Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə21/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   17   18   19   20   21   22   23   24   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

14 

 

MÖVZU:  9 



ULTRASƏSLƏ  MÜALĠCƏ 

 

Ultrasəs  terapiyası-ultrasəs  dalğalarının  müalicəsi  məqsədi  ilə  tətbiq  edilməsidir.  Ultrasəslər 

elastiki mühitdə yayılan yüksək tezlikli mexaniki rəqslərdir. 16- 20000Hs tezlikli mexaniki rəqsləri 

insan  qulağı  eşidə bildiyindən o səs adlanır. Tezliyi 16 Hs-dən aşağı olan mexaniki səslər infrasəs 

adlanır ki, onlardan fizioterapiyada vibromasaj şəklində istifadə olunur. 800-30001 kHs tezliklərdən 

isə  ultrasəs  terapiya  şəklində  istifadə  olunur.  Ultrasəs  dalğaları  düz  xət  üzrə  yayılır.  Hava  ilə  insan 

orqanizminin toxumaları arasında akustik müqavimət fərqi böyük olduğundan ultrasəs dalğaları demək 

olar  ki,  tam  əks olunur. Ona görə də müalicə verən zaman mütləq konkret mühitdən (qazı çıxarılmış 

su,  parafin  yağı,  vazelin,  bitki  yağları,  məlhəmlər  və  s.  )  istifadə  olunur.  Ultrasəs  rəqslərinin  təsiri 

artdıqca  mühit  tərəfindən  udulması  çoxalır.  Dərin  qatlara  nüfuz  etmə  azalır.  Müxtəlif  toxumalar 

ultrasəsi  eyni  dərəcədə  udmur.  Belə  ki, ultrasəsi sümük toxuması daha çox, sonra sinirlər, ən az isə 

əzələ və piy toxuması udur. Ultrasəs enerjisinin əsas göstəricisi onun intensivliyidir ki, bu da 1 sm

2

-

dən bir saniyədə keçən enerji olub vt/sm



2

-la ifadə olunur. Müalicə məqsədi ilə intensivliyi 0,05-dən 1. 

0-1. 2vt/sm

2

 olan ultrasəs istifadə olunur.  



Mexaniki  təsir  nəticəsində  müalicə  verilən  nahiyədə  sıxılma  və  seyrəlmə zamanı toxumalarda 

hüceyrə və subhüceyrə səviyyəsində vibrasiya (mikromasaj) törənməsi hesabına baş verir.  

İstilik effekti udulan ultrasəs dalğalarının mexaniki enerjisinin istiliyə çevrilməsi hesabına baş 

verir.  Ultrasəsin  intensivliyini  artırdıqca  həmcins  olmayan  bioloji  toxumaların  sərhədində  sönən 

dalğalar  əmələ  gəlir.  Bu  zaman  istiliyin  ayrılması  baş  verir  (1

C)  .  İstilik  əsasən  qalın  bircinsli 



toxumalarda  yox,  toxumaların  sərhədində  müxtəlif  akustik  impedanslı-zəngin  kollegeni  olan  dəri 

səthində fassialarda, bağlarda, çapıqlarda, sinovial qişalarda, oynaq mensklərində və sümük üstlüyündə 

əmələ gəlir ki, bu da onların elastikliyini artırır və fizioloji gərginlik diapozonunu genişləndirir.  

Fiziki-kimyəvi  amil  fiziki-kimyəvi,  biokimyəvi  və  biofiziki  proseslərin  dəyişmələri  ilə  özünü 

büruzə  verir.  Ultra  səs  sanki  özünəməxsus  katalizatora  bənzəyir.  Nəticədə  sərbəst  radikalların  və 

bioloji  fəal  maddələrin  yaranması  baş  verir.  Oksidləşmə bərpa olunma proseslərı stimullaşır, pH və 

fermentativ aktivlik dəyişilir, hüceyrə kolloidlərinin

 

dispersliyi yüksəlir



 

Üç  amilin  təsiri  qarşılıqlı  olaraq  bir-biri  ilə  bağlıdır.  Orqanizmin  cavab  reaksiyasının 



formalaşmasında  reflektor  mexanizmlər  də  iştirak  edir.  Ultrasəsin  bioloji  təsiri  onun  dozasından 

asılıdır. Ola bilər ki, o toxumanı stemulyasiya etsin hətta parçalasın. Müalicə proflaktika məqsədilə 

istifadə olunan ən optimal doza 1, 2vt/sm

2

-dək olan dozadır, xüsusən də impuls rejimində.  



Onlar ağrıkəsici, antispastik, damargenişləndirici, iltihabəleyhinə və desensibilizasiya edici təsir 

edirlər.  təsir  olunan  nahiyədə  faqositoz  yüksəlir,  qan  və  limfa  dövranı,  orqanizmin  ümumi  və 

immunoloji  reaktivliyi  aktivləşir,  endokrin  üzvlərin,  ilk  növbədə  böyrəküstü  vəzilərin  funksiyası 

stimullaşır. Ultrasəs hipotenziv və bronxolitik təsir göstərir, xarici tənəffüs funksiyasını normalaşdırır, 

mədə və bağırsaqların motor, evakuator və sorulma funksiyalarını yaxşılaşdırılır, diurezi artırır.  


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin