Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
9
MÖVZU: 6
YUXARI TEZLĠKLĠ VƏ YUXARI GƏRGĠNLĠKLĠ CƏRƏYANLA
ĠġLƏYƏN APARATLAR. DARSONVALĠZASĠYA.
Tibb praktikası üçün olan bütün yüksək tezlikli aparatlar rəqs tezliyi saniyədə 100000-dən
milyardlara qədər (mikrodalğalı müalicə aparatı) dairədə dəyişilən rəqslər törədir. Yüksək tezlikli
cərəyanın bir çox növləri var: induktotermiya, UYT (“UVÇ”), darsonvalizasiya, mikrodalğalı cərəyan
və s.
Darsonvalizasiya: (Darsonval bu cərəyanı kəşf edən fransız aliminin adıdır) . 1892-ci ildən
müalicə məqsədilə təbabətdə tətbiq edilir. Darsonvalizasiya dedikdə yüksəktezlikli, impulsşəkilli,
yüksək gərginlikli, az şiddətli cərəyanla müalicə başa düşülür. Aparatın adı “İskra-1”-dir. Panelin
üstündə kontrol lampa, voltmetr, şəbəkə, güc göstəriciləri var. Elektrodu-vakuum elektrod adlanır.
Yüksək gərginlik havası çıxarılmış elektroda ötürülən zaman çəhrayı-bənövşəyi rəngli işıq saçmağa
başlayır.
Başın saçlı hissəsində darsonvalizasiya aparmaq üçün “daraq“, dəri üzərində “göbələk” şəkilli,
düz bağırsaqda rektal və s. elektrodlar tətbiq olunur, müddəti 5-10 dəqiqə, kurs müalicə 5-25 gündür. 2
cür metodu vardır: labil, stabil.
Göstəriş: ürək nevrozu, miqren, I-II dərəcəli donma, quru ekzema, qaşınma, nevralgiyalar,
saçların və kipriklərin tökülməsi, trofik xoralar, yaralar, babasil, tromboflebit, üz və boyun nahiyəsinin
kosmetik xəstəlikləri, lor və ginekoloji xəstəliklər və s.
Əks göstəriş: bəd xassəli şişlər, yüksək gərginliyə dözümsüzlük və s.
|