3. Excel 2010-un əsas funksiyaları. Excel 2010 elektron cədvəlinin əsas funksiyaları (Math and Trig: ABS, FACT, POWER? PRODUCT, SUM. Statistical: AVERAGE, COUNT, COUNTA, COUNTIF, MAX, MIN. Text: LEFT, RIGHT, LEN. Logical: IF, TRUE, FALSE, AND, OR, NOT) və onlardan istifadə qaydaları.
Microsoft Excel proqramında funksiyalardan istifadə bir çox məsələlərin həllini asanlaşdırmağa və sürətləndirməyə imkan verir. Funksiyaların köməyi ilə böyük və mürəkkəb düsturları sadə və aydın ifadələrə çevirmək olur. Bu səbəbdən Microsoft Excel 2010 cədvəl prosessorunun ən çox istifadə olunan funksiyalarına baxaq:
RİYAZI FUNKSİYALAR. ABS funksiyası ədədin mütləq qiymətini, yəni işarəsiz qiymətini qaytarır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
ABS (Number);ABS (Число);
burada number- mütləq qiymətini tapmaq istədiyiniz həqiqi ədəddir.
FACT (ФАКТР) funksiyası ədədin faktorialının hesablayır, yəni 1-dən verilmiş ədəd qədər olan bütün natural ədədlərin hailini tapır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
FACT (Number);(ФАКТР) (Число);
burada number- faktorialını tapmaq istədiyiniz mənfi olmayan ədəddir.
POWER (СТЕПЕНЬ) funksiyası qüvvətə yüksəldilmiş ədədi qaytarır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
POWER (number, power); СТЕПЕНЬ (число, степень);
burada number- qüvvətə yüksəldiləcək əsası, power isə qüvvəti bildirir. Qüvvətə yüksəltmə əməliyyatı "^" işarəsi ilə işarə edilir. Bu zaman qüvvəti bildirən ədəd əsas ədədlə eyni səviyyədə yerləşir.
PRODUCT (произвед) funksiyası arqument kimi verilən number1, (number2), ... ədədlərinin hasilini hesablayır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
PRODUCT (number1, (number2), ...); (ПРОИЗВЕД) (число1, число2, ...);
burada number1, number2, ...- hasili hesablanmalı lan ədəd, məntiqi qiymət və ya mətn şəklində verilən ədədlərdir. Bu ədədlərin sayı 1-dən 255-ə qədər ola bilər.
SUM (СУММ) funksiyası verilmiş xanalar diapazonundakıədədlərin cəmini tapır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
SUM (number1, (number2), ..., number N); СУММ (число1, число2, ..., числоN)
burada number 1,number 2,..., number N- cəmlənən ədədlərdir.
STATİSTİK FUNKSİYALAR. Excel-də statistik göstəriciləri emal etmək üçün bir çox funksiyalar nəzərdə tutulmuşdur. Statistik funksiyalara işləmək üçün Formulas (Düsturlar/Формулы) tabına Function Library(Funksiyalar kitabxanası/Библиотека функций) lent qrupunu ya İnsert Function (Fnksiya Əlavə Et/Вставить Функцию) əmrinin köməyi ilə ekranda açılan eyni adlı dialoq pəncərəsindəki Statictical (Statistik/Статистические) kateqoriyasından ya da həmin lent qrupundakı More Functions (Əlavə Funksiyalar/Другие Функции) siyahısınan Statictical (Statistik/Статистические) kateqoriyasından istifadə edilir.
AVERAGE(СРЗНАЧ) funksiyası verilmiş xanalar diapazonundan ədədlərin orta qiymətini tapır. Funksiyanın formatı aşağıdakı kimidir:
AVERAGE (number 1, number 2, ..., number N);СРЗНАЧ (число1, число2, ...,)
burada numbe 1, number 2, ..., number N-orta qiyməti tapılacaq ədədlərdir.
COUNT (СЧЕТ) funksiyası verilmi xanalar diapazonunda ədədlərin sayını tapmaq üçün istifadə edilir. Funksiyanın formatı aşağıdakı kımıdır:
COUNT (value 1, value 2, ...); СЧЕТ (значение 1, значение 2, ...)
COUNTA (СЧЕТ3) funksiyası verilmiş xanalar diapazonunda ədədlərin, mətnləri, mətn formasında verilmiş tarix və saatın sayını tapmaq üçün istifadə edilir. Funksiyanın formatı aşağıdakı kimidir:
COUNTA(value 1, value 2, ...); СЧЕТ3 (значение 1, значение 2, ...)
COUNTİF (СЧЕТЕСЛИ) funksiyası verilmiş xanalar diapazonunda müəyyən şərti ödəyən ədədlərin sayını tapmaq üçün istifadə edilir. Funksiyanın formatı aşağıdakı kimidir:
COUNTİF (range, criteria) . СЧЕТЕСЛИ ( диапазон, критерий).
Burada arqumentlər:
Range (диапазон)-boş olmayan xanaların sayının hesablandığı diapazon;
Criteria(критерий)- verilənlərin seçilməsi üçün şərt.
MAX (МАКС) funksiyası verilmiş xanalar diapazonundakı ədədlər arasında maksimum qiyməti tapır. Funksiyanın formatı aşağıdakı kimidir:
MAX (number1, number2,..., number N).
MİN (МИН) funksiyası verilmiş xanalar diapazonundakı ədədlər arasından minimum qiyməti tapır. Bu funksiyanın formatı belədir:
MİN (number1, number2,... Number N)