Referat elmi rəhbər: Dos. Nəbiyeva Cəmalə Tələbə: Qasımov Sultan Bakı-2023 plan


Excel 2010-da Lent (Ribbon) istifadəçi in­terfeysi



Yüklə 105,44 Kb.
səhifə2/5
tarix25.12.2023
ölçüsü105,44 Kb.
#195809
növüReferat
1   2   3   4   5
Qasımov Sultan İKT

2. Excel 2010-da Lent (Ribbon) istifadəçi in­terfeysi.
Microsoft Office (14) paketini fərqləndirən başlıca xüsusiyyət yeni istifadəçi interfeysinin Ribbon (Лента/Lent) tətbiq olunmasıdır.
Excel 2010 proqram pəncərəsindəki Ribbon (Лента/Lent) interfeysinin tabları iki qrupa bölünür: Main Tab (Əsas tablar/Основные вкладки) və Tool bars (Alət tabları/Вкладки инструментов). Əsas tablar Home (Ev/Главная), İnsert (Əlavə et/Вставка), Page Layout (Səhifə Düzəni/Разметка страницы), Formulas (Düsturlar/Формулы), Data(Veriənlər/Данные), Review (İcmal/Рецензирование), View (Görünüş/Вид) aiddir və Developer (İşləyib Hazırlayan/Разработчик), Add-İns (Qoşmalar/Надстройки), Bakground Removal (Fonun Silinməsi/Удаление Фона) bunlara əlavə olaraq standart halda lent üzərində əks olunmayan tablardır. Alət tabları isə sonradan yaranan tablar olmaqla əsas tablardan sonra əks olunur və bu tablara Contextual Ribbon Tabs (Kontekst Lent Tabları/Контекстные Вкладки Ленты) da deyilir. Belə lent tablarına Design (Tərtibat/Конструктор), Layout (Düzən/Макет), Format (Format/Формат), Analyze (Təhlil etmək/Анализировать) aid edilir ki, bunlar elektron cədvələ Chart Tools (Diaqram Alələri/Работа с диаграммами), Drawing Tools (Rəsmçəkmə Alətləri/Средства Рисования), Header and Footer Tools (Yuxarı və aşağı Sərlövhə alətləri/Работа с колонтитулами), PivotChart Tools (PivotChart Alətləri/работа со сводными диаграммами) və s. obyektlərin əlavə edilməsi zamanı yaranır.
Excel- də işləyərkən aşağıdakı element və anlayışlardan istifadə olunur:
Excel - in əsas sənədi işçi kitabdır. Bu sənəd genişlənməsi .xls olan fayl şəklində yadda saxlanılır. İşçi kitab yaradıldıqda və ya açıldıqda o ayrıca bir pəncərə şəklində təsvir olunur. Hər bir kitab işçi vərəqələrdən təşkil olunmuşdur.
Vərəqə cədvəl, diaqram və makrosların yaradılması və yadda saxlanılması üçün nəzərdə tutulub. Hər bir vərəqə sətir və sütunlardan təşkil olunur. Sətirlər 1, 2, 3, ... və sütunlar A, B, C, ... kimi işarələnir.
Exceldə verilənlərin təsvir formalarından asılı olaraq vərəqələrin aşağıdakı tipləri mövcuddur:
cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi;
diaqramların yerləşməsi üçün nəzərdə tutulan diaqram vərəqi;
cədvəllərin emalı prosesini avtomatlaşdıran makroəmrlərin saxlanılması üçün makroslar vərəqi.
Excel kitabdakı vərəqlərin sayını artırıb, azaltmağa imkan verir. Bir qayda olaraq bir vərəqdə bir cədvəl yaradılır.
Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik struktur vahididir. Hər bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya formatlaşdırma parametrləri şəklində saxlayır. verilənlərin daxil edilməsi ilə Excel verilənlərin tipini müəyyən edir və bunlarla bağlı əməliyyatlar siyahısını təyin edir. Xanalar öz tərkibinə görə ilkin ( təsir edən) və asılı olmaqla iki hissəyə bölünür. Asılı xanalarda düstur yazılır ki, bunlar da cədvəlin digər xanalarına istinad edir. Asılı xanaların qiymətləri cədvəlin təsir edən xanalarının tərkibində təyin olunur. Göstəricinin köməyilə seçilən xana aktiv və ya cari xana adlanır. Cədvəldəki hər hansı bir xananın hündürlüyünü və ya enini dəyişmək üçün buna uyğun sətrin hündürlüyünü və ya enini dəyişmək lazımdır.
Xananın ünvanı xananın cədvəldə yerləşdiyi yeri təyin etmək üçün nəzərdə tutulub. Xanalar ünvanının yaradılmasının iki üsulu mövcuddur:
1. Cədvəl sütununun hərflərinin və sətrin nömrəsinin Qarşısında $ simvolunun yazılması mütləq ünvanlaşdırmanı göstərir. Məs., B$2, $K$ və s. . Exseldə bu üsul susmaya görə istifadə olunur. və “A1” stili adlanır. Onu qeyd edək ki, bunun üçün sətir və sütunun ünvanları ayrılıqda mütləq halda göstərilə bilər. Burada mümkün olan hallar aşağıdakı kimidir:
- $А4 yazılışı onun ancaq sütun ünvanını dəyişməz edir;
- А$4 yazılışı onun ancaq sətir ünvanını dəyişməz edir;
- $А$4 yazılışı onun sütun və sətir ünvanını dəyişməz edir.
2. R və C hərflərindən sonra uyğun olaraq sətir və sütunun nömrəsi göstərilir. Sətir və sütunun nömrəsi kvadrat mötərizələrdə göstərilə bilər ki, bu da nisbi ünvanlaşdırmanı göstərir. Məs., R4C7 – 4-cü sətir ilə 7-ci sütunun kəsişməsində duran xananın ünvanıdır. Bu birinci üsuldakı G4 ünvanına uyğundur. R[3]C4, R5C[6], R[2]C[12] və s. Ünvanların bu üsulla yazılışı “R1C1” stili adlanır.
Xananın göstəricisi – cədvəlin aktiv xanasını seçən çərçivədir. Göstəricinin yeri maus və ya idarəedici klavişlərin köməyilə dəyişilir.
Formatlaşdırma – bir və ya bir neçə xanalara yazılan verilənləri əks etdirmək üçün parametrlərin təyinidir. Bu parametrə şriftin növü və ölçüsü, çərçivə, rəng, xananın qiymətinin tənləşdirilməsi və s. aiddir. Bunlar menyunun əmrləri, kontekst menyu və ya alətlər panelinin düymələrinin köməyilə təyin edilir. Xanaların formatlaşdırılması qiymətlər daxil edilməzdən əvvəl və sonra yerinə yetirilə bilər.
Stil – formatlaşdırma parametrlərinin çoxluğudur. Stilin adını göstərməklə onu seçilmiş xanaya tətbiq etmək olar.

Yüklə 105,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin