Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
12
MÖVZU: 8
MAQNĠTO TERAPĠYA
Maqnitoterapiya-sabit, dəyişkən və ya pulsasiya edən aşağı tezlikli maqnit sahəsi ilə müalicə
deməkdir. Maqnitoterapiya digər metodlara nisbətən daha çox xəstəxana, eləcə də ev şəraitində tətbiq
olunur. Maqnitoterapiyaya əks göstərışlər aşağıdakılardır:
-kəskin periodda iltihabi xəstəliklər və qanaxmalar
-hipotoniya
-cərrahi müdaxiləya qədər irinli prosesl ər
-ürəyin ağır iĢemik xəstəliyi
-erkən post infarkt period
-hamiləlik
-qanın sistem xəstəlikləri
-onkoloji xəstəliklər
Apparat ALMAQ-01-insan orqanizminin zədələnmiş toxumasına maqnit sahəsinin yürüyən
impulsu ilə təsir edir. Yürüyən impulslu maqnit sahəsi 6-8 sm insan vücuduna daxil olur, buna görə
bilavasitə müxtəlif organlara təsir edir. Cihaz ətrafdakılar üçün təhlükəsizdir, beləki, 15 sm məsafədə
maqnit sahəsi yerin fon səviyyəsinə qədər zəifləyir. Bu aparatın tətbiqi iltihabi proseslərin
simptomlarını aradan götürür, ağrıları aradan qaldırır, buna görə də qəbul olunan dərmanların sayı
azaldılır. Almaq 60-yaxın yayılmış xəstəlikləri-osteoxondrozu, radikulitləri, artritləri, sınıqları,
burxulmaları, nevralqiyaları və s. müalicə edir. Apparatın müalicəvi effekti tətbiq etdikdə artıq birinci-
dördüncü gün özünü götərir.
Terapiya metodu kəskin və remissiya dövründə müxtəlifdir. Kəskin periodda proseduralar
sutkada 6 saat intervalı ilə iki dəfə aparılır. Bir seansın muddəti birinci günlər 10 dəqiqə çəkir, tədricən
20 dəqiqəyə çatdırılır, ağır hallarda 30 dəqiqə aparılır.
Osteoxondrozun müalicəsi remissiya dövründə sütkada 1 dəfə, yuxudan əvvəl aparılır ki, onurğa
proseduradan sonra fiziki yükə məruz qalmasın.
Osteoxondrozun müalicə kursu kəskin və xroniki formalarda eynidir, minimum 15, maksimum
20 prosedurdan ibarətdir. Təkrar kursları birinci kurs qurtardıqdan 1-1, 5 ay sonra aparmaq olar, ikinci
kurs qurtardıqdan 3-4 ay sonra almaq aparatı ilə maqnitoterapiya aparılır.
Dostları ilə paylaş: |