsiredici xüsu-
siyyətləri  və  ya  prosesləri  aydınlaşdırmaq  üçün  ən  əlverişli 
üsullardan  biri  onlarla  məhsuldarlıq  arasındakı  fenotipik  kor-
relyasiyanın müəyyən edilməsidir. Hansı əlamətlərın ki, məh-
suldarlıqla  müsbət  korrelyasiyası  yoxdur,  seleksiya  proqram-
larında praktik əhəmiyyətə malik deyillər [123, 268, 365].  
Tam  suvarılan  və  quraqlıq  şəraitində  ölçülmüş  əlamət-
lərin  sadə  korrelyasiya  əmsalları  göstərdi  ki,  dənin  hektolitri 
(0.43),  əkiləndən  30  gün  sonra  bitkinin  boyu  (0.52),  dənin 
dolma dövrünün  müddəti (0.35) və dənin dolma  sürəti (0.90) 
əlamətləri  ilə  dən  məhsuldarlığı  arasında  müsbət  və  mənalı 
korrelyasiya  mövcuddur. Su qıtlığı  stresi şəraitində dən məh-
suldarlığı  ilə qıça sırasında dənin sayı (0.43), dənin uzunluğu 

 166 
(0.4l), dənin dolma sürəti (0.86) arasında müsbət-mənalı  kor-
relyasiya və qıçanın yuxarısındakı yarpaqların sayı (-0.39) ilə 
mənfi-mənalı  korrelyasiya  mövcuddur.  Bu  səbəbdən,  hansı 
hibridlərdə  ki,  ilkin  böyümə  sürəti,  dənin  dolma  müddəti  və 
dənin dolma sürəti yüksəkdir, o hibridlər yüksək dən məhsul-
darlığına da malik olacaqdır. Ona görə ki, ilkin böyümə sürəti 
bitkiyə  imkan  verir  ki,  mühitdə münasib olmayan  amillərə, o 
cümlədən  xəstəliklərə  və  alaq  otlarınıa  qarşı  daha  müqavi-
mətli  olsunlar.  Həmçinin,  bitkinin  tez  böyüməsi  onun  gövdə 
və  yarpaqlarında  çox  qida  toplanmasına  imkan  yaradır  və 
lazım olan zamanda bu qida dənlərə ötürülərək məhsuldarlığın 
artmasına  səbəb  olur.  Dənin  dolma  dövrünün  uzun  müddətli 
olması da toplanmış fotosintez maddələrindən və cari fotosin-
tez məhsulundan daha çox  istifadə edilməsinə  imkan  yaradır. 
Digər  tərəfdən,  dənin  dolma  sürətinin  çox  olması  toplanmış 
maddələrin dənə ötürülmə sürətinin artmasına səbəb olur. Ona 
görə də, veqetasiyanın sonlarında münasib olmayan şərait ya-
ranarsa, dənin dolma sürəti yüksək olan hibridlərdə, məhsulun 
aşağı  düşməsinin  qarşısı  alına  bilir.  Su  qıtlığı  şəraitində,  dən 
məhsuldarlığı  ilə  qıçanın  üstündəki  yarpaqların  sayının  əks 
əlaqəsini  nəzərə  alaraq,  demək  olar  ki,  qıçanın  yuxarısındakı 
yarpaqlar günəş şüasını cəzb etməsinə və yaxşı tənəffüs etmə-
sinə  baxmayaraq,  qıçanın  yuxarısındakı  yarpaqların  kölgəsi 
altında  qalır  və  bu  da  bitkidə  ümumiyyətlə  fotosintezin  azal-
masına  səbəb  ola  bilir.  Digər  tərəfdən  isə  fəsilin  sonunda  su 
qıtlığı stresi şəraitində yarpaqları çox olan hibridlərdə fotosin-
tezin  pozulması  ilə  tənəffüsün  miqdarı  da  çox  olacaqdır.  Bu 
səbəbdən yarpaq sayı çox olan hibridlər yarpaqlarını qorumaq 
üçün  daha  çox  enerji  sərf  edəcəklər  ki,  bu  da,  dən  məhsul-
darlığının  azalmasına  gətirib  çıxara  bilər.  Ümumiyyətlə,  dən 
dolma  mərhələsində  suvarılmanın  kəsilməsi  şəraitində,  qıça 

 
167 
sırasında  dənin  sayı,  dənin  dolma  sürətinin  çoxluğu  və  qıça-
dan  yuxarıdakı  yarpaqların  sayı  kimi  əlamətlər  əsasında  qu-
raqlığa davamlı hibridləri seçmək olar [27,107,358]. 
M.E. Westgate  və J.S. Boyer də [403] belə bir fikir  irəli 
sürmüşlər  ki,  yeni qarğıdalı hibridlərində  yüksək dən məhsu-
lu, dənin dolma dövrünün artması, gec qocalma, çiçəyin miq-
darının  azalması  və  yarpaqların  perpendikulyar  düzümü  ilə 
əlaqədardır.  L.M. Dwyer  və  əməkdaşları  üç  yetişmə  qrupuna 
aid 9 qarğıdalı hibridiləri ilə apardıqları tədqiqatlara əsaslana-
raq belə nəticəyə gəlmişlər ki, dənin dolma dövrü və məhsul-
darlıq  indeksi, dən  məhsuldarlığı  ilə  yüksək  korrelyasiya təş-
kil edir. Onlar təklif etmişlər ki, qarğıdalı genotiplərinin əlve-
rişli seçimi zamanı bu əlamətlərdən istifadə faydalı ola bilər [181]. 
Dən  məhsuldarlığı  ilə  əlamətlər  arasındakı  korrelyasiyalar 
mühüm amil hesab edilsə də, əlamətlər arasındakı sadə korrelya-
siya, yüksək məhsuldarlıqla bağli olan əlamətlərin müəyyənləşdi-
rilməsində əsas sayıla bilməz. Halbuki, path analizindən istifadə 
etməklə  müxtəlif  əlamətlərin  birbaşa  və  dolayı  təsirlərini 
məhsuldarlıqla müəyyənləşdirmək imkanı yaranır [417].  
Bu  tədqiqatda  path  analizini  yerinə  yetirməzdən  öncə 
təsirsiz və ya az təsirli əlamətləri aradan qaldırmaq məqsədilə 
çox  dəyişikli  ardıcıl  reqressiya  analizindən  istifadə  olunmuş-
dur.  Çox  dəyişikli  xətti  reqressiya  tənliyini  müəyyənləşdir-
mədən əvvəl, çox xətti fenomenin mövcud olmasını, müstəqil 
dəyişənlər  arasının  sınaqdan  keçirilməsi  lazımdır.  Çox  xətti 
fenomeni  müəyyənləşdirmək  üçün  dəyişənlər  arası  variasiya 
inflyasiya  faktoru  (VİF)  statistikasından  istifadə  edilmişdir. 
VİF statistikasının hesablanması göstərdi ki, əlamətlər arasın-
da çox xətti fenomen mövcuddur. Laboratoriya və ya əkin sa-
həsində  riyazi  düsturla  hesablanmış  əlamətlərdən  bir  qismi 
silinməklə, əlamətlər arası çox xətti fenomen də ortadan qalx-

 168 
mış olur. Bu əlamətləri aradan qaldırmaqla reqressiya analizini ye-
rinə yetirməkdə heç bir problem müşahidə edilmir. 
Deyildiyi kimi, dən məhsuldarlığının ən mühüm əlamətlərini 
müəyyənləşdirmək  məqsədilə  ardıcıl  reqressiya  analizindən  isti-
fadə  edilmişdir.  Tam  suvarılan  şəraitdə,  dənin  dolma  sürəti  əla-
məti  birinci  dəyişən  olaraq  modelə  daxil  edildu  və  bu  da,  özü-
özlüyündə  8l.8% hibridlər arası məhsuldarlıq dəyişikliklərini nü-
mayiş  etdirdi.  Ondan  sonra  ikinci  mərhələdə  dənin  dolma  döv-
rünün müddəti modelə daxil oldu və dənin dolma sürəti ilə yanaşı 
99.8  faiz  məhsuldarlıq  dəyişikliyini  göstərdi  (Cədvəl  3.10).  Su 
qıtlığı  stresi  şəraitində  dənin  dolma  sürəti  əlaməti  ilk  dəyişən 
olaraq modelə daxil oldu və özü-özlüyündə 74.2 % hibridlər arası 
məhsuldarlıq  dəyişikliyini  doğrultdu.  Ondan  sonra  ikinci  mərhə-
lədə  dənin  dolma  dövrünün  müddəti  modelə  artırıldı  və  dənin 
dolma  sürəti  ilə  yanaşı, 99.2% dən  məhsuldarlığı  dəyişikliklərini 
göstərdu. Nəhayət üçüncü və dördüncü mərhələdə, uyğun olaraq, 
qıçanın saçaqlarının aşkar olmasına lazım olan günlər və qıça sıra-
sında dənin sayı əlamətləri reqressiya modelinə daxil oldular. Bu 
dörd əlamət dən məhsuldarlıq dəyişikliklərinin 99.4%-in doğrult-
maqla, bu şəraitdə dən məhsuldarlığını  izah  etməkdə  ən  mühüm 
və təsiredici əlamətlər kimi müəyyən edildi (Cədvəl 3.11).  
 
Cədvəl 3.10. 
Tam suvarılan şəraitdə ardıcıl reqressiya üsulu ilə  
məhsuldarlığa bağli seçilən əlamətlərin reqressiya əmsalı 
           
        
    
Mərhələ
 
b (regressiya əmsalı)
 
başlamaqdan 
 
en
 
Orta 
kvadratik
 
R
2
 
D.D.S.
 
D.D.D.
M.
 
1
 
0.454**
 
-
 
0.474
 
33.755**
 
0.818
 
2
 
0.471**
 
0.172**
 
-8.086
 
20.59**
 
0.998
 
D.D.S.- dənin dolma sürəti; D.D.D.M.- dənin dolma dövrünün  müddəti;  ** - 1% ehtimallıqla 
mənalı dərəcədə fərqliliklər. 

 
169 
H.Corke  və  L.W.  Kannenbergin  tədqiqatlarının  nəticələ-
rinə  görə  dənin  dolma  sürəti  çox  olan  genotiplərin  məhssul-
darlığı da çox olmışdır [167]. T.B. Daynard və L.W. Kannen-
berg müxtəlif sıxlıqlarda əkilmiş üç qarğıdalı hibridini  tədqiq 
etməklə  belə  nəticəyə  gəlmişlər  ki,  dənin  dolma  dövrünün 
müddəti  ilə  dən  məhsuldarlığı  arasında  mənalı  xətti  əlaqə 
vardır, 70-80 faiz məhsuldarlıq fərqləri dənin dolma dövrünün 
müddətində  olan  fərqlərə  aid  edilmişdir  [173].  M.  Yazdan-
doost-Hamedani  və  A.  Rezai  (l99l)  dənin  dolma  sürəti  və 
dənin  dolma  dövrünün  müddəti  əlamətlərini  dən  məhsuldar-
lığının  izahında  ən  mühüm  və  təsiredici  əlamətlər  kimi  mü-
əyyən  etmişlər  [417].  R.  Sadat  [339]  reqressiya  analizindən 
istifadə  etməklə  göstərmişdir  ki,  qıça  sırasında  dənin  sayı, 
məhsuldarlıq dəyişikliklərinin çoxunu doğruldur.  
Tam  suvarılan  şəraitdə  dənin  dolma  sürəti  və  dənin  dol-
ma  müddəti  əlamətlərinin  dən  məhsuldarlığı  ilə  bilavasitə  və 
dolayı  korrelyasiyaları,  path  analizi  yolu  ilə  əldə  edilmişdir. 
Path  analizinin  nəticələri  göstərmişdir  ki,  dənin  dolma  sürəti 
(0.938),
  dənin  dolma  dövrü  müddəti  (0.425)  ilə  müqayisədə 
dən məhsuldarlığına daha çox bilavasitə təsir göstərir (Cədvəl 
3.12). 
Cədvəl 3.11 
Quraqlıq şəraitdə ardıcıl reqressiya yolu ilə  
məhsuldarlığa bağlı seçilən əlamətlərin reqressiya əmsalı   
                         
Mərhələ
 
b (regressiya əmsalı)
 
başlamaqdan 
en
 
Orta 
kvadratik
 
R
2
 
D.D.S.
 
D.D.D.M.
 
Q.S.G.S.
 
Q.S.D.S.
 
1
 
0.284**
 
-
 
-
 
-
 
1.541
 
8.884**
 
0.742
 
2
 
0.373**
 
0.128**
 
-
 
-
 
-4.773
 
5.933**
 
0.992
 

 170 
Cədvəl 3.11-in davamı 
3
 
0.376**
 
0.129**
 
-0.007**
 
-
 
-4.369
 
3.96**
 
0.993
 
4
 
0.37**
 
0.125**
 
-0.009**
 
0.009**
 
-4.295
 
2.974**
 
0.994
 
 
D.D.S.- dənin dolma sürəti; D.D.D.M.-dənin dolma dövrünün 
müddəti; Q.S.G.S.- qıçanın saçaqlarının aşkar olmasına lazım 
olan  günlərin  sayı;  Q.S.D.S.-  qıça  sırasında  dənin  sayı;  **  -  1% 
ehtimallıqla mənalı dərəcədə fərqliliklər. 
 
Cədvəl 3.12. 
 
Tam suvarılan şəraitdə ardıcıl üsulla reqressiya modelinə  
daxil olan əlamətlərin məhsuldarlığa bilavasitə və  
dolayı təsirləri, path analız əsasında nəticələri 
 
Əlamətlər
 
Bilavasitə 
təsir
 
Dolayı təsirlər
 
Məhsuldarlıqla 
Korrelyasiya
 
D.D.D.M.
 
D.D.S.
 
D.D.D.M.
 
0.425
 
-
 
-0.075
 
0.35
 
D.D.S.
 
0.938
 
-0.034
 
-
 
0.904
 
Qalıq 
təsirlər
 
0.041
 
 
D.D.S.- dənin dolma sürəti; D.D.D.M.- dən dolma dövrünün müddəti 
 
Quraqlıq şəraitində dənin dolma sürəti, dən dolma dövrü-
nün  müddəti,  qıçanın  saçaqlarının  aşkar  olmasına  lazım  olan 
günlərin sayı və qıça sırasında dənin sayı kimi əlamətlərin dən 
məhsuldarlığı  ilə  korrelyasiyasının  bilavasitə  və  dolayı  təsir-
lərini  aydın  etmək  üçün  path  analizi  yerinə  yetirilmişdir.  Bu 
şəraitdə  dən  məhsuldarlığı  üzərinə  birbaşa  və  ən  çox  müsbət 
təsir, dən dolma sürəti  və dən dolma dövrü  ələmətləri olmuş-

 
171 
dur.  Bu  da  onu  göstərir  ki,  bu  əlamətlərin  artırılması  ilə  dən 
məhsuldarlığı da arta bilər.  
Dən  məhsuldarlığı  üzərinə,  qıça  sırasında  dənin  sayının 
(0.04l)  ən  az  müsbət  təsiri  olmuş,  lakin  bu  əlamətin  dolayı 
yolla dən məhsuldarlığına təsiri dən dolma sürəti (0.294), dən 
dolma  dövrünün  müddəti  (0.l)  vasitəsilə  olmuşdur.  Qıcanın 
saçaqlarının aşkar olunması üçün  lazım olan  günlərin sayının 
dən məhsuldarlığı üzərinə bilavasitə mənfi təsiri (-0.04l)  var-
dır  və  bu  mənfi  təsir,  müsbət  dolayı  təsir  yolu  ilə,  yəni  dənin 
dolma sürəti (0.26) vasitəsilə bir həddə qədər azalır (Cədvəl 3.12).  
 
 
Cədvəl 3.13 
Quraqlıq şəraitində ardıcıl üsulla reqressiya modelinə daxil 
olan əlamətlərin məhsuldarlığa bilavasitə və dolayı təsirləri,  
path analiz əsasında nəticələri 
                       
    
Əlamətlər
 
Bilavasitə 
təsir
 
Dolayı təsirlər
 
Məhsul-
darlıqla
 
Q.S.D.S.
 
Q.S.G.S.
 
D.D.D.M.
 
D.D.S.
 
Korrel-
yasiya
 
Q.S.D.S.
 
0.041
 
-
 
-0.01
 
0.1
 
0.294
 
z0.43
 
Q.S.G.S.
 
-0.041
 
0.009
 
-
 
-0.03
 
0.26
 
0.20
 
D.D.D.M.
 
0.553
 
0.007
 
0.002
 
-
 
-0.533
 
0.03
 
D.D.S.
 
1.122
 
0.01
 
-0.01
 
-0.263
 
-
 
0.86
 
Qalıq təsirlər
 
0.077
 
 
 
D.D.S.- dənin dolma sürəti; D.D.D.M.- dən dolma dövrünün  müd-
dəti; Q.S.G.S.- qıçanın saçaqlarının aşkar olmasına lazım olan gün-
lərin sayı; Q.S.D.S.- qıça sırasında dənin sayı 

 172 
Beləliklə,  dən  məhsuldarlığına  görə  tədqiq  edilən  hib-
ridlər  arasında  olan  müxtəliflik  ümumiyyətlə  dənin  dolma 
sürətinə  bağlıdır  və  bu  əlamət  dən  məhsuldarlığında  ən  mü-
hüm  amil  sayılır  [27,360].  E.  Ottaviano  və  A.Camussi  də 
müxtəlif  şəraitlərdə  becərilmiş  qarğıdalı  hibridləri  ilə  apar-
dıqları  təcrübələrdən  belə  nəticəyə  gəlmişlər  ki,  dən  məhsul-
darlığı dənin dolma dövrü və sürəti  ilə əlaqədardır. Lakin, bu 
tədqiqatın  nəticələri  göstərdi  ki,  dənin  dolma  sürətinin  daha 
çox rolu vardır [305]. Bu nəticələr bizim aldığımız nəticələrə 
tamamilə uyğundur. 
Bununla əlaqədar S.M. Shoae Hosseini və əməkdaşları-
nın (2008) tam suvarılan şəraitdə qarğıdalının müxtəlif hib-
ridləri  üzərində  apardıqları  tədqiqatlar,  sadə  korrelyasiya, 
ardıcıl  reqressiya  və  path  analizi  vasitəsilə  çixarılan  nəti-
cələr  göstərdi  ki,  qıçanın  oduncuk  faizi,  dənin  uzunluğu, 
qıça  sırasında  dənin  sayı,  bitkinin  boyu  və  sonrakı  mər-
hələdə  qıçanın  uzunluğu  əsasında  dolayı  seçim  də  məh-
suldarlığı  artırmaq  üçün  faydalı  ola  bilər.  Su  qıtlığı  stresi 
şəraitində,  dolayı  seçim  ilə  dən  məhsuldarlığını  artırmaq 
üçün qıçanın diametri, qıça sırasında dənin sayı və  sonrakı 
mərhələdə  qıçanın  uzunluğu  əlamətlərindən  istifadə  etmək 
olar  [361].  A.  Ahmadzadeh  (l998)  göstərmişdir  ki,  hər  iki 
şəraitdə,  yəni  stres  və  adi  mühit  şəraitində  məhsuldarlığın 
komponentləri,  yəni  bitkidə  qıçanın  sayı,  qıça  dəninin  sıra 
sayı  və  qıça  sırasında  dənin  sayı,  məhsuldarlığa  daha  çox 
təsir  edir. Başqa  morfoloji  əlamətlər, o  cümlədən  yarpağın 
ümumi  sayı,  yarpağın  eni  və  uzunluğu,  gövdənin  diametri, 
qıçanın  uzunluğu,  tac  çiçəyinin  uzunluğu  kimi  əlamətlər 
quraqlıq stresi şəraitində xüsusi əhəmiyyət daşıyır və bu da 
stres  şəraitində  məhsuldarlığı  artırmaq  üçün  xüsusi  olaraq 
seleksiya  indeksinin  dəyərini  qaldırmağa  yönəlir  [98]. 

 
173 
M.Yazdandoost-Hamedani və A. Rezai (2001), N. Upadya-
yula  və  əməkdaşları  (2005)  və  V.  Rameeh  (2000)  də 
müəyyən  etmişlər  ki,  dən  məhsuldarlığına,  qıça  sırasında 
dənin sayı əlamətinin birbaşa təsiri başqa əlamətlərdən daha 
çoxdur [321, 388, 417]. 
Tam  suvarılan  və  su  qıtlığı  şəraitlərində,  dənin  dolma 
müddəti  və dənin dolma  sürəti əlamətləri məhsuldarlığa bila-
vasitə  yüksək  təsir  göstərir.  Bu  göstəricilərə  daha  çox  təsir 
edən əlamətləri müəyyən etmək üçün ayrıca ardıcıl reqressiya 
üsulundan  istifadə  edilmişdir.  Bu  reqressiya  analizində  dənin 
dolma dövrü və dənin dolma sürəti əlamətləri asılı dəyişən və 
məhsuldarlıqdan  başqa  əlamətlər,  müstəqil  dəyişən  kimi  nə-
zərdə tutulur. 
Tam  suvarılan  şəraitdə  dənin  dolma  müddəti  əlamətində 
ardıcıl reqressiya üsulunun yerinə yetirməsi göstərdi ki, yalnız 
ilkin  boy  əlaməti  (əkiləndən  30  gün  sonrakı  bitkinin  boyu) 
reqressiya modelinə daxil olur. Belə  ki, dən dolma dövrünün 
müddəti  üzərində  birbaşa  ilkin  boyun  təsiri  0.326  ilə  və  bu 
modelin  R
2
-i  (əmsal)  0.354  ilə  bərabərdir.  Bu  şəraitdə  dənin 
dolma  sürəti  ilə  əlaqədar  olaraq  yalnız  hektolitr  əlaməti  req-
ressiya  modelinə  daxil  olur.  Belə  ki,  dənin  dolma  sürəti  üzə-
rinə hektolitr  əlamətinin birbaşa  təsiri 0.322, və modelin R
2
-i 
0.407 ilə bərabərdir. Modellərin R
2
-nın aşagı olması onu gös-
tərir  ki,  laboratoriya  və  əkin  sahələrində  ölçülmüş  əlamətlər-
dən başqa digər əlamətlərin də ölçülməsi zəruridir. Dənin dol-
ma  mərhələsində,  su  qıtlığı  şəraitində  dənin  dolma  müddəti 
əlamətində  ardıcıl  reqressiya  üsulunun  yerinə  yetirilməsi 
göstərdi  ki,  dənin  dolma  sürəti,  qıça  sırasında  dənin  sayı, 
bitkinin  boyu,  qıça  dəninin  sıra  sayı  və  xlorofilin  miqdarı 
(a+b)  əlamətləri,  uyğun  olaraq,  reqressiya  modelinə  daxil 
olmuşdur.  

 174 
Cədvəl 3.14 
Quraqlıq şəraitdə ardıcıl üsulla reqressiya modelinə  
daxil olan əlamətlərin dənin dolma dövrü müddətinə 
bilavasitə və dolayı təsirlərinin path analizi əsasında nəticələri 
         
Əlamətlər
 
 
Bilavasitə 
təsir
 
Dolayı təsirlər
 
D.D.D.M.- la 
Korrelyasiya
 
X.M.
 
Q.D.S.S.
 
B.B.
 
Q.S.D.S.
 
D.D.S.
 
X.M.
 
-0.679
 
 
0.097
 
0.032
 
0.064
 
0.009
 
-0.475
 
Q.D.S.S.
 
0.372
 
-0.178
 
 
0.001
 
0.002
 
-0.017
 
0.181
 
B.B.
 
0.342
 
-0.064
 
0.001
 
 
-0.064
 
0.033
 
0.25
 
Q.S.D.S.
 
0.366
 
-0.121
 
0.002
 
-0.06
 
 
-0.047
 
0.142
 
D.D.S.
 
0.248
 
-0.028
 
-0.026
 
0.045
 
-0.069
 
 
0.172
 
Qalıq təsirlər = 0.65
 
 
D.D.S.-  dənin  dolma  sürəti;  Q.S.D.S.-  qıça  sırasında  dənin  sayı;  B.B.- 
bitkinin  boyu;  Q.D.S.S.-  qıça  dəninin  sıra  sayı;  X.M.-  xlorofilin  miqdarı 
(a+b); D.D.D.M.- dənin dolma dövrünün müddəti  
 
Belə  ki, qıça  sırasında dənin  sayı, qıça dəninin  sıra sayı, 
bitkinin boyu, dənin dolma  sürəti  və  xlorofilin  miqdarı (a+b) 
əlamətlərinin dənin dolma dövrünün müddətinə birbaşa təsiri, 
uyğun olaraq, -0.679, 0.372, 0.342, 0.366 və 0.248 ədədlərinə 
bərabərdir (Cədvəl 3.14). 
Bu  şəraitdə  dənin  dolma  sürəti  əlaməti  ilə  əlaqədar  ola-
raq, dənin dolma dövrü müddəti, ASI (tozlanma ilə saçaqlama 
arasındakı  günlərin  sayı),  dənin  uzunluğu  və  bitkinin  boyu 
əlamətləri reqressiya modelinə daxil edilmişdir. Belə ki, dənin 
uzunluğu,  bitkinin  boyu,  ASI  və  dənin  dolma  dövrünün 
müddəti  əlamətlərinin  birbaşa  dənin  dolma  sürətinə  təsirləri, 
uyğun olaraq, -0.498, 0.4l4, 0.455 və 0.347-lə bərabər olmuş-
dur (Cədvəl 3.15).  

 
175 
Cədvəl 3.15 
Quraqlıq şəraitdə ardıcıl üsulla reqressiya modelinə  
daxil olan əlamətlərin dənin dolma sürətinə bilavasitə  
və dolayı təsirləri, path analiz əsasında nəticələri 
         
Əlamətlər
 
Bilavasitə 
təsir
 
Dolayı təsirlər
 
D.D.S.-la 
Korrelyasiya
 
B.B.
 
D.Q.
 
ASI
 
D.D.D.M.
 
B.B.
 
-0.498
 
 
-0.034
 
-0.03
 
0.086
 
-0.475
 
D.Q.
 
0.414
 
0.04
 
 
0.007
 
-0.016
 
0.446
 
ASI
 
0.455
 
0.032
 
0.006
 
 
-0.085
 
0.409
 
D.D.D.M.
 
0.347
 
-0.125
 
-0.019
 
-0.111
 
 
0.093
 
Qalıq təsirlər = 0.61
 
 
D.D.D.M.- dənin dolma dövrünün müddəti; ASI- tozlanma ilə saçaqlama 
arasındakı günlərin sayı; D.Q.- dənin qalınlığı; B.B.- bitkinin boyu; 
D.D.S.- dənin dolma sürəti 
 
Ümumiyyətlə əldə olunan nəticələrə nəzər saldıqda, hib-
ridlərin məhsuldarlığının ən yüksək müxtəlifliyini birinci növ-
bədə dənin dolma sürəti ilə əlaqələndirmək olar. Dənin dolma 
dövrünün müddəti isə ikinci dərəcəli əhəmiyyət daşıyır. Dənin 
dolma  sürəti,  saçaqların  aşkar  olmasından  əvvəlki  dövrdən, 
həmçinin  mənbəyin  ölçüsündən  və  fotoassimilasiyanın  (foto-
sintezdən əldə edilən maddələr) mövcudluğundan asılıdır. 
Qıçanın  saçaqlarının  aşkar  olunmasına  lazım  olan  günlərin 
sayı  və  dən  dolma  dövrünün  dən  məhsuldarlığına  müsbət  təsiri 
nəzərə  alındıqda,  məlum  olur  ki,  saçaqların  aşkar  olunmasından 
əvvəlki  dövrün  uzanması  dən  məhsuldarlığının  yüksəlməsinə 
gətirib  çıxara  bilər.  Dənin  dolma  sürəti,  1000  dənin  kütləsi  və 
dənin sayı əlamətlərinin bir-biri ilə müsbət və mənalı korrelyasiya 
əlaqələri vardır. Bələliklə, dənin sayı və dən dolma sürəti fotoassi-
milasiyanın  nəticəsi  hesab  olunur,  bu  səbəbdən  belə  nəticəyə 
gəlmək  olar  ki,  dən  dolma  sürətinin  və  dən  sayının  çox  olması 
məhsuldarlığın yüksək olmasına səbəb olacaqdır [27]. 

 176 
 
 
Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin