Biodoza: Biodozanın təyin edilməsi
Biodoza ultrabənövşəyi şüaların eritema əmələ gətirməsinə əsaslanır. Ultrabənövşəyi şüaların
eritema əmələ gətirən minimal dozası biodoza adlanır. Biodozanı təyin etmək üçün biodozimetrdən
istifadə edilir. Biodozimetr qarın nahiyəsinə bağlanır. İşıq mənbəyi 50 sm məsafədə saxlanılır.
Lövhənin üzərində olan 6 dəlik hərəsi 1 dəqiqə olmaqla şüalandırılır. 24 saatdan sonra əmələ gələn
eritemaya əsaslanaraq nəticə əldə edilir.
Ümumi və yerli şüalandırma metodları vardır. Ümumi metodla xəstə taxt üzərində uzanır,
qarnının üzərindən şaquli istiqamətdə lampa qoyulur. Gözə xüsusi qoruyucu eynək taxılır. Ümumi
şüalanmada eritema alınmamalıdır. Yerli şüalandırmada dərinin məhdud sahəsi şüalandırılır.
UBŞ ilə müalicəyə göstəriş: Raxit, qızıl yel, dəri, oynaq, sümük və periton vərəmi, nevralgiyalar,
nevrit və radikulit, poliartrit, bronxial astma, frunkulyoz, yanıqlar, kəmərləyici dəmrov, bir çox dəri
xəstəlikləri və s.
Əks göstəriĢ: Bəd xassəli şişlər, qanaxmaya meyllik, fəal ağ ciyər vərəmi, hipertirioz,
böyrəklərin funksional çatmamazlığı.
|