Realogiyanin əsaslari. Dos. Zeynalova f


Cədvəl 1.Reoloji xassələrinə görə ərzaq məhsullarının təsnifatı



Yüklə 1,01 Mb.
səhifə3/19
tarix06.10.2019
ölçüsü1,01 Mb.
#29294
1   2   3   4   5   6   7   8   9   ...   19
Prezentatsiya-Microsoft-Office-PowerPoint

Cədvəl 1.Reoloji xassələrinə görə ərzaq məhsullarının təsnifatı


Dispers sistem

Məhsul (o cümlədən xammal, yarımfabrikat)

Tipik reoloji xassələr

Xalis maye

Su, spirt, yağ

Nyoton özlülük

Xalis əritmə

Ərinmiş yağlar (kakao yağı), ərinmiş şəkər

Əsasən nyuton özlülük

Həqiqi məhlul

Duz və şəkər məhlulları, cövhərlər, pivə, içkilər

Həmçinin

Kolloid məhlul

Zülal məhlulları, bulanıq meyvə və giləmeyvə şirələri

Nyuton özlülük, özlü-elastiklik, tiksotropiya ola bilər

Mayeşəkilli

Suspenziyalar (kakao, meyvə və tərəvəz şirələri, şorbalar), emulsiyalar (süd, qaymaq, mayonez)

Nyuton özlülük və qeyri-nyuton özlülük, özlü-elastiklik, tiksotropiya

Pastaşəkilli

Meyvə püresi (almalı muss), qozlu (fındıqlı) muss, kəsmik, qiymə

Qeyri-nyuton özlülük

tiksotropiya, reopeksiya, özlü-elastiklik

Rabitəli yumşaq

Yağ, köpüklü kütlə, jele, xəmir, yoqurt, şorba, paştet, kartof püresi

Plastik özlülük, dönən və dönməz tiksotropiya, elastiklik, özlü-elastiklik

Rabitəli yarımbərk

Çörəyin içi, bişmiş kolbasa, bişmiş kartof

Elastiklik, plastik özlülük, özlü-elastiklik

Bərk

Təzə alma, armud, kartof, xiyar, ət, uzun müddət saxlanan çörək-bulka məmulatı, şokolad, konfetı

Elastiklik, plastik özlülük, özlü-elastiklik

Sərt

Karamel, taxıl, qoz-fındıq ləpəsi, makaron məmulatı, kök 

Elastiklik, sərtlik, yüksək axıcılıq və bərklik, kövrəklik

Real cisimlərin «Ideal» reoloji cismin bu və ya digər növünə aid olmasının ilkin təcrübələr əsasında aşkara çıxarılması tədqiqat üçün doğru vasitələr seçməyə və lazım olan xassələri müəyyən etməyə imkan verir. Yerdəyişmə xassələri belə xassələrin əsas qrupunu təşkil edərək, həm maşınların hərəkətli hissələrində müxtəlif prosesləri hesablamağa, həm də ərzaq məhsullarının keyfiyyətinin qiymətləndirilməsi üçün geniş istifadə olunur. Bununla əlaqədar olaraq ərzaqların və yerdəyişmə xassələrinə malik digər reoloji cisimlərin təsnifat üsulları daha geniş yayılmışdır.

Reoloji cisimlərin gərilmənin son həddinin onun sıxlığının sərbəst düşmə həddinə olan hasilinə nisbətinin [θ0/(ρ∙g)] qiymətinə görə A.V. Qorbatov tərəfindən verilən təsnifatında (cəd. 1.2) cismin öz formasını saxlamaq qabiliyyəti göstərilir. Bu təsnifat aşağıdakı kimidir:   Cədvəl 1.2. Fiziki göstəricilərə görə cisimlərin təsnifatı


θ0/(ρ∙g),m

0,005-dən az

0,005 – 0,02

0,02 – 0,15

0,15-dəçox

Cismin adı

Struktur mayeləri

Maye pastalar

Qatı pastalar

Bərk cisimlər

B.A. Nikolayev mexaniki xassələrin (elastiklik modulu, özlülük və s.) qiymətinə görə ümumiləşdirilmiş təsnifat təklif etmişdir.

B.A. Nikolayev mexaniki xassələrin (elastiklik modulu, özlülük və s.) qiymətinə görə ümumiləşdirilmiş təsnifat təklif etmişdir.

Herşel-Balkli bərabərliyinə əsasən verilən real cisimlərin təsnifatı böyük maraq doğuru burada: – sürət qradienti vahidə bərabər olduqda, vahidə bərabər özlülüyə proporsional olan, əmsaldır, Pа·sn; n – axma indeksi. Bəzi dəyişikliklərdən sonra aşağıdakı ifadəni alırıq: – sürət qradienti vahidə bərabər olduqda,effektiv özlülükdür, Pа·s; – ölçüsüz sürət qradienti; m – strukturun dağılma sürəti, axma indeksi.

Bu təsnifat üsulunda yerdəyişmə gərginliyi və sürət qradienti, effektiv özlülük və yerdəyişmənin sürət qradienti arasında asılılıq yaranır. Alınan əyriləri xarakterinə görə cisimləri 7növə ayırırlar: 1. Hukun elastik cismi; 2. Sen-Venanın plastik cismi; 3.Şvedov-Binqamın plastik-özlü cismi; 4.Yalançı plastik cisim; 5.dilatant cisim; 6.Nyutonun həqiqi-özlü cismi; 7.ideal maye (Paskal).


P.A. Rebinder və N.V.Mixaylov reoloji cisimləri

P.A. Rebinder və N.V.Mixaylov reoloji cisimləri

Maye formalı cisimlərə nyuton mayeləri və statik yerdəyişmədə gərginliyin son həddi

Maye formalı cisimlərə nyuton mayeləri və statik yerdəyişmədə gərginliyin son həddi

Belə ki, effektiv özlülük sabit axında strukturun dağılması və bərpası prosesləri arasında tarazlq vəziyyətini təsvir edən yekun göstəricidir. Ümumi halda axın əyrisi S-şəkilli xarakterə malikdir və absis oxunu kəsərək keçir, bu müddətdə cismə təsir edən gərginlik yalnız elastiki deformasiyalar yaradır.

Strukturlaşdırılmış sistemlərin əsas yerdəyişmə xassələrinə plastik ηpl və effektiv özlülük ηef(τ), relaksasıya müddəti τr(τ); sürüşmə zamanı dağılmamış strukturun təmas yerində maksimal özlülüyü (η0) və tamamilə dagılmış strukturun özlülüyü (ηm); yerdəyişmənin elastiklik modulu (G); şərti-statik axıcılıq həddi (τСТ) və dinamik – yerdəyişmə gərginliyinin son həddi (θ0); elastik- kövrək və ya elastik qırılmalarda (τm) və elastik-özlü dağılma zamanı (τr) strukturun möhkəmliyi. Yuxarıda sadalanan göstəricilərdən başqa əyrisində aşağıdakı sahələri ayırmaq olar: 0A- elastik deformasiyalar zonası; AB- ən böyük effektiv və plastik deformasiyanın başlandığı sahə; BC- strukturun uçqunabənzər dağılma sahəsinin başlanması; CD- strukturun uçqunabənzər dağılma sahəsi (ən kiçik plastik özlülüyə malik); E və yuxarı- tamamilə dağılmış strukturun daimi özlülüyə malik nyuton axma sahəsi.  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin