2.5. Duzluluq stresinin arpa bitkisi yarpaqlarında
xlorofilin miqdarında əmələ gətirdiyi dəyişmələr
Bitkilərin duzluluq stresinə davamlılığının diaqnostik
üsullarından biri də stres təsirindən yarapqlarda xlorofilin
miqdarında baş verən dəyişmələrinin öyrənilməsidir.
Duz stresi şəraitində bitki yarpaqlarında xlorofilin miq-
darında baş verən dəyişmələr bir çox müəlliflər tərəfindən öy-
rənilmiş və müəyyən edilmişdir ki, stres təsirindən yarpaq-
larda xlorofilin miqdarı öncə bir qədər artır, daha sonra isə
100
əsaslı sürətdə azalır. Bu azalma həssas bitki nümunələrində
daha kəskin şəkildə özünü göstərir. Xlorofil a/b-nin nisbəti isə
nümunələrin davamlılıq dərəcəsindən aslı olaraq fərqli ola
bilir [40, 384].
Biz, tədqiq etdiyimiz arpa genotiplərinin yarpaqlarında,
duzluluq stresi təsirindən xlorofil (a+b)-nin miqdarında baş
verən dəyişmələri öyrənmiş və bu fizioloji göstərici ilə bitki-
lərin davamlılıq dərəcələri arasındakı əlaqəni aşkar etməyə
çalışmışıq.
Quraqlıq və duzluluq streslərinin təsirindən xlorofilin
miqdarında baş verən dəyişmələrin öyrənilməsi Bitkiçilik
İnstitutunun təklif etdiyi metodika əsasında həyata keçiril-
mişdir [64, 89]. Bunun üçün tarla şəraitində becərilmiş arpa
bitkisinin tam böyümüş yarpaqlarından sünbülləmə fazasının
başlanğıcında 30-40 dairə kəsilərək distilə suyuna və osmotik
məhlullara (20 atm saxaroza və 14 atm NaCl) yerləşdirilmiş-
dir. 24 saatdan sonra həmin dairələr yuyulub qurudulmuş və
üzərinə 96%-li etil spirti əlavə edildikdən sonra 5-6 gün ər-
zində qaranlıq yerdə saxlanılmışdır (dairələr tam ağarana qə-
dər). Bununla da xlorofilin hamısı spirtə keçmiş olur. Xloro-
filin miqdarını təyin etməzdən öncə ekstrakt kolbaya keçi-
rilmiş və spirtlə tam ölçüyə çatdırılmışdır.
Xlorofilin miqdarı (mq) SF-də təyin edilmiş və aşağıdakı
formula ilə hesablanmışdır.
S
a
= 13.70 E
665
– 5.76 E
649
S
b
= 25.80 E
649
– 7.60 E
665
S
a+b
= 6.10 E
665
+ 20.04 E
649
E-xlorofil, a və b - ekstraktın optik sıxlığı
100 mq yaş çəkiyə görə piqmentin qatılığını yoxlamaq
üçün ekstraktın həcmi S-yə vurulur. Başlanğıc yaş çəkiyə görə
101
quru çəkinin miqdarını bilməklə xlorofilin miqdarını 100 mq
quru çəkiyə görə hesablamaq olar.
Xlorofilin depressiya dərəcəsi
Z = 100-Y x100
Z- depressiya dərəcəsi
Y-təcrübə variantı
X- nəzarət variantı
Osmotik məhlullarda saxlanılan dairələrdən alınmış xlo-
rofilin miqdarı, suda saxlanılan dairələrdən çıxarılmış xloro-
filin miqdarına bölünmüş, əldə edilən nisbət nə qədər böyük
olarsa, həmən nümunənin quraqlıq və duzluluq streslərinə
davamlılıq dərəcəsinin də bir o qədər yüksək olduğu qəbul
edilmişdir.
Alınan nəticələr cədvəl 2.6 - da verilmişdir. Cədvəl və şə-
kildən göründüyü kimi öyrənilən arpa nümunələri, yarpaq-
larında xlorofilin miqdarının dəyişmə dərəcəsinə görə bir-bi-
rindən, toxumların cücərmə qabiliyyətində olduğu qədər kəskin
fərqlənmirlər. Öyrənilən arpa nümunələri içərisində, duzluluq
stresi təsirindən yarpaqlarda xlorofil sintezinin depressiya də-
rəcəsi ən çox Arpa 57/9 nümunəsində müşahidə edilmişdir. Bu
sortun yarpaqlarında xlorofilin miqdarı nəzarətə nisbətən 39%
azalmışdır. İki cərgəli arpa sortnümunələrindən 6 №-li Seçmə,
Nutans 28/92 və Arpa 43-də duzluluq stresi yarpaqlarda xloro-
filin miqdarına nəzərə çarpacaq dərəcədə təsir etmiş, bu
nümunələrdə xlorofilin miqdarı 22-26% azalmışdır. Çox cər-
gəli arpalarda duzluluq stresinin təsirindən yarpaqlarda xloro-
filin depressiyası ən çox iki nümunədə Arpa 40 və 76 №-li
Seçmədə müşahidə olunmuşdur. Bu arpa genotiplərinin yarpaq-
larında duzluluq stresinin təsirindən xlorofil (a+b)-nin miqdarı
nəzarətə görə 19,5 və 18,6% azalmışdır.
102
Bir çox nümunələrdə isə duzluluq stresinin təsirindən
xlorofilin miqdarında önəmli dəyişmələr müşahidə edil-
məmişdir. Bu sortnümunələrə, iki cərgəlilər arasından Arpa
47, Nutans 303, Nutans 86-35/18-i, çoxcərgəli arpalardan isə
84 №-li Seçmə, Naxçıvan dəni və Arpa 29-u aid etmək olar.
Bu nümunələrin yarpaqlarında xlorofil (a+b)-nin nəzarətə
görə dəyişmə faizi 97,1 ilə 99,1% arasında olmuşdur. Lakin,
elə nümunələr də vardır ki, onlarda duzluluq stresi təsirindən
xlorofilin miqdarının hətta bir qədər artdığı müşahidə edil-
mişdir. Bu nümunələrə iki cərgəli arpalardan Nutans 80/32-
21, Arpa 77, Nutans 80-34/14 və Hüseyn 1 sortlarını, çox-
cərgəli arpalardan isə Arpa 78, 55 №-li Yerli, Arpa 32 və
Arpa 44-ü misal göstərmək olar. Bu arpa sortnümunələrinin
yarpaqlarında duzluluq şəraitində xlorofilin miqdarı nəzarətə
görə 2,6-20% artmışdır. Göründüyü kimi duzluluq stresi təsi-
rindən arpa bitkisi yarpaqlarında xlorofilin miqdarında o
qədər də, böyük dəyişmələr baş verməmişdir. Lakin bu göstə-
riciyə görə də öyrənilən arpa genotipləri bir-birindən müəyyən
qədər fərqlənmişlər.
Duzluluq stresi təsirindən toxumların cücərmə qabiliyyəti
ilə yarpaqlarda xlorofilin depressiya dərəcəsi arasındakı
əlaqəyə baxıldıqda, əksər nümunələrdə bu göstəricilərin bir-
birinə uyğun gəldiyi görünür. Məsələn, iki cərgəli arpalardan
Nutans 67/91 və Nutans 303-də toxumların NaCl məhlulunda
cücərmə qabiliyyəti yetərincə yüksək olmuş və 91, 93% təşkil
etmişdir, yarpaqlarda xlorofil (a+b)-nin miqdarında da ciddi
dəyişmə baş verməmiş və bu göstərici nəzarətə görə 96 və
98%-ə bərabər olmuşdur.
Çox cərgəli arpalardan Arpa 31 və Arpa 44- də toxum-
ların NaCl məhlulunda cücərmə qabiliyyəti 92 və 94%, stres
təsirindən sonra yarpaqlarda xlorofilin miqdarı isə demək olar
103
ki, dəyişməmiş, 100 və 103%-ə bərabər olmuşdur. Öyrənilən
arpa sortnümunələrinin böyük əksəriyyətində oxşar qanuna-
uyğunluqlar müşahidə edilmişdir. Lakin bəzi nümunələrdə
toxumların cücərmə qabiliyyəti ilə yarpaqlarda xlorofilin miq-
darının dəyişməsi arasında müəyyən uyğunsuzluq müşahidə
edilmişdir. Məsələn, ikicərgəli arpalardan Nutans 57/9 sortu
toxumlarının NaCl məhlulunda cücərmə qabiliyyəti 62% ol-
duğu halda, duz stresi təsirindən yarpaqlarda xlorofil sin-
tezinin depressiya dərəcəsi cəmi 39% olmuşdur. Cəlilabad 19
sortunda isə toxumların cücərmə qabiliyyəti 50%, xlorofilin
depressiya dərəcəsi isə cəmi 4%-ə bərabər olmuşdur. Oxşar
nəticələr, iki cərgəli arpa nümunələrindən Nutans 124/32,
Arpa 59, Hüseyn 1, Arpa 47, çox cərgəlilərdən isə Arpa 81,
Arpa 78 və 55 №-li Seçmədə də müşahidə edilmişdir. Bizim
fikrimizcə toxumların soruculuq qabiliyyəti nisbətən aşağı
olan bu kimi nümunələr öz vegetasiyaları dövründə genetik
potensiallarından daha yaxşı istifadə etməklə güclü kök
sistemi yarada bilirlər ki, bu da yarpaqlarda xlorofilin depres-
siyasının qarşısını ala bilir.
Beləliklə, tədqiq edilmiş 34 arpa sortnümunələri içəri-
sindən, həm toxumların cücərmə qabiliyyətinə, həm də xloro-
filin stres depressiya dərəcəsinə görə fərqlənmiş, iki cərgəli
arpa nümunələrdən Nutans 80/32-21, Arpa -77, Nutans 34/14
və Nutans 118/21-in, çox cərgəli arpalardan isə Arpa 44, Arpa
29, Arpa 31, Arpa 32 və Arpa 78-in duzluluq stresinə ən
davamlı genotiplər olduğu aşkar edilmiş, onların orta və zəif
duzlu torpaqlarda becərilməsi və duzluluğa davamlılıq istiqa-
mətində aparılan seleksiya proseslərində istifadə edilməsi
tövsiyə olunur.
104
Cədvəl 2.6.
Duzluluq stresinin təsirindən arpa sortnümunələrinin
yarpaqlarında xlorofilin miqdarlında baş verən dəyişmələr
(vahid yarpaq sahəsində, mkq-la)
Sı-
ra
№-
si
Kata-
loq
№-si
Nümunənin
adları
Xlorofil (a+b)-nin miqdarı
Nəzarət
Duzluluq
Nəzarətə
görə
%-lə
İki cərgəli
1
2308
Hüseyn 1
7,1±0,7
7,59±0,3
106,9
2
2448
Arpa 47
5,96±0,14
5,89±0,13
90,4
3
2311
Nutans 67/91
5,32±0,16
5,21±0,3
96,2
4
2323
Nutans 303
7,42±0,29
7,27±0,7
97,9
5
2482
Arpa-77
5,21±0,56
5,84±0,16
112,1
6
2270
Nutans 118/21
5,92±0,64
6,21±0,16
104
7
2443
Arpa-43
8,28±0,4
6,47±0,5
78,1
8
2262
Cəlilabad-19
6,35±0,13
6,0±0,4
96
9
2315
Nutans 86-
35/18
7,87±1,24
7,8±0,13
99,1
10
2286
Nutans 80-
32/21
5,14±0,31
6,15±0,18
120
11
2288
Nutans 28/92
5,42±0,4
4,2±0,5
77
12
2301
Nutans 57/9
6,0±0,29
3,68±0,9
61,3
13
2325
Nutans 124/32
6,67±0,24
6,09±0,49
91,3
14
2461
Arpa-59
7,47±0,41
6,04±1,66
80,8
15
2296
6№-li seçmə
9,36±0,3
6,9±0,25
74,1
16
2302
Nutans 80-
34/14
5,75±0,2
6,2±0,2
108
17
2321
84 № Seçmə
8,01±0,2
7,9±0,46
98,6
18
2271
Pallidum 69/91
7,25±0,19
6,19±0,23
85,4
19
2480
Arpa-75
6,41±0,81
5,6±0,6
93
20
2483
Arpa-78
7,25±0,41
7,72±0,68
106,4
105
Cədvəl 2.6-nın davamı
Sıra
№-
si
Kata-
loq
№-si
Nümunənin
adları
Xlorofil (a+b)-nin miqdarı
Nəzarət
Duzluluq
Nəza-
rətə
görə
%-lə
Çox cərgəli
21
2406
Arpa-32
7,43±0,03 7,63±0,31
102,6
22
2277
№ 78 Cəbrayıl
5,71±0,22
4,79±0,1
83,7
23
2322
№ 76 Seçmə
6,53±0,46 5,32±0,48
81,4
24
2298
Pallidum 79/1-
2
7,07±0,3
6,04±0,3
85,4
25
2368
Arpa-31
7,44±0,5
6,84±0,4
91,9
26
2366
Arpa-29
7,0±0,3
6,9±0,4
98,5
27
2439
Arpa-39
7,8±0,37
6,79±0,45
87
28
2367
Arpa-30
5,62±0,2
4,89±0,34
85,7
29
2305
№ 55 Yerli
5,95±0,5
6,3±0,3
105
30
2445
Arpa-44
7,5±0,2
7,7±0,4
102,6
31
2486
Arpa-81
7,33±0,3
6,08±0,1
82,9
32
2540
Arpa-84
6,21±0,38
5,2±0,16
83,7
33
2329
Naxçıvan dəni
5,96±0,42 5,79±0,47
97,1
34
2440
Arpa-40
5,96±0,5
4,8±0,4
80,5
2.6. Quraqlıq və duzluluq streslərinin buğda bitkisi
yarpaqlarında xlorofilin miqdarına təsiri
Bitki yarpaqlarının yaşıl rəngi, onların hüceyrələrindəki
yaşıl xloroplastların olması ilə əlaqədardır. Xloroplastların öl-
çüsü, miqdarı, bitkinin növündən və onun əkilmə şəraitindən,
həmçinin, hüceyrənin yaşından asılı olaraq dəyişir. Belə ki,
yosunlarda hər hüceyrədə bir xloroplast olduğu halda, bir çox
ali bitkilərin hüceyrəsində xoroplastların sayı 200-ə qədərdir.
106
Xloroplastların əsas fotosintetik piqmenti xlorofillərdir. Xlo-
rofillərin 10-a yaxın nümayəndəsi məlumdur. Bakteriyalar və
yosunlardan başlamış, ali bitkilərə qədər fotosintez prosesi gedən
orqanizmlərin hamısında universal piqment kimi xlorofil “a”
(C
55
H
72
O
5
N
4
Mg) vardır. Xlorofil “a” göy-yaşıl yosunlarda və qır-
mızı yosunların bəzi qruplarında yeganə yaşıl piqmentdir. Ali bitki-
lərdə xlorofil “a” ilə yanaşı xlorofil “b” (C
55
H
70
O
6
N
4
Mg) də olur.
Bu piqment qonur və diatom yosunlarda xlorofil c, qırmızı yosun-
larda isə xlorofil “d” ilə əvəz olunmuşdur [17].
Stres amillər xlorofilin miqdarına təsir edir ki, bu da foto-
sintezin intensivliyində özünü büruzə verir. Quraqlıq və duzluluq
stresi təsirindən yarpaqlarda xlorofilin miqdarında meydana gələn
dəyişmələr bizim tədqiqatda da öz əksini tapmışdır. Qeyri əlverişli
mühit amillərindən olan duzluluq və quraqlıq stresi bitkilərin
fizioloji statusuna təsirindən əlavə fotosintezin normal gedişinə də
nəzərə çarpacaq dərəcədə təsir göstərir. Q.V.Udovenkonun işlə-
rində qeyd olunur ki, doymuş xlorid mühitində yaşıl piqmentlərin
miqdarı azalır. Duzluluq və quraqlıq stresindən xlorofilin miq-
darının azalması bəzi işlərdə xloroplastların destruksiyası nəticə-
sində onların həcminin kiçilməsi ilə əlaqələndirilir [89]. Güman
edilir ki, bu vəziyyət fotosintez intensivliyinin zəifləməsinə gətirib
çıxarır. Həmçinin, qeyd olunur ki, duzluluğa davamsız bitkilərdə
xloroplastların daha çox dağılması və fotosintez intensivliyinin
zəifləməsi müşahidə olunur. Məlum olub ki, buğda bitkilərinin
plastid sistemində baş verən dəyişmələr duz stresinin artması ilə
güclənir [64].
2.6.1. Stres amillərin təsirindən müxtəlif buğda növlərinin
yarpaqlarında xlorofilin miqdarındakı dəyişmələr
Quraqlıq və duzluluq stresi zamanı bitkilərin yarpaqlarında
ağızcıqlar tam və ya qismən bağlanır ki, bu da fotosintezin normal
107
getməsinə mane olur. Bu prosesi öyrənmək məqsədilə, biz qu-
raqlıq və duzluluq stresinin təsirindən xlorofil “a”, xlorofil “b” və
xlorofil (a+b)-nin miqdarında baş verən dəyişmələri tədqiq
etmişik.
Stres amillərin təsirindən diploid və tetraploid buğda növ və
növ müxtəlifliklərində xlorofil (a+b)-nin miqdarında əmələ gələn
dəyişkənliklər cədvəl 2.7-də göstərilmişdir.
T.boeoticum növündə quraqlığın təsirindən xlorofil (a+b)-nin
miqdarı 22.0%, duzluluğun təsirindən isə 11.0% azalmışdır. Növ,
xlorofilin miqdarında baş verən dəyişikliklərə görə hər iki stresə
qarşı həssas növ hesab edilir. T.monococcum növündə quraqlığın
təsirindən xlorofil (a+b)-nin miqdarı 1.0% azalmış, duzluluğun
təsirindən isə xlorofil (a+b)-nin miqdarında 7.0% artım baş ver-
mişdir. Bu növ quraqlığa və duzluluğa davamlı hesab edilir. T.di-
coccoides növündə quraqlığın təsirindən xlorofil (a+b)-nin miq-
darı 5.0% artmış, duzluluğun təsiri ilə isə heç bir dəyişmə müşa-
hidə edilməmişdir. Növ, hər iki stresə qarşı tolerantdır. T.dicoc-
cum v. farrum –da quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı
8.3% azalmış, duzluluğun təsiri ilə isə dəyişmə baş verməmişdir.
Növmüxtəlifliyi quraqlığa qarşı orta tolerant, duza qarşı isə tole-
rant hesab olunmuşdur. T.dicoccum v. rufum növmüxtəlifliyində
quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı 10.0%, duzlu-
luğun təsirindən isə 4.0% artım əmələ gəlmişdir. Bu nümunə hər
iki stresə qarşı davamlı kimi qiymətləndirilmişdir. T.dicoccum v.
atratum-da quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı dəyiş-
məmiş, duzluluğun təsirindən isə 5.2% azalma müşahidə olun-
muşdur. Növ müxtəlifliyi quraqlığa qarşı davamlı, duzluluğa qarşı
orta davamlı hesab edilir. T.turgidum v. Dreishianum-da quraq-
lığın təsirindən xlorofil (a+b)-nin miqdarı 13.0%, duzluluğun tə-
sirindən isə 12.0% azalma müşahidə edilmişdir. Növ müxtəlifliyi
həssas kimi qiymətləndirilir. T.turqidum v. alboyadurum- quraqlı-
108
ğın təsirindən xlorofil (a+b)-nin miqdarı 3.0 % artmış, duzluluğun
təsirindən isə 6.2% azalmışdır. Növmüxtəlifliyi quraqlığa qarşı
davamlı, duzluluğa qarşı orta davamlı hesab edilir. T.turgidum v.
salomonis- növmüxtəlifliyində quraqlığın təsirindən xlorofil
(a+b)-nin miqdarında 9.0%, duzluluğun təsirindən isə 1.0% artım
əmələ gəlmişdir. Bu nümunə hər iki stresə qarşı davamlı kimi
qiymətləndirilmişdir. T.turgidum v. lusitanicum – növmüxtəlifli-
yində quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı 5.0%, duz-
luluğun təsirindən isə 7.3% azalma əmələ gəlmişdir. Bu nümunə
hər iki stresə qarşı orta davamlı kimi qiymətləndirilmişdir. T.polo-
nicum- quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı 34.0%,
duzluluğun təsirindən isə 33.8% azalma əmələ gəlmişdir. Bu
nümunə hər iki stresə qarşı həssas kimi qiymətləndirilmişdir.
T.persicum növündə quraqlığın təsirindən xlorofil (a+b)-nin miq-
darı 24.0%, duzluluğun təsirindən isə 8.1% azalma əmələ gəlmiş-
dir. Bu nümunə quraqlığa qarşı həssas, duzluluğa qarşı orta da-
vamlı hesab edilmişdir.
Cədvəl 2.7
Quraqlıq və duzluluq streslərinin müxtəlif buğda
növlərinin yarpaqlarında xlorofil (a+b)-nin miqdarında
əmələ gətirdiyi dəyişmələr
№
Nümunələrin
adları
Xlorofil a+b
N
əzar
ət
ə
gö
rə
%
-l
ə
Xl a+b
N
əzar
ət
ə
gö
rə
%
-l
ə
Nəza-
rət
Qu-
raqlıq
Duzlu
luq
1
T.boeoticum Boiss.
6.5
5.08
78.0
5.80
89
2
T.monococcum L.
5.68
5.66
99.0
6.08
107
109
Cədvəl 2.7-nin davamı
3
T.dicoccoides (Koern.)
Schweinf.
v. arabicum
6.38
6.75
105
6.41
100
4
T.dicoccum Schuebl. v.
farrum.
4.86
4.46
91.7
4.85
100
5
T.dicoccum Schuebl. v.
rufum
4.81
5.31
110
5.05
104
6
T.dicoccum Schuebl. v.
atratum
3.5
3.51
100
3.32
94.8
7
T.turgidum L.
v. dreishianum
6.01
5.23
87.0
5.30
88.0
8
T.turgidum L. v.
alboyadurum
5.57
5.75
103
5.23
93.8
9
T.turgidum L. v.
Salomonis
6.00
6.55
109
6.10
101
10
T.turgidum L. v.
lusitanicum
5.50
5.25
95.0
5.10
92.7
11
T.polonicum L.
8.02
5.29
66.0
5.31
66.2
12
T.persicum Vav.
7.07
5.41
76.0
6.50
91.9
Nəticələri yekunlaşdırmaq üçün quraqlığın və duzun təsi-
rindən xlorofil (a+b)-nin miqdarında baş verən dəyişmələrə
görə nümunələr dendroqramda qruplaşdırılmışdır (şəkil 2.3).
Diaqramı ikinci xəttindən kəssək nümunələr 3 qrupda siniflə-
şəcəkdir. 1-ci qrupda T.dicoccum v. rufum, T.monococcum, T.tur-
gidum v. salomonis, T.dicoccum v. atratum, T.dicoccoides, T.tur-
gidum v. alboyadurum birləşmişdir və bu nümunələrdə stresin
təsirindən xlorofilin miqdarı artmışdır, 2-ci qrupda T.dicoccum v.
farrum, T.turgidum v. lusitanicum, T.turgidum v. dreishianum
birləşmişdir və bu nümunələrdə xlorofil (a+b)-nin miqdarında
azalma az, 3-cü qrupda isə T.boeoticum, T.persicum və T.po-
lonicum qruplaşmışdır və bunlarda nisbətən azalma çox get-
mişdir. Metodikaya uyğun olaraq xlorofilin miqdarında baş vermiş
110
dəyişikliklərə görə 1-ci qrup davamlı, 2-ci qrup orta davamlı, 3-cü
qrup isə quraqlığa həssas nümunələr kimi qiymətləndirilmişdir.
Şəkil 2.3. Quraqlığın təsirindən xlorofilin miqdarında baş
verən dəyişkənliklərə görə diploid və tetraploid buğda
nümunələrinin qruplaşdırılması.
2.6.2. Quraqlığın təsirindən bərk buğda (T.durum Desf.)
sortlarının yarpaqlarında xlorofilin miqdarının
dəyişməsi
Cədvəl 2.8-dən göründüyü kimi, quraqlığın təsirindən
Qırmızı buğda, Vezio, Elan, Kalvin, Febo, Mürəkkəb hibrid,
Bərəkətli 95, Arandəni, Bəxt, Qarabağ, Şirvan 3, Yerli 549,
Romeo, Yaqut sortlarında xlorofil (a+b)-nin miqdarı hətta bir
qədər artmışdır ki, bu nümunələri yüksək davamlı sortlar hesab
etmək olar. Aysberq odesskaya, Odesskaya 49.81, Cəfəri, Jem-
çuk Odesskaya, Ray 91, Giorgio 302, Ağ buğda, Leukomelan,
111
Xarkovskaya 46, Mirvari, Şirvan, Bərəkət, Kəhrəba və Orzini
sortlarında quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı ya
dəyişməmiş ya da 1.0-10.0% arasında dəyişmişdir. Quraqlığın
təsirindən xlorofil (a+b)-nin miqdarında baş vermiş dəyişmə-
lərə görə bu nümunələr də davamlı kimi qiymətləndirilir. Xo-
ranka, Zaparoji 803, Zedan 3d 56, Xoranka 46, Persion və
Nəsimi sortlarında isə quraqlığın təsirindən xlorofilin miqda-
rında kəskin azalma baş vermişdir. Bu nümunələr xlorofilin
miqdarında baş vermiş dəyişmələrə görə quraqlığa həssas
sortlar kimi qiymətləndirilir.
Dostları ilə paylaş: |