Parafin terapiya: Parafin metan sırasına daxil olan yüksək molekullu karbohidrat qarışığıdır və
neftin emalından əmələ gəlir, o ağ rəngli, yarım şəffaf, otaq temperaturunda bərk kütlə olub neytral
reaksiyaya malikdir. Təmizlənmiş parafin tam susuzdur. Ərimə temperaturu 52-55
0
C. Zəif istilik
keçiriciliyinə, yüksək istilik tutumuna və istilik saxlama qabiliyyətinə malikdir. Parafin yerli və
seqmentor təsir göstərərək toxumalarda mikro sirkulyasyanı və qan dövranını yaxşılaşdırır. Müalicə
verilən nahiyyənin dərisində hipermiya törədir. Metabolik, trofiki, regenerativ prosesləri stimullaşdırır.
Əzələ spazmını və ağrını azaldır, iltihab əleyhinə, sorucu və birləşdirici toxuma çapıqlarına yumşaldıcı
təsir göstərir.
Dostları ilə paylaş: |