YAġIL işıq sakitləşdirir və nikbin əhval-ruhiyyə yaradır.
MAVĠ rəng isə yorğun gözlərin dincəlməsinə kömək edir.
BƏNÖVġƏYĠ rəng şüura güclü təsir göstərdiyi üçün ondan tez-tez meditasiyada çox istifadə
olunur. Bundan başqa, dalaq pozğunluğu zamanı, limfa düyünlərinin dövranını gücləndirmək üçün
istifadə olunur. Yetkinlik yaşına çatmamış uşaqların 75 faizi, həmçinin, hamilə qadınlar bənövşəyi
rəngə üstünlük verirlər.
Sadə məsləhətlər. Lazer şüaları haqqında ilk məlumata Aleksey Tolstoyun «Mühəndis Qarinin
hiperboloidi» fantastik romanında rast gəlinib. Məhvedici yaşıl işığın köməyi ilə dünyanı fəth etmək
istəyən Qarinin kəşfi bu gün tibb aləmində müvəffəqiyyətlə tətbiq edilir və bir çox ciddi xəstəliklərin
müalicəsində mühüm rol oynayır. Lazer işığının imkanları əvvəlcə heyvanlar üzərində sınaqdan
çıxarılıb. Aşkar olunub ki, yalnız göy və ya qırmızı işığın parametrlərini, tezliyini, həcmini,
dalğalarının uzunluğunu dəyişməklə, müalicə aparmaq mümkündür. Onların hər biri özünəməxsus
təsirə malikdir. Ümumilikdə təkcə işıqla deyil, yeni səviyyəyə və unikal xassəyə malik, rənglərlə
müalicə yaranır. Həkimlər müəyyən ediblər ki, işıqla müalicə soyuqdəymə və yaraların tez
sağalmasına effektli təsir göstərir, immuniteti aktiv surətdə bərpa edir, sinir sistemini tənzimləyir.
İrkutsklı alimlər belə işığın hüceyrəyə təsirini müşahidə ediblər. Bu zaman xəstə hüceyrədə çıxıntı,
oyuq əmələ gəlir. Onu işıqla şüalandıran kimi hüceyrə sağlam oval formasına düşür.
|