RedaksiYAŞurasi


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 10,22 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix31.01.2017
ölçüsü10,22 Mb.
#7070
1   2   3   4   5   6   7   8   9   ...   22

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
20
etməyin və ondan istifadənin əhəmiyyətini anlada bilmişəm. Övladlarımla münasibətimi
hərtərəfli qurmuşam. Tərbiyələri ilə məşğul olanda bir ata, dərslərində müəllim, pedaqoq,
digər məsələlərdə isə dost oluram. İsa lap aşağı siniflərdən başlayaraq dərslərini planlı şəkil ‐
də hazırlayır, ertəsi günün dərslərini tam hazırlayıb başa çatdırmayana qədər yatmırdı. Hər
işdə çox məsuliyyətli görünürdü. Dərs oxuyan zaman yorulduğunu az hallarda deyirdi.
Bütün fənləri bərabər şəkildə oxuyurdu, amma texniki fənlərə daha çox maraq göstərirdi.
Dəqiq fənlərə aid məsələləri bir neçə dəfə həll edirdi və onların asan həll variantını tapmağa
çalışırdı. Açığı deyim ki, bu, onun hobbisi idi. Ali məktəbə hazırlaşmağa başlayanda I ixtisas
qrupunu seçmək fikrini mənə bildirdi və mən də onu dəstəklədim. Təbii ki, hazırlıq dövrü
daha məsuliyyətli dövrdür. Mən onun qarşısına 700 bal toplamaq şərtini qoymamışdım,
sadəcə, qəbul olmaq istədiyi ixtisasda müsabiqə vəziyyətinin yüksək olduğunu bildirmişdim.
Hazırlığının səviyyəsini və sınaq imtahanlarında topladığı balları görəndə onun 670 baldan
yüksək nəticə göstərəcəyinə inanırdım, amma 700 bal yox. Nəticə isə bizim üçün gözlənilməz
oldu. ALLAH bütün valideynləri  sevindirsin. 
Müsahibəni apardı: Emin Məmmədov
Nihad Natiq oğlu Abbasov Qubadlı rayon İsa Məmmədov adına Aşağı
Mollu kənd tam orta məktəbinin məzunudur. I ixtisas qrupu üzrə qəbul
imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft‐
qaz mühəndisliyi” ixtisasına qəbul olub. Nihad məktəb illəri ərzində müx‐
təlif səviyyəli fənn olimpiadalarında iştirak edib. “İNEPO” beynəlxalq
layihə olimpiadasının və “Sabahın alimləri” müsabiqəsinin iştirakçısı
olub. 
– Nihad, qazandığın böyük uğura görə səni təbrik edirik. Qəbul imtahan‐
larına, təbii ki, gərgin hazırlaşmısan, yuxusuz gecələrin də olub.
İmtahandan sonra istirahət edə bildinmi?
– Təbrikə görə çox sağ olun. İmtahandan sonra nəticələr çıxana qədər çox narahat idim. Bütün
sualları bildiyimə əmin olsam da, mexaniki səhvlərə yol verəcəyimdən qorxurdum. Nəticələr
bəlli olandan sonra isə zənglər gəlməyə başladı, təbrik edənlər, tədbirlərə dəvət, jurnalistlər‐
lə müsahibələr və s. Söz yox ki, bunlar çox gözəl hislərdir. Amma etiraf edim ki, normal isti‐
rahətə vaxtım olmadı. 
– İmtahanı necə xatırlayırsan?
– Nə qədər hazırlaşsan da imtahanın adı ağırdır. Həyəcan da ki, öz yerində. Sınaq imta‐
hanından öyrənmişdim ki, həyəcanı boğmaq üçün imtahan binasına kifayət qədər tez daxil
olmaq lazımdır. İmtahan başlanana qədər şəraitə uyğunlaşmalısan ki, bütün fikrini testlər
üzərinə yönəldə biləsən. Belə də etdim. İmtahan başlandıqdan sonra birinci asan hesab etdiyim
fəndən başladım. Düzgünlüyünə yüz faiz əmin olduğum cavabların üzərində çox dayan‐
madım. İmtahanda vaxt bölgüsünün əsas amil olduğunu bilirdim. Bunu digər fənlərin sual‐
ları üzərində nəzərə aldım. Məlumdur ki, I ixtisas qrupuna daxil olan riyaziyyat, fizika, kimya
fənlərində testlərin böyük əksəriyyəti məsələlərdən ibarət olur. Müəllimlərim mənə öyrət‐
mişdilər ki, məsələlərin həlli üçün vacib olan onun şərtini diqqətlə oxumaqdır. Odur ki, digər
sualları cavablandırdıqdan sonra məsələ tipli testləri bir daha gözdən keçirdim. Qaydalara
görə işini yekunlaşdıran abituriyentlər imtahan başlandıqdan 2 saat sonra gedə bilərlər. Mən
suallara cavab verib qurtarsam da sona qədər qaldım. İmtahandan sonra nəticələrimi «Space»

21
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
telekanalında yayımlanan “Abituriyent” verilişində təqdim olunan düzgün cavablarla
yoxlayıb, bütün cavablarımın doğru olduğunu görəndə hədsiz dərəcədə sevindim. 
– 700 bal toplamağında təhsil aldığın məktəbin rolunu necə qiymətləndirirsən?
– Təbii ki, məktəbdə tədrisin səviyyəsinin, müəllimlərin pedaqoji bacarığının yüksək olması
şagirdlərin hazırlığına da çox kömək edir. Mənim təhsil aldığım məktəbdə də şagirdlər
arasında oxumağa, ali məktəbə qəbul olmağa, imtahan nəticələrinin yüksək olmasına maraq
çox böyük idi. Müəllimlərimiz bizə aşağı siniflərdən başlayaraq düzgün istiqamət götürməyi,
dərslərə çox ciddi yanaşmağı tövsiyə edirdilər. Onu da qeyd edim ki, ibtidai sinif müəllimim
öz nənəm olub. Bugünkü nəticələrimdə onun da xidmətləri çoxdur. Nənəm diqqət və
qayğısını ibtidai təhsili başa vurduqdan sonra da bizdən əsirgəməyib. 
Məktəbimizdə qəbul imtahanlarına hazırlaşan şagirdlər arasında rəqabət mühiti də böyük idi.
Bunu da bizim müəllimlərimiz yaratmışdı. Sınaq imtahanlarının nəticələri sinfimizdə müəl‐
limlərimizin iştirakı ilə ciddi təhlil olunurdu. Sonrakı proseslər bu cür yanaşmanın özünü
doğrultduğunu göstərdi. Qəbul imtahanlarında göstərdiyimiz nəticələr də bunu təsdiq edir.
– İmtahan suallarının çətinlik dərəcəsi barədə nə deyə bilərsən?
– Sualların hamısına düzgün cavab versəm də, deməzdim ki, bütün suallar asan idi. Çətin
suallar da çox idi. TQDK‐nın bu il və ötən illərdə “Abituriyent” jurnalında təqdim etdiyi
model testlərlə tanışlığım və sınaq imtahanlarında yığdığım təcrübə bu sahədə mənə çox
kömək etdi. 
– Sınaq imtahanlarının sənə nə kimi köməyi oldu?
– Belə düşünürəm ki, qəbula hazırlıq üçün sınaq imtahanları çox vacibdir. Qazandığın bilik‐
ləri qəbul imtahanından öncə yoxlamaq, zəif tərəfləri aşkar etmək, imtahan prosesinə
öyrəşmək, imtahanda fənlər üzrə işləmə ardıcıllığını müəyyənləşdirmək, vaxt bölgüsünü
düzgün qurmaq baxımından sınaq imtahanlarının rolu əvəzolunmazdır. Bundan başqa, çətin
hesab etdiyim fənləri axırda işləməyi, cavab kartını doldurarkən diqqətli olmağı, açıq tipli
testlərlə işləməyi və imtahan prosesinə aid digər halları sınaq imtahanlarında öyrəndim. 2015‐ci
ildə TQDK‐nın keçirdiyi 4 sınaq imtahanının hamısında iştirak etdim və müvafiq olaraq, 656,
661, 690, və 686 bal topladım. Bu nəticələrim mənə 700 bal toplamağın mümkünlüyünü
göstərdi. Ona görə də qəbul imtahanında çətinliyim olmadı.
– Gələcək planların?
– Təhsil sahəsində daha da inkişaf etmək, ali məktəbdə də səylə çalışıb fərqlənmək, imtahan‐
lara yüksək səviyyədə hazırlaşmaq, Prezident təqaüdünü axıra qədər almaq, magistr təhsili‐
mi xarici ölkələrdən birində davam etdirmək niyyətindəyəm.
– Konkret hansı ölkədə?
– Hələ tam qərara gəlməmişəm. Neft sahəsi üzə yüksəkixtisaslı mütəxəssis hazırlamaqda
məşhur olan ölkələrdən birinin ali məktəbinin tələbəsi olmaq istərdim. Bunun üçün də xarici
dil bilikləri vacibdir. İngilis dilini bilirəm, amma təkmilləşdirmək lazımdır. Rus dilini də
öyrənmək istəyirəm. Zəngin dildir. Gələcək karyeramda bu dilin rolu böyük olacaq.
Nihadın nənəsi, həm də ibtidai sinif müəlliməsi Mədinə Cabbarovanın dediklərindən...
Mən heç vaxt şagirdlərim arasında fərq qoymamışam. Baxmayaraq ki, nəvəm mənim şagird ‐
im idi, ona da başqa uşaqlara ayırdığım qədər vaxt ayırırdım. Әgər nəvəmə fərqli münasibə‐
tim olsaydı, şagirdlərin mənə inamını itirərdim. Bütün şagirdlərimə, o cümlədən də Nihad gi ‐

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
22
lin sinfinə ibtidai təhsilin əhəmiyyətini anlatmağa çalışırdım. İbtidai təhsili güclü olan şagir ‐
din yuxarı siniflərdə o qədər də çətinliyi olmur. Bunu başa düşən uşaqlardan biri də Nihad
idi. Dərslərə həmişə hazır gələr, ev tapşırıqlarını tam yerinə yetirərdi. Texniki fənlərə, əsasən
də riyaziyyata marağı çox böyük idi. Riyazi məsələlərlə işləməyi daha çox sevir, məsələlərin
həllinin asan yolunu tapmağa çalışır, bütün dərslərinə yaradıcı yanaşırdı. Әvvəllər iqtisadçı
olacağını deyirdi. Sonra neft mühəndisi olmağı seçdi. Belə uğuru bütün şagirdlərə, onların
müəllimlərinə, valideynlərinə arzulayıram. Mənim sevincim isə ikiqatdır. 
Müsahibəni apardı: Emin Məmmədov
Teymur Vüqar oğlu İsmixanov Bakı Türk liseyinin (BDU‐nun nəzdində,
təsisçi Türkiyə Dəyanət Vəqfi) məzunudur. I ixtisas qrupu üzrə qəbul imta‐
hanında 700 bal toplayaraq “ADA” Universitetinin “Kompüter mühəndis‐
liyi” ixtisasına qəbul olub.
– Məzunu olduğun liseyin şagirdləri hər il qəbul imtahanlarında yüksək
nəticə göstərirlər. 700 bal toplayan abituriyentlərin də bir neçəsi bu mək‐
təbin yetirmələridir. Göstərdiyin uğurlu nəticədə oxuduğun məktəbin rol‐
unu necə qiymətləndirirsən?
– Təhsil aldığım liseydə kifayət qədər bacarıqlı, istedadlı və çalışqan şagirdlər oxuyur.
Məktəbin şagird kontingenti, demək olar, oxumağı qarşısına məqsəd qoymuş, məsuliyyətli,
savadlı və intizamlı şagirdlərdən ibarətdir. Məktəb rəhbərliyi və müəllimlər də şagirdlərin
yüksək səviyyədə təhsil alması üçün əllərindən gələni edirlər. Şagirdlər dərs oxumaqda, inti‐
zamlı olmaqda, məktəbin ictimai həyatında yaxından iştirak etməkdə bir‐biri ilə yarışırlar.
Təbii ki, yarış, rəqabət olan yerdə inkişaf da olur. Mən də yaxşı təhsil oxumaq üçün yaradılmış
bütün imkanlardan istifadə edirdim. Çalışırdım ki, hərtərəfli təhsil almaq üçün düzgün
istiqamət götürüm. Yuxarı sinif şagirdlərinin hamısı ali məktəbə hazırlaşdığından məktəbdə
onlar üçün hazırlıq kursları təşkil olunmuşdu. Әlavə müəllim yanına getməyə ehtiyac yox idi.
Bu il məktəbimizdən 3 nəfər 700 bal topladı. Bizim sinifdən hamı ali məktəbə qəbul oldu. Әn
aşağı nəticə göstərən şagirdin balı 570 oldu. Mən belə bir liseydə təhsil almağımla qürur
duyuram. 
– Ali məktəbə hazırlıq işlərini necə planlaşdırmışdın? 
– Qəbul imtahanlarına hazırlığa 10‐cu sinifdən başladım. Gündəlik və həftəlik hazırlıq
planımı sistemli şəkildə, cədvəl əsasında qururdum. Günün 15‐16 saatını oxumaqla keçirir ‐
dim. Bütün fənlərə eyni səviyyədə, fizika fənninə isə digər fənlərdən bir qədər çox vaxt
ayırırdım. Çünki fizika oxumaqla yanaşı, düşünməyi də tələb edir. Anam fizika müəllimidir.
O, mənə həmin fəndən kömək edirdi. Keçilən dərslərə məsuliyyətlə yanaşırdım. Dərslərimi
vaxtında hazırlayır, sabaha saxlamırdım. Çünki hər günün öz dərsləri vardı. Keçilən
mövzunu öyrəndikdən sonra hazırlıq yoldaşlarımla birgə müzakirə edir, bir‐birimizə suallar
verir, izah edir, öyrəndiklərimizi paylaşırdıq. Həftə sonları, adətən, təkrarlar edir, test həll
edirdim. Lazım olan kitabları və test kitabçalarını valideynlərim vaxtlı‐vaxtında alırdı. 
– Qəbul imtahanına hazırlaşanda hansı vəsaitlərdən istifadə edirdin?
– Әsasən, məktəb dərslikləri ilə hazırlaşırdım. Digər dərslikləri müəllimlərimin məsləhəti ilə

23
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
oxuyurdum. Bundan əlavə, TQDK‐nın ali məktəbələrə hazırlaşanlara kömək məqsədilə nəşr
etdiyi dərsliklər və test toplularından da istifadə edirdim. 
– Orta məktəbdə olduğu kimi, ali məktəbdə də əla qiymətlərlə oxuya biləcəksənmi?
– Bəli, qarşıma belə bir məqsəd qoymuşam. Amma ali məktəb həyatı ilə, orada olan mühitlə,
dərsliklərlə hələ tanış deyiləm. Bilirəm ki, “ADA” Universitetinə yüksək bal toplayan abi‐
turiyentlər qəbul olur. Rəqabət böyükdür. Onu da bilirəm ki, məni qarşıda ciddi və
məsuliyyətli bir iş gözləyir. Çalışacağam ki, qiymətlərim əla olsun, orta məktəbdə olduğu
kimi, burada da yaxşı oxuyum. “ADA” Universitetində belə qayda var: topladığın bala uyğun
ödənişsiz oxuyursan, amma əla qiymətlərlə oxumadınsa, növbəti ildən ödənişli təhsil alırsan.
Ona görə də məsuliyyətim ikiqatdır. 
– Seçdiyin ixtisasdan danışaq. Niyə “Kompüter elmləri”?
– Bu ixtisası zamanın tələbinə görə seçdim. Kompüter artıq dünya elminə çevrilib.
Cəmiyyətin bütün sahələrində layihələrin icrasını internetsiz, kompütersiz təsəvvür etmək
çətindir. Bütün bunları, həmçinin ölkəmizdə bu sahənin mütəxəssislərinə olan tələbatı nəzərə
alaraq bu ixtisası seçdim. 
– Magistratura təhsili almaq fikrin də varmı?
– Magistratura təhsilimi xarici ölkələrdən birində davam etdirmək istəyirəm. Bu, sahənin
elmi, tətbiqi, yenilikləri ilə tanış olmaq, ixtisası daha dərindən öyrənmək üçün çox vacib
məsələdir. 
– Hansı ölkədə oxumaq istəyərdin?
– Böyük Britaniyada. Orada təhsilin keyfiyyəti çox yüksəkdir. Dünya səviyyəsində nüfuzlu ali
məktəbləri var. İngilis dilini bilirəm. Gələcək istəklərimi reallaşdırmaq üçün həmin dili
mükəmməl öyrənməyi qarşıma məqsəd qoymuşam. 
– TQDK həyata keçirdiyi layihələrini internet vasitəsilə aparır. Təbii ki, qəbul kampaniyası
zamanı sən də bu layihələrdən yararlanmısan. Komissiyanın təqdim olunan həmin elektron
layihələri haqqında nə deyə bilərsən? 
– Mən bu layihələri bəyənirəm. Sənəd qəbulu zamanı ərizəmi heç bir yerə getmədən elektron
şəkildə verdim. İmtahana getmək üçün tələb olunan sənədi, ixtisas seçimini, imtahan
nəticələrimi, hansı ali məktəbə qəbul olduğumu internetdən öyrəndim. Özü də bu layi‐
hələrdən istifadə qaydaları aydın şəkildə izah olunduğu üçün rahatlıqla qəbul edilir. Daha
xoşuma gələn isə həmin layihələrdən istifadə etmək üçün təlimatın “Abituriyent” jurnalının
müvafiq saylarında dərc olunması idi.
Müsahibəni apardı: Emin Məmmədov

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
24
Firuz Bayram oğlu Abduyev Bakı Türk liseyinin (BDU‐nun nəzdində,
təsisçi Türkiyə Dəyanət Vəqfi) məzunudur. I ixtisas qrupu üzrə qəbul imta‐
hanında 700 bal toplayaraq Qafqaz Universitetinin “Kompüter mühəndis‐
liyi” ixtisasına qəbul olub. 
– İmtahana hazırlaşmaq çox çətin idi? Boş vaxtların olurdu? 
– Dərslərimi həmişə yaxşı oxuyurdum. Ona görə də hazırlıq prosesində o
qədər çətinlik çəkmədim. Özüm də görürdüm ki, hazırlıq zamanı sanki
məktəbdə keçilən dərsləri yadıma salıram, bir növ təkrar edirəm. Buna görə boş vaxtım çox
olurdu. Həmin müddətdə əlavə heç nə ilə məşğul olmurdum, dincəlirdim. Valideynlərim
buna görə mənə irad tuturdular ki, belə hazırlaşmaqla, az bal toplaya bilərəm. Ancaq mən öz
gücümə inanırdım. Valideynlərimə bildirirdim ki, narahat olmayın, mən qarşıma məqsəd
qoy  muşam sa, ona mütləq çatacağam. Sonda belə də oldu. Mən rekord bal topladım. 
– Sınaq imtahanlarında da yüksək bal toplayırdın? 
– Bəli, nəticəm yüksək olurdu, ancaq 700 bal toplaya bilmirdim. İmtahandan çıxandan sonra
səhv cavablarımın bəzilərini bilməyərəkdən, bəzilərini isə diqqətsizlikdən qeyd etdiyimi görür ‐
düm. Ancaq öz üzərimdə işləyirdim. Bilmədiklərimi öyrənir və çalışırdım ki, növbəti imta‐
handa diqqətsizlik etməyim. Hələ 9‐cu sinifdən başlayaraq sınaq imtahanlarında iştirak edir ‐
dim. Bunun sayəsində imtahan mənim üçün adi bir prosesə çevrilmişdi. Fikrimcə, abi‐
turiyent lər sınaq imtahanında iştirak etməklə öz biliklərini yoxlamaq və qəbul imtahanında
neçə bal toplamağa qadir olduqlarını müəyyənləşdirmək şansı əldə edirlər. Mən də sınaq
imtahanlarında yüksək bal topladıqdan sonra qəbul imtahanında da yaxşı nəticə göstərəcə yimə
inanırdım. 
– Niyə məhz “Kompüter mühəndisliyi” ixtisasını seçmisən? 
– Düzünü desəm, bu ixtisası seçmək arzum olmayıb. Әvvəllər hansı ixtisası seçəcəyimi dəqiq
müəyyən etməmişdim. Qəbul imtahanında iştirak edib yüksək nəticə əldə etdikdən sonra bu
ixtisasın aktuallığını və populyarlığını nəzərə alıb onun üzərində dayandım. 
– Qəbul imtahanında uğur qazana bilməyən abituriyentlərə və abituriyent olmağa hazırlaşan
şagirdlərə nələri tövsiyə edərdin? 
– Abituriyentlər müxtəlif qruplara bölünür. Әgər oğlanların 18 yaşı tamam olubsa, deyərdim,
hərbi xidmətə getsinlər. Gələndən sonra fikirləri olsa, yenə imtahan verərlər. Digər abi‐
turiyentlərə isə tövsiyə edərdim ki, öz üzərlərində müstəqil çalışmağa vərdiş etsinlər.
Qarşılarına konkret məqsəd qoysunlar, fikirlərini oxumağa, öyrənməyə yönəltsinlər.
Vaxtlarını səmərəsiz keçirməsinlər. İmtahan zamanı həyəcanlanmasınlar. Məncə, istənilən
abituriyent qarşısına məqsəd qoysa və bu məqsəd uğrunda çalışsa, öz arzusuna çata bilər. 
– TQDK‐nın abituriyentlərə yaratdığı imtahan şəraiti səni qane etdi? 
– Bəli. Fikrimcə, çalışan , oxuyan hər bir abituriyent qəbul imtahanında uğurlu nəticə əldə edə
bilər. Çünki qəbul imtahanı çox şəffaf keçirilir, abituriyentlərə öz bilik və bacarıqlarını nüma ‐
yiş etdirmək üçün bütün zəruri şərait yaradılır. Qəbul imtahanından əvvəl sınaq imtahan‐
larının keçirilməsini də yüksək qiymətləndirirəm. Çünki sınaq imtahanında iştirak etməklə
həm öz real bilik səviyyəni müəyyən edə bilirsən, həm də psixoloji baxımdan imtahana hazır
olursan. Başqa sözlə, sınaq imtahanlarında iştirak etməklə bir növ təcrübə toplayırsan. 
TQDK‐nın abituriyentlər üçün yaratdığı əlverişli şəraitə bir nümunə kimi qəbul proqramının
öncədən dərc olunmasını, model testlərin və bir çox digər vəsaitlərin nəşrini də qeyd edə

25
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
bilərəm. Yaxşı haldır ki, test kitabçaları mütəmadi olaraq təkmilləşdirilir, yenidən nəşr olunur.
Mübahisə doğuran mövzulara dair sualların imtahanlara salınmamağı da müsbət haldır. 
– Səncə, abituriyentlər imtahanda öz bilik və bacarıqlarını tam nümayiş etdirmək üçün nələrə
xüsusi fikir verməlidirlər? 
–  İlk növbədə psixoloji baxımdan imtahana hazır olmalıdırlar. Bu, hər bir abituriyentin öz
əlindədir. Әgər zərurət yaranarsa, bu zaman psixoloq məsləhətindən də yararlanmaq olar.
İmtahan suallarını işləyərkən tələsmək də bəzən səhvlərə yol açır. Təqdim olunan sualları
cavablandırmaq üçün ayrılmış vaxt yetərincədir. Sadəcə, bir az diqqətli olmaq, sualların şər‐
tini diqqətlə oxumaq lazımdır. İmtahanöncəsi hazırlıqlarda valideynlərin də müəyyən rolu
var. Bəzən abituriyent sınaq imtahanında az bal toplayır, bu zaman valideynlər övladlarına
təzyiq edirlər. Məncə, əksinə, bu zaman valideynlər övladlarına qayğı ilə yanaşmalı, onları
daha da həvəsləndirməlidirlər. Çünki uşaqlara təzyiq etməklə onu oxumağa yönəltmək yan‐
lış addımdır. Bir də yaxşı olar ki, abituriyent imtahana özü tək getsin. Çünki imtahan başla‐
mamış valideynlər çox həyəcanlı olur, bu da öz növbəsində abituriyentlərə mənfi təsir göstə ‐
rir.Qısa desək, imtahanı adi bir proses kimi qəbul etmək lazımdır. 
– Maksimal nəticə əldə etməyinə kimlərin dəstəyi olub? 
– İlk dəstəyi valideynlərimdən, daha çox atamdan almışam. Çünki atam özü fizika müəllimi ‐
dir. Fizika fənnini daha yaxşı mənimsəməyimdə atamın çox böyük rolu olub. Belə demək
mümkünsə, ilk müəllimim atam olub. Maddi baxımdan xərclərimi qarşıladıqları üçün də
valideynlərimə minnətdaram. Onlar mənim üçün hər cür şərait yaradıblar. Bundan başqa,
hələ ibtidai sinifdən başlayaraq müəllimlərimin üzərimdə çox böyük zəhməti olduğunu qeyd
etməliyəm. Sinif yoldaşlarımdan da az dəstək almamışam. Çünki bizim sinifdə belə bir mühit
formalaşmışdı ki, şagirdlər həmişə bir‐birinə dəstək olurdu. Kimin bilmədiyi bir şey olurdusa,
dərhal bir‐birimizdən öyrənirdik. Daim fikir mübadiləsi aparır, testlər üzərində birgə çalışır ‐
dıq. 
– Hazırlıqlara getməsəydin, məktəbdə öyrəndiklərin sayəsində 700 bal toplaya bilərdinmi? 
– Әslində, məktəbdə də zəif oxumurdum. Demək olar ki, bütün fənlərlə maraqlanırdım.
Ancaq inanmıram ki , hazırlıqlara getməsəydim bu qədər bal toplaya bilərdim. Məktəbimizdə
ixtisas qrupları üzrə kurslar təşkil olunmuşdu. Mən də o kurslara getdikdən sonra hiss
edirdim ki , bilmədiyim məqamlar az deyil. Seçdiyim qrupa daxil olan fənlər üzrə sistemli
hazırlaşmağım sayəsində maksimum bal toplaya bildim. Fikrimcə , repetitor xidməti olmadan
da ali təhsil müəssisələrinə qəbul olmaq olar. Amma 700 bal toplamaq, çətin ki, mümkün
olsun. 
Müsahibəni apardı: Taleh Məmmədkərimov

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
26
Elçin Ziyad oğlu Qasımov Gəncə şəhəri, İ.Qayıbov adına 1 saylı tam orta
məktə bin məzunudur. II ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal
toplayaraq “Qafqaz” Universitetinin “Mühasibat uçotu və audit” ixtisas‐
ına qəbul olub. Elçin eyni zamanda “2007‐2015‐ci illərdə Azərbaycan gən‐
clərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində
Türkiyənin Orta Doğu Texniki Universitetinin “İqtisadiyyat” fakültəsinə
qəbul olub.
– İmtahan nəticəni necə qarşıladın?
– İmtahandan xoş əhali‐ruhiyyə ilə çıxdım, çünki bütün suallara düzgün cavab vermişdim.
Mexaniki səhvlərə yol verməyim deyə, cavabları cavab kartına kifayət qədər diqqətlə, bir neçə
dəfə yoxlayandan sonra köçürmüşdüm. İmtahandan sonra evdəkiləri və müəllimləri əmin
etdim ki, 700 bal toplamışam. Bununla belə, nəticələrimi «Space» telekanalının “Abituriyent”
verilişində elan olunan düzgün cavablarla yoxlayana qədər bir az narahat idilər.
Fikirləşirdilər ki, birdən haradasa səhvə yol verərəm. Düzdür, onlar imtahandan öncə mənim
700 bal toplayacağıma inandıqlarını bildirir və bununla məni ruhlandırırdılar. Bununla belə
imtahandan sonra hədəfin bir addımlığında yenə də təlaş keçirirdilər. “Abituriyent” veri ‐
lişində nəticələrimin yoxlanmasından sonra bir daha 700 bal topladığıma əmin olduq. Bu
xəbər qısa müddətdə qohumlarıma, müəllimlərimə, sinif yoldaşlarıma, dostlarıma çatdı.
Telefonuma təbrik zəngləri gəlməyə başladı. Çox sevinirdik.
– Sənin üçün ən dəyərli kimin təbriki oldu?
– Ailəmizdə sevinc ikiqat idi. Bacım da imtahanda uğurlu nəticə göstərmişdi. Bizdən başqa,
atamı da, anamı da təbrik edənlər çox idi. Bütün təbriklər mənim üçün əzizdir. Amma bun‐
ların içərisində ibtidai sinif müəllimim Jalə Әhmədovanın təbrikinin yeri xüsusi idi. O günləri
xatırlayanda kövrəlməmək mümkün deyil. Axı o, bizə qələm tutmağı, oxumağı öyrətmişdi,
insanpərvərliyi, vətənpərvərliyi anlatmışdı. Yadımdadır, dərsə hazır gəlməyən şagird
görəndə çox həyəcanlanır və ona dərsə hazır gəlməyi, tapşırılan işə biganə qalmamağı tövsiyə
edirdi. Onun bu cür mövqeyi bizdə məsuliyyət hissini artırırdı. İmtahanda göstərdiyim
nəticənin köklərinin ibtidai təhsilimə bağlı olduğunu tərəddüdsüz qeyd edirəm. 
– Bacınız imtahanda 685 bal toplayıb. Bu da kifayət qədər uğurlu nəticədir.
– Bacım məndən bir yaş böyükdür. Məktəbə bir il tez getdiyim üçün onunla sinif yoldaşı
olmuşam. Dərslərimizi birlikdə hazırlayırdıq. Oxumaqda sanki bir‐birimizlə yarışa girmişdik.
Aşağı siniflərdə bacım dərsə yaxşı cavab verməyəndə mən, mən yaxşı cavab verməyəndə isə
bacım valideynlərimizə gileylənirdi. Beləcə aramızda yarış gedirdi. Yuxarı siniflərdə oxuyan‐
da isə artıq bir‐birimizə dərslərimizdə kömək edir, mövzuları birlikdə işləyirdik.
Hazırlaşanda da eyni müəllimlərin yanına getdik. Bacım məndən daha məsuliyyətli idi.
Qəbul imtahanında coğrafiya fənnindən verilmiş məsələ tipli test tapşırığında çətinlik çəkib.
Azərbaycan dili fənnindən də bir sualda səhv edib. İmtahan nəticələrimizin yüksək olmasın‐
da birlikdə hazırlaşmağımızın, oxuduğumuz mövzuları müzakirə etməyimizin, fikir
mübadiləsi aparmağımızın, hətta aramızda olan sağlam yarışın, rəqabətin rolu az olmayıb.
– Dərsdənkənar hansı kitabları oxumusan?
– Uşaqlıqdan oxumağım valideynlərimin tam nəzarəti altında olub. Aşağı siniflərdə oxuyan‐
da tətil zamanı atam mənə “Uşaq ensiklopediyası”nı oxutdururdu. Həmin kitabda materik‐
lər, okeanlar, heyvanlar aləmi, tarixi şəxsiyyətlər, qədim qalalar haqqında məlumatlar var idi.
Oxuduqlarımı atam məndən soruşardı. Yuxarı siniflərdə bədii ədəbiyyata marağım çox idi:
istər Azərbaycan, istərsə də dünya ədəbiyyatına. 

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin