Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
11
UYT terapiya yaşlı insanların üz və boyun nahiyələrinə verilərkən 20-40Vt, döş qəfəsi qarın boşluğu
və kiçik çanaga 70-100vt, kiçik oynaqlara 30-40vt, aşıq daban, diz bud çanaq oynaqlarına 100 vt
verilir. Uşaqlara müalicə verilərkən doza yarıbayarı azaldılır. Müalicənin verilmə müddəti 10-15 dəq,
kurs müalicə 8-10-15 gün təyin olunur. UYT – elektrik sahəsi aşağıdakı aparatlarla verilir.
UVÇ-30, UVÇ-66, Ekran 2, Miniterm və Undoterm.
Uyt-li cərəyanla işləyən aparatalar. Ultrasəslə müalicə uyt elektrik sahəsi zamanı tezliyi 30-dan
300Mqhs-ə qədər olan rəqslərdən istifadə olunur. Aparatlar:“UVÇ-30”, “UVÇ-66”, “Ekran 1”, “Ekran
2”, “İmpuls-2”, “Undaterm-80” və s. UYT təsirindən toxumalarda endogen istilik əmələ gəlir. İstiliyin
aşkar hiss olunması-termik, zəif hiss olunması-zəif termik və istilik hiss olunmayan- atermik doza
terminləri qəbul edilmişdir. Dəri yüksək tezlikli elektrik sahəsi üçün “şəffaf“ sayılır.
Daha dərin qatlarda yüksək tezlikli elektrik sahəsinin təsiri daha şiddətli olur. İsti hissedilmə
istiliyi qavrayan sinir uclarının çox olduğu dəridə daha aydın olur. Zəif dozalardan fermentlərin fəallığı
qüvvətlənir ki, bu da canlı orqanizmdə mübadilənin qüvvətlənməsinə səbəb olur, yarada infiltrasiya
keçib gedir. Atermik dozalar zamanı epitelizasiya sürətlənir, damar keçiriciliyi yüksəlir, iltihablaşmış
toxumalarda durğunluq azalır. İflic zamanı isə termik dozadan istifadə etmək yaxşı nəticə verir.
Dostları ilə paylaş: |