Referat Fakultə: st və mks qrup: 334a3 Müəllim: Dadaşov Elxan Tələbə: Qarayeva Aygün


Radioaktiv tullantıların toplanması, saxlanması, daşınması və



Yüklə 59,17 Kb.
səhifə6/8
tarix25.10.2022
ölçüsü59,17 Kb.
#66140
növüReferat
1   2   3   4   5   6   7   8
radioaktiv tullantilar

Radioaktiv tullantıların toplanması, saxlanması, daşınması və
zərərsizləşdirilməsi
Tərkibində mövcud qaydalarda göstərildiyindən yüksək miqdarda radionuklidlər olan və sonrakı istifadə üçün yaranmayan məhsullar, məmulatlar, materiallar və bioloji obyektlər radioaktiv tullantılara aiddir. Buraya həm də işlənmiş (yararlığını itirmiş) ionlaşdırıcı şüa mənbələri aid edilir. Radioaktiv tullantılar maye, bərk və qaz halında olmaqla 3 qrupa bölünür.
Tərkibindəki radionuklidlərin həcmi aktivliyi RTN-2002-nin əlavəsində göstərilmiş həddən yüksək və sonrakı istifadə üçün yaranmayan üzvi və qeyri-üzvi mayelər, pulpa, şlam və s. kimi tullantılar maye radioaktiv tullantılara aiddir.
Bərk radioaktiv tullantılara xüsusi aktivliyi aşağıda göstərilmiş hədlərdən çox olan işlənmiş radioaktiv mənbələr, sonrakı istifadə üçün nəzərdə tutulmamış materiallar, məmulatlar, avadanlıqlar, boloji obyektlər və bərkimiş maye radioaktiv tullantılar aiddir:

  • β şüalanma mənbələri üçün – 100 kBk/kq;

  • α şüalanma mənbələri üçün – 10 kBk/kq;

  • transuran radionuklidləri üçün – 1,0 kBk/kq;

  • xarici səthindən 0,1 m məsafədə γ-şüalanmanın doza gücü 1 mkQr/saat-dan çox olan tullantılar.

Qaz halında olan radioaktiv tullantılara – istehsal prosesləri nəticəsində əmələ gələn və sonrakı işlənməyə yaramayan radioaktiv qaz və aerazollar aiddir.
Radionuklid tərkibi məlum olan tullantılar xüsusi (həcmi) aktivliyinə görə 3 kateqoriyaya bölünür (cədvəl 2)
Cədvəl 2. Maye və bərk radioaktiv tullantıların təsnifatı

Tullantıların kateqoriyası



Xüsusi (həcmi) aktivlik, Bk/kq (Bk/l)

β-, γ- aktiv radionuklidlər

α- aktiv radionuklidlər (transuran elementləri isisna olmaqla)

Transuran elementləri radionuklidləri

Az aktiv
Orta aktiv
Yüksək aktiv

106-dan az
106-1010
1010-dan çox

105-dən az
105-109
109-dan çox



104-dən az
104-108
108-dən çox


Naməlum tərkibli radioaktiv tullantılar həcmi aktivliyinə görə aşağıdakı kateqoriyalara bölünür:



  • az aktivliyə malik olanlar, α- aktivliyə görə 1 - 105 Bk/l və ya β-aktivliyə görə 10-106 Bk/l;

  • orta aktivliyə malik olanlar, α- aktivliyə görə 105 -109 Bk/l və ya β-aktivliyə görə 106-1010 Bk/l;

  • yüksək aktivliyə malik olanlar, α- aktivliyə görə 109 Bk/l-dən və ya β-aktivliyə görə 1010 Bk/l-dən çox olan tullantılar.

Yarımparçalanma dövrü 15 gündən az olan qısaömürlü izotoplardan maye və bərk radioaktiv tullantılar aktivliyi yol verilən səviyyəyə enənə qədər müəyyən müddət saxlanılmalıdır.
Hazırda tullantıların zərərsizləşdirilməsi üçün tətbiq olunan üsullar şərti olaraq 2 qrupa bölünür.

  1. Tullantılar etibarlı şəraitdə (ətraf mühit və əhali üçün tam təhlükəsiz), tərkibindəki radionuklidlərin aktivliyi «sönənə» qədər saxlanılır. Bu üsulla tullantıların aktivliyinin azaldılması unikal vasitə hesab olunur. adətən tullantılar bir neçə radioaktiv elementlər qarışığı olduqda maksimal saxlama müddəti yarımparçalanma dövrü daha uzun olan izatopa görə təyin olunur və 10 yarımparçalanma dövrü müddəti (məsələn, tərkibində 131J izotopu olan tullantılar üçün 82 gün) götürülür. Bu müddət ərzində tullantının xüsusi aktivliyi əhəmiyyətli dərəcədə (təxminən 1024 dəfə) azalır və belə maye tullantılar təhlükəsiz olaraq kanalizasiyalara axıdılır. Bu üsulla aktivliyi yol verilən həddə qədər azaldılmış bərk tullantılar adi tullantılar kimi zərərsizləşdirilir. Tərkibində uzunömürlü izotoplar olan tullantılar müdafiə ilə təchiz olunmuş hermetik konteynerlərdə uzun müddət saxlanılır. Lakin bu üsul iqtisadi cəhətdən sərfəli sayılmır. Ona görə də bu üsulda əvvəlcə tullantıdan radionuklidlər çıxarılır, müxtəlif üsullarla (sıxlaşdırmaqla) həcmi azaldılır və basdırılır.

  2. Nisbətən az həcmli və xüsusi aktivliyi daha aşağı olan (əhalinin sağlamlığı üçün təhlükəli olmayan) tullantılar durulaşdırılmaqla zərərsizləşdirilir. Bu üsul öz sadəliyi və ucuz başa gəlməsilə diqqəti cəlb etsə də, orta və yüksək aktivliyə malik tullantıların zərərsizləşdirilməsində geniş tətbiq olunmur. Ona görə də aqreqat halından asılı olaraq radioaktiv tullantıları zərərsizləşdirmək üçün müxtəlif üsullar seçilir.

Atmosferə buraxılan tullantıların radioaktiv qaz və aerazollardan təmizlənməsi üçün aşağıdakı üsullardan geniş istifadə olunur:

  • radioaktiv aerazolların nazik lifli polimer parçadan hazırlanmış filtrlərdə tutulması;

  • radioaktiv aerazolların çökdürücü filtrlərdə tutulması;

  • məhlullarla absorbsiya;

  • qazların bərk sorbentlərlə absorbsiyası;

  • müəyyən müddət saxlamaqla zərərsizləşdirmə

Maye radioaktiv tullantıların zərərsizləşdirilməsi üsullarının seçilməsində ilk növbədə tullantıların xüsusi aktivliyi, həcmi və keyfiyyət tərkibi (izotoplara və digər komponentlərə görə) nəzərə alınır. Maye tullantılardan radioanuklidləri ayırmaq üçün distillyasiya, çökdürmə, koaqulyasiya və ion mübadiləsi üsullarından geniş istifadə edilir.
Son illərdə təmizlənmənin yeni fiziki-kimyəvi üsullarının axtarılması istiqamətində intensiv tədqiqatlar aparılır. Bu üsullar içərisində daha perspektivlisi elektrodializ üsulu olub, elektroliz və dialitik diffuziya, ekstraksiya, kristallaşdırma, flotasiya və köpüklə ayırma üsullarını özündə birləşdirir.
Tullantıların bioloji təmizlənməsinin bir neçə üsulu vardır:

  • qum filtrlərindən yavaş filtrasiya;

  • biofiltrlərdən filtrasiya;

  • aerotenklərdə təmizlənmə;

  • oksidləşdirici göllərdə aktivliyin azaldılması.

Hazırda radionuklidlərdlə aparılan işin konkret şəraitindən, tullantıların miqdarından və tərkibindən asılı olaraq və ya bir neçə üsulun kombinasiyasından istifadə etməklə zərərsizləşdirmə aparılır. Məsələn, xəstəxanaların radiologiya şöbələrində müalicə məqsədilə işlədilən 198Au, 32P, 131J izotopları ilə zəngin tullantı suları xüsusi rezervuarlara toplanır (hər rezervuarın dolması 90-100 günə qədər davam edir) və növbə ilə dəyişdirilir. Beləliklə, tullantı suları bir rezervuarda 131J-izotopunun 10 yarımparçalanma dövründən çox müddətdə qalır. Nəticədə tullantının xüsusi aktivliyi təhlükəsiz səviyyəyə qədər azalır və əlavə təmizləmə lazım olmadan ümumi kanalizasiya sisteminı buraxılır.
Uran hidrometallurgiya zavodlarında az aktivliyə malik tullantıların ətraf mühiti çirkləndirməsinin qarşısının alınması tam həll olunmuşdur. Belə ki, hər bir uran zavodunun yaxınlığında xüsusi tullantıyığılan kompleks tikilir. Bu kompleksə hidrotransport, suyığıcı qurğu, drenaj sistemi, durulducu göllər və dayaq torpaq bəndləri daxildir. Bu kompleks bərk tullantıların toplanması, maye tullantıların çökdürülməsi və durulaşdırılması, durulaşdırılmış suyun yenidən texnoloji siklə qaytarılması üçün nəzərdə tutulur. Hər bir tullantı kompleksi dolduqdan sonra qurudulur., qalın torpaq təbəqəsilə örtülərək konservləşdirilir və ağac əkilir. Belə anbarın istismarı dövründə gölün su səthi güzgü səthi radioaktiv tozların əmələ gəlməsinin, sonrakı konservasiya isə filiz tullantısında olan radionuklidlərin miqrasiyasının qarşısını alır.
Müxtəlif tərkibli radioaktiv tullantıların zərərsizləşdirilməsi diferensial yanaşma tələb edir. Buna atom elektrik stansiyalarının maye tullantılarının zərərsizləşdirilməsini misal göstərmək olar. Burada xüsusi çamaşırxanaların və istilik ayıran elementlərin anbarlarının tullantı suları aşağıdakı mərhələrlərdən – koaqulayasiya, çökdürmə və qum təbəqəsindən filtrasiya olunduqdan sonra distillyasiya olunur və təkrar dövriyyəyə qaytarılır. Duşxanaların tullantı suları isə koaqulayasiya, çökdürmə və qumdan filtrasiya və ion mübadiləsi mərhələlərini keçdikdən sonra ümumi kanalizasiya sisteminə buraxılır.
Bərk radionklidlər xırdalanma, presləm və yandırılma üsulları ilə zərərsizləşdirilir. Bu üsullarda əsas məqsəd tullantıların kütləsini və həcmini azaltmaqdır. Presləmədə tullantıların həcmi 2-10 dəfə, yandırılmada isə 20-200 dəfə azalır. Yandırılma zamanı radioaktiv tullantıların 90%-dən çoxu küldə fiksə olunur, sonra isə sementləşdirilir və ya bitumlaşdırılır.
İsti bərk radioaktiv tullantıların yandırılması prosesi isti kütlənin termiki parçalanma və oksidləşmə nəticəsində qazabənzər məhsullara çevrilməsilə xakterizə olunur. Yanma texnologiyası tullantının alışma qabiliyyəti, aqreqat vəziyyəti və digər xüsusiyyətlərilə müəyyən olunur. Yanma prosesi elə aparılmalıdır ki, külün qazlarla aparılması minimum səviyyədə, radionuklidlərin küldə fiksasiyası isə maksimum səviyyədə olsun. Bərk radioaktiv tullantılar kameralı və fırlanan sobalarda yandırılır. Burada istilik mənbəyi kimi qaz və maye yanacaqlardan, alçaq temperaturlu plazma və elektrik enerjisindən istifadə olunur.
Sobalarda müxtəlif mənşəli tullantılar (ağac, kağız, bitki, rezin, yağ, neft və s.) yandırılır. Yanma prosesində bir sıra zərərli qazlar (xlor, hidrogen-xlorid, hidrogen-flüorid və s.) əmələ gəlir. Tüstü qazları radiaoktiv aerazollardan müxtəlif üsullarla təmizlənir. Hazırda bu məqsədlə adi və elektrofiltrlər tətbiq olunur. Müasir təmizləmə qurğularında hər iki üsulun kombinasiyasından istifadə edilir. Bərk, maye və qazabənzər tullantılarln təmizlənməsi nəticəsində alınan yüksək aktivliyə malik konsentratlar (çöküntü, regenerasiya məhlulları, kül və s.) sementləşdirilir, bitumlaşdırılır və ya şüşələşdirilir və xüsusi məntəqələrdə basdırılır.
Radioaktiv tullantıların basdırılması məntəqəsi bir neçə funksional bölmədən ibarət olub, radioaktiv tullantıların mərkəzləşdirilmiş qaydada toplanması, daşınması və basdırılması işini həyata keçirir. Belə məntəqələr adətən iri şəhərlərdə və sənaye rayonlarında nəzərdə tutulur. Tullantıların mərkəzləşdirilmiş qaydada və sanitariya tələblərinə müvafiq yığılması, daşınması və basdırılması radionuklidlərin ətraf mühitə düşməməsi üçün etibarlı zəmin yaradır.
Radionuklidlərlə iş aparılan obyektlərdə maye və bərk radioaktiv tullantılar adətən xüsusi qəbuledici konteynerlərə yığılır. Konteynerlər konstruksiyasına görə radioaktiv tullantıların xarakterindən asılı olaraq seçilir. Qəbuledici konteynerlər doldurulduqdan sonra döşəməsi maili və trapı olan, divarları asan yuyula bilən materialla örtülmüş xüsusi otaqlarda müvəqqəti saxlanılır. Basdırılma məntəqəsindən gələn dozimetrist müvəqqəti saxlama otağında toplanmış bağlamaların hermetikliyinin, möhkəmliyini, onların verdiyi γ- və neytron şüalanmasının intensivliyini, radionuklidlərlə çirklənmə səviyyəsini yoxlayır Belə konteynerlərdə 1 m məsafədə şüalanma dozasının gücü 100 mKz/saatdan çox olmamalıdır). Radioaktiv tullantılar doldurulmuş konteynerlər müvafiq təlimat və qaydaların tələblərinə tam cavab verdikdən sonra onların daşınmasına icazə verilir və sürücü kabinəsi müdafiə olunan xüsusi avtomaşınlarda basdırılma məntəqəsinə daşınılır. Radioaktivliyə görə fərqlənnmə nişanı olan belə avtomobilin sürücüsü dozimetriya nəzarətinə götürülür. Kuzovun xaricində şüalanmanın gücü 2 mZv/saata, sürücünün kabinəsində isə 28 mZv/saata çatdıqda yüklənmə dayandırılır.
Basdırılma məntəqəsinə gətirilmiş radioaktiv tullantılar əlavə işlənməyə (yandırılma, semnetləşdirmə və s.) məruz qala bilər. Əlavə işlənməyə məruz qalmış və ya buna ehtiyac olmayan tullantılar xüsusi yeraltı ambarlara (qəbiristanlıqlara) atılır. Qəbiristanlıqlar doldurulduqdan sonra hermetikləşdirilir və üzərinə beton örtük döşənir.
Basdırılma məntəqəsinin ərazisi “çirkli” və “təmiz” olmaqla iki zonaya bölünür. “Çirkli” zonada radioaktiv tullantıları ayırmaq, sementləmək və basdırmaq üçün qurğular və yeraltı rezervuarlar kompleksi, “təmiz” zonada isə yardımçı xidmət üçün bina və qurğular (qazanxana, qaraj, növbətçi personal otağı və s.) yerləşdirilir. Bu zonalrın sərhədində sanitariya buraxıcısı, nəqliyyat vasitələrinin və avadanlıqların dezaktivasiyası, radioaktiv yuyuntu sularının təmizlənməsi üçün qurğular yerləşdirilir.
Basdırılma məntəqəsi bir neçə yüz il üçün təşkil edilir və uzun müddət radioaktiv tullantıları ətraf mühitdən təcrid edir, radionuklidlərin miqrasiyasının qarşısını alır. Ona görə də radioaktiv tullantıların basdırılma məntəqələri yaşayış yerlərindən xeyli uzaq (ən azı 30 km) və perspektivdə təsərrüfat və digər məqsədlər üçün istifadəsi nəzərdə tutulmayan ərazilərdə seçilir. Həmin ərazinin geoloji strukturu bərk, torpağı orta və kiçik dənəvərli süxurlardan ibarət, ətraf zonadan nisbətən hündür və hamar relyefli, qrunt sularının səviyyəsi isə aşağı olmalıdır. Belə olduqda hətta rezervuarların divarları dağıdıldıqda belə radioanuklidlər süxurlarda tutulub saxlanılır və onların qrunt sularına miqrasiyasının qarşısı alınır. Radioaktiv tullantıların etibarlı basdırılması üçün rezervuarların divarları dəmir-beton konstruksiyalardan olmalıdır. Onları doldurarkən maye tullantıların üzərinə sement əlavə olunur. Bu zaman bərk tullantıların boşluqları da dolaraq sementləşir.
Əhalinin yaşayış şəraitinə zərərli təsirin qarşısını almaq məqsədilə radioaktiv tullantılar basdırılan məntəqənin ətrafında 1000 m radiusda sanitariya mühafizə zonası yaradılır. Məntəqənin ərazisi hasarlanır, xəbardaredici işarələr qoyulur və mühafizə olunur.
Maye radioaktiv tullantılar layarası sahələrə də vurula bilər. Bu məqsədlə, əsasən, dərin sulu laylar (şirin sulu və ya zəif minerallaşmış sulu laylar seçilir. Tullantıların belə basdırılmasının əsas çatışmazlığı yeraltı suların çirklənməsiir. Ona görə də radioaktiv tullantıların axıdıldığı lay seçilərkən gələcəkdə həmin sulardan istifadə olunub-olunmayacağı nəzərə alınmalıdır.
Tullantıların layarası sahələrə axıdılmasının mümkünlük meyarı kimi onun layın izolyasiya xüsusiyyəti götürülür. Uducu layarası sahənin izolyasiyası dedikdə onun yerləşmə dərinliyi, gil qatı ilə örtülmə dərəcəsi, su mübadiləsinin sürəti və sulu süxurun sorbsiya qabiliyyətini xarakterizə edən bir sıra göstəricilər nəzərdə tutulur. Layın hidrodinamik izolyasiyası yeraltı suların təbii rejimini pozmadan müəyyən həcmdə tullantının laya vurulması imkanına görə qiymətləndirilir. Maye radioaktiv tullantıların dağ-mədən sənayesinin işlənmiş şaxtalarına və neft quyularına axıdılması barədə də məlumatlar vardır.
Maye radioaktiv tullantıların yerin altına axıdılmasının bütün variantlarında aşağıdakı əsas sanitariya tələblərinə riayət edilməlidir:

  1. drenaj işləri zamanı radionuklidlərlə çirklənmiş yeraltı suların üzə çıxmasının qarşısının alınması;

  2. tullantının tərkibindəki radionuklidlərin suyığıcı quyulara keçməsinin qarşısının alınması;

  3. istifadə olunan və perspektivli faydalı qazıntı yataqlarının radionuklidlərlə mümkün çirklənməsinin qarşısının alınması;

  4. yeraltı suların təbii rejiminin saxlanması.

Bir sıra tədqiqatçılar okeanın dərinliklərində suyun yerdəyişmə sürətinin çox kiçik (750 m-dən 1750 m-ə qədər dərinlikdə ildə 0,5-2 m-dir) olmasına istinad edərək, radioaktiv tullantıların həmin dərinliklərə buraxılmasını mümkün hesab edirlər. Lakin bu təkliflər hələlik az etibarlı olub, ciddi elmi araşdırmalar tələb edir.
Azərbaycan Respublikasında tərkibində radionuklidlər olan tullantı sularının uducu quyulara və buruq quyularına axıdılması qanunverici xarakterli dövlət sənədlərilə qadağan olunmuşdur. Abşeron rayonunun Perküşkül qəsəbəsi ərazisində radioaktiv tullantıları basdırmaq üçün xüsusi “ərazi” ayrılmışdır ki, burada həm maye, həm də bərk radioaktiv tullantılar müvafiq işlənmədən keçirilərək basdırılır.


Yüklə 59,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin