Cədvəl 3.9.
Bərk buğda (T.durum Desf.) sortlarının quraq şəraitdə
verdiyi məhsuldarlıq elementlərinin korrelyasiyası
Əlamətlər
Bitkinin
hündür-
lüyü
Məhsuldar
gövdələrin
sayı
Sünbülün
uzunluğu
Sünbülün
çəkisi
Sünbül-
cüklərin
sayı
Dənin
kütləsi
Dənin
sayı
1000
dənin
kütləsi
Bitkinin hündürlüyü
1.00
0.023
0.118
0.216
0.243
0.205
0.092
0.174
Məhsuldar gövdələrin
sayı
0.023
1.00
0.191
-0.035
0.046
0.015
-0.012
-0.097
Sünbülün uzunluğu
0.118
0.191
1.00
0.165
0.232
0.199
0.077
0.048
Sünbülün çəkisi
0.216
-0.035
0.165
1.00
0.352*
0.903**
0.694**
0.654**
Sünbülcüklərin sayı
0.243
0.046
0.232
0.352*
1.00
0.348*
0.575**
-0.10
Dənin kütləsi
0.205
0.015
0.199
0.903**
0.348*
1.00
0.746**
0.610**
Dənin sayı
0.092
-0.12
0.077
0.694**
0.575**
0.746**
1.00
0.052
1000 dənin kütləsi
0.174
-0.097
0.048
0.654**
-0.010
0.610**
0.052
1.00
= P < 0.05, ** = P < 0.01, *** = P < 0.001
163
165
Ümumiyyətlə qeyd olunmalıdır ki, bitkinin boyu, məh-
suldar gövdələrin sayı və sünbülün uzunluğunun tədqiq olu-
nan heç bir əlamətlə statistik əhəmiyyətli korrelyativ əlaqəsi
aşkar edilməmişdir. Əsas məhsuldarlıq elemntlərindən olan
dənin kütləsi yuxarıda qeyd olunan əlamətlərdən bashqa, bü-
tün digər elementlərlə 5% və 1% ehtimallı, müsbət əhəmiy-
yətli korrelyasiya göstərmişdir.
3.8. Suvarılan və quraqlıq şəraitlərində becərilən
qarğıdalı hibridlərində dən məhsuldarlığı ilə
əlaqədar əlamətlərin müəyyən edilməsi
Dən məhsulu mürəkkəb bir əlamət olub, çox sayda gen-
lərin və bir çox fizioloji proseslərin nəzarəti altında yerinə
yetirilir. Əməli surətdə dən məhsulunun genetik yaxşılaşdı-
rılması dolayı seçim vasitəsilə həyata keçirilir. Seleksiya
proqramında genotiplərin dən məhsulu potensialını artırmaq
üçün birinci və ən mühüm addım münasib əlamətlərin müəy-
yən edilməsidir. Məhsuldarlığın artırılmasında təsiredici xüsu-
siyyətləri və ya prosesləri aydınlaşdırmaq üçün ən əlverişli
üsullardan biri onlarla məhsuldarlıq arasındakı fenotipik kor-
relyasiyanın müəyyən edilməsidir. Hansı əlamətlərın ki, məh-
suldarlıqla müsbət korrelyasiyası yoxdur, seleksiya proqram-
larında praktik əhəmiyyətə malik deyillər [123, 268, 365].
Tam suvarılan və quraqlıq şəraitində ölçülmüş əlamət-
lərin sadə korrelyasiya əmsalları göstərdi ki, dənin hektolitri
(0.43), əkiləndən 30 gün sonra bitkinin boyu (0.52), dənin
dolma dövrünün müddəti (0.35) və dənin dolma sürəti (0.90)
əlamətləri ilə dən məhsuldarlığı arasında müsbət və mənalı
korrelyasiya mövcuddur. Su qıtlığı stresi şəraitində dən məh-
suldarlığı ilə qıça sırasında dənin sayı (0.43), dənin uzunluğu
166
(0.4l), dənin dolma sürəti (0.86) arasında müsbət-mənalı kor-
relyasiya və qıçanın yuxarısındakı yarpaqların sayı (-0.39) ilə
mənfi-mənalı korrelyasiya mövcuddur. Bu səbəbdən, hansı
hibridlərdə ki, ilkin böyümə sürəti, dənin dolma müddəti və
dənin dolma sürəti yüksəkdir, o hibridlər yüksək dən məhsul-
darlığına da malik olacaqdır. Ona görə ki, ilkin böyümə sürəti
bitkiyə imkan verir ki, mühitdə münasib olmayan amillərə, o
cümlədən xəstəliklərə və alaq otlarınıa qarşı daha müqavi-
mətli olsunlar. Həmçinin, bitkinin tez böyüməsi onun gövdə
və yarpaqlarında çox qida toplanmasına imkan yaradır və
lazım olan zamanda bu qida dənlərə ötürülərək məhsuldarlığın
artmasına səbəb olur. Dənin dolma dövrünün uzun müddətli
olması da toplanmış fotosintez maddələrindən və cari fotosin-
tez məhsulundan daha çox istifadə edilməsinə imkan yaradır.
Digər tərəfdən, dənin dolma sürətinin çox olması toplanmış
maddələrin dənə ötürülmə sürətinin artmasına səbəb olur. Ona
görə də, veqetasiyanın sonlarında münasib olmayan şərait ya-
ranarsa, dənin dolma sürəti yüksək olan hibridlərdə, məhsulun
aşağı düşməsinin qarşısı alına bilir. Su qıtlığı şəraitində, dən
məhsuldarlığı ilə qıçanın üstündəki yarpaqların sayının əks
əlaqəsini nəzərə alaraq, demək olar ki, qıçanın yuxarısındakı
yarpaqlar günəş şüasını cəzb etməsinə və yaxşı tənəffüs etmə-
sinə baxmayaraq, qıçanın yuxarısındakı yarpaqların kölgəsi
altında qalır və bu da bitkidə ümumiyyətlə fotosintezin azal-
masına səbəb ola bilir. Digər tərəfdən isə fəsilin sonunda su
qıtlığı stresi şəraitində yarpaqları çox olan hibridlərdə fotosin-
tezin pozulması ilə tənəffüsün miqdarı da çox olacaqdır. Bu
səbəbdən yarpaq sayı çox olan hibridlər yarpaqlarını qorumaq
üçün daha çox enerji sərf edəcəklər ki, bu da, dən məhsul-
darlığının azalmasına gətirib çıxara bilər. Ümumiyyətlə, dən
dolma mərhələsində suvarılmanın kəsilməsi şəraitində, qıça
167
sırasında dənin sayı, dənin dolma sürətinin çoxluğu və qıça-
dan yuxarıdakı yarpaqların sayı kimi əlamətlər əsasında qu-
raqlığa davamlı hibridləri seçmək olar [27,107,358].
M.E. Westgate və J.S. Boyer də [403] belə bir fikir irəli
sürmüşlər ki, yeni qarğıdalı hibridlərində yüksək dən məhsu-
lu, dənin dolma dövrünün artması, gec qocalma, çiçəyin miq-
darının azalması və yarpaqların perpendikulyar düzümü ilə
əlaqədardır. L.M. Dwyer və əməkdaşları üç yetişmə qrupuna
aid 9 qarğıdalı hibridiləri ilə apardıqları tədqiqatlara əsaslana-
raq belə nəticəyə gəlmişlər ki, dənin dolma dövrü və məhsul-
darlıq indeksi, dən məhsuldarlığı ilə yüksək korrelyasiya təş-
kil edir. Onlar təklif etmişlər ki, qarğıdalı genotiplərinin əlve-
rişli seçimi zamanı bu əlamətlərdən istifadə faydalı ola bilər [181].
Dən məhsuldarlığı ilə əlamətlər arasındakı korrelyasiyalar
mühüm amil hesab edilsə də, əlamətlər arasındakı sadə korrelya-
siya, yüksək məhsuldarlıqla bağli olan əlamətlərin müəyyənləşdi-
rilməsində əsas sayıla bilməz. Halbuki, path analizindən istifadə
etməklə müxtəlif əlamətlərin birbaşa və dolayı təsirlərini
məhsuldarlıqla müəyyənləşdirmək imkanı yaranır [417].
Bu tədqiqatda path analizini yerinə yetirməzdən öncə
təsirsiz və ya az təsirli əlamətləri aradan qaldırmaq məqsədilə
çox dəyişikli ardıcıl reqressiya analizindən istifadə olunmuş-
dur. Çox dəyişikli xətti reqressiya tənliyini müəyyənləşdir-
mədən əvvəl, çox xətti fenomenin mövcud olmasını, müstəqil
dəyişənlər arasının sınaqdan keçirilməsi lazımdır. Çox xətti
fenomeni müəyyənləşdirmək üçün dəyişənlər arası variasiya
inflyasiya faktoru (VİF) statistikasından istifadə edilmişdir.
VİF statistikasının hesablanması göstərdi ki, əlamətlər arasın-
da çox xətti fenomen mövcuddur. Laboratoriya və ya əkin sa-
həsində riyazi düsturla hesablanmış əlamətlərdən bir qismi
silinməklə, əlamətlər arası çox xətti fenomen də ortadan qalx-
168
mış olur. Bu əlamətləri aradan qaldırmaqla reqressiya analizini ye-
rinə yetirməkdə heç bir problem müşahidə edilmir.
Deyildiyi kimi, dən məhsuldarlığının ən mühüm əlamətlərini
müəyyənləşdirmək məqsədilə ardıcıl reqressiya analizindən isti-
fadə edilmişdir. Tam suvarılan şəraitdə, dənin dolma sürəti əla-
məti birinci dəyişən olaraq modelə daxil edildu və bu da, özü-
özlüyündə 8l.8% hibridlər arası məhsuldarlıq dəyişikliklərini nü-
mayiş etdirdi. Ondan sonra ikinci mərhələdə dənin dolma döv-
rünün müddəti modelə daxil oldu və dənin dolma sürəti ilə yanaşı
99.8 faiz məhsuldarlıq dəyişikliyini göstərdi (Cədvəl 3.10). Su
qıtlığı stresi şəraitində dənin dolma sürəti əlaməti ilk dəyişən
olaraq modelə daxil oldu və özü-özlüyündə 74.2 % hibridlər arası
məhsuldarlıq dəyişikliyini doğrultdu. Ondan sonra ikinci mərhə-
lədə dənin dolma dövrünün müddəti modelə artırıldı və dənin
dolma sürəti ilə yanaşı, 99.2% dən məhsuldarlığı dəyişikliklərini
göstərdu. Nəhayət üçüncü və dördüncü mərhələdə, uyğun olaraq,
qıçanın saçaqlarının aşkar olmasına lazım olan günlər və qıça sıra-
sında dənin sayı əlamətləri reqressiya modelinə daxil oldular. Bu
dörd əlamət dən məhsuldarlıq dəyişikliklərinin 99.4%-in doğrult-
maqla, bu şəraitdə dən məhsuldarlığını izah etməkdə ən mühüm
və təsiredici əlamətlər kimi müəyyən edildi (Cədvəl 3.11).
Cədvəl 3.10.
Tam suvarılan şəraitdə ardıcıl reqressiya üsulu ilə
məhsuldarlığa bağli seçilən əlamətlərin reqressiya əmsalı
Mərhələ
b (regressiya əmsalı)
başlamaqdan
en
Orta
kvadratik
R
2
D.D.S.
D.D.D.
M.
1
0.454**
-
0.474
33.755**
0.818
2
0.471**
0.172**
-8.086
20.59**
0.998
D.D.S.- dənin dolma sürəti; D.D.D.M.- dənin dolma dövrünün müddəti; ** - 1% ehtimallıqla
mənalı dərəcədə fərqliliklər.
169
H.Corke və L.W. Kannenbergin tədqiqatlarının nəticələ-
rinə görə dənin dolma sürəti çox olan genotiplərin məhssul-
darlığı da çox olmışdır [167]. T.B. Daynard və L.W. Kannen-
berg müxtəlif sıxlıqlarda əkilmiş üç qarğıdalı hibridini tədqiq
etməklə belə nəticəyə gəlmişlər ki, dənin dolma dövrünün
müddəti ilə dən məhsuldarlığı arasında mənalı xətti əlaqə
vardır, 70-80 faiz məhsuldarlıq fərqləri dənin dolma dövrünün
müddətində olan fərqlərə aid edilmişdir [173]. M. Yazdan-
doost-Hamedani və A. Rezai (l99l) dənin dolma sürəti və
dənin dolma dövrünün müddəti əlamətlərini dən məhsuldar-
lığının izahında ən mühüm və təsiredici əlamətlər kimi mü-
əyyən etmişlər [417]. R. Sadat [339] reqressiya analizindən
istifadə etməklə göstərmişdir ki, qıça sırasında dənin sayı,
məhsuldarlıq dəyişikliklərinin çoxunu doğruldur.
Tam suvarılan şəraitdə dənin dolma sürəti və dənin dol-
ma müddəti əlamətlərinin dən məhsuldarlığı ilə bilavasitə və
dolayı korrelyasiyaları, path analizi yolu ilə əldə edilmişdir.
Path analizinin nəticələri göstərmişdir ki, dənin dolma sürəti
(0.938),
dənin dolma dövrü müddəti (0.425) ilə müqayisədə
dən məhsuldarlığına daha çox bilavasitə təsir göstərir (Cədvəl
3.12).
Cədvəl 3.11
Quraqlıq şəraitdə ardıcıl reqressiya yolu ilə
məhsuldarlığa bağlı seçilən əlamətlərin reqressiya əmsalı
Mərhələ
b (regressiya əmsalı)
başlamaqdan
en
Orta
kvadratik
R
2
D.D.S.
D.D.D.M.
Q.S.G.S.
Q.S.D.S.
1
0.284**
-
-
-
1.541
8.884**
0.742
2
0.373**
0.128**
-
-
-4.773
5.933**
0.992
170
Cədvəl 3.11-in davamı
3
0.376**
0.129**
-0.007**
-
-4.369
3.96**
0.993
4
0.37**
0.125**
-0.009**
0.009**
-4.295
2.974**
0.994
D.D.S.- dənin dolma sürəti; D.D.D.M.-dənin dolma dövrünün
müddəti; Q.S.G.S.- qıçanın saçaqlarının aşkar olmasına lazım
olan günlərin sayı; Q.S.D.S.- qıça sırasında dənin sayı; ** - 1%
ehtimallıqla mənalı dərəcədə fərqliliklər.
Cədvəl 3.12.
Tam suvarılan şəraitdə ardıcıl üsulla reqressiya modelinə
daxil olan əlamətlərin məhsuldarlığa bilavasitə və
dolayı təsirləri, path analız əsasında nəticələri
Əlamətlər
Bilavasitə
təsir
Dolayı təsirlər
Məhsuldarlıqla
Korrelyasiya
D.D.D.M.
D.D.S.
D.D.D.M.
0.425
-
-0.075
0.35
D.D.S.
0.938
-0.034
-
0.904
Qalıq
təsirlər
0.041
D.D.S.- dənin dolma sürəti; D.D.D.M.- dən dolma dövrünün müddəti
Quraqlıq şəraitində dənin dolma sürəti, dən dolma dövrü-
nün müddəti, qıçanın saçaqlarının aşkar olmasına lazım olan
günlərin sayı və qıça sırasında dənin sayı kimi əlamətlərin dən
məhsuldarlığı ilə korrelyasiyasının bilavasitə və dolayı təsir-
lərini aydın etmək üçün path analizi yerinə yetirilmişdir. Bu
şəraitdə dən məhsuldarlığı üzərinə birbaşa və ən çox müsbət
təsir, dən dolma sürəti və dən dolma dövrü ələmətləri olmuş-
171
dur. Bu da onu göstərir ki, bu əlamətlərin artırılması ilə dən
məhsuldarlığı da arta bilər.
Dən məhsuldarlığı üzərinə, qıça sırasında dənin sayının
(0.04l) ən az müsbət təsiri olmuş, lakin bu əlamətin dolayı
yolla dən məhsuldarlığına təsiri dən dolma sürəti (0.294), dən
dolma dövrünün müddəti (0.l) vasitəsilə olmuşdur. Qıcanın
saçaqlarının aşkar olunması üçün lazım olan günlərin sayının
dən məhsuldarlığı üzərinə bilavasitə mənfi təsiri (-0.04l) var-
dır və bu mənfi təsir, müsbət dolayı təsir yolu ilə, yəni dənin
dolma sürəti (0.26) vasitəsilə bir həddə qədər azalır (Cədvəl 3.12).
Cədvəl 3.13
Quraqlıq şəraitində ardıcıl üsulla reqressiya modelinə daxil
olan əlamətlərin məhsuldarlığa bilavasitə və dolayı təsirləri,
path analiz əsasında nəticələri
Əlamətlər
Bilavasitə
təsir
Dolayı təsirlər
Məhsul-
darlıqla
Q.S.D.S.
Q.S.G.S.
D.D.D.M.
D.D.S.
Korrel-
yasiya
Q.S.D.S.
0.041
-
-0.01
0.1
0.294
z0.43
Q.S.G.S.
-0.041
0.009
-
-0.03
0.26
0.20
D.D.D.M.
0.553
0.007
0.002
-
-0.533
0.03
D.D.S.
1.122
0.01
-0.01
-0.263
-
0.86
Qalıq təsirlər
0.077
D.D.S.- dənin dolma sürəti; D.D.D.M.- dən dolma dövrünün müd-
dəti; Q.S.G.S.- qıçanın saçaqlarının aşkar olmasına lazım olan gün-
lərin sayı; Q.S.D.S.- qıça sırasında dənin sayı
172
Beləliklə, dən məhsuldarlığına görə tədqiq edilən hib-
ridlər arasında olan müxtəliflik ümumiyyətlə dənin dolma
sürətinə bağlıdır və bu əlamət dən məhsuldarlığında ən mü-
hüm amil sayılır [27,360]. E. Ottaviano və A.Camussi də
müxtəlif şəraitlərdə becərilmiş qarğıdalı hibridləri ilə apar-
dıqları təcrübələrdən belə nəticəyə gəlmişlər ki, dən məhsul-
darlığı dənin dolma dövrü və sürəti ilə əlaqədardır. Lakin, bu
tədqiqatın nəticələri göstərdi ki, dənin dolma sürətinin daha
çox rolu vardır [305]. Bu nəticələr bizim aldığımız nəticələrə
tamamilə uyğundur.
Bununla əlaqədar S.M. Shoae Hosseini və əməkdaşları-
nın (2008) tam suvarılan şəraitdə qarğıdalının müxtəlif hib-
ridləri üzərində apardıqları tədqiqatlar, sadə korrelyasiya,
ardıcıl reqressiya və path analizi vasitəsilə çixarılan nəti-
cələr göstərdi ki, qıçanın oduncuk faizi, dənin uzunluğu,
qıça sırasında dənin sayı, bitkinin boyu və sonrakı mər-
hələdə qıçanın uzunluğu əsasında dolayı seçim də məh-
suldarlığı artırmaq üçün faydalı ola bilər. Su qıtlığı stresi
şəraitində, dolayı seçim ilə dən məhsuldarlığını artırmaq
üçün qıçanın diametri, qıça sırasında dənin sayı və sonrakı
mərhələdə qıçanın uzunluğu əlamətlərindən istifadə etmək
olar [361]. A. Ahmadzadeh (l998) göstərmişdir ki, hər iki
şəraitdə, yəni stres və adi mühit şəraitində məhsuldarlığın
komponentləri, yəni bitkidə qıçanın sayı, qıça dəninin sıra
sayı və qıça sırasında dənin sayı, məhsuldarlığa daha çox
təsir edir. Başqa morfoloji əlamətlər, o cümlədən yarpağın
ümumi sayı, yarpağın eni və uzunluğu, gövdənin diametri,
qıçanın uzunluğu, tac çiçəyinin uzunluğu kimi əlamətlər
quraqlıq stresi şəraitində xüsusi əhəmiyyət daşıyır və bu da
stres şəraitində məhsuldarlığı artırmaq üçün xüsusi olaraq
seleksiya indeksinin dəyərini qaldırmağa yönəlir [98].
173
M.Yazdandoost-Hamedani və A. Rezai (2001), N. Upadya-
yula və əməkdaşları (2005) və V. Rameeh (2000) də
müəyyən etmişlər ki, dən məhsuldarlığına, qıça sırasında
dənin sayı əlamətinin birbaşa təsiri başqa əlamətlərdən daha
çoxdur [321, 388, 417].
Tam suvarılan və su qıtlığı şəraitlərində, dənin dolma
müddəti və dənin dolma sürəti əlamətləri məhsuldarlığa bila-
vasitə yüksək təsir göstərir. Bu göstəricilərə daha çox təsir
edən əlamətləri müəyyən etmək üçün ayrıca ardıcıl reqressiya
üsulundan istifadə edilmişdir. Bu reqressiya analizində dənin
dolma dövrü və dənin dolma sürəti əlamətləri asılı dəyişən və
məhsuldarlıqdan başqa əlamətlər, müstəqil dəyişən kimi nə-
zərdə tutulur.
Tam suvarılan şəraitdə dənin dolma müddəti əlamətində
ardıcıl reqressiya üsulunun yerinə yetirməsi göstərdi ki, yalnız
ilkin boy əlaməti (əkiləndən 30 gün sonrakı bitkinin boyu)
reqressiya modelinə daxil olur. Belə ki, dən dolma dövrünün
müddəti üzərində birbaşa ilkin boyun təsiri 0.326 ilə və bu
modelin R
2
-i (əmsal) 0.354 ilə bərabərdir. Bu şəraitdə dənin
dolma sürəti ilə əlaqədar olaraq yalnız hektolitr əlaməti req-
ressiya modelinə daxil olur. Belə ki, dənin dolma sürəti üzə-
rinə hektolitr əlamətinin birbaşa təsiri 0.322, və modelin R
2
-i
0.407 ilə bərabərdir. Modellərin R
2
-nın aşagı olması onu gös-
tərir ki, laboratoriya və əkin sahələrində ölçülmüş əlamətlər-
dən başqa digər əlamətlərin də ölçülməsi zəruridir. Dənin dol-
ma mərhələsində, su qıtlığı şəraitində dənin dolma müddəti
əlamətində ardıcıl reqressiya üsulunun yerinə yetirilməsi
göstərdi ki, dənin dolma sürəti, qıça sırasında dənin sayı,
bitkinin boyu, qıça dəninin sıra sayı və xlorofilin miqdarı
(a+b) əlamətləri, uyğun olaraq, reqressiya modelinə daxil
olmuşdur.
174
Cədvəl 3.14
Quraqlıq şəraitdə ardıcıl üsulla reqressiya modelinə
daxil olan əlamətlərin dənin dolma dövrü müddətinə
bilavasitə və dolayı təsirlərinin path analizi əsasında nəticələri
Əlamətlər
Bilavasitə
təsir
Dolayı təsirlər
D.D.D.M.- la
Korrelyasiya
X.M.
Q.D.S.S.
B.B.
Q.S.D.S.
D.D.S.
X.M.
-0.679
0.097
0.032
0.064
0.009
-0.475
Q.D.S.S.
0.372
-0.178
0.001
0.002
-0.017
0.181
B.B.
0.342
-0.064
0.001
-0.064
0.033
0.25
Q.S.D.S.
0.366
-0.121
0.002
-0.06
-0.047
0.142
D.D.S.
0.248
-0.028
-0.026
0.045
-0.069
0.172
Qalıq təsirlər = 0.65
D.D.S.- dənin dolma sürəti; Q.S.D.S.- qıça sırasında dənin sayı; B.B.-
bitkinin boyu; Q.D.S.S.- qıça dəninin sıra sayı; X.M.- xlorofilin miqdarı
(a+b); D.D.D.M.- dənin dolma dövrünün müddəti
Belə ki, qıça sırasında dənin sayı, qıça dəninin sıra sayı,
bitkinin boyu, dənin dolma sürəti və xlorofilin miqdarı (a+b)
əlamətlərinin dənin dolma dövrünün müddətinə birbaşa təsiri,
uyğun olaraq, -0.679, 0.372, 0.342, 0.366 və 0.248 ədədlərinə
bərabərdir (Cədvəl 3.14).
Bu şəraitdə dənin dolma sürəti əlaməti ilə əlaqədar ola-
raq, dənin dolma dövrü müddəti, ASI (tozlanma ilə saçaqlama
arasındakı günlərin sayı), dənin uzunluğu və bitkinin boyu
əlamətləri reqressiya modelinə daxil edilmişdir. Belə ki, dənin
uzunluğu, bitkinin boyu, ASI və dənin dolma dövrünün
müddəti əlamətlərinin birbaşa dənin dolma sürətinə təsirləri,
uyğun olaraq, -0.498, 0.4l4, 0.455 və 0.347-lə bərabər olmuş-
dur (Cədvəl 3.15).
175
Cədvəl 3.15
Quraqlıq şəraitdə ardıcıl üsulla reqressiya modelinə
daxil olan əlamətlərin dənin dolma sürətinə bilavasitə
və dolayı təsirləri, path analiz əsasında nəticələri
Əlamətlər
Bilavasitə
təsir
Dolayı təsirlər
D.D.S.-la
Korrelyasiya
B.B.
D.Q.
ASI
D.D.D.M.
B.B.
-0.498
-0.034
-0.03
0.086
-0.475
D.Q.
0.414
0.04
0.007
-0.016
0.446
ASI
0.455
0.032
0.006
-0.085
0.409
D.D.D.M.
0.347
-0.125
-0.019
-0.111
0.093
Qalıq təsirlər = 0.61
D.D.D.M.- dənin dolma dövrünün müddəti; ASI- tozlanma ilə saçaqlama
arasındakı günlərin sayı; D.Q.- dənin qalınlığı; B.B.- bitkinin boyu;
D.D.S.- dənin dolma sürəti
Ümumiyyətlə əldə olunan nəticələrə nəzər saldıqda, hib-
ridlərin məhsuldarlığının ən yüksək müxtəlifliyini birinci növ-
bədə dənin dolma sürəti ilə əlaqələndirmək olar. Dənin dolma
dövrünün müddəti isə ikinci dərəcəli əhəmiyyət daşıyır. Dənin
dolma sürəti, saçaqların aşkar olmasından əvvəlki dövrdən,
həmçinin mənbəyin ölçüsündən və fotoassimilasiyanın (foto-
sintezdən əldə edilən maddələr) mövcudluğundan asılıdır.
Qıçanın saçaqlarının aşkar olunmasına lazım olan günlərin
sayı və dən dolma dövrünün dən məhsuldarlığına müsbət təsiri
nəzərə alındıqda, məlum olur ki, saçaqların aşkar olunmasından
əvvəlki dövrün uzanması dən məhsuldarlığının yüksəlməsinə
gətirib çıxara bilər. Dənin dolma sürəti, 1000 dənin kütləsi və
dənin sayı əlamətlərinin bir-biri ilə müsbət və mənalı korrelyasiya
əlaqələri vardır. Bələliklə, dənin sayı və dən dolma sürəti fotoassi-
milasiyanın nəticəsi hesab olunur, bu səbəbdən belə nəticəyə
gəlmək olar ki, dən dolma sürətinin və dən sayının çox olması
məhsuldarlığın yüksək olmasına səbəb olacaqdır [27].
|