Cədvəl 4.2
Quraqlıq və duzluluq streslərinin iki cərgəli Arpa 43 sortunun
hüceyrə orqanoidlərində nuklein turşularının miqdarına təsiri
(mitoxondri və xloroplastların 100q
quru kütləsində, mq-la )
Variant-
lar
Xloroplast
Mitoxondri
RNT
DNT
RNT/
DNT
RNT
DNT
RNT/
DNT
Nəzarət
3222±68
240,7±31
13,38
3212±48
389,7±27
8,24
PEQ
4698±110
287,2±26
16,36
3754±96
317±18
11,80
NaCl
5796±76
321,0±18
18,06
3238±114
322,2±11
10,05
Lakin stres amillərin təsirindən mitoxondrilərdə baş
verən dəyişmələr bir qədər fərqli olmuşdur. Belə ki, quraqlıq
stresi bu sortun mitoxondrilərində RNT miqdarını 17%
artırdığı halda, DNT-nin miqdarına mənfi təsir göstərmiş və
onun 19% azalmasına səbəb olmuşdur. Duzluluq stresinin tə-
siri zamanı da bənzər nəticələr əldə edilmişdir. Bu stresin tə-
sirindən RNT-nin miqdarında ciddi dəyişmələr baş verməsə
də, DNT-nin miqdarı 17% azalmışdır. Göründüyü kimi, bu
sortun xloroplast genetik sistemi mitoxondri genetik sisteminə
nisbətən stres amillərinin təsirinə daha çox davamlılıq göstər-
mişdir. Lakin bu nəticə hələ ümumi qanunauyğunluq kimi qə-
bul edilə bilməz.
205
Stres amillərə davamlı Arpa 43 sortunda RNT/DNT nis-
bəti də, hər iki orqanoiddə kəskin artmışdır ki, bu da xloro-
plast və mitoxondri fraksiyalarında genetik sistemin aktivliyi-
nin göstəricisi kimi qəbul edilə bilər. Bu isə özlüyündə hücey-
rənin enerji təminatına yönəlmiş biosintetik proseslərin aktiv-
liyi ilə xarakterizə olunur.
Şəkil 4.9-da stres amillərə həssaslığı ilə seçilən Arpa 59
sortunun xloroplast və mitoxondri genetik sistemlərində RNT
və DNT-nin miqdarında baş verən dəyişmələr verilmişdir. Şə-
killərdən aydın görünür ki, stres amillər Arpa 59 sortunun mi-
toxondri və xloroplast genetik sistemlərinə ciddi təsir edərək
RNT və DNT-nin miqdarında kəskin azalmalara səbəb
olmuşdur. Maraqlıdır ki, xloroplastlarda RNT və DNT-nin
azalması quraqlıq stresinə nisbətən duzluluq stresi zamanı
daha çox müşahidə edilmişdir. Quraqlığın təsirindən xloro-
plastlarda RNT-nin miqdarı 7%, DNT-nin miqdarı isə 4% azal-
dığı halda, mitoxondrilərdə bu göstəricilər müvafiq olaraq 21%
və 20%-ə bərabər olmuşdur. Öyrənilən bu arpa sortu toxum-
larının stres məhlullarda cücərmə qabiliyyətinə və yarpaqlarda
xlorofilin depressiya dərəcəsinə görə də, quraqlıq stresinə nis-
bətən duzluluq stresinə qarşı daha həssas olmuşdur (III fəsil).
Bu nəticələrin bir-birinə uyğun gəlməsi bitkilərin stres amil-
lərə davamlılığında xloroplastların quruluş və funksiyasının
xüsusi önəmi olduğunu bir daha təsdiq edir.
Stres amillər Arpa 59 sortunun mitoxondrilərində də nuk-
lein turşularının miqdarında ciddi azalmalara səbəb olmuşdur.
Quraqlığın təsirindən RNT-nin miqdarı 21%, DNT-nin miq-
darı isə 11% azalmışdır. Oxşar nəticələr duzluluq stresinin tə-
siri zamanı da müşahidə edilmişdir Stres amillərə həssas Arpa
59 sortunda RNT/DNT nisbəti də hər iki genetik sistemdə
xeyli azalmışdır ki, bu da xloroplast və mitoxondri frak-
206
siyalarında genetik sistemin fəallığının aşağı düşdüyünü
göstərir.
-7
-4
-21
-11
-25
-15
-5
N
əz
arə
tə
görə
%
-lə
Quraqlıq
Xloroplast RNT
XloroplastDNT
Mitoxondrial RNT
Mitoxondrial DNT
-21
-20
-24
-13
-25
-20
-15
-10
N
əz
arə
tə
görə
%
-lə
Duzluluq
Şəkil 4.9. Quraqlıq və duzluluq streslərinin təsirindən Arpa
59 sortunun hüceyrə orqanoidlərində nuklein turşuları
miqdarında baş verən dəyişmələr.
Fizioloji parametrlərinə görə quraqlıq stresinə nisbətən
duzluluq stresinə daha davamlı hesab edilən Arpa 32 sortunun
xloroplastlarında RNT və DNT-nin miqdarında kəskin artım
müşahidə edilməmişdir (Şəkil 4.10).
207
Quraqlıq stresinin təsirindən bu arpa sortunun xloro-
plastlarında RNT-nin miqdarı 42%, DNT-nin miqdarı isə 58%
artmışdır. Duzluluq stresinin təsirindən isə xloroplast RNT-
lərində 35%, xloroplast DNT-lərində isə 21% artım müşahidə
edilmişdir. Lakin hər iki stresin təsirindən mitoxondrial RNT-
nin miqdarında azalmalar baş vermişdir.
42
58
-13
-11
-20
-10
0
10
20
30
40
50
60
N
əz
ar
ət
ə
gör
ə
%
-lə
Quraqlıq
Xloroplast RNT
XloroplastDNT
Mitoxondrial RNT
Mitoxondrial DNT
Şəkil 4.10. Quraqlıq və duzluluq streslərinin təsirindən Arpa
32 sortunun hüceyrə orqanoidlərində nuklein
turşuları miqdarında baş verən dəyişmələr
Quraqlıq stresi təsirindən bu azalma 13%, duzluluq stresi
təsirindən isə 6%-ə bərabər olmuşdur. Quraqlıq stresi mitoxond-
rilərdə də xeyli azalmaya səbəb olmuş (-11), lakin duzluluğun
təsirindən mitoxondri DNT-də nəzərə çarpacaq artım qeyd edil-
mişdir (30%).
RNT/DNT nisbətindən alınmış nəticələr də maraq doğurur.
Belə ki, bu nisbət quraqlıq variantında aşağı, duzluluq variantında
isə nəzərə çarpacaq dərəcədə yüksək olmuşdur ki, bu da duzluluq
stresinin xloroplastlarda və qismən də mitoxondrilərdə gen eks-
presiyasına müsbət yöndə təsir etməsini göstərir.
208
Son illər xloroplast və mitoxondrilərin DNT və RNT-də
molekulyar dəyişkənliklərin öyrənilməsinə həsr olunmuş təd-
qiqat işlərinin həcmi xeyli artmışdır [43, 106]. Bu məlumat-
lardan belə bir nəticəyə gəlmək olar ki, növ və ya sort diver-
gensiyası yalnız nüvə genlərinin dəyişilməsi ilə deyil, həm də
xloroplast və mitoxondrilərin genetik sistemlərində baş verən
dəyişmələrlə şərtlənir. Qeyd edək ki, belə dəyişmələr bir hal-
da əsasən xloroplast genlərində, digər halda isə mitoxondri
genlərində özünü göstərir. Bu hüceyrə strukturlarının genetik
materiallarında baş verən dəyişiklik dolayısı yolla olsa da, öy-
rənilən sortların enerji dəyərini qiymətləndirməyə əsas verir.
Əlamətlərin inkişafına müxtəlif xarakterli faktorların təsirini
tədqiq edərkən genetik balans hipotezi meydana çıxır. Onların
bəziləri əlaməti gücləndirdiyi halda, digərləri onu əks tərəfə
yönəldir. Belə məqamlarda bu və ya digər əlamətin dərəcəsi
genetik balansın nəticəsi kimi qəbul edilir.
Mitoxondri və xloroplastlarda nuklein turşuları miqdarı-
nın və onalrın funksional aktivliyinin dəyişilməsi göstərir ki,
stres amillərə uyğunlaşma hüceyrənin energetik orqanoidlə-
rində baş verən proseslərlə də əhəmiyyətli dərəcədə əlaqədar-
dır. Davamsız sortlar DNT və RNT miqdarının azalması və
hüceyrənin zəif morfoloji aktivliyi ilə xarakterizə olunur.
Energetik metabolizmin gücü, onun potensial imkanları, bio-
sintetik proseslərinin efektliyini, orqanizmin ətraf mühitin
dəyişilən şəraitinə uyğunlaşmasını əhəmiyyətli dərəcədə
şərtləndirir [53, 62].
Əldə edilən təcrübi nəticələr aşağıdakı şəkildə şərh edilə
bilər: stres amillərin təsirindən hüceyrə nüvəsində elə bir
şərait yaranır ki, DNT-nin ümumi və lokal sintezinin aktivliyi
dəyişilir, bu da öz növbəsində bəzi təkrarlanan nukleotid
ardıcıllıqları fraksiyalarında ayrı-ayrı struktur genlərin doza-
209
larının artmasına səbəb ola bilir. Bu hadisələr özəl genomun
bərpası kimi də təsnif edilə bilər. Mitoxondri və xloroplastl-
arın genetik sistemlərinin aktivliyinin yüksəlməsi hesabına
hüceyrənin enerji təminatı da yüksəlir. Hüceyrənin genetik
sistemlərində baş verən dəyişikliklər bütün sintetik proseslərin
intensifikasiyasına səbəb olur. Təsvir edilən dəyişkənliklər de-
dikdə buraya transkripsiya, translyasiya, genlərin ekspresi-
yası, fermentativ sistemin aktivliyi, digər fizioloji, biokimyəvi
və biofiziki proseslər, morfogenezin dəyişilməsinə yönəlmiş
metabolitik reaksiyaların sürətinin yüksəlməsi nəzərdə tutulur.
4.5. Stres amillərin diploid və tetraploid buğda
nümunələrinin genomunda əmələ gətirdiyi dəyişmələr
Bəzi müəlliflərin mülahizələrinə görə nuklein turşularının
və zülalların hüceyrədə miqdarı sintetik və hidrolitik proses-
lərin səviyyəsi ilə əlaqədardır. Ona görə ki, metabolik proses-
lərin aktivliyi DNT-nin replikasiyası və transkripsiyasının
aktivliyindən asılıdır [70, 80]. Stres amillərin təsiri nəticəsin-
də nuklein turşularının dinamikası su qıtlığının dərəcəsindən
asılı olaraq müxtəlif xarakter daşıyır. Susuzluğa qarşı bitkilə-
rin müxtəlif reaksiyalarının və nuklein turşularının dəyişmə
dinamikasının oxşar xarakter daşıması bu hadisəni daha dərin-
dən öyrənməyə təkan verir. Daha dəqiq informasiya isə DNT-
nin genetik cəhətdən aktiv və inert fraksiyalarının təyini nə-
ticəsində əldə edilə bilər. Aparılan tədqiqat işində quraqlığın
və duzluluğun təsirindən davamlı və həssas buğda nümunə-
lərində DNT fraksiyaları və RNT-nin miqdarında baş verən
dəyişmələr və bu dəyişmələrə fitohormonların təsiri öyrənilmişdir.
210
4.5.1. Quraqlıq və duzluluq stresinin təsirindən
buğda yarpaqlarının hüceyrə xromatininin quruluş
vəziyyətində baş verən dəyişikliklər və onlara
fitohormonların təsiri
Toxumların cücərmə faizi və stres amillərin təsirindən
yarpaqlarda xlorofil (a+b)-nin miqdarında əmələ gələn də-
yişmələr nəzərə alınaraq nümunələrin içərisindən quraqlığa və
duzluluğa davamlı, orta davamlı və həssas sortlar seçilmiş, bu
nümunələrdə stres amillərin təsirindən genomda baş verən də-
yişmələr və bu dəyişmələrə fitohormonların təsiri öyrənilmişdir.
Aşağıdakı cədvəl və şəkillərdə davamlı nümunə kimi gö-
türülmüş T.monococcum-un cücərtilərində RNT-nin miqda-
rında və DNT fraksiyalarında baş verən dəyişmələr göstə-
rilmişdir (Cədvəl 4.3).
Cədvəl 4.3
Stres amillərin və fitohormonların təsirindən mədəni təkdənli
( T.monococcum L.) buğdanın cücərtilərində RNT və DNT
fraksiyalarında baş verən dəyişmələr (100 q yaş çəkidə mq-la)
Təcrübə
variantları
RNT
DNT fraksiyaları
Ümumi
DNT
labil
stabil
qalıq
Stresdən 48 saat sonra
Nəzarət
84.6 ±2.75
26.6 ±0.58
13.2 ±1.02
2.48 ±0.26
42.3 ±1.86
PEQ
118.9 ±5.69
30.9 ±0.68
13.7 ±0.96
3.54 ±0.35
48.2 ±1.99
NaCl
112.8 ±3.35
29.0 ±1.06
13.9 ±0.60
2.66 ±0.59
45.5 ±2.25
Stresdən 72 saat sonra
PEQ+ H
2
O
82.5 ±3.68
27.2 ±0.87
11.6 ±0.36
3.42 ±0.58
42.2 ±1.81
PEQ+Hib+Kin
117.5 ±2.31
31.0 ±0.68
13.2 ±0.25
3.0 ±0.47
47.2 ±1.40
NaCl+H
2
O
85.0 ±1.98
30.5 ±0.56
10.2 ±1.03
1.41 ±0.27
42.1 ±1.86
NaCl+Hib+Kin
110 ±2.54
31.0 ±0.92
12.5 ±0.56
2.0 ±0.21
45.5 ±1.69
211
Cədvəl 4.3-dən göründüyü kimi quraqlıq stresinə davamlı
olan T.monococcum növünün genomunda RNT və DNT-nin
bütün fraksiyalarında artım meydana gəlmişdir. Belə ki,
quraqlığın təsirindən RNT-nin miqdarı 39.0%, labil DNT-nin
miqdarı 16.0%, stabil DNT-nin miqdarı 9.0%, qalıq DNT-nin
miqdarı 7.0% və total DNT-nin miqdarı isə 14.0% artmışdır.
Burada diqqət çəkən əsas məqamlardan biri, quraqlıq stresi
təsirindən genomun struktur vəziyyətində baş verən dəyiş-
mələrdir. Belə ki, DNT-nin digər fraksiyalarına nisbətən labil
xromatin fraksiyası DNT-sində baş verən kəskin artım,
transkripsiya intensivliyinin yüksəlməsinə və nəticədə daha
çox RNT sintezinə səbəb olmuşdur.
Stresdən 72 saat sonra Hib+Kin hormonunun təsiri nəti-
cəsində RNT-nin miqdarı 41.0%, labil və stabil DNT-nin miq-
darı 13.0%, total DNT-nin miqdarı isə 11.0% artmış, qalıq
DNT-nin miqdarı 13.0% azalmışdır.
Duzluluğun təsirindən T.monococcum L. növünün geno-
munda baş vermiş dəyişmələr və bunlara fitohormonların tə-
siri isə şəkil 4.11-da aydın təsvir edilmişdir.
Duzluluğun təsirindən də T.monococcum-un genomunda
RNT və labil DNT-nin miqdarında artım meydana gəlmişdir.
RNT-nin miqdarı 33.0%, labil DNT-nin miqdarı isə 9.0 %
artmış, stabil və qalıq DNT-nin miqdarında əhəmiyyətli də-
yişmə baş verməmişdir.
Stresdən 72 saat sonra Hib+Kin hormonunun təsiri nəti-
cəsində RNT –nin miqdarı 29.0%, labil DNT-nin miqdarı
1.6%, stabil DNT-nin miqdarı 22.0 %, qalıq DNT-nin miqdarı
8.0 %, total DNT-nin miqdarı isə 8.0 % artmışdır (Şəkil 4.11).
212
33
9
5
7
7
0
5
10
15
20
25
30
35
a) Stresdən 48 saat sonra meydana gələn dəyişmələr
N
əz
ar
ət
ə
gö
rə
%
-lə
Total DNT
Qalıq DNT
Stabil DNT
Labil DNT
RNT
29
1,6
22
41
8
0
5
10
15
20
25
30
35
40
45
b) Stresdən 72 saat sonra Hib+KİN təsirindən meydana gələn dəyişmələr
Nə
za
rə
tə
g
örə
%
-lə
Total DNT
Qalıq DNT
Stabil DNT
Labil DNT
RNT
Şəkil 4.11. Duzluluq stresinin təsirindən mədəni təkdənli
buğda (T.monococuum L.) növündə RNT miq-
darı və DNT fraksiyalarında baş verən dəyiş-
mələr və bu dəyişmələrə Hib+Kin hormonunun
təsiri
Alınan nəticələrdən aydın olur ki, mədəni təkdənli buğda
(T.monococcum L.) stres amillərə qarşı tolerantdır. Belə ki,
həm quraqlıq, həm də duzluluğun təsirindən hüceyrə xromati-
ninin struktur vəziyyətində dəyişmələr baş vermiş, labil DNT-
nin miqdarı artmış və bunun nəticəsində də transkripsiyanın
intensivliyi güclənmişdir. Transkripsiya intensivliyinin art-
ması translyasiyanın da güclənməsinə və daha çox zülal sinte-
zinə səbəb olur ki, nəticədə bitki özünü stresin təsirindən qo-
ruya bilir. Qeyd etmək lazımdır ki, stresdən 72 saat sonra
verilmiş fitohormonlar genomda bərpa işlərinə kömək etmiş
və stresin nəticələrinin aradan qaldırılmasına səbəb olmuşdur.
213
Nəticələrdən aydın olur ki, fitohormonların təsirindən sonra
bitkidə RNT və DNT-nin bütün fraksiyalarında artım baş
vermişdir. Bu isə onunla xarakterizə olunur ki, fitohormon-
ların təsirindən genom daha da aktivləşir və reparasiya prosesi
güclənir.
Nəticələri bir daha təsdiq etmək üçün təcrübə bərk buğ-
danın (T.durum Desf.) davamlı, orta davamlı və həssas sortları
üzərində təkrar aparılmışdır.
Cədvəl 4.4.
Stres amillərin və fitohormonların təsirindən Giorgio 302
buğda sortunun (T.durum Desf.) cücərtilərində RNT və DNT
fraksiyalarında baş verən dəyişmələr (100 q yaş çəkidə mq-la)
Təcrübə
variantları
RNT
DNT fraksiyaları
Ümumi
DNT
labil
stabil
qalıq
Stresdən 48 saat sonra
Nəzarət
87.3±0.95
10.4±0.20
19.8±0.70
2.56±0.26
32.7±1.16
PEQ
96.2±3.73
12.0±0.50
20.9±0.37
2.54±0.41
35.4±1.28
NaCl
91.9±4.24
12.5±0.38
20.3±1.02
3.01±0.27
35.8±1.67
Stresdən 72 saat sonra
PEQ+H
2
O
76.9±7.05
9.75±0.13
17.8±0.55
2.21±0.35
29.7±1.03
PEQ + Hib+Kin
96.6±4.60
12.8±0.30
21.2±0.45
2.83±0.53
36.8±1.28
NaCl+H
2
O
72.6±6.45
9.83±0.26
18.0±0.35
1.59±0.53
29.4±1.16
NaCl + Hib+Kin
104.6±5.55
13.7±0.30
22.5±0.25
3.8±0.26
40.0±0.82
Cədvəl 4.4-dən göründüyü kimi quraqlığın təsirindən
davamlı sort hesab edilən Giorgio 302 sortunun cücərtilərində
RNT (10.0 %), labil DNT-nin (15.0%) miqdarı əsaslı surətdə
artmış, stabil və qalıq DNT-nin miqdarında isə önəmli dəyiş-
mələr baş verməmişdir. Bu təcrübədən alınmış nəticələr də
214
T.monococcum növündə alınmış nəticələri bir daha təsdiqlə-
miş oldu. Belə ki, labil DNT və RNT arasında olan korrelya-
siya bir daha özünü göstərdi.
Fitohormonunun təsirindən sonra isə RNT və DNT frak-
siyalarında yüksək artım müşahidə olunmuşdur. RNT-nin miqdarı
25.0%, labil DNT 31.0%, stabil DNT 19.0%, qalıq DNT 28.0%,
ümumi DNT-nin miqdarı isə 23.0% artmışdır.
Nəticələr göstərir ki, İtalya mənşəli Giorgio 302 sortunun
genomu quraqlığın və fitohormonların təsirindən T.monococcum
növünə nisbətən daha çox aktivləşmişdir. Belə ki, T.monococcum-
da fitohormonların təsirindən ümumi DNT-nin miqdarı 11.0%
artdığı halda, Giorgio 302-sortunda bu rəqəm iki dəfə çox
olmuşdur.
Duzluluq stresinin təsirindən də Giorgio 302 sortunun ge-
nomunda RNT və DNT-nin fraksiyalarında əsasən artım meydana
gəlmişdir. Belə ki, duzluluğun təsirindən RNT-nin miqdarı 5.0%,
labil DNT-nin miqdarı 20.0%, stabil DNT-nin miqdarı 2.0%, qalıq
DNT-nin miqdarı 17.0%, total DNT-nin miqdarı isə 9.0 %
artımışdır. Nəticələri quraqlığın təsiri ilə müqayisə etdikdə aydın
olur ki, bu sortda quraqlığın təsirindən transkripsiyanın intensivliyi
daha çox güclənmişdir. Belə ki, quraqlıq zamanı labil DNT-nin
miqdarı 15.0% artıqda RNT-nin miqdarı 10.0%, duzluluq da isə
labil DNT-nin miqdarının 20.0% artmasına baxmayaraq RNT-nin
miqdarı cəmi 5.0% artmışdır.
Stresdən 72 saat sonra Hib+Kin hormonunun təsiri nəticəsində
isə nuklein turşularının miqdarında daha yüksək artım müşahidə
edilmişdir. RNT-nin miqdarı 35.0%, labil DNT-nin miqdarı 39.0%,
stabil DNT-nin miqdarı 25.0%, qalıq DNT-nin miqdarı 38.0 %,
total DNT-nin miqdarı isə 36.0 % artmışdır (Cədvəl 4.4).
Bu nəticələr Giorgio 302 bərk buğda sortunun fitohormonların
təsirinə qarşı daha həssas olduğunu göstərir. Odur ki, fitohormon-
215
lardan istifadə etməklə, bu sortlarda stresin mənfi nəticələrini daha
tez aradan qaldırmaq mümkündür.
Fizioloji parametrlərinə görə həssas hesab edilən sortlar üzə-
rində də bu tədqiqat işləri davam etdirilmişdir. Həssas sortlarda
əsasən stres amillərin təsirindən RNT və DNT fraksiyalarının
miqdarında azalmalar müşahidə edilmişdir. Alınan nəticələr cədvəl
və şəkillərdə aydın təsvir edilmişdir.
Fizioloji tədqiqatların nəticələrinə əsasən quraqlıq stresinə
qarşı həssas sort olan Persionda RNT-nin miqdarında və DNT
fraksiyalarında kəskin azalma meydana gəlmişdir. Belə ki, quraq-
lığın təsirindən RNT-nin miqdarı 52.0%, labil DNT-nin miqdarı
53.0%, qalıq DNT-nin miqdarı 37.0 %, total DNT-nin miqdarı isə
18.0 % azalmış, yalnız stabil DNT-nin miqdarı 2.0% artmışdır.
Stresdən 72 saat sonra Hib+Kin hormonunun təsirindən sonra
həm RNT, həm də DNT fraksiyalarının miqdarı əhəmiyyətli
dərəcədə artmışdır. Bu zaman RNT–nin miqdarı 26.0%, labil DNT-
nin miqdarı 27.0%, stabil DNT-nin miqdarı 25.0%, qalıq DNT-nin
miqdarı 31.0 %, total DNT-nin miqdarı isə 27.0 % artmışdır
(Cədvəl 4.5).
Cədvəl 4.5.
Stres amillərin və fitohormonların təsirindən Persion
buğda sortunun (T.durum Desf.) cücərtilərində RNT və DNT
fraksiyalarında baş verən dəyişmələr (100 q yaş çəkidə mq-la)
Təcrübə
varianları
RNT
DNT fraksiyaları
Ümumi
DNT
labil
stabil
qalıq
Stresdən 48 saat sonra
Nəzarət
65.3 ±2.75
12.7 ±0.35
15.6 ±0.30
2.83 ±0.35
31.2 ±1.00
PEQ
42.9 ±4.42
8.28 ±0.30
16 ±0.30
2.06 ±0.21
26.3 ±0.81
NaCl
55.2 ±2.11
7.74 ±0.56
12.6 ±0.37
1.41 ±0.17
21.7 ±1.10
216
Cədvəl 4.5-in davamı
Stresdən 72 saat sonra
PEQ+H
2
O
49.6 ±1.85
10.4 ±0.50
12.9 ±0.55
2.09 ±2.61
25.4 ±3.66
PEQ + Hib+Kin
62.5 ±3.75
13.3 ±0.70
16.3 ±0.65
2.74 ±0.08
32.3 ±1.43
NaCl+H
2
O
47.8 ±3.70
10.0 ±0.85
12.7 ±1.45
1.59 ±0.18
24.3 ±2.48
NaCl + Hib+Kin
61.6 ±0.90
10.8 ±0.50
14.5 ±0.75
1.76 ±0.35
27.0 ±1.60
Cədvəl 4.5 -dən göründüyü kimi duzluluğun təsirindən
həssas buğda sortu olan Persionda RNT-nin miqdarında və
DNT fraksiyalarında nəzərə çarpan azalmalar müşahidə edil-
mişdir. Duzluluğun təsirindən RNT-nin miqdarı 18%, labil
DNT-nin miqdarı isə 64.0% azalmışdır. Uyğun olaraq DNT-nin
digər fraksiyalarında və ümumi DNT miqdarında da önəmli
azalmalar baş vermişdir.
Əldə edilmiş bu təcrübi nəticələr bitkilərin duzluluq stresinə
davamlılığının bir başa genomun struktur və funksiyası ilə əla-
qədar olduğunu sübut edən maraqlı bir fakt kimi dəyərlən-
dirmək olar.
Stresdən 72 saat sonra Hib+Kin hormonunun təsiri nə-
ticəsində RNT-nin və labil DNT-nin miqdarı 28.0%, stabil
DNT-nin miqdarı 14.0%, qalıq DNT-nin miqdarı 10.0 %,
ümumi DNT-nin miqdarı isə 11.0 % artmışdır ki, bu da sortun
davamlı və ya həssaslığından asılı olmayaraq fitohormonların
stresin nəticələrini aradan qaldıra bilmə qabiliyyəti ilə
əlaqədardır.
Dostları ilə paylaş: |