Maqnitoterapiya
Sabit, alçaq tezlikli dəyişən və impuls sahəsinin müalicə-profilaktika məqsədilə istifadə olunması
maqnitoterapiya adlanır. İstifadə olunan maqnit sahəsinin parametrlərinə görə sabit, impuls və
alçaqtezlikli maqnit terapiyası olur.
Maqnitoterapiya aşağıdakılardan barətdir:
1. Sabit maqnit terapiyası.
2. Ġmpulslu maqnit terapiyası.
3. Alçaq tezlikli maqnit terapiyası.
Sabit maqnit terapiyası
Sabit maqnit sahəsi yerli trofiki, damar genişləndirici, sedativ təsir göstərir. Eyni zamanda
imunomoduləedici təsir göstərir. Daimi və dəyişən maqnit sahəsi yerli ağrı kəsici, iltihab əleyhinə,
trofikanı yaxşılaşdıran vazoaktiv təsir gostərir.
Maqnit sahəsi ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, infarkdan sonra kardio skeleroz,
hipertoniya, baş beyin işemik insultundan sonra, nevrozlar, LOR xəstəliklər, miqren, sklerodermiya
zamanı göstərişdir.
Maqnitoterapiyada istifadə olunan bir aparatın adı da “Polyus-1”-dir. Elektrodu induktor adlanır.
Taxta çarpayıda və ya stulda yerləşmiş xəstənin təsir olunacaq nahiyəsinə 1 və ya 2 induktor
yaxınlaşdırılır. Dəri ilə 10 sm-ə qədər məsafə saxlanılır. Maqnit sahəsi yaradılır, iş rejimi qeyd olunur
|