4. Excel 2010 elektron cədvəlinin komponentləri. Excel 2010 elektron cədvəl proqramında bir sıra komponentlərdən istifadə edilir. Bu komponentlərdən bəziləri Excel-in əsas komponentləridir. Əsas komponentlərə Workbook (Книга/İç kitabı), Column (Столбец/Sütun), Sheet (Лист/Vərəq), Row (Строка/Sətr) və Cell (Ячейка/Xana) aid edilir. Bnlardan bəzilərinin üzərində dayanaq.
Excel 2010 proqramında yaradılmıç bir fayl Workbook (Книга/İç kitabı) adlanır. odur ki, Excel proqram pəncərəsinin başlıq sətrində Microsoft Excel, fayl pəncərəsinin başlıq sətrində isə Book (Книга/Kitab1) adı görünür. Faylı yaddaşda saxlayana qədər bu faylın adı Book1 (Книга1/Kitab1) qalır. Fayl yaddaşa yazılanda verilmiş eyni ad bu adı əvəz edir.
Excel 2010 elektron cədvəl proqramında eyni vaxtda bir neçə iş kitabı (fayl) açmaq və paralel olaraq işləmək olur.
Excel 2010 proqramında hər hansı bir faylı açarkən, iç-içə yerləşmiş iki pəncərə görünür. Bunlardan biri proqram pəncərəsini, digər isə iş kitabı pəncərəsini əks etdirir.
Excel 2010 elektron cədvəl proqramında hər bir iş kitabı (fayl) iş vərəqlərindən (Worksheet) ibarət olur. İş vərəqləri iş kitablarını təmsil edən pəncərənin aşağı hissəsində yan-yana yerləşir və üzərində Sheet1(Лист1/Vərəq1), Sheet2(Лист2/Vərəq2),.... və s. yazılmış düymələr kimi görünür.
Exceldə işçi səhifədə zövqə uyğunlaşdırmağın müxtəlif yolları vardır.Bu məqsədlə hücrələri müxtəlif formada rəngləyə və ya naxışlaya bilərsiniz.
Rəngləmə və naxışlama əməliyyatları format Cells (hücrələri formatla) dialoq pəncərəsinin Patters (naxışlar) səhifədəki uyğun parametrləri seçməklə yerinə yetirə bilərsiniz.
Excel 2010 proqramında funksiyalar kateqoriyasına lent interfeysinin Formulas (Düsturlar/Формулы) tabının Function Library (Funksiyalar kitabxanası/Библиотека функций) lent qrupunun düymələrindən istifadə etməklə, bəzilərinə isə Home (Ev/Главная) tabının Editing (Redaktə/Редактирование) lent qrupunun (AutoSum/Avtocəm) düyməsini kliklədikdə açılan siyahıdan da daxil olmaq olar.
Microsoft Excel 2010-da funksiyalar aşağıdakı kateqoriyalara bölünmüşdür:
Financial (Maliyyə/Финансовые);
Date and Time (Tarix və Vaxt/Дата и время);
Math and Trig (Riyazi və Triqonometrik/Математические);
Statistical (Statistik/Статистические);
Lookup and Reference (Axtarış İstinad/Ссылки и массивы);
Database (Verilənlər bazası/Работа с базой данных);
Text (Mətn/Текст);
Logical (Məntiqi/Логические);
İnformation (İnformasiya/Проверка свойств и значений);
Engineerig (Layihələndirmə/Инженерные);
Cube (Kub/Аналитические).
Funksi iki hissədən ibarətdir: funksiyanın adı və arqumentləri. Funksiyanın bir və ya bir neçə arqumenti ola bilər, lakin elə hal ola bilər ki, arqumentə ehtiyac olmaz.
Arqumentlərin özü də düstur və funksiya ola bilər Bu qayda ilə bir-birinə daxil olan funksiyalar ardıcıllığını almaq olar. Excel 2010 cədvəl prosessoru 64 səviyyədə belə daxil olmalara icazə verir.
İş kitabları təmsil edən fayl pəncərələrinin aşağı hissəsində yan-yana yerləşmiş və üzərilərində Sheet1 (Лист1-Vərəqə1), Sheet2 (Лист2-Vərəqə2), ... və s. yazılmış düymələr görəcəksiniz (şәkil 1.). Bu düymələrdən hər biri bir iş vərəqinə uyğundur.