Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə24/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   20   21   22   23   24   25   26   27   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

16 

 

MÖVZU:  10 



ĠġIQLA  MÜALĠCƏ 

 

Nils  Finzenin  əsas  tədqiqatları  işığın  terapevtik  xüsusiyyətlərinə  həsr  olunmuşdur.  Alim  daha 

öncəki araşdırmalar nəticəsində aşkarlanmışdır ki, işıq bəzi bakteriyaların inkişafını dayandıra, hətta 

onları  məhv  edə  bilər.  Tədqiqatları  apararkən  günəş  şüalarının müxtəlif heyvanlar üzərində təsirini 

qeydə almış, sonda bu şüaların terapevtik xüsusiyyətləri haqqında mülahizələr irəli sürmüşdür.  

Alim  tədqiqatlar  nəticəsində  "qırmızı  filtr"dən  keçirilmiş  günəş  işığının  dəri  yaralarının 

müalicəsində  müsbət  nəticələr  verdiyini  müşahidə  etmiş  və  bunu  elmi  dairələrə  bildirmişdir.  Bu 

tədqiqatların  nəticəsi  təsdiqləndikdən  sonra  Finzen  cərrahiyyə  kafedrasındakı  işindən  uzaqlaşaraq 

həyatını  tamamilə  şüalanmanın  tibbi  xarakterlərini  öyrənməyə  həsr  etmişdi.  Öz  tədqiqatlarının 

sərhədlərini  genişləndirən  alim,  süni  işıq  mənbələrinin,  əsasən  də  kömür  lampalarının  orqanizmə 

təsirlərini  araşdırmağa  başlamış  və  bu  istiqamətdə  işığın  qurdeşənəyi  xəstəliyinə  (insanın  xarici 

görünüşünü  eybəcərləşdirən  dəri  xəstəliyi)  yoluxmuş  şəxslərə  təsirini  müşahidə  etmək  qərarına 

gəlmişdir. Finzen bu xəstələri hər gün 25 amperlik kömür lampalarının ultrabənövşəyi şüaları ilə 2 saat 

şüalandırmış və bir neçə aydan sonra onların vəziyyətinin yaxşılaşdığını təsdiqləmişdir. 1896-cı ildə 

Kopenhagen  şəhərində  Finzenin  adını  daşıyan  İşıqla  Müalicə  İnstitutu  yaradılmışdır.  Bu  institutda 

ultrabənövşəyi şüalarla müalicə yolları öyrənilirdi. Sonrakı beş il ərzində 800 nəfər üzərində aparılan 

müşahidələr onların 50%-nin tam, 45%-nin isə qismən sağaldığını aşkara çıxarmışdır.  

İnsan  dünyaya  göz  açarkən  ilk  gördüyü  şey  işıqdır.  Bununla  da  həyatın  başlanğıcı  işıq 

terapiyasının birinci seansına çevrilir. Hər səhər pəncərənin pərdələrini açarkən biz işıqla üzləşir və 

bununla  da günümüz başlayır. Gecə ilə gündüzün, yaxud ilin fəsillərinin bir-birini əvəzləməsini yer 

üzündəki bütün canlıların ölümü və dünyaya gəlməsi ilə müqayisə etmək olar. İşığın yoxa çıxması ilə 

yaşlı, xəstə nə varsa, hamısı məhv olur, günəşin ilk şüaları göründükdə isə yenidən doğulurlar. İşığın 

sehrli qüvvəsi ilə xəstəliklərdən yaxa qurtarmağı öyrənən insan da cana gəlir.  


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin