3.4. Tolerantlıq indeksinə görə arpa nümunələrinin
qruplaşdırılması
Qeyd edildiyi kimi nümunələrin quraqlığa və duza da-
vamlılığını təyin etmək üçün həm də birbaşa tarla metodun-
dan istifadə edilmişdir. Belə ki, tədqiqat materialının quraq-
lığa davamlılığını müəyyən etmək üçün bütün nümunələr eyni
səpin üsulu və səpin norması ilə Azərbaycan Elmi Tədqiqat
Əkinçilik İnstitutunun Cəlilabad təcrübə stansiyasının dəymə
torpaqlarında və AMEA Genetik Ehtiyatlar İnstitutunun Ab-
şeron təcrübə bazasının suvarılan sahəsində səpilmişdir. Nü-
munələrin hamısı eyni aqrotexniki qaydalarla becərilmiş və
eyni qayda ilə yığılaraq məhsuldarlıq elemenlərinə görə analiz
edilmişdir.
Məlumdur ki, məhsuldarlığa birbaşa və başlıca təsir edən
məhsuldarlıq elementlərindən biri də sünbüldə dənin kütləsi
hesab edilir. Bunu nəzərə alaraq, nümunələrin quraqlığa tole-
rantlıq indeksi bu əlamət üzrə Fernandesin təklif etdiyi for-
mula əsasında hesablamışdır (Cədvəl 3.1).
Cədvəldəki rəqəmlərdən göründüyü kimi, bütün nümunə-
lərdə tolerantlıq indeksi yüksək olmuşdur. Bu, arpa bitkisinin
quraqlığa davamlılığı və Cəlilabad ərazisinin çox da quraq
olmaması ilə əsaslandırıla bilər. Alınan nəticələr əsasında
dendroqramma tərtib edilmiş və nümunələr bir-biri ilə mü-
qayisə edilərək qruplaşdırılmışdır (Şəkil 3.1).
137
Cədvəl 3.1
Quraqlığa tolerantlıq indeksi
№
Nümunənin
adı
Dənin
kütləsi
(Abşeron)
Dənin
kütləsi
(Cəlilabad)
Quraqlığa
toelrantlıq
indeksi
1
Hüseyn 1
1,44
1,36
0.08
2
Arpa 47
1,32
1,09
0.23
3
Nutans 67-91
0,98
1,14
-0.16
4
Nutans 303
0,87
1,9
-1.03
5
Arpa 77
1,18
1,68
-0.5
6
Nutans 118/21
1,71
1,16
0.55
7
Arpa 43
1,54
1,28
0.26
8
Cəlilabad 19
0,9
1,26
-0.36
9
Nutans 86/35-18
1,3
1,1
0.2
10
Nutans 80/32-21
1,24
1,03
0.21
11
Nutans 28/92
1,35
1,08
0.27
12
Nutans 57/9
1,04
1,18
-0.14
13
Nutans 124/32
1,26
1,03
0.23
14
Arpa 59
1,44
1,12
0.32
15
6 №-li Seçmə
1,29
1
0.29
16
Nutans 80/34-14
1,41
1,12
0,79
17
84 №-li Seçmə
3,14
2,56
0.58
18
Palidum 69-91
2,4
1,92
0.48
19
Arpa 75
2,27
2,15
0.12
20
Arpa 78
3,42
3,25
0.17
21
Arpa 32
2,77
2,52
0.25
22
78 №-li Cəbrayıl
3,34
2,57
0.77
23
76 №-li Seçmə
2,96
2,4
0.56
24
N 79/1-2
3,45
3,24
0,94
25
Arpa 31
4,22
3,26
0,96
26
Arpa 29
3,05
2,06
0,67
27
Arpa 39
3,13
2,36
0.77
28
Arpa 30
2,95
2,55
0.4
138
Cədvəl 3.1-in davamı
№
Nümunənin
adı
Dənin
kütləsi
(Abşeron)
Dənin kütləsi
(Cəlilabad)
Quraqlığa
toelrantlıq
indeksi
29
55 №-li Seçmə
2,47
3,04
-0.57
30
Arpa 44
3,62
2,8
0.82
31
Arpa 81
2,1
1,52
0.58
32
Arpa 84
2,9
1,9
1.0
33
Naxçıvan dəni
3,42
2,16
1.26
34
Arpa 40
1,9
1,6
0.3
Quraqlığa tolerantlıq indeksinə görə alınan dendroqram-
da nümunələr üç əsas qrupda birləşmişdir. Aşağıdan birinci
qrupda birləşən nümunələrin hamısında tolerantlıq indeksi
mənfi olmuşdur. Bu nümunələrdə quraqlığın təsirindən sün-
büldə olan dənin kütləsində heç bir azalma müşahidə olunma-
mış, əksinə cüzi artım qeydə alınmışdır. Alınan nəticələr
əsasında biz bu nümunələri quraqlığa yüksək davamlı nümu-
nələr kimi qiymətləndirmişik.
Demək olar ki, nümunələrin böyük əksəriyyəti üçüncü
klasterdə cəmlənmişdir. Bu nümunələrin bəzilərində quraq-
lığın təsirindən azalma az və ya orta dərəcədə olmuşdur. Qeyd
edilən nümunələr tərəfimizdən quraqlığa orta davamlı nümu-
nələr kimi qiymətləndirilmişdir. Ikinci klasterdə qruplaşan nü-
munələrdə isə tamam fərqli qiymətlər müşahidə edilir. Belə
ki, bu qrupda olan 6 nümunənin hamısında tolerantlıq indeksi
yüksək olmuşdur və bu da onu göstərir ki, quraqlığın təsirin-
dən bu nümunələrdə dənin kütləsi digər nümunələrlə müqayi-
sədə daha çox azalmışdır.
139
Şəkil 3.1 Quraqlığa tolerantlıq indeksinə görə nümunələrin
qruplaşdırılması
Quraqlığa davamlılıqda olduğu kimi, arpa nümunə-
lərinin duza davamlılığı da laboratoriya analizləri ilə ya-
naşı tarla şəraitində də tədqiq olunmuşdur. Duza davam-
140
lılığın qiymətləndirilməsində də əsas əlamət kimi sün-
büldə olan dənin kütləsi götürülmüşdür. Tolerantlıq in-
deksi quraqlığa davamlılığın qiymətləndirilməsində oldu-
ğu kimi qiymətləndirilmişdir. Cədvəl 3.2.-dən göründüyü
kimi, duzun təsirindən sünbüldə olan dənin kütləsində ən
çox azalma Arpa 31 və Arpa 44 nümunələrində qeydə
alınmışdır. Belə ki, Arpa 31 nümunəsində duzun təsirin-
dən sünbüldə olan dənin kütləsi 60%, Arpa 44 nümunə-
sində isə 66% azalma müşahidə olunmuşdur. Ən kiçik to-
lerantlıq indeksi isə Nutans 303 (0.07) və Nutans 118-21
(0.09) nümunələrində qeyd edilmişdir. Nümunələrin tole-
rantlıq indeksinə görə qruplaşdırılması yenə də SPSS
proqramı ilə klaster analiz üsulu ilə yerinə yetirilmişdir
(Şəkil 3.2).
Bu dendroqramda da 3 əsas klaster əmələ gəlmişdir.
Belə ki, aşağıdan birinci klasterdə cəmi iki nümunələ
birləşmişdir ki, onların da tolerantlıq in deksləri ən yüksək
həddədir. Bu iki nümunə (Arpa 31 və Arpa 44) bizim təc-
rübələrdə duza ən həssas nümunələr kimi qiymətlən-
dirilmişdir. İkinci klasterdə isə 6 nümunə (Arpa 29,Arpa
30, Arpa 39, 78N-li, Palidum 69-91 və 76 N-li seçmə)
qruplaşmışdır. Bu nümunələrdə tolerantlıq indeksi 1.34-
1.76 arasında dəyişmişdir. Bu nümunələrdə də duzun
təsirindən sünbüldə olan dənin kütləsində azalma 30-50%
olmuşdur və tərəfimizdən qeyd olunan nümunələr həssas
kimi qiymətləndirilir. 3-cü əsas klaster isə iki subklas-
terdən ibarətdir. Birinci subklasterdə birləşən nümunələr
orta davamlı, ikinci subklasterdə birləşən 20 nümunə isə
duza davamlı nümunələr kimi qiymətləndirilə bilər.
141
Cədvəl 3.2
Duza tolerantlıq indeksi
№
Nümunənin adı
Dənin
kütləsi
(Abşeron)
Dənin
kütləsi
(Ucar)
Quraqlığa
toelrantlıq
indeksi
1
Hüseyn 1
1,44
0,93
0.51
2
Arpa 47
1,32
0,87
0.45
3
Nutans 67-91
0,98
0,78
0.2
4
Nutans 303
0,87
0,8
0.07
5
Arpa 77
1,18
0,87
0.31
6
Nutans 118/21
1,71
1,62
0.09
7
Arpa 43
1,54
1,28
0.26
8
Cəlilabad 19
0,9
0,78
0.12
9
Nutans 86/35-18
1,3
1,1
0.2
10 Nutans 80/32-21
1,24
0,83
0.41
11 Nutans 28/92
1,35
0,94
0.41
12 Nutans 57/9
1,04
0,44
0.6
13 Nutans 124/32
1,26
0,76
0.5
14 Arpa 59
1,44
1,01
0.43
15 6 №-li Seçmə
1,29
1,05
0.24
16 Nutans 80/34-14
1,11
0,93
0.18
17 84 №-li Seçmə
3,14
2,05
1.09
18 Palidum 69-91
2,4
1,16
1.24
19 Arpa 75
2,27
1,8
0.47
20 Arpa 78
3,42
3,1
0.32
21 Arpa 32
2,77
2,34
0.43
22 78 №-li Cəbrayıl
3,34
2
1.34
23 76 №-li Seçmə
2,96
1,2
1.76
24 N 79/1-2
3,15
2,4
0.75
25 Arpa 31
4,22
1,68
2.54
26 Arpa 29
3,05
1,64
1.41
27 Arpa 39
3,13
1,68
1.45
28 Arpa 30
2,95
1,55
1.4
29 55 №-li Seçmə
2,47
2,14
0.33
30 Arpa 44
3,62
1,2
2.42
31 Arpa 81
2,1
1,4
0.7
32 Arpa 84
2,9
2,15
0.75
33 Naxçıvan dəni
3,42
2,47
0.95
34 Arpa 40
1,9
1,55
0.35
142
Şəkil 3.2. Duza tolerantlıq indeksinə görə nümunələrin
qruplaşdırılması
3.5. Diploid və tetraploid buğda növ və növmüxtəlif-
liklərinin suvarılan və dəmyə şəraitində məhsuldarlıq
elementlərinin müqayisəli təhlili
Diploid və tetraploid buğda növ, növmüxtəlifliyi və bərk
buğda (T.durum Desf.) növünə aid sortların quraqlığa və duz-
luluğa davamlılığını tarla şəraitində öyrənilməsi üçün nümu-
143
nələr üç şəraitdə becərimişdir. Normal şərait kimi Genetik
Ehtiyatlar İnstitutunun Abşeron təcrübə bazası götürülmüşdür.
Bu bazada bitkilər suvarma əkinçiliyi şəraitində becərilir. Nü-
munələr vaxtında suvarılmış, fenoloji müşahidələr aparılmış,
məhsul metodikaya uyğun şəkildə toplanılmış və onların üzə-
rində 8 məhsuldarlıq elementinə görə struktur analiz aparıl-
mışdır. Alınan nəticələr aşağıdakı cədvəl və diaqramlarda öz
əksini tapmışdır.
Quraqlıq bölgə kimi Azərbaycan Elmi Tədqiqat Əkin-
çilik İstitutunun Cəlilabad Təcrübə Təsərrüfat Stansiyasının
ərazisi seçilmişdir. Bu bölgənin iqlimi əsasən quraq və ya yarı
quraq hesab edilir. Nümunələr normal şəraitdə olduğu kimi
səpilmiş və üzərində fenoloji müşahidələr aparılmışdır. Məh-
sul eyni qayda ilə toplanılmış və bitkinin boyu, məhsuldar
gövdələrin sayı, sünbülün uzunluğu, sünbülün çəkisi, sünbül-
cüklərin sayı, bir sünbüldə olan dənin çəkisi, dənin sayı və
1000 dənin kütləsinə görə struktur analizlər edimişdir. Alınan
nəticələr normal şəraitlə bir yerdə statistik analiz edilmiş və
əhəmiyyətli dəyişiklik baş vermiş əlamətlər seçilmişdir. 1981-
ci ildə Rozile və Hambilin tərəfindən verilmiş stresə tole-
rantlıq indeksi tapılmış və nümunələr quraqlığa davamlılığına
görə sinifləşdirilmişdir. Nəticələr diaqramlarla aydın təsvir
edilmişdir.
Suvarılan şəraitdə becərilmiş buğda növ və növmüxtə-
liflikləri içərisində ən qısa boy T.persicum, ən uca boy isə
T.turgidum v. dreishianum da müşahidə edilmişdir. T.mono-
coccum, T.dicoccoides, T.polonicum isə orta boylu buğdalara
aid edilə bilər. Bu nümunələrdə bitkinin boyu 103-104 sm-ə
bərabər olmuşdur. Məhsuldar gövdələrin sayına görə T.mono-
coccum (4.8), sünbülün uzunluğuna görə isə T.persicum (11.9
sm) fərqlənmişdir. T.turgidum tədqiq etdiyimiz 4 növmüxtə-
144
lifliyinin hamısında bir sünbülün çəkisi ən yüksək – 3.73-4.53
q arasında olmuşdur. Bu növmüxtəliflikləri sünbülcüklərin
sayı, sünbüldə olan dənin sayı və kütləsinə görə də öyrənilən
buğda nümunələri içərisində ən yüksək göstəriciyə malikdir.
Əsas məhsuldarlıq elementlərindən sayılan sünbüldə olan də-
nin sayı T. Turgidum növünün növmüxtəlifliklərində 45.1-
55.7 arasında dəyişilir. Bu göstərici ən az T. Boeoticum-da
müşahidə edilmişdir (19 q). 1000 dənin kütləsinə görə də T.
Boeoticum ən aşağı göstəriciyə (15.5 q) malik olmuş, T. Po-
lonicum isə bu göstəriciyə görə ən yüksək olmuşdur. T. Tur-
gidum növünün növmüxtəlifliklərində də 1000 dənin kütləsi
yüksəkdir (50.7-56.9 q).
Cəlilabad rayonunun dəmyə şəraitində səpilmiş buğda
növ və növmüxtəlifliklərinin məhsuldarlıq elementlərinin
analizi göstərir ki, quraqlıq şəraiti bütün bitkilərin boyuna
eyni cür təsir göstərməmişdir. Quraqlıq T. Turgidum v.
salomonis və T. Dicoccum v. farrum-un boyunun bir qədər
artmasına səbəb olmuşdursa, yabanı təkdənli və cütdənli
buğdaların və həmçinin T. Polonicum və T. Boeoticum-un
boyunda ciddi dəyişmələr müşahidə edilməmiş, quraqlıq
daha çox məhsuldar gövdələrin sayının dəyişilməsinə səbəb
olmuşdur. T. Turgidum v. lusitanicum və T. Dicoccum v.
farrum-un məhsuldar gövdələrinin sayı quraqlığın təsirin-
dən müvafiq olaraq 0.85 və 0.50 qədər azalmış, digər
buğdalarda isə quraqlığın təsirindən məhsuldar gövdələrin
sayının 0.05-0.90 qədər artması qeyd edilmişdir.
Quraqlığın təsirindən, öyrənilən bütün buğda növ və
növmüxtəlifliklərində bir sünbülün çəkisi və sünbüldə olan
dənin kütləsi az və ya çox dərəcədə azalmışdır ki, bu da
ümumi məhsuldarlığın aşağı düşməsinə səbəb olan əsas
amillərdən biridir. Bu göstəricilərə görə azalma T. Tur-
145
gidum v. dreishianum və T. Turgidum v. salomonis-də daha
çox olduğu halda, yabanı və mədəni təkdənli və cütdən-
lilərdə, həmçinin T. Polonicum və T. Persicum da nəzərə
çarpacaq dərəcədə olmamışdır. Quraqlığın təsiri əsas
məhsuldarlıq göstəricilərindən olan 1000 dənin kütləsinin
azalmasında da özünü göstərmişdir. Belə ki, bu göstəriciyə
görə quraqlıqdan ən çox ziyan görmüş buğda nümunələ-
rindən T. Dicoccum v. rufum, T. Turgidum v. dreishianum,
T. Turgidum v. lusitanicum-u göstərmək olar ki, bu nü-
munələrdə quraqlığın təsirindən 1000 dənin kütləsi 5.8-6.4 q
azalmışdır. Quraqlığın təsirindən sünbülün çəkisi və bir
sünbüldə olan dənin kütləsində baş vermiş dəyişmələrə
görə dendroqram tərtib edilmişdir (Şəkil 3.3). Dendroqram-
dan göründüyü kimi, T.monococcum, T.dicoccum v. farrum,
T.persicum, T.dicoccoides, T.boeoticum, T.polonicum, T.tur-
gidum v. alboyadurum, T.dicoccum v. rufum və T.dicoccum
v. atratum bir sinifdə birləşmişlər. Quraqlığın təsirindən bu
nümunələrdə sünbülün çəkisi 0.00-0.18 q, bir sünbüldə olan
dənin çəkisi isə -0.24-0.16q intervalında azalmışdır. Dəyiş-
mələri nəzərə alaraq, bu qrupda birləşən nümunələr quraq-
lığa davamlı nümunələr kimi qiymətləndirilmişdir. Digər
qrupda isə T.turgidum v. dreishianum, T.turqidum v. salo-
monis və T.turgidum v. lusitanicum birləşmişlər. T.turgidum
növünə aid olan bu 3 növmüxtəlifliyində quraqlığın təsi-
rindən sünbülün çəkisi 0.85-1.39 q, bir sünbüldə olan dənin
çəkisi isə 0.31-0.74 q azalmışdır. Bu dəyişmələrə görə isə
T.turgidum növünün növmüxtəliflikləri quraqlığa orta da-
vamlı kimi qiymətləndirilir (Şəkil 3.3).
146
Şəkil 3.3. Diploid və tetraploid buğda nümunələrinin
quraqlığa davamlılığa görə qruplaşması
3.6.
Təsərrüfat əhəmiyyətli bərk buğda (T.durum Desf.)
sortlarının tarla şəraitində quraqlıq və duzluluq
stresinə davamlılığının öyrənilməsi
Bərk buğda respublikamızda buğda sahələrinin demək olar
ki, yarısından çoxunda becərilir. Bu növə aid olan sort və formalar
yüksək texnoloji göstəricilərinə, məhsuldarlığına, xəstəlik və
zərərvericilərə qarşı daha davamlı olmalarına görə seçilirlər.
Xüsusilə qeyd etmək lazımdır ki, bərk buğda qonur pas xəstə-
liyinə davamlılığa görə yumşaq buğdanı xeyli üstələyir. Ənənəvi
olaraq makaron məmulatlarının hazırlanması üçün bərk buğdadan
alınmış un əsas xammal hesab olunur. Bərk buğda şüşəvari
endospermə və yüksək karatinoid piqmentlərinə malik olması ilə
də seçilir. Lakin bərk buğda növünə aid nümunələr stres amillərə,
147
xüsusən də, quraqlıq və duzluluğa qarşı yumşaq buğdalara
nisbətən daha davamsız hesab edilirlər. Bunu nəzərə alaraq biz
bərk buğdaya aid müxtəlif mənşəli 41 buğda sortunun quraqlıq və
duzluluğa davamlılığını tədqiq etməyi qarşımıza məqsəd qoyduq.
3.6.1.
Bərk buğda (T.durum Desf.) sort nümunələrinin
normal və quraqlıq şəraitində məhsuldarlıq
elementlrinə görə müqayisəli təhlili
Alınan nəticələrdən məlum olmuşdur ki, normal şəraitdə
becərilmiş bərk buğda sortlarının boyunda yüksək variasiya
mövcuddur. Sortlar arasında həm hündür – Qırmızı buğda
(149 sm), Muğan (133 sm), Ağ buğda (151 sm) , Elan (136),
Zedan 3d 56 (132 sm) və Şərq (132 sm), həm alçaq – Mirvari
(75 sm), Bəxt (78sm), Jaxino (77.5sm) və Yaqut (83 sm) və
həm də orta boylu – Karol (96.5sm), Aran dəni (96 sm), Gi-
orgio 302 (97.6 sm) və s. nümunələrə rast gəlinir. Məhsuldar
gövdələrin sayına görə Bərəkətli 95 (4.3), Odesskaya 49.81
(3.9) və Ray 91 (3.6) nümunələri, sünbülün uzunluğuna görə
isə Mürəkkəb hibrid (9.6 sm), Cəfəri (10.2) və Odesskaya
49.81 (8.60) fərqlənmişlər. Kəhrəba, Romeo, Nəsimi və s.
kimi nümunələr isə hər iki məhsuldarlıq elementinə görə aşağı
göstəriciyə malik olmuşdur. Tədqiq etdiyimiz sortlar arasın-
dan sünbülün çəkisi yüksək olan nümunələr kimi Ray 91
(6.17 q), Cəfəri (5.43), Febo (5.30 q), Kəhrəba (5.44) Bərəkət
(5.27) sortları seçilmişlər ki, bu nümunələrdə bir sünbüldə
olan dənin kütləsi də yüksək olmuşdur. Digər nümunələrdə
sünbülün çəkisi 2.80-5.06q, dənin kütləsi isə 2.30-3.90 q
arasında dəyişmişdir. Öyrəndiyimiz bərk buğda sortlarında bir
sünbüldə olan dənin sayı 38.0-75.4 intervalında dəyişmişdir ki,
onlardan da ən yüksək saya sahib olanı Kəhrəba (75.4) sortudur.
148
Yüksək göstəricilər, həmçinin, Karol (64.6), Ray 91 (66.2), Cəfəri
(62.0) sortlarında da qeyd olunmuşdur. 1000 dənin kütləsinə görə
isə Leukomelan, Yerli 549, Febo, Bərəkət sortları qeyd olan
göstəricinin yüksək (64.0-70.1), Aysberq Odesskaya, Jemçuk
odesskaya, Elan, Kalvin sortları isə (40.8-44.0) aşağı olması ilə
fərqlənmişlər.
Öyrənilən nümunələrin normal və quraqlıq şəraitində verdiyi
məhsuldarlıq elementlərinə əsaslanaraq stresə tolerantlıq əmsalı
hesablanmışdır (Cədvəl 3.3). Göründüyü kimi, bütün nümuələrin
boyu quraqlığın təsirindən az və ya çox dərəcədə qısalmışdır. Belə
ki, Qırmızı buğda (31.0 sm), Aysberq odesskaya (30.0 sm), Vezio
(29.5 sm), Muğan (34.5 sm), Karol (30.3 sm), Romeo (27.1 sm)
sortların da ən çox azalma qeyd edilmişdir. Leukomelan (2.5 sm),
Mirvari (1.0 sm), Yaqut (1.8 sm) sortlarında isə cüzi azalma mü-
şahidə edilmişdir. Qalan sortlarda isə azalma 5.5-27.0 sm inter-
valında baş vermişdir. Stresin təsirindən bitkinin boyunun azal-
ması müdafiə xarekteri daşıyır ki, bu zaman yaşıl kütlənin həcmi
azalır və müvafiq olaraq transpirasiyanın intensivliyi də aşağı
düşür. Məhsuldar gövdələrin sayı isə quraqlıqda 0.1-1.0 ədəd
arasında artmışdır. Sünbülün uzunluğuna görə də bitkilər quraq-
lıqda müxtəlif reaksiya göstərmişlər. Bəzi nümunələrdə sünbülün
uzunluğu qısalmışdır. Belə ki, Qırmızı buğda, Odesskaya 49.8,
Vezio, Timiryazevskiy karlik, Karol, Zaparoji 803 sortlarında
sünbülün boyu 1.38-2.10 sm arasında azalmışdır. Yerdə qalan nü-
munələrdə isə artım və azalma əhəmiyyətli dərəcədə olmamışdır.
Cədvəl 3.3-də məhsuldarlığa birbaşa təsir edən məhsul-
darlıq elementlərinə görə tolerantlıq indeksləri verilmişdir. Məh-
suldarlıqda önəmli rol oynayan əsas gövdədəki sünbülün kütləsi
ümumi məhsuldarlığın əsasını təşkil edir. Bu elementdə baş
verən dəyişiklik bir sünbüldə olan dənin çəkisinə, sayına və 1000
dənin kütləsinə birbaşa təsir edir. Tədqiq etdiyimiz nümunələrdə
149
sünbülün çəkisində baş vermiş dəyişməyə görə də fərqlilik mü-
şahidə edilmişdir. Aysberq odesskaya (1.03), Vezio (0.95), Cə-
fəri (1.05), Timiryazevskiy karlik (1.31q), Mirvari (1.01q), Ray
91 (1.15q), Zaparoji 803 (1.16q), Kəhrəba (1.02q), Moldoviya
hibridi (0.97q), Xoranka 46 (0.77 q), Persion (0.83q), Nəsimi
(0.94q) sortlarında faiz hesabı ilə kəskin azalma baş vermişdir.
Bir sünbüldə olan dənin çəkisi də xeyli azalmışdır. Bir sünbüldə
olan dənin sayı isə bəzi sortlarda artmışdır. Bunlardan Febo
(7.30), Qarabağ (5.60), Şirvan 3 (5.40), Yaqut (11.50), Zedan 3d
56 (9.50) sortlarını göstərmək olar. 1000 dənin kütləsinə görə də
yuxarıda adları çəkilmiş sortlar seçilmişlər. Tolerantlıq indeksinə
görə aşağıdakı dendroqrama tərtib edilimişdir (Şəkil 3.4).
Şəkil 3.4-dən göründüyü kimi, tolerantlıq əmsallarına görə
nümunələr əsasən 2 qrupda birləşmişlər. 1-ci qrupda Elan, Jem-
çuk odesskaya, Yerli 549, Kalvin, Giorgio 302, Bərəkət, Şirvan
3, Qırmızı buğda, Ağ buğda, Jaxino, Xarkovskaya 46, Yaqut,
Bərəkətli 95, Arandəni, Febo, Leukomelan, Leukurum 79, Şərq,
Xoranka, Muğan, Mürəkkəb hibrid, Şirvan, Qarabağ, Odesskaya
49.81, Zedan 3d 56 sortları birləşmişlər. Bu nümunələrdə quraq-
lığın təsirindən sünbülün çəkisi 2.24-20.0%, bir sünbüldə olan
dənin çəkisi 1.0-12.0%, 1000 dənin kütləsi isə 2.0-20.0%
arasında azalmışdır. Bəzi nümunələrdə isə 1000 dənin kütləsində
cuzi artım müşahidə edilmişdir. Nəticələrin təhlilinə əsaslanaraq
bu qrupda birləşən nümunələr quraqlığa davamlı hesab edilirlər.
2-ci qrupda isə Timiryazevskiy karlik, Romeo, Karol,
Vezio, Moldoviya hibridi, Bəxt, Mirvari, Kəhrəba, Aysberq
Odesskaya, Cəfəri, Orzini, Nəsimi, Zaparoji 803, Xoranka 46,
Persion və Ray 91 sortları birləşmişlər. Bu nümunələrdə isə
sünbülün çəkisi 19.5-35.0%, dənin çəkisi isə 12.0-29.3 % ara-
sında azalmışdır. Metodikaya əsaslanaraq, bu qrupda birləşən
nümunələr quraqlığa həssas sortlar kimi qiymətləndirilmişdir.
|