Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   6   7   8   9   10   11   12   13   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

 

MÖVZU:  5 



ĠNDUKTOTERMĠYA 

 

İnduktotermiya  təzədən  yüksək  və ultra yüksək tezlikli maqnit sahəsinin müalicə məqsədi ilə 



istifadə  olunmasıdır.  Üsulun  mahiyyəti  ondan  ibarətdirki,  bədən  səthinə  qoyulmuş  xüsusi sarğacdan 

(induktor) yüksək tezlikli cərəyan keçərkən onun ətrafında orqanə təsir edəcək yüksək tezlikli dəyişən 

maqnit sahəsi yaranır. Maqnit sahəsi naqili kəsərək onda buruığanlı elektrik cərəyanı yaranır. Yüksək 

tezlikli  maqnit  sahəsini  təsirindən  elektrik  keçiricilik  qabiliyyəti  yüksək  olan  toxumalarda  xaotik 

burulğanlı  cərəyan  yaranır.  Onlarında  özünə  məxsus  xarakretik  xüsusiyyəti  mühitə yüksək istiliyin 

artılmasıdır. Şüalanan toxumalarda 8-12 sm dərinlikdə 2-4

0

 C lokal olaraq isinmə, həmcinin xəstənin 



ümumi  bədən  hərarətinin  isə  0,3-0,9

0

  C  yüksəlməsi  baş  verir.  Toxumalarda  istiliyin  bərabər 



paylanması üçün prosedura 1-2 sm hava məsafəsi ilə verilir. Ən yüksək hərarət həddi proseduranın 10-

12-ci dəqiqəsindən sonra başlayır ki, bu müddət ərzində yüksəlmiş qan dövranı vasitəsilə istilik bütün 

bədənə  yayıldığından  lokal  olaraq  toxumalardan,  yan  təsirlər  baş  vermir.  Təsir  olunan  nahiyyədə 

toxumaların temperaturunu yüksəlməsi kapilyarların, arteriyaların və venaların kəskin genişlənməsini 

və damarlarda qan dövranının güclənməsinə səbəb olur. İltihab nahiyəsində ödəm azalır. Hüceyrələrin 

autoliz  məhsullarının  dispersliyi  yüksəlir,  leykositlərin  faqositar  aktivliyi  güclənir  ki,  bu  da  iltihab 

mənbəyində sorulmanı yüksəldir.  

Böyrəklərin  süzmə  qabiliyyətini stimullaşdırır, bronxlarda, mədədə, bağırsaqda spazmı aradan 

götürür.  Mübadilə  məhsullarının  xaric  olunmasına  şərait  yaradır  və  diurezi  artırır.  Beləliklə 

induktotermiyanın  müalicədə  tətbiqi  iltihab  əleyhinə,  damar  genişləndirici,  ağrıkəsici,  antispastik 

məqsədini güdür.  

GöstəriĢlər: Daxili üzvlərin yarımkəskin və xroniki iltihabı xəstəlikləri, bronxit, pnevmoniya, 

xolisistit, qlomerulonefrit, prostatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, artrozlar, arteriitlər, 

hipertoniya  xəstəliyi  1-ci,  2-ci  mərhələ,  bronxial  astma,  sidik  daşı  xəstəliyi,  gicişən  dermatozlar, 

xroniki ekzema və. s 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin