2.10. Quraqlıq stresinin qarğıdalı bitkisi yarpaqlarında
həll olan karbohidratların miqdarına təsiri
Bir çox tədqiqatların nəticələri göstərmişdir ki, həll olunan
karbohidratlar quraqlığa davamlılığı müəyyən etmək üçün prolin
miqdarı ilə müqayisədə daha yaxşı markerlərdir [97, 161, 276].
Bizim təcrübələrimizin nəticələri göstərdi ki, hüceyrə şirəsində həll
olunan karbohidratların miqdarı da quraqlıq təsirinə məruz qal-
mışdır. Belə ki, quraqlıq stresi şəraitində qarğıdalı bitkisinin yarpaq-
larında həll olunan karbohidratların miqdarında artım müşahidə
edilmiş, dəndolma dövründə su stresi təsirindən həll olunan karbo-
hidratların miqdarı 46.51% artmışdır. Bundan öncə də, bir çox
tədqiqatçılar tərəfindən qeyd edilmişdir ki, qarğıdalıda həll olunan
karbohidratların miqdarı, quraqlıq şəraitində osmotik təzyiqi tən-
zimləmək üçün artır [97, 226]. İki şəraitdə reaksiyaların müqayisəsi
göstərir ki, hibridlər iki fərqli mühitdə, karbohidrat miqdarı baxı-
mından fərqli reaksiyalar göstərmişlər. Stres şəraitində, ən yüksək
karbohidrat miqdarı quraqlığa orta davamlı hibridə olduğu halda,
suvarılan şəraitdə ən yüksək karbohidrat miqdarı quraqlığa davamlı
hibriddə müşahidə edilmişdir (Cədvəl 2.12).
Tədqiq etdiyimiz quraqlığa davamlı, orta davamlı və həssas
hibridlərin yarpaqlarında həll olunan karbohidratların miqdarı bir-
birindən fərqli olmuşdur. Bu araşdırmada, suvarılan şəraitdə, quraq-
lığa davamlı hibriddə (38 nömrəli hibrid) həll olunan karbohidrat-
ların miqdarı daha çox (400.50) olmuşdur. Həll olunan karbohidrat-
ların ən az miqdarı (368.00 milliq/q) quraqlığa həssas hibriddə (37
nömrəli hibrid) müşahidə edilmişdir. Quraqlığa orta davamlı hibrid
(7 nömrəli hibrid) 392.50 milliq/q karbohidrat toplamaqla orta
mövqedə qalmışdır. Ancaq, quraqlıq şəraitində, orta davamlı hib-
riddə (37 nömrəli hibrid) daha çox həll olunan karbohidratlar top-
lanmışdır (605.00). Həll olunan karbohidratların ən az toplanması
124
(514.50 milliq/q) quraqlığa davamlı hibriddə (38 nömrəli hibrid)
baş vermişdir. Quraqlığa həssas 37 nömrəli hibrid, 581.50 milliq/q
olmaqla orta mövqedə qalmışdır (Cədvəl 2.12).
Cədvəl 2.12
Quraqlıq sresi təsirindən qarğıdalı yarpaqlarında həll olunan
karbohidratların miqdarında baş verən dəyişmələr (milliq/q)
Quraqlığa davamlılıq
dərəcəsi
Suvarılan
şərait
Quraqlıq
şəraiti
Suvarılan
şəraitə görə
%-lə
Davamlı hibrid
400.50
514.50
28.46
Orta davamlı hibrid
392.50
605.00
54.14
Həssas hibrid
368.00
581.50
58.02
Orta
387.00
567.00
46.51
Tədqiqatın nəticələri göstərmişdir ki, su stresi şəraitində həll
olunan karbohidratların miqdarının artması ilə bərabər dən məh-
suldarlığı azalmışdır [27]
.
Belə güman edilir ki, su stresi şərai-
tində nişastanın parçalanması səbəbindən karbohidratların
miqdarında artım baş verir ki, bu da onların ehtiyat formasının
(nişastanın) azalmasına və nəticədə dən məhsuldarlığının aşa-
ğı düşməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, quraqlığa
orta davamlı və həssas hibridlərdə, su stresi şəraitində çoxlu
miqdarda həll olunan karbohidrat toplandığı halda, dən məh-
suldarlığı aşağı səviyyədə olmuşdur. Məlumdur ki, stromada
əmələ gələn nişasta, parçalanma prosesi nəticəsində həll olu-
nan karbohidratlara çevrilir və bu da, öz növbəsində enerjinin sərf
edilməsinə, assimilyatların azalmasına və nəticədə dən məhsu-
lunun da azalmasına səbəb olur [314].
125
III F Ə S İ L
BİTKİLƏRİN STRES AMİLLƏRƏ
DAVAMLILIĞININ TARLA ŞƏRAİTİNDƏ
ÖYRƏNİLMƏSİ
Bitkilərin stres amillərə davamlılığının təyininə aid me-
todlarını dolayısı və birbaşa olmaqla iki böyük qrupa bölmək
olar. Dolayısı metodlar bitkilərin stres amillərə reaksiyasının
ölçülməsinə, bir çox fizioloji və biokimyəvi proseslərin təyi-
ninə əsaslanır. Bu metodların üstünlüyü ondadır ki, qısa za-
man ərzində, dəqiq cihazların yardımı ilə bitkilərin bu və ya
digər abiotik stres amillərə qarşı davamlılığını dəyərləndirmək
olur.
Birbaşa metodun əsasını isə biometrik göstəricilər – məh-
sul, məhsuldarlıq, morfofizioloji əlamətlərdəki dəyişkənlik-
lərin təyini təşkil edir. Tarla şəraitində aparılan bu işlərin uzun
zaman və çox zəhmət tələb etməsinə baxmayaraq, bu üsulla
alınan nəticələrin daha dəqiq və etibarlı olduğu qəbul edilir [89].
Odur ki, biz tədqiq etdiyimiz bitki nümunələrinin quraqlıq
və duzluluq streslərinə davamlılığını, laboratoriya üsulları ilə ya-
naşı, həm də tarla şəraitində öyrənmiş və alınan nəticələrin
müqayisəli analizini verməyə çalışmışıq.
Tədqiq edilən arpa və buğda sortnümunələrinin tarla şə-
raitində quraqlığa davamlılğını təyin etmək üçün toxumlar
həm AMEA Genetik Ehtiyatlar İnstitutunun ərazisində su-
varma şəraitində, həm də Azərbaycan Elmi Tədqiqat Əkinçi-
lik İnstitutunun Cəlilabad təcrübə dayaq məntəqəsində quraq
ərazidə, dəmyə şəraitində səpilmişdir. Səpin hər iki ərazidə
beynəlxalq deskriptorun tələblərinə uyğun şəkildə aparıl-
mışdır. Bitkilərin vegetasiya müddəti, bitkinin boyu, məhsul-
126
dar gövdələrin sayı, sünbülün uzunluğu, sunbüldə olan sün-
bülcüklərin sayı, sünbülün çəkisi, sünbüldə olan dənin kütləsi,
sünbüldə dənin sayı və 1000 dənin kütləsi hər iki şəraitdə mü-
qayisəli analiz edilmişdir. Biomorfoloji əlamətlərin orta qiy-
mətləri eyni genotipə aid 10 bitki üzərində ölçülməklə təyin
edilmişdir [2, 334].
Ayrı-ayrı arpa genotiplərinin quraqlıq stresinə davamlılı-
ğını təyin etmək üçün Rosielle və Hambelen tərəfindən təklif
edilmiş stresə tolerantlıq indeksindən istifadə olunmuşdur:
Tol =Y
p
-Y
s
Hansı sortlarda tolerantlıq indeksi az olarsa, o sortun qu-
raqlığa davamlılığı yüksək olacaqdır. Bu metoddan sortların
quraqlığa davamlılığına görə seçilməsində geniş istifadə
edilir.
Tarla şəraitində müxtəlif arpa və buğda genotiplərinin
duzluluğa davamlılığını təyin etmək üçün toxumlar həm Azər-
baycan MEA Genetik Ehtiyatlar İnstitutunun ərazisində su-
varma əkinçiliyi şəraitində, həm də Azərbaycan MEA Aqro-
kimya və Torpaqşunaslıq İnstitutunun Ucar təcrübə dayaq
məntəqəsində orta şoran ərazisində səpilmişdir. Səpin hər iki
ərazidə beynəlxalq deskriptorun tələblərinə uyğun şəkildə apa-
rılmışdır. Bitkilərin vegetasiya müddəti, bitkinin boyu, məhsul-
dar gövdələrin sayı, sünbülün uzunluğu, sunbüldə olan sünbül-
cüklərin sayı, sünbülün çəkisi, sünbüldə olan dənin kütləsi,
sünbüldə olan dənin sayı və 1000 dənin kütləsi hər iki şəraitdə
müqayisəli analiz edilmişdir.
Quraqlıqda olduğu kimi duza davamlılığı müəyyən edər-
kən də tolerantlıq indeksi biomorfoloji əlamətlərin orta qiy-
mətləri 10 bitki üzərində aparılmış ölçülərlə təyin edilmiş və
127
Rosielle və Hambelen tərəfindən verilmiş formula ilə
tapılmışdır [334].
3.1. İki cərgəli və çox cərgəli arpa sortnümunələrinin
normal şəraitdə məhsuldarlıq elementlərinə görə analizi
Öyrənilən arpa nümunələrinin quraqlıq və duzluluq stres-
lərinə davamlılığını öyrənmək üçün üç ekoloji şəraitdə tarla təc-
rübələri qoyulmuşdur. Normal şərait kimi Genetik Ehtiyatlar
İnstitutunun Təcrübə Təsərrüfat Şöbəsinin ərazisindən istifadə
edilmişdir. Bu ərazidə əkilmiş bitkilər vaxtında suvarılmış,
fenoloji müşahidələr aparılmış, məhsul metodikaya uyğun şə-
kildə toplanmış və onların üzərində 8 məhsuldarlıq element-
lərinə görə struktur analizi aparılmışdır.
Quraqlıq bölgə kimi Azərbaycan Elmi Tədqiqat Əkin-
çilik İnstitutunun Cəlilabad Təcrübə Təsərrüfat Stansiyasının
ərazisi seçilmişdir. Bu bölgənin iqlimi əsasən quraq və yarı
quraq hesab olunur. Arpa nümunələri normal şəraitdə olduğu
kimi səpilmiş və üzərində fenoloji müşahidələr aparılmışdır.
Məhsul da, eyni qayda ilə toplanmış və bitkilərin boyu, məh-
suldar gövdələrin sayı, sünbülün uzunluğu, sünbülün ağırlığı,
sünbülcüklərin sayı, bir sünbüldə olan dənin kütləsi, dənin sa-
yı və 1000 dənin kütləsinə görə struktur analizləri aparıl-
mışdır. Alınan nəticələr analiz edilmiş və əhəmiyyətli dəyişik-
lik baş vermiş əlamətlər seçilmişdir. Suvarılan və quraq ərazi-
lərdən toplanmış məhsulun müqayisəli struktur analizləri apa-
rılmiş, tolerantlıq indeksi tapılmış və nümunələr quraqlığa da-
vamlılığına görə qruplaşdırılmışdır. Alınan nəticələr göstər-
mişdir ki, suvarılan şəraitdə becərilmiş arpa sortnümunələri
bitkilərin boyuna görə bir-birlərindən əsaslı sürətdə fərqlənirlər.
71
128
İki cərgəli arpa sortnümunələri içərisində Nutans 303,
Nutans 57/9, 6 №-li Seçmə, Arpa 47 və Arpa 43 ən yüksək
boylu bitkilər olmuş, onların hündürlüyü 106-117 sm arasında
dəyişmişdir. Nutans 118/21 və Cəlilabad 19 isə ən qısa boylu
nümunələr kimi seçilmiş, boyları müvafiq olaraq 81 və 87 sm
uzunluğunda olmuşdur. Öyrənilən iki cərgəli arpaların digər nü-
munələrinin hündürlüyü 88 sm-lə 100 sm arasında dəyişmişdir.
İki cərgəli arpalarla müqayisədə çox cərgəli arpa nümu-
nələri daha uzun boylu olmuşlar. Bu nümunələr içərisində
Arpa 84 sortunun boyu ən yüksək hündürlüyə-138 sm-ə
bərabər olmuşdur. 84 №-li Seçmə, Naxçıvan dəni və 76 №-li
Seçmə sortları da yüksək boylu arpalara aid edilə bilərlər.
Onların hündürlüyü 128 sm olmuşdur. Çox cərgəli arpalardan
yalnız Pallidum 69-91 və Arpa 75 nisbətən qısa boylu nümu-
nələr kimi seçilmiş, onların hündürlüyü müvafiq olaraq 83 və
91 sm-ə bərabər olmuşdur. Digər nümunələrin hündürlüyü 98-
127 sm arasında dəyişmişdir.
Məhsuldar gövdələrin sayına görə iki cərgəli və çox
cərgəli arpa nümunələrində ciddi fərqlilik müşahidə edilmə-
mişdir. İki cərgəli arpalardan Nutans 80/34-14-də, çox cərgə-
lilərdən isə Arpa 31 və Arpa 84 sortlarında bu göstərici ən
yüksək olmuş, 7,1 ilə 8,4 arasında dəyişmişdir. Ən aşağı gös-
tərici isə Nutans 80/32-21, 84 №-li Seçmə, Arpa 75-də mü-
şahidə edilmişdir.
Sünbülün uzunluğuna görə də, öyrənilən arpa sortnümu-
nələri bir- birindən kəskin fərqlənməmişlər. Əksər nümunə-
lərdə sünbülün uzunluğu 9-12 sm arasında dəyişmişdir. Lakin
iki cərgəli arpalardan Arpa 43-də sünbülün uzunluğu 9 sm,
çox cərgəli arpalardan isə Arpa 40 və Arpa 32 sortlarında sün-
bülün uzuluğu 7,5-7,7 sm olmuş, yəni bu nümunələr ən qısa
sünbüllü sortlar kimi özlərini göstərmişlər. Arpa 80/32-21,
129
Arpa 31, Pallidum 69-91, Arpa 75, 84 №-li Seçmə sortları isə
ən uzun sünbüllü bitkilər kimi qeyd edilmiş, bu nümunələrdə
sünbülün uzunluğu 12 sm-dən çox olmuşdur.
Bir sünbülün ağırlığına görə öyrənilən iki cərgəli və çox
cərgəli arpa sort nümunələri bir- birindən, həm də öz arala-
rında əhəmiyyətli dərəcədə fərqlənmişlər. İki cərgəli arpalarda
bir sünbülün çəkisi 1,34-2,86g arasında dəyişilmişsə, çox cər-
gəlilərdə bu göstərici 2,58-6,38g arasında olmuş, yəni bir sün-
bülün ağırlığına görə çox cərgəli arpa sortnümunələri iki cər-
gəlilərdən iki dəfəyə qədər üstün olmuşdur. İki cərgəli arpa-
lardan ən ağır sünbüllü nümunələrə Arpa 47 (2,86g), Arpa 77
(2,4g), Nutans 118/21 (2,26g), Arpa 43 (2,32g) aid edilə bilər.
Çox cərgəli arpalarda isə Arpa 44, Naxçıvan dəni, Arpa 31,
№-79/1-2, Arpa 29, 84 №-li Seçmə və Arpa 39 sortları ən ağır
sünbüllü sortlar olub, onlarda sünbülün çəkisi 5 g-dan artıq
olmuşdur.
Sünbüldə olan sünbülçüklərin sayına görə maraqlı nəti-
cələr əldə edilmişdir. Belə ki, qısa sünbüllü iki cərgəli arpa-
larda sünbüldə olan sünbülcüklərin sayı, uzun sünbüllü çox
cərgəli arpalardan nəinki geri qalmış, hətta bir qədər artıq ol-
muşdur. Yəni bu nümunələrdə sünbül uzun olmasa da, on-
larda sünbülcüklər bir-birinə daha yaxın olmaqla sıx şəkildə
yerləşmişlər. Məsələn, uzun sünbüllü Pallidum 69-91 sortun-
da (12,6 sm) sünbülcüklərin sayı 31,4 olduğu halda, ən qısa
sünbüllü Arpa 77-də (7,5 sm) bu göstərici 33,2-yə bərabər
olmuşdur. Oxşar nəticələr digər sortlar arasında da görünür.
Yəni sünbülün uzunluğu ilə sünbülcüklərin sayı arasında ək-
sər hallarda bir başa korelyasiya müşahidə edilməmişdir.
Məlumdur ki, bir sünbüldə olan dənin kütləsi ümumi
məhsuldarlıq baxımından ən əsas göstəricilərdən biri hesab
olunur. Bu göstərici çox cərgəli arpalarda iki cərgəlilərə
130
nisbətən iki dəfəyə qədər artıq olmuşdur. Yəni sünbülün çə-
kisi ilə sünbüldə olan dənin kütləsi arasında birbaşa korelya-
siya müşahidə edilmişdir. Əksər hallarda ən ağır sünbüllü
sortların bir sünbülündə olan dənin kütləsi də ən yüksək ol-
muşdur. Məsələn, Arpa 44-də sünbülün ağırlığı ən çox 6,38g,
sünbüldə olan dənin kütləsi də, ən yüksək-3,62g və ya Naxçı-
van dəni sortunda sünbülün ağırlığı 5,58g, sünbüldə olan
dənin kütləsi də yüksək -3,42q olmuşdur. Yaxud sünbülün çə-
kisinə görə ən aşağı göstəriciyə malik olan Nutans 303 sor-
tunda, bir sünbüldə olan dənin kütləsi də ən az olmuşdur
(0,87g). Oxşar misalları çox cərgəli arpalardan da göstərmək
olar. Sünbülün çəkisi ən aşağı- 2,58g olan Arpa 40 sortunun
bir sünbülündən əldə edilən dənin kütləsi də ən az- 1,9g-a bə-
rabər olmuşdur. Bu kimi qanunauyğunluqlar öyrənilən sort-
ların əksəriyyətində müşahidə edilir. Lakin az da olsa bəzi
kənarlaşmalar da mövcuddur. Məsələn, Arpa 77-də sünbülün
çəkisi kifayət qədər yüksək olsa da (2,4g), dənin kütləsi az –
cəmi 1,18g olmuş və ya kifayyət qədər çox dən kütləsinə
malik 78 №-li Cəbrayıl və Arpa 78 sortlarında sünbülün ağır-
lığı o qədər də yüksək olmamışdır.
Sünbüldə olan dənin sayının çoxluğuna görə də çox cər-
gəli arpa sortnümunələri fərqlənmişlər. Bu nümunələrdə bir
sünbüldə olan dənin sayı 33,2 (Arpa 40) ilə 77,4 (Arpa 30)
arasında dəyişildiyi halda, iki cərgəli arpa nümunələrində bu
rəqəmlər iki dəfəyə qədər az – 17,6 (Cəlilabad 19) və 32,2
(Arpa 47) olmuşdur.
Öyrənilən arpa nümunələri 1000 dənin kütləsinə görə də
bir-birlərindən əsaslı sürətdə fərqlənmişlər. İki cərgəli arpa
nümunələri içərisində 1000 dənin kütləsinə görə ən çox fərq-
lənən Arpa 43 (68g), Nutans 28/92 (61g), Nutans 80/34-14
(61g), 6 №-li Seçmə (57g), Arpa 47 (56g) sortları olmuşsa,
131
çox cərgəli arpalardan bu göstəriciyə görə Arpa 40 (70g), 84
№-li Seçmə (66g), Naxçıvan dəni (65,4g), Pallidum 69-91
(63,1g), Arpa 29 (61g), Arpa 32, Arpa 39 və Arpa 44 (57g)
sortları fərqlənmişlər. 1000 dənin kütləsinə görə ən aşağı gös-
tərici isə iki cərgəli arpalardan Nutans 124/32 və Hüseyn 1
sortlarında (43g) çox cərgəli arpalardan isə Arpa 75, 55 №-li
Seçmə də (34g) müşahidə edilmişdir.
3.2. Arpa sortnümunələrinin suvarılan və dəmyə
şəraitlərində məhsuldarlıq elementlərinə görə
müqayisəli analizi
Cəlilabad rayonunun dəmyə şəraitində əkilmiş ikicərgəli
arpa sortnümunələrinin məhsuldarlıq elementlərinin nəticələ-
rindən məlum olmuşdur ki, quraqlıq stresi bütün nümunələrin
boyuna eyni cür təsir göstərməmişdir. Quraqlıq stresi su-
varılan şəraitlə müqayisədə bitkilərin boyuna o qədər də ciddi
təsir etməmişdir. Quraqlıq daha çox məhsuldar gövdələrin sa-
yının dəyişilməsinə səbəb olmuşdur. Hüseyn 1 sortu istisna
olmaqla, öyrənilən digər nümunələrin hamısında məhsuldar
gövdələrin sayı azalmışdır. Bu azalma Nutans 118/21 və Nu-
tans 80/34-14-də daha kəskin xarakterdə olmuş və suvarılan
varianta nisbətən, müvafiq olaraq 40 və 36% az olmuşdur.
Quraqlıq, digər arpa sortnümunələrində də məhsuldar gövdə-
lərin sayının ciddi azalmasına səbəb olmuşdur. Alınan nəticə-
lər onu söyləməyə əsas verir ki, quraqlıq stresi zamanı ümumi
məhsuldarlığın aşağı düşməsi əsasən məhsuldar gövdələrin
sayının azalması ilə əlaqədardır.
Quraqlıq stresi təsirindən öyrənilən arpa sortnümunə-
lərinin əksəriyyətində sünbülün çəkisi və sünbüldə olan dənin
kütləsi az və ya çox dərəcədə azalmışdır ki, bu da ümumi
132
məhsuldarlığın aşağı düşməsinə səbəb olan əsas amillərdən
biridir. Lakin Nutans 303 və Cəlilabad 19 sortnümunələrində,
quraqlıq şəraitində sünbülün ağırlığı və sünbüldə olan dənin
kütləsi nəinki azalmış, hətta bir qədər də artmışdır. Bu maraqlı
nəticələr, həmin sortlara marağı artırır və onların üzərində da-
ha geniş tədqiqatların aparılmasına ehtiyac olduğunu göstərir.
Quraqlığın təsirindən 1000 dənin kütləsində baş verən
dəyişmələr ziddiyətli xarakterdə olmuş və xüsusi qanunauy-
ğunluq müşahidə edilməmişdir. Quraqlıq, bəzi nümunələrdə
1000 dənin kütləsinə mənfi, bəzilərində isə müsbət yöndə təsir
etmiş, bir çox nümunələrdə isə bu göstəriciyə ciddi təsir
etməmişdir.
Cəlilabad rayonunun dəmyə şəraitində səpilmiş çoxcər-
gəli arpa sortnümunələrinin məhsuldarlıq elementlərinə qu-
raqlıq stresinin təsiri, iki cərgəli arpalarda olduğu kimi, bu ar-
pa nümunələrində də bitkilərin boyunun qısalmasına bir-
mənalı şəkildə təsir göstərməmişdir. Bir çox nümunələrdə hət-
ta bitkilərin boyu bir qədər yüksək olmuşdur. Lakin bütün nü-
munələrdə məhsuldar gövdələrin sayı ciddi şəkildə azalmışdır.
Əksər nümunələrdə bu azalma 30-40% arasında olmuşdur ki,
bu da ümumi məhsuldarlığın azalmasında çox önəmli rol oy-
naya bilər.
Sünbülcüklərin sayı, sünbülün çəkisi və sünbüldə olan
dənin kütləsinə alınan nəticələr, iki cərgəli arpalarda əldə edil-
miş qanunauyğunluqların demək olar ki, eynidir. Yəni quraq-
lıq stresi əksər nümunələrdə bu göstəricilərə mənfi təsir etmiş
bunun da, ümumi məhsulunun azalmasında önəmli rolu ol-
muşdur. Lakin tədqiq edilən bu göstəricilərə görə də öyrənilən
arpa nümunələri bir-birindən fərqlənmişlər. Əksər nümunə-
lərdə stresin təsirindən sünbülcüklərin sayı, sünbülün ağırlığı
və sünbüldə olan dənin kütləsi azalmışdır. Ən çox azalma isə
133
quraqlığa həssas və orta davamlı nümunələr olan Arpa 84,
Naxçıvan dəni, Arpa 31 və Arpa 39 sortlarında müşahidə edil-
mişdir. Bir çox nümunələrdə isə bu göstəricilərdə ciddi dəyiş-
mələr baş verməmiş, hətta bəzi nümunələrdə az da olsa artım
qeyd edilmişdir (№79/1-2, Arpa 29, 55№-li Seçmə).
Iki cərgəli arpalardan fərqli olaraq çox cərgəli arpalarda
quraqlıq stresi əksər nümunələrdə 1000 dənin kütləsinə də
mənfi təsir göstərmişdir. Bu göstərici bəzi sortlarda daha kəs-
kin xarakterdə olmuş (Arpa 81, Arpa 84), Arpa 40 sortunda
isə 1000
j
dənin
v
kütləsi
h
iki
h
dəfəyə
j
qədər
g
azalmışdır.
3.3. Duzluluq stresinin iki cərgəli və çox cərgəli arpa
sort nümunələrinin məhsuldarlıq elementlərinə təsiri
Duzluluq stresinin arpa sortnümunələrinin məhsuldarlıq
elementlərinə təsirini öyrənmək məqsədi ilə AMEA Aqro-
kimya və Torpaqşünaslıq İnstitutunun Ucar dayaq məntəqəsi-
nin orta şoran torpaqlarında tarla təcrübələri qoyulmuşdur.
Vegetasiyanın ilk dövrlərindən bitkilər normal suvarılma şəra-
itində becərilmiş və birbaşa torpaq duzluluğunun bitkilərin
məhsuldarlığına və əsas məhsuldarlıq elementlərinə təsiri tədqiq
edilmişdir. Alınan nəticələr təhlil edilmiş və arpa nümunələrinin
duzluluğa davamlılıq dərəcələri müəyyən edilmişdir.
Alınan nəticələri adi şəraitdə becərilmiş bitkilərdən alın-
mış rəqəmlərlə müqayisə etdikdə aydın olmuşdur ki, duzluluq
stresi öyrənilən bütün iki cərgəli arpa sortnümunələrində bit-
kilərin boyunun qısalmasına səbəb olmuşdur. Bu qısalma
Arpa 47, Nutans 57/9 və Nutans 124/32-də kəskin xarakterdə
olduğu halda, Nutans 118/21, Arpa 43, Nutans 86/35-18 və Nu-
tans 80/34-14-də nəzərə çarpmayacaq dərəcədə az olmuşdur.
134
Oxşar qanunauyğunluq, məhsuldar gövdələrin sayının
azalmasında da özünü göstərmişdir. Belə ki, duzluluq şəraiti
əksər sortlarda məhsuldar gövdələrin sayının azalmasına sə-
bəb olmuşdur. Bu göstəriciyə görə ən yaxşı nəticə Hüseyn 1,
Nutans 118/21, Nutans 80/32-21-də qeyd edilmişdir ki, bu
nümunələrdə duzluluq stresi təsirindən məhsuldar gövdələrin
sayı demək olar ki, dəyişilməmişdir. Məhsuldar gövdələrin
sayı iki və daha çox dəfə azalan nümunələrə isə Nutans 80/34-
14, 6№-li Seçmə, Arpa 43-ü misal göstərmək olar. Digər sort-
nümunələrdə də duzluluq məhsuldar gövdələrin sayının az və
ya çox dərəcədə azalmasına səbəb olmuşdur.
Çoxcərgəli arpa sortnümunələri ilə aparılmış təcrübə-
lərdən də oxşar nəticələr əldə edilmişdir. Alınan nəticələrin
müqayisəli təhlili göstərir ki, duzluluq stresi bu arpa nümunə-
lərində də bitkinin boyunun azalmasına səbəb olmuşdur. Bu
azalma Arpa 29 və Naxçıvan dəni sortlarında daha kəskin
xarakterdə, digər sortnümunələrdə isə nisbətən zəif olmuşdur.
Lakin məhsuldar gövdələrin sayının azalması iki cərgəli arpa-
lara nisbətən çox cərgəli arpalarda daha çox müşahidə edil-
miş, öyrənilən çox cərgəli arpaların demək olar ki, yarıdan ço-
xunda məhsuldar gövdələrin sayı iki dəfəyə qədər azalmışdır.
Duzluluq stresi arpa sortnümunələrində sünbülün uzunlu-
ğuna və sünbülün kütləsinə də ciddi təsir göstərmişdir. Əksər nü-
munələrdə bu göstəricilər kəskin azaldığı halda, bəzi nümunələrdə
bu azalma ciddi xarakterdə olmamışdır. Sünbülün uzunluğuna gö-
rə Nutans 118/21, sünbülün çəkisinə görə isə Nutans 67-91, Nu-
tans 303, Arpa 43 və Nutans 80/32-21 sortları fərqlənmişlər. Bu
nümunələrdə duzluluq stresi sünbülün uzunluğuna və çəkisinə
demək olar ki, təsir etməmişdir.Duzluluq stresi Arpa 47, Cəlilabad
19 və Nutans 80/32-21 sortnümunələrində sünbülün uzunluğuna,
Arpa 47, Arpa 77 və Nutans 28/92 sortnümunələrində isə
135
sünbülün çəkisinə önəmli təsir edərək, bu göstəriciləri iki dəfəyə
qədər azaltmışdır.
Duzluluq stresi sünbüldə olan dənin kütləsinin də ciddi
azalmasına səbəb olmuşdur. Bu azalma ən çox Nutans 57/9-da
(57%), ən az isə Nutans 86/35-18-də (15,4%) müşahidə edil-
mişdir. Digər sortnümunələrdə də duzluluq stresi təsirindən
sünbüldə olan dənin kütləsinin müxtəlif dərəcədə azalması baş
vermişdir.
Çoxcərgəli arpalarda bu nəticələr daha kəskin şəkildə özünü
göstərir. Belə ki, sünbülün uzunluğu və xüsusilə də sünbüldə
olan dənin sayı bu arpa nümunələrində suvarılan şəraitlə mü-
qayisədə iki dəfəyə qədər azalır. Bu azalmalar ən çox Arpa 30,
Arpa 31 və Arpa 44 sortlarında baş vermişdir.
Cədvəldəki rəqəmlərin təhlili göstərir ki, duzluluq stresi iki
cərgəli arpalarda sünbüldə olan dənin sayına, digər göstəricilərə
nisbətən az təsir etmişdir. Arpa 77, Arpa 43 və Nutans 28/92
sortnümunələrində duzlu şəraitdə sünbüldə olan dənin sayı hətta
bir qədər artmışdır. Lakin bu nümunələrdə 1000 dənin kütləsi
kəskin azalmışdır.
Arpa 77-də 1000 dənin kütləsi, suvarılan şəraitdə 61q ol-
duğu halda, duzlu torpaqlarda bu göstərici 43q, müvafiq olaraq,
Arpa 43-də 51,7 və 44q, Nutans 28/92-də isə 61 və 41,7q
olmuşdur.
İki cərgəli arpalardan fərqli olaraq çox cərgəli arpalarda
sünbüldə olan dənin sayı və çəkisi arasında xüsusi bir qanuna-
uyğunluq müşahidə edilməmişdir. Bir çox nümunələrdə (76 №
Seçmə, Arpa 31, Arpa 44) hər iki göstərici azaldığı halda, 84 №
Seçmə, Arpa 78, Naxçıvan dəni sortlarında sünbüldəki dənin
çəkisi azalmış, dənin sayında isə hətta bir qədər artım baş ver-
mişdir. Lakin iki cərgəli arpalarda olduğu kimi, bu numunələrdə
də 1000 dənin kütləsində ciddi azalmalar müşahidə edilmişdir.
136
Bu nəticələr onu göstərir ki, duzluluq şəraitinin təsirindən
toxumların tam dolması əngəllənir, cılız və xırda toxumlar
əmələ gəlir ki, bu da ümumi məhsuldarlığın azalmasına səbəb
olan əsas amillərdən biri kimi qəbul edilə bilər.
Dostları ilə paylaş: |