Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   9   10   11   12   13   14   15   16   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

10 

 

MÖVZU:  7 

 

ULTRA  YÜKSƏK  TEZLĠKLĠ  TERAPĠYA 

 

Ultra yüksək tezlikli terapiya yüksək və ultrayüksək tezlikli dəyişən elektrik sahəsinin müalicə 

məqsədilə istifadə olunmasıdır. Burada əsas üstünlük təşkil edən daha doğrusu təsir edən amil elektrik 

tərkib hissəli fasiləsi yaxud impluslu ultra yüksək tezlikli elekrik sahəsidir (30-dan 300mg Hr-dək) . 

Xəstənin bədəninə təsir edən enerjinin 85%-dən çoxu elektrik tərkibli elektromaqnit sahəsidir.  

Ultra yüksək tezlikli terapiya fizioloji və müalicəvi təsiri: Ultra yüksək tezlikli elektik sahəsi 

xəstənin orqanizminə bir cüt kondensator lövhələr vasitəsilə verilir. Yüksək nüfuz etmə qabiliyyətinə 

malik olduğundan ultra yüksək tezlikli elekrik sahəsi elektrodlar arasındakı bütün toxumalara yayılıraq 

toxumalarla qarşılıqlı təsir nəticəsində biomolekulların titrəyişinə və fırlanaraq yer dəyisməsinə səbəb 

olur. UYT  terapiyanın şərti olaraq istilik və qeyri istilik (ossulyator) komponentləri ayırd olunur. UYT 

terapiya zamanı udulan enerjinin əsas hissəsi qeyri maye mühitlərində (dəri, sinir, birləşdirici, piy və 

sümük toxumaları) baş verdiyindən təbiidir ki burada çoxlu istiliyin əmələ gəlməsi (1 

0

c) baş verir.  



Toxumaların  biofiziki  xüsusiyyətlərindən  ilk  növbədə  dielektrik  nüfuzluğu  və  elektrik 

keçiriciliyindən  asılı  olaraq  elektrik  sahəsinin  tezliyini  və  gərginliyini  artırdıqca  yaranan  istiliyin 

miqdarı çoxalır. Bədən səthinin elektrodlara yaxın səthlərində istiliyin miqdarı cox, toxumaların daha 

dərin  qatlarına  getdikcə  o  kəskin  azalı.  Ona  görədə istiliyin toxumaların istər səthi, istərsə də dərin 

qatlasında  bərabər  paylanmasını  təmin  etmək  üçün  elektrodla  bədən  səthi  arasında  bir  neçə 

santimetrlik hava məsafəsi təmin olunur.  

UYT-  elektrik  sahəsinin  qeyri  istilik  (assilyator  yaxud  xüsusi)  təsiri  hüceyrə  və  hüceyrəarası 

mayelərin kolloud vəziyyətinin dəyişməsi, zülalların və fosfolipidlərin dispersliyinin artması, mühitin 

qatılığının  azalması,  toxumaların  PH-nın  dəyişilməsi  və  dehidratasiyası  hüceyrə  memranının  ion 

daşıma  sisteminin  aktivləşməsi, bir sıra fermentlərin aktivliyinin artması ilə təzahür olunur. Çoxda 

böyük  olmayan  intensivliyində  daha  aydın  müşahidə  olunur.  Ona  görədə UYT terapiya həm istilik, 

həmdə qeyri istilik dozalarda təyin olunur.  

Təsir  olunan  nahiyədə  üzv  və  toxumaların  qızması,  toxumalarda  dayanıqlı  uzun  müddətli  və 

dərin  hiperemiyaya  səbəb  olur.  Kapilyarların  diametri  daha  çox  təxminən  5-10  dəfə  genişlənir. 

Zədələnməmiş  toxumalarda  regional  qan  və  limfa  axını  güclənir,  mikrosirkulyator  yataqda, 

hematoensefalitik və digər leykositlərin miqdarının artması və onların faqositar fəallığının yüksəlməsi 

iltihab  mənbəyində  dehidratasiya  və  sorulmaya  gətirib  çıxarır.  Həmçinin  ödemin  çəkilməsi  onun 

yaratdığı ağrının da azalmasına səbəb olur. Beləliklə UYT elektrik sahəsi müalicə amili olaraq iltihab 

əleyhinə ağrıkəsici, bakteriostatik, ödem əleyhinə, damar genişləndirici və trofiki regenerator təsir 

göstərir.  




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin