35
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
Asya İdris qızı Mahmudova Zaqatala rayonu, 1 saylı tam orta məktəbin
məzunudur. IV ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq
Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olub.
– Məktəb dövrünü necə xarakterizə edərdin?
– İbtidai sinifdən dərsləri əla və yaxşı qiymətlərlə oxumuşam. Tətil və isti‐
rahət günlərindən də səmərəli istifadə etməyə çalışmışam.
– Repetitorla hazırlaşırdın?
– Xeyr. İki il “Araz kursu”nda, bir il “Modern” hazırlıq kursunda hazırlaşmışım. Kurslarda
müəllimlərimiz bizə hər işdə dəstək olurdular, tez‐tez sınaqlarda iştirak etməyimizə kömək
edirdilər.
– TQDK‐nın təşkil etdiyi sınaq imtahanlarında iştirak edirdin?
– Bəli, iki dəfə iştirak etmişəm. Birinci dəfə sınaq imtahanında səkkizinci sinifdə oxuyanda
iştirak edib 585 bal, ikinci dəfə isə 669 bal toplamışdım.
– Әgər hazırlığa getməsəydin, yüksək nəticə göstərə bilərdin?
– Әlbəttə, yox. IV qrupun əsas fənlərindən olan biologiyadan imtahana məsələlər çox düşür,
amma bu fənn bizə məktəbdə az keçilirdi. Hazırlıq kursunun köməyi ilə bilmədiklərimi
öyrənir, necə deyərlər, boşluqları doldurmağa çalışırdım.
Ümumiyyətlə, məktəbdə də yaxşı oxumağa çalışmaq lazımdır. Yoxsa yüksək nəticə göstər‐
mək çətin olar. Әslində, hazırlıq biliyin təkrarıdır. Bilik məktəbdə qazanılır.
– Test üsulunu bəyənirsən?
– Test üsulu biliyi, bacarığı ölçmə vasitəsidir. Onun ən üstün cəhəti biliyi yoxlananların
hamısı üçün vahid meyarların, eyni sualların, eyni imtahan vaxtının tətbiq edilməsidir.
İmtahanlarda tədricən yeni tipli tapşırıqlarda, o cümlədən açıq tipli testlərdən istifadə olun‐
ması ənənəvi testlərin məhdud cəhətlərini aradan qaldırır.
– Səncə, uğurun sirri nədədir?
– İlk öncə, insan məqsədini müəyyənləşdirməli, iradəli, zəhmətkeş, məsuliyyətli olmalıdır.
– Hazırlıq zamanı vaxtı necə bölürdün?
– Hər şey sadə və ənənəvi qaydada idi. Məktəbdən gələn kimi nahar edib dərslərimi hazırla‐
mağa başlayırdım. Әvvəlcə məktəb, sonra hazırlıq dərslərini oxuyurdum.
– Hansısa fənnə daha çox vaxt ayırırdın, yoxsa vaxtını fənlər arasında bərabər
bölüşdürürdün?
– Biologiya fənn üzrə materialların həcmi böyük olduğundan onun üçün daha çox vaxt
ayırırdım. Digər fənlərə isə göz gəzdirməklə də təkrarlamaq mümkün olurdu.
– Hazırlaşmaq üçün şəraitin necə idi?
– Valideynlərim, ailəm mənə hər cür şərait yaradırdılar. Evimiz iki mərtəbəlidir. Yayda ikinci
mərtəbədə bacımla mən dərslərə hazırlaşırdıq. Qışda isə birinci mərtəbəyə yığışmalı olurduq.
Səssizliyə nə qədər riayət etməyə çalışsalar da evimiz bir qədər səsli‐küylü olurdu. Amma bu,
məni həvəsdən qətiyyən salmırdı. Çalışmalara ciddi davam edirdim.
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
36
– Necə oldu ki, həkimlik ixtisasını seçdin?
– Həkimlik mənim uşaqlıq arzumdur. Həkimliyi insanlara ən çox fayda verə biləcəyim peşə
hesab edirəm.
– Gələcək abituriyentlərə tövsiyələrin?
– İlk növbədə, vaxtlarını düzgün bölüşdürməlidirlər. Uzun müddət internetdə və telefonda
müxtəlif oyunlara aludə olmaqla yüksək hazırlıq keçmək olmaz. Әvvəllər məndə də belə bir
vərdiş var idi. Sonralar bunun zərər verəcəyini başa düşdüm. Әn vacibi isə qarşılarına məqsəd
qoysunlar, bunun üçün durmadan çalışsınlar.
– Hazırlıq zamanı hansı materiallardan istifadə edirdin?
– Dərsliklərdən. Bundan başqa, toplulardan, siniflər üçün test kitablarından və dərs
vəsaitlərindən istifadə etmişəm.
Müsahibəni apardı: Şəbnəm Mahmudova
Nurlan Namiq oğlu Məcidov Bakı Türk Anadolu liseyinin məzunudur. IV
ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan Tibb
Universitetinin “Müalicə işi” ixtisasına qəbul olub. Nurlan eyni zamanda
Türkiyənin On Dokuz Mayıs Universitetinin tibb fakültəsinə qəbul olub.
Həmsöhbətim gələcək təhsilini qardaş Türkiyədə davam etdirəcəkdir.
Maraqlısı odur ki, ailədə böyüyən uşaqların üçü də tibb ixtisasını
seçmişlər. Nurlanın böyük bacısı və qardaşı da 600‐dən yuxarı bal topla‐
yaraq ATU‐nun “Müalicə işi” ixtisasına qəbul olmuş, hazırda isə
Türkiyədə tibb ixtisası üzrə təhsillərini davam etdirirlər.
– Nurlan, düzü, ilk sualımı belə planlaşdırmışdım – “İxtisas seçiminizə kimin təsiri olub? ”.
Ancaq söylədiyin faktın özü bu sualın ən gözəl cavabıdır. Ailənizdə insanlara şəfqət bəxş
edən peşə sahibi olan üç övlad böyüyür. Səni və valideynlərini bir daha təbrik edirəm.
– Təşəkkür edirəm.
– Seçdiyin həkim peşəsinin xüsusiyyətləri ilə xarakterin arasında uyğunluq, üst‐üstə düşən
hansı cəhətlər var?
– Bilirsiniz, mən iqtisadçı və ya hüquqşünas ola bilmərəm. Yəni bu peşələrdə özümü görə
bilmirəm. İnsanların dərdinə şərik olmaq, ona əlac tapmaq kimi insani dəyərlər sanki mənim
mənəvi tələbatımdır. İnanın səmimiyyətimə, həkimlik mənim üçün şəfqət, nur, xeyirxahlıq,
alicənablıq deməkdir.
– Nurlan, qəbula necə hazırlaşmısan? Yaşıdlarının bəziləri deyir ki, yuxarı siniflərdə səylə
hazırlaşmaqla da qəbul imtahanlarında uğur qazanmaq olar.
– Yox, mən belə düşünmürəm. Birinci sinifdən başlayaraq oxumaq, çalışmaq lazımdır.
Dediyiniz kimi, yuxarı siniflərdə, yəni son 1‐2 ildə isə öyrəniləni təkrarlamaq, bilikləri sis‐
temləşdirmək lazımdır. Mənim təhsil aldığım Bakı Türk Anadolu liseyində də prinsip belə
idi: biz yalnız qəbulda yaxşı nəticə göstərmək üçün yox, eyni zamanda, dərin bilik əldə etmək
üçün oxuyur, çalışırdıq.
37
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
– Qəbula hazırlıq müddətində vaxt bölgüsünü necə aparırdın?
– Bəzi abituriyentlərin dediyi kimi, bütün günü oxumurdum. İstirahətə də vaxt ayırır, idman‐
la məşğul olurdum. Bilirsiniz, əsas çox oxumaq deyil, keyfiyyətli oxumaqdır. Gərək şagirdlər
dərsliklərdəki termin və tərifləri əzbərləməyə vaxt itirməsinlər. Çalışsınlar ki, oxuduqları
materialı mənimsəsinlər, dərk etsinlər, təhlil edib nəticə çıxara bilsinlər. Bir də biliklərini
möhkəmlətmək üçün çoxlu test tapşırıqları etsinlər. Bu zaman “Abituriyent” jurnalının say‐
larından istifadə etməyi məsləhət görərdim.
– Dediklərindən aydın olur ki, oxuyub dərk etmək, mənimsəmək səndə daxili tələbata çevrilib,
bilmədiklərinə biganə, etinasız qala bilmirsən.
– Elədir. Әgər bir məsələni həll edə bilmədimsə, yaxud həllini bilmədiyim məsələyə rast
gəldimsə, məndə daxili bir maraq, sual yaranır: “Mən bunu niyə bilmirəm? ”. Bu, doğrudan
da, daxili tələbatdır, özü də vacib xüsusiyyətdir. Mən bu xüsusiyyətə yiyələnməyi nəinki abi‐
turiyentlərə, ümumiyyətlə, oxumağı bacaran hər kəsə arzulayıram.
– Sınaq imtahanlarında iştirak etmisən?
– Bəli, TQDK‐nın təşkil etdiyi bütün sınaq imtahanlarında iştirak etmişəm. Yeri gəlmişkən,
bunu bütün abituriyentlərə tövsiyə edərdim. Sınaq imtahanlarının imtahan mühitinə alışmaq,
psixoloji baxımdan imtahana öyrəşmək, texniki cəhətdən hazırlıqlı olmaq üçün faydası çoxdur.
Şəxsən mən hər sınaq imtahanında özüm üçün çox böyük təcrübə qazandım. Sınaqdan‐sınağa
suallar çətinlik dərəcəsinə görə daha mürəkkəb olurdu. Bu faktın özü mənə diktə edirdi ki,
imtahan verəcəyim fənləri daha dərindən öyrənim, mənimsəyim.
– Açıq tipli suallara münasibətini bilmək istərdim. Statistika göstərir ki, abituriyentlərin
müəyyən qismi bu tipli testlərə cavab verməkdən imtina edir.
– Qəbul imtahanına açıq tipli sualların salınmasını çox təqdirəlayiq bir hal hesab edirəm. Bu
tipli sualları işləyərkən təsadüfilik amili tamamilə yox olur və abituriyentdən diqqət və bilik‐
lə bərabər, həm də təhliletmə bacarığı tələb olunur. Sizin dediyiniz məsələyə gəlincə, qapalı
testlərə nisbətən, açıq tipli sualların həlli çox vaxt tələb etdiyi üçün abituriyentlər onları imta‐
hanın axırına saxlayırlar. Bu zaman ya vaxt çatmır, ya da onların, ümumiyyətlə, bu tipli
testlərlə işləmək səriştəsi və analitik düşüncə tərzləri olmadığı üçün problem yaranır.
– İmtahana ayrılan vaxt barədə nə deyə bilərsən? Sualların hamısını cavablandırmaqda vaxt
yetərincə idimi?
– Mən saat yarıma bütün test suallarını həll etmişdim. Qalan vaxtımı isə cavablarımı yoxla‐
mağa, tərəddüd etdiyim suallara və cavablara bir daha nəzər yetirməyə həsr etdim.
– Nurlan, gələcək təhsil illərində və həyatında sənə uğurlar arzulayıram.
– Çox sağ olun.
Müsahibəni apardı: Şəbnəm Mahmudova
I QRUP
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
38
QӘBUL İMTAHANLARINDA
600-dәn YUXARI BAL
TOPLAMIŞ ÀÁÈÒÓÐÈÉÅÍÒËßÐ
I ÃÐÓÏ
ABBASOV NİHAD
NATİQ OĞLU
700.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Qubadlı rayonu İsa Məmmədov
adına Aşağı Mollu kənd tam orta
məktəbinin məzunudur.
Prezident təqaüdçüsüdür.
MƏMMƏDLİ İSA
ELİŞAD OĞLU
700.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 163 saylı tam orta mək-
təbin məzunudur.
Prezident təqaüdçüsüdür.
ALLAHVERDİYEV ƏLİ
ALLAHVERDİ OĞLU
700.000 balla «Qafqaz»
Universitetinin «Mexanika mühəndis-
liyi» ixtisasına qəbul olub.
Naxçıvan MR Şərur rayonu
Z.Hacıyev adına Zeyvə kənd tam
orta məktəbinin məzunudur.
Prezident təqaüdçüsüdür.
İSMİXANOV TEYMUR
VÜQAR OĞLU
700.000 balla «ADA» Universitetinin
«Kompüter elmləri» ixtisasına qəbul
olub.
Bakı Türk liseyinin məzunudur.
Prezident təqaüdçüsüdür.
ABDUYEV FİRUZ
BAYRAM OĞLU
700.000 balla «Qafqaz»
Universitetinin «Kompüter mühəndis-
liyi» ixtisasına qəbul olub.
Bakı Türk liseyinin məzunudur.
Prezident təqaüdçüsüdür.
HƏSƏNLİ ARZU
ƏDALƏT QIZI
700.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Bərdə rayonu Akademik Z.Əliyeva
adına Texniki təmayüllü
məktəb-liseyin məzunudur.
Prezident təqaüdçüsüdür.
ƏLİYEVA NƏRMİN
ÇİNGİZ QIZI
700.000 balla «ADA» Universitetinin
«Kompüter mühəndisliyi» ixtisasına
qəbul olub.
Bakı Türk liseyinin məzunudur.
Prezident təqaüdçüsüdür.
MƏMMƏDOV NİHAD
VASİF OĞLU
695.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 17 saylı tam orta mək-
təbin məzunudur.
Prezident təqaüdçüsüdür.
SƏDİYEVA SƏİDƏ
AZƏR QIZI
695.000 balla Bakı Ali Neft
Məktəbinin «Kimya mühəndisliyi» ixti-
sasına qəbul olub.
Şəki rayonu Baş Şabalıd kənd tam
orta məktəbinin məzunudur.
Prezident təqaüdçüsüdür.
ŞÜKÜRLÜ ZÜMRÜD
ALTAY QIZI
695.000 balla «ADA» Universitetinin
«Kompüter mühəndisliyi» ixtisasına
qəbul olub.
Bakı Türk liseyinin məzunudur.
YAQUBLU CEYHUN
ZİYADXAN OĞLU
695.000 balla «Qafqaz»
Universitetinin «Kompüter mühəndis-
liyi» ixtisasına qəbul olub.
Bakı şəhəri 221 saylı tam orta mək-
təbin məzunudur.
Prezident təqaüdçüsüdür.
39
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
MÜSLÜMOV AZƏR
MƏMMƏDHÜSEYN OĞLU
695.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 98 saylı tam orta
məktəbin məzunudur.
Prezident təqaüdçüsüdür.
ÇƏLƏBİ FƏRİD
NAMİQ OĞLU
695.000 balla Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin
«İnformasiya texnologiyaları
və sistemləri mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı Türk liseyinin məzunudur.
SRACBƏYLİ ZÖHRƏ
KAMRAN QIZI
695.000 balla «Qafqaz»
Universitetinin «Riyaziyyat və infor-
matika müəllimliyi» ixtisasına qəbul
olub.
Qəbələ rayonu Həmzəlli kənd tam
orta məktəbinin məzunudur.
Prezident təqaüdçüsüdür.
NƏCƏFOV HÜSEYN
MƏZAHİR OĞLU
695.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Naxçıvan şəhəri A.Cəlilov adına
12 saylı tam orta məktəbin məzunudur.
Prezident təqaüdçüsüdür.
YUSİFOV ELGÜN
ELDAR OĞLU
695.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 1 saylı tam orta məktəbin
məzunudur.
Prezident təqaüdçüsüdür.
MƏMMƏDLİ RƏHİM
KAMAL OĞLU
695.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Atatürk liseyinin (Türk Dünyası
araşdırmaları vəqfi) məzunudur.
Prezident təqaüdçüsüdür.
NAMAZOV NADİR
MEHDİ OĞLU
695.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Kimya-biologiya təmayüllü liseyin
məzunudur.
Prezident təqaüdçüsüdür.
AĞAYEV İSMƏT
FABİL OĞLU
695.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Quba rayonu Texniki təmayüllü
liseyin məzunudur.
Prezident təqaüdçüsüdür.
HÜSEYNOV KAMRAN
ETİBAR OĞLU
692.000 balla «ADA» Universitetinin
«Kompüter elmləri» ixtisasına qəbul
olub.
Xəzər Universitetinin nəzdində
«Dünya» məktəbinin məzunudur.
Prezident təqaüdçüsüdür.
MƏMMƏDZADƏ ÜLVİYYƏ
ELÇİN QIZI
692.000 balla «ADA» Universiteti
«Kompüter elmləri» ixtisasına
qəbul olub.
Bakı şəhəri 33 saylı tam orta
məktəbin məzunudur.
Prezident təqaüdçüsüdür.
ZƏKİZADƏ NƏRMİN
NİZAMİ QIZI
691.000 balla Bakı Ali Neft
Məktəbinin «Kimya mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı Türk liseyinin məzunudur.
Prezident təqaüdçüsüdür.
VƏTƏNİ FƏRDİN
FƏRHAD OĞLU
690.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Gəncə şəhəri Mir Cəlal adına 39 saylı
şəhər tam orta məktəbinin məzunudur.
Prezident təqaüdçüsüdür.
I QRUP
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
40
TOMTULU SƏDİ
ZAUR OĞLU
690.000 balla «Qafqaz»
Universitetinin «Kimya mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı Türk liseyinin məzunudur.
Prezident təqaüdçüsüdür.
ŞAHVERDİYEV ZAUR
ÇİNGİZ OĞLU
690.000 balla Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin
«İnformasiya texnologiyaları və
sistemləri mühəndisliyi» ixtisasına
qəbul olub.
Bakı şəhəri Akademik Z.Əliyeva
adına liseyin məzunudur.
Prezident təqaüdçüsüdür.
HƏSƏNLİ ELVİN
ELÇİN OĞLU
690.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Bakı şəhəri 263 saylı tam orta
məktəbin məzunudur.
Prezident təqaüdçüsüdür.
HACIZADƏ NƏZRİN
ELŞƏN QIZI
690.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Cəbrayıl rayonu Hovuslu kənd tam
orta məktəbinin (Bakı şəhəri
Suraxanı rayonunda yerləşir)
məzunudur.
Prezident təqaüdçüsüdür.
ABDULLAEVA ARZU
ETİBAR QIZI
690.000 balla Bakı Ali Neft
Məktəbinin «Kimya mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 149 saylı tam orta mək-
təbin məzunudur.
Prezident təqaüdçüsüdür.
SÜLEYMANLI MURAD
MƏTLƏB OĞLU
690.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Zəngilan rayonu 28 saylı tam orta
məktəbin (Bakı şəhəri Xətai
rayonunda yerləşir) məzunudur.
Prezident təqaüdçüsüdür.
İMANOVA AYSEL
TAPDIQ QIZI
687.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
İ.Əfəndiyev adına «Elitar» gim-
naziyanın məzunudur.
ƏLİZADƏ BƏTULƏ
MAHİR QIZI
687.000 balla Naxçıvan Dövlət
Universitetinin «Riyaziyyat və
informatika müəllimliyi»
ixtisasına qəbul olub.
Naxçıvan şəhəri H.Cavid adına
5 saylı tam orta məktəbin məzunudur.
Prezident təqaüdçüsüdür.
QULİYEVA PƏRVİN
ƏLİ QIZI
687.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Bərdə rayonu T.Qurbanov adına
Xanqaraqoyunlu kənd tam orta
məktəbinin məzunudur.
BƏŞİRLİ YAVƏR
BƏHRƏM OĞLU
687.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Salyan rayonu 4 saylı şəhər tam orta
məktəbinin məzunudur.
MUSTAFAYEV YAŞAR
MUSA OĞLU
687.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Kəlbəcər rayonu 17 saylı tam orta
məktəbin məzunudur.
XODAYEVA AYTAC
MƏHƏMMƏD QIZI
685.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Zaqatala rayonu Akademik Z.Əliyeva
adına Texniki fənlər liseyinin
məzunudur.
41
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
MƏMMƏDLİ CAVİD
RAMİZ OĞLU
685.000 balla Bakı Ali Neft
Məktəbinin «Kimya mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı Avropa liseyinin məzunudur.
FƏTƏLİYEV AQŞİN
İLYAS OĞLU
685.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 70 saylı məktəb-liseyin
məzunudur.
MƏRUFOV İLHAM
MALİK OĞLU
685.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Astara rayonu N.Həsənov adına
Kijəbə qəsəbə tam orta məktəbinin
məzunudur.
SEYDƏLİYEV MİRHƏBİB
OQTAY OĞLU
685.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Ağstafa rayonu A.Abdullayev adına 2
saylı şəhər tam orta məktəbinin
məzunudur.
İSRAYILOV BƏXTİYAR
MƏMMƏDTAĞI OĞLU
685.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 214 saylı tam orta mək-
təbin məzunudur.
HEBİPOĞLU SELİN
YAVUZ ERDİNÇ
685.000 balla «ADA» Universitetinin
«Kompüter mühəndisliyi» ixtisasına
qəbul olub.
Atatürk liseyinin məzunudur.
MÜRŞÜDOV BƏXTİYAR
RÜSTƏM OĞLU
685.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Quba rayonu B.Şıxəmirov adına
Zərdabi kənd tam orta məktəbinin
məzunudur.
MİRZƏLİ YUSİF
AZƏR OĞLU
685.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 62 saylı məktəb-liseyin
məzunudur.
ƏLİYEV CAVİD
FAİQ OĞLU
684.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 49 saylı məktəb-liseyin
məzunudur.
MƏMMƏDLİ AYTAC
SƏMƏNDƏR QIZI
682.000 balla Bakı Ali Neft
Məktəbinin «Kimya mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 280 saylı tam orta
məktəbin məzunudur.
KƏRİMOVA İLAHƏ
NAMİQ QIZI
682.000 balla Bakı Dövlət
Universitetinin «Riyaziyyat müəllim-
liyi» ixtisasına qəbul olub.
Şirvan şəhəri E.İmanov adına 10
saylı şəhər tam orta məktəbinin
məzunudur.
ŞİRİZADƏ RƏŞAD
MEHMAN OĞLU
682.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Bakı şəhəri 263 saylı tam orta
məktəbin məzunudur.
I QRUP
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
42
HƏSƏNOV NİCAT
ÇİNGİZ OĞLU
681.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Bakı şəhəri 114 saylı tam orta mək-
təbin məzunudur.
HƏSƏNOV RÜSTƏM
ŞAHİN OĞLU
681.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Bakı şəhəri 16 saylı texniki humanitar
liseyin məzunudur.
BAYRAMOV HACALI
ELDAR OĞLU
680.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
BDU-nun nəzdində
«Gənc istedadlar» liseyinin
məzunudur.
ASLANOVA FİDAN
NATİQ QIZI
680.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Qəbələ rayonu 2 saylı şəhər tam orta
məktəbinin məzunudur.
QULİYEV ZİYƏDDİN
ŞƏRƏFƏDDİN OĞLU
680.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Göyçay rayonu R.Babayev adına
İncə kənd tam orta məktəbinin
məzunudur.
ABBASZADƏ XƏDİCƏ
ƏLİZADƏ QIZI
680.000 balla «Qafqaz»
Universitetinin «Kimya mühəndisliyi»
ixtisasına qəbul olub.
Lənkəran rayonu Göyşaban kənd
tam orta məktəbinin məzunudur.
BUNYATOV NURLAN
TƏRLAN OĞLU
680.000 balla Bakı Ali Neft
Məktəbinin «Neft-qaz mühəndisliyi»
ixtisasına qəbul olub.
Bakı şəhəri 168 saylı tam orta mək-
təbin məzunudur.
ƏHMƏDOVA LYUBAVA
RAMİZ QIZI
680.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Qax rayonu 2 saylı şəhər tam orta
məktəbinin məzunudur.
ZEYNALLI CAHANDAR
İLYAS OĞLU
680.000 balla Bakı Ali Neft
Məktəbinin «Proseslərin avtomat-
laşdırılması mühəndisliyi» ixtisasına
qəbul olub.
Bakı şəhəri 132-134 nömrəli təhsil
kompleksinin məzunudur.
Dostları ilə paylaş: |