5. Verilənlərin daxil edilməsi və redaktəsi. İndi də məlumatların xanaya necə daxil edilməsi ilə tanış olaq. Exceldə məlumatları müxtəlif yollarla daxil etmək olar. İş prosesində xanaya məlumat daxil etməkdən başqa bir neçə xanaya eyni məlumatı bir anda daxil edə və ya bir məlumat sırasını yarada bilərsiniz.
Əgər Exceldə hazırladığınız sənədlər başqaları tərəfindən də istifadə ediləcəksə, bu sənədlərin asan başa düşülən və istifadə edilən formada olması lazımdır.
Məlumatları daxil etməzdən əvvəl məlumatın daxil ediləcəyi xananı aktivləşdirməniz lazımdır. Xananı aktivləşdirdikdən (seçdikdən) sonra, sanki düz yazı yazırmış kimi, klaviatura düymələrindən istifadə edərək məlumatları daxil edə bilərsiniz. Bir xanaya məlumatı daxil edərkən yazdıqlarınızı həm xananın içərisində, həm də formul çubuğunda görəcəksiniz.
Bir neçə xanaya eyni məlumatı daxil etmək üçün əvvəl məlumatın daxil ediləcəyi xanaları seçin, məlumatı yazın və [Ctrl+Enter] düymələrini sıxın.
Əgər daxil edilən mətn xanaya yerləşmirsə, mətnin davamı qonşu boş xanalara keçir. Mətnin daxil edilməsinin sonunu bildirmək üçün Enter düyməsi sıxılır. Əgər ədədin ölçüsü xananın ölçüsündən böyükdürsə, onda xanada xE+x formatında simvollar görsənir.
Xanaya düstur daxil etmək üçün əvvəlcə = işarəsi yazılır. Arxasınca düsturun özü yazılır.
Məsələn,A3 xanasında =A1+A2 düsturu yazılsa,onda həmin xanada A1vəA2 xanalarında olan ədədlərin cəmi görsənəcəkdir.Xanaya informasiya daxil etməyə başlayan kimi, orada əvvəlcədən olan məlumatlar silinir.
Xananın tərkibini aşağıdakı üsullarla redaktə etmək olar.
1.Mouse-un (Siçan) sol düyməsini xananın üzərində iki qat sıxmaqla.
2.Xana üzərində F2 düyməsini sıxmaqla.
3.Kursoru düstur sətrinə gətirmək və orada redaktə etməklə.
Xananın tərkibini silmək üçün,həmin xananı qeyd edib Delete düyməsini sıxmaq, yaxud Главная menyusunun Редактирование bölməsindən Очистить əmrini seçmək lazımdır. Bu zaman ekrana siyahı açılır.
Əgər daha əvvəl Word və ya oxşar yazı proqramlarında işləmisinizsə, stil anlayışı sizə tanışdır. Özünüz təyin etdiyiniz formatlaşdırma formalarını bir stil adı altında saxlaya bilər və istədiyiniz zaman bu stili işçi səhifənin hər hansı bir yerinə tətbiq edə bilərsiniz. Əgər AutoFormat (Avtomatik formatla) əməliyyatı və ya Format Painter ( format boyayıcı) düyməsindən istifadə etmək kifayət etmirsə, stillərdən İstifadə edin. Format menyusundakı Style (stil) əmrindən və ya alətlər panelindəki uyğun düymədən istifadə edərək bu tip əməliyyatları yerinə yetirə bilərsiniz. Hazırda stillərdən də faydalana bilərsiniz.
Düstur – cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə yetirilməsi üçün riyazi yazıdır. Düstur sabit, operator, istinad, funksiya, diapozon, hesablama ardıcıllığını dəyişmək üçün istifadə olunan mötərizələrdən təşkil olunur. düstur bərabərlik və riyazi operatorlarla başlayır və cədvəlin xanasına yazılır. düsturların yerinə yetirilməsinin nəticəsi hesablanmış qiymətdir. Bu qiymət avtomatik olaraq düsturun yerləşdiyi xanaya yazılır.
NƏTİCƏ Beləliklə, EXCEL riyazi, iqtisadi, ictimai, fiziki və s. məsələlərin həlli üçün istifadə olunan Microsoft proqramlar paketinə daxil olan proqramlar toplusudur. Elmi –texniki hesablamalarda Excel-in əhəmiyyətli rolu vardır. Microsoft Excel proqramında funksiyalardan istifadə bir çox məsələlərin həllini asanlaşdırmağa və sürətləndirməyə imkan verir. Funksiyaların köməyi ilə böyük və mürəkkəb düsturları sadə və aydın ifadələrə çevirmək olur.
ƏDƏBİYYAT
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s
Informatikanın praktiki əsasları. C. O. Nəbiyeva. Bakı 2012-ci il.