GünəĢ-baĢlıca Ģəfaverənimiz. Bizim əhval-ruhiyyəmiz çox vaxt təbii gün işığının elektromaqnit
şüalarının orqanizmə təsirindən asılıdır. Məsələn, Sankt-Peterburq şəhərinin əhalisi, digər şimallılar
kimi payız və qışda günəş şüalarının çatışmazlığını hiss edir və bunun onlara pis təsirini bilirlər. Bir
çox sahələrdə çalışanların-şaxtaçılar, metro işçilərinin sağlamlığı, onların nə qədər gün işığı görməsilə
birbaşa bağlıdır.
Günəş şüaları orqanizmdə sümüklər üçün faydalı olan D vitamininin və stressi aradan qaldıran
serotoninin yaranmasını stimullaşdırır.
Göz üçün günəş işığı (parlaq olmayan, axşama yaxın) ideal sayılır. Buna görə də yayda günəş
qürub edərkən açıq havada gəzmək yaxşıdır. Bu zaman gün ərzində yorulmuş gözlər dincəlir.
Əsas şəfaverici sayılan günəşin bizə nə qədər lazım olduğunu hər an hiss edirik. Amma unutmaq
olmaz ki, hər şey həddində yaxşıdır. Günəş şüalarından bolluca istifadə etmək olmaz.
Günəş şüaları çatışmadıqda isə onu təkcə rahatlıq deyil, həm də sağlamlıq gətirən vasitələrlə
əvəz edirlər. İşıqla müalicə vasitələrindən birində passiyenti adi lampa ilə müqayisədə daha böyük
intensivliklə işıq buraxan xüsusi konstruksiyalı qutunun qarşısında əyləşdirirlər. Mövsümlə əlaqədar
xəstəliklərə düçar olanlara və qışda yuxusuzluq, depressiyadan əziyyət çəkənlərə bu prosedur kömək
edir.
Dostları ilə paylaş: |