Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
19
qanın sürəti artır, vəzlərin sekresiyası çoxalır. Ultrabənövşəyi şüalarla zəngin spektr almaq üçün
“PRK-2” və “PRK-4” arqon civə-kvars lampalarından istifadə olunur. UBŞ aparatı ştativə bərkidilmiş
lampalı reflektordan ibarət olub stasionar tipli, burun-udlağı qrup ilə şüalandırmaq üçün, stolüstü və s.
formada olur.
Ultrabənövşəyi şüalar insan orqanizminə güclü təsir göstərir və onların düzgün dozalandırılması
başlıca əhəmiyyət kəsb edir. Çox intensiv şüalandırma ağır nəticələr (yanıq, xəstəliyin kəskinləşməsi
və s.) törədə bilər. UBŞ-nin dozalandırılması üçün bioloji metoddan geniş istifadə edilir. Bu üsul UBŞ-
nin eritema əmələ gətirməsinə əsaslanır. UBŞ-nin eritema əmələ gətirən minimal dozası bioloji doza
adlanır. Ultrabənövşəyi şüalar müalicə və profilaktika məqsədilə tətbiq edilir.
Dostları ilə paylaş: |