Referat Fakultə: st və mks qrup: 334a3 Müəllim: Dadaşov Elxan Tələbə: Qarayeva Aygün


Respublikamızda radioaktiv tullantıların mühafizəsi



Yüklə 59,17 Kb.
səhifə8/8
tarix25.10.2022
ölçüsü59,17 Kb.
#66140
növüReferat
1   2   3   4   5   6   7   8
radioaktiv tullantilar

Respublikamızda radioaktiv tullantıların mühafizəsi
1957-ci ildə Birləşmiş Millətlər Təşkilatı sistemində atom enerjisinin yalnız dinc məqsədlərlə istifadə edilməsi üzrə müstəqil hökumətlərarası əməkdaşlıq təşkilatı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yaradılmışdır. 2001-ci ildə Azərbaycan Respublikası həmin təşkilata üzv ölkə kimi qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 24 aprel 2008-ci il tarixli 746 №-li Fərmanı ilə respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, respublikamızın üzərinə düşən beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi təsis edilmiş və 3 aprel 2009-cu il tarixli 74 nömrəli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. nüvə və radioloji fəaliyyət sahəsində vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

  2. nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin tənzimlənməsi mexanizmini müəyyən edir;

  3. nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir;

  4. nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;

  5. nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində norma və qaydalara riayət olunmasına nəzarət edir;

  6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

Qurumun göstərdiyi xidmət

  1. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasına "Xüsusi icazə"nin verilməsi;

  2. İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına "Xüsusi icazə"nin verilməsi;

  3. İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına "Xüsusi icazə"nin verilməsi;

  4. Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərərin aparılmasına "Xüsusi icazə"nin verilməsi;

Həmçinin respublikamızda fəaliyyət göstərən FHN "İzo­top" Xü­su­si Kom­bi­na­tı gün­də­lik fəa­liy­yə­tin­də ra­dioak­tiv mən­bə­lə­rin və tul­lan­tı­la­rın qə­bu­lu, zə­rər­siz­ləş­di­ril­mə­si, uzun­müd­dət­li sax­la­nıl­ma­sı və bas­dı­rıl­ma­sı, ra­dioak­tiv mən­bə­lə­rin, ma­te­rial­la­rın və ra­dioi­zo­top­lu ci­haz­la­rın nəq­li, xü­su­si ge­yim­lə­rin və fər­di mü­ha­fi­zə va­si­tə­lə­ri­nin de­zak­ti­va­si­ya­sı, əra­zi­lər­də, təş­ki­lat­lar­da və ra­dia­si­ya qur­ğu­la­rı­nı is­tis­mar edən müəs­si­sə­lər­də ra­dio­lo­ji və ra­dioe­ko­lo­ji mo­ni­to­rinq üz­rə iş apa­rır.
Neft-qaz is­teh­sa­lı sə­na­ye­si, geo­lo­gi­ya, di­gər sə­na­ye sa­hə­lə­ri, yol və kom­mu­ni­ka­si­ya in­şaa­tı, tibb, kənd tə­sər­rü­fa­tı, el­mi təd­qi­qat­lar və təh­sil sa­hə­lə­rin­də, elə­cə də özəl sek­tor­da ra­dio­lo­ji fəa­liy­yət gös­tə­rən şir­kət, müəs­si­sə və təş­ki­lat­lar­da ya­ran­mış ra­dioak­tiv tul­lan­tı­lar, əha­li­nin və ət­raf mü­hi­tin ra­dia­si­ya təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si məq­sə­di­lə, ra­dioak­tiv ma­te­rial­la­rın müa­sir, eti­bar­lı izol­ya­si­ya­sı tex­no­lo­gi­ya­la­rı­nı tət­biq edən "İzo­top" Xü­su­si Kom­bi­na­tın­da top­la­nır, kon­di­si­ya­laş­dı­rı­lır və sax­la­nı­lır. Be­lə müəs­si­sə­lər üçün "İzo­top" Xü­su­si Kom­bi­na­tı ra­dioak­tiv ma­te­rial­la­rın öl­kə əra­zi­sin­də təh­lü­kə­siz nəql edil­mə­si xid­mət­lə­ri­ni də gös­tə­rir. Bun­lar­la ya­na­şı, kom­bi­nat ra­dio­lo­ji föv­qə­la­də ha­di­sə­lə­rə ca­vab təd­bir­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si əmə­liy­yat­la­rın­da iş­ti­rak edir.
Ra­dioak­tiv şüa­lan­ma ilə bağ­lı və di­gər bu­na ox­şar ha­di­sə baş ver­dik­də "İzo­top" Xü­su­si Kom­bi­na­tı­nın mü­tə­xəs­sis­lə­ri dər­hal əmə­liy­ya­ta cəlb edi­lir və ön­cə­dən qə­za­nın miq­ya­sı­nı müəy­yən­ləş­di­rir­lər. Bun­dan son­ra "İzo­top­"un mü­tə­xəs­sis­lə­ri ra­dio­met­rik və do­zi­met­rik ölç­mə­lər apa­ra­raq, tor­paq, su, dib çö­kün­tü­lə­ri, bit­ki və di­gər ət­raf mü­hit ob­yekt­lə­ri­nin nü­mu­nə­lə­ri­ni gö­tü­rür və ra­dio­lo­ji şə­rai­ti, ha­di­sə­nin miq­ya­sı­nı müəy­yən­ləş­di­rə­rək, ra­dioak­tiv çirk­lən­mə­nin ara­dan qal­dı­rıl­ma­sı­nı və tul­lan­tı­la­rın top­lan­ma­sı­nı hə­ya­ta ke­çi­rir­lər. Təh­lü­kə­siz­lik qay­da­la­rı­na əməl edən mü­tə­xəs­sis­lər tul­lan­tı­la­rın və müx­tə­lif nü­mu­nə­lə­rin ra­dio­met­rik və al­fa-­be­ta-­qam­ma spekt­ro­met­rik ana­liz­lə­ri­ni Kom­bi­na­tın Ra­dioak­tiv Tul­lan­tı­la­rın Ema­lı və Sax­lan­ma­sı Mər­kə­zin­də yer­lə­şən ra­dioa­na­li­tik la­bo­ra­to­ri­ya­da apa­rır. Ey­ni za­man­da yük­sək ayır­det­mə qa­bi­liy­yət­li spekt­ro­metr­lər­lə ma­te­rial­la­rın tər­ki­bin­də­ki ra­dioi­zo­top­lar eti­bar­lı şə­kil­də ey­ni­ləş­di­ri­lə­rək, on­la­rın miq­da­rı müəy­yən edi­lir. La­bo­ra­to­ri­ya­da tor­paq, su, dib çö­kün­tü­lə­ri, bit­ki və di­gər ət­raf mü­hit ob­yekt­lə­ri nü­mu­nə­lə­ri­nin ana­liz­lə­ri ilə ya­na­şı müx­tə­lif təş­ki­lat və güc struk­tur­la­rı­nın mü­ra­ciə­ti ilə ti­kin­ti ma­te­rial­la­rı­nın ra­dia­si­ya təh­lü­kə­siz­li­yi­nə nə­za­rət, na­mə­lum əş­ya və mad­də­lə­rin eks­pert ana­li­zi də apa­rı­lır.
Mər­kə­zə in­zi­ba­ti bi­na, ra­dioa­na­li­tik la­bo­ra­to­ri­ya, kö­mək­çi ge­ne­ra­to­ru olan elekt­rik ya­rıms­tan­si­ya, xü­su­si­ləş­di­ril­miş av­to­mo­bil­lər üçün qa­raj, ra­dioak­tiv tul­lan­tı­la­rın ema­lı bi­na­sı, kon­di­si­ya­laş­dı­rıl­mış bərk ra­dioak­tiv tul­lan­tı­lar üçün ör­tü­lü an­bar, yük­sək ak­tiv­li­yə ma­lik mən­bə­lə­rin sax­lan­ma­sı üçün nə­zər­də tu­tu­lan özək­lə­ri olan an­bar, xü­su­si ka­na­li­za­si­ya­nın ra­dioak­tiv çirk­lən­miş axın­tı­la­rı­nın top­lan­ma­sı üçün çən­lər və tə­miz­lə­yi­ci ava­dan­lıq, tul­lan­tı­la­rın və iş­lən­miş mən­bə­lə­rin, bio­lo­ji ra­dioak­tiv tul­lan­tı­la­rın bas­dı­rıl­ma­sı üçün qu­yu­lar da­xil­dir.
Qu­rul­muş müa­sir tex­no­lo­ji xət­də tul­lan­tı­lar bas­dı­rıl­ma və uzun­müd­dət­li sax­lan­ma­ya ha­zır­la­na­raq, ra­dioak­tiv tul­lan­tı­la­rın ema­lı bi­na­sın­da qab­laş­dı­rı­lır. Bu­ra­da qu­raş­dı­rıl­mış çe­şid­lə­mə bok­sun­da ra­dioak­tiv tul­lan­tı­lar fi­zi­ki gös­tə­ri­ci­lə­ri­nə gö­rə ay­rı­lır. Bərk tul­lan­tı­lar kə­si­lir və qab­laş­dı­rıl­ma üçün tə­ləb olu­nan həc­mə­dək azal­dı­lır. Yum­şaq tul­lan­tı­lar isə press va­si­tə­si ilə sıx­laş­dı­rı­lır. Uzun­müd­dət­li sax­lan­ma za­ma­nı ra­dioak­tiv mad­də­lə­rin ət­raf mü­hi­tə ya­yıl­ma­ma­sı məq­sə­di­lə bərk tul­lan­tı­la­rın yer­ləş­di­ril­di­yi çəl­lək­lər se­ment qa­rı­şı­ğı ilə dol­du­ru­lur. Se­ment qa­rı­şı­ğı­nın do­za­laş­dı­rıl­ma­sı və təd­ri­cən qu­ru­dul­ma­sı av­to­ma­tik ye­ri­nə ye­ti­ri­lir. Son­ra pas­port­laş­dır­ma qur­ğu­sun­da çəl­lək­lər­də qab­laş­dı­rıl­mış tul­lan­tı­la­rın tər­ki­bin­də­ki ra­dioak­tiv izo­top­la­rın ey­ni­ləş­di­ril­mə­si və miq­da­rı ana­li­zi ye­ri­nə ye­ti­ri­lir. Onun nə­ti­cə­lə­ri qab­laş­dır­ma­la­rın sax­lan­ma­sı şə­rai­ti­ni, müd­də­ti­ni və ye­ri­ni də­qiq­ləş­dir­mək, elə­cə də in­ven­tar­laş­dır­ma məq­sə­di­lə is­ti­fa­də olu­nur. Ra­dioak­tiv tul­lan­tı­la­rın yer­ləş­di­ril­di­yi bağ­la­ma­la­rın tem­pe­ra­tur sıx­laş­ma­sı və ge­niş­lən­mə­si sə­bə­bin­dən zə­də­lən­mə­si­nin, elə­cə ­də su bu­xa­rı­nın kon­den­sa­si­ya­sı nə­ti­cə­sin­də kor­ro­zi­ya­ya uğ­ra­ma­sı­nın qar­şı­sı­nı al­maq məq­sə­di ilə bu­ra­da on­la­rın sax­lan­dı­ğı an­bar­lar­da sa­bit tem­pe­ra­tur, aşa­ğı rü­tu­bət və ha­va sir­kul­ya­si­ya­sı tə­min edi­lir. Be­lə­lik­lə, tul­lan­tı bağ­la­ma­la­rı­nın sax­lan­ma müd­də­ti­nin 50 il­dən yu­xa­rı ol­ma­sı­na na­il olu­nur.
Mər­kə­zin əra­zi­si bo­yu qam­ma və neyt­ron şüa­lan­ma­sı de­tek­tor­la­rı qu­raş­dı­rı­lıb. La­bo­ra­to­ri­ya­da yer­lə­şən mər­kə­zi ida­rəet­mə və nə­za­rət pul­tu­na bir­ləş­di­ril­miş bu sis­tem kom­bi­na­tın əra­zi­si­nin ra­dia­si­ya fo­nu­na ara­sı­kə­sil­məz av­to­ma­tik nə­za­rət et­mə­yə im­kan ve­rir..
Bu gün "İzo­top" Xü­su­si Kom­bi­na­tın­da ra­dioak­tiv tul­lan­tı­lar­la rəf­tar sa­hə­sin­də ge­niş el­mi-təd­qi­qat iş­lə­ri apa­rı­lır. Kom­bi­nat Atom Ener­ji­si üz­rə Bey­nəl­xalq Agent­li­yin tex­ni­ki əmək­daş­lıq la­yi­hə­lə­ri­nə də qo­şu­lub. Bu la­yi­hə­lə­rin sı­ra­sı­na yod və brom is­teh­salı üz­rə keç­miş za­vod­la­rın əra­zi­lə­rin­də­ki ra­dio­lo­ji və­ziy­yə­tin təd­qi­qi, ora­da top­lan­mış ra­dioak­tiv tul­lan­tı­la­rın həcm­lə­ri­nin və ya­yıl­ma xa­rak­te­ri­nin tə­yi­ni­ni aid et­mək olar.
Bir sı­ra bey­nəl­xalq təş­ki­lat­lar­la əmək­daş­lıq edə­n, "İzo­top" Xü­su­si Kom­bi­na­tı həmçinin Nüvə və Radioaktiv Fəaliyyətinin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin mü­tə­xəs­sis­lə­ri ra­dioak­tiv tul­lan­tı­la­rın uti­li­za­si­ya­sı üz­rə bö­yük dün­ya mər­kəz­lə­rin­də tə­lim ke­çir, tul­lan­tı­la­rın ida­rə olun­ma­sı­nın təş­ki­li, ra­dia­si­ya təh­lü­kə­siz­li­yi, tul­lan­tı­lar­la rəf­tar tex­no­lo­gi­ya­la­rı üz­rə müx­tə­lif mə­sə­lə­lər­də bey­nəl­xalq eks­pert­lə­rin töv­si­yə­lə­ri­ni alır.


Nəticə
Atmosferdə nüvə silahının sınaqlardan keçirilməsi, Atom Elektrik Stansiyalarında və nüvə reaktorlarında qəzaların baş verməsi və onların istismar edilməsinin nəticəsində ətraf mühit radioaktiv tərkibli tullantılarla çirklənir. Atom Elektrik Stansiyalarının istismarı nəticəsində yaranan radioaktiv tullantıların idarə olunması, habelə bu tip radiasiya təhlükəli obyektlərdə müxtəlif səbəblərdən qəzanın baş verməsi bir sıra ekoloji problemlərə gətirib çıxarır. Həyat təcrübəsindən göründüyü kimi, Çernobl və Fukusima qəzaları kimi baş vermiş hadisələr radiasiyanın insanlara nəzarət edilə bilinməyən təsiri ilə nəticələnir. Bununla yanaşı, nüvə energetikasının tətbiqi daha ucuz elektrik enerjisinin əldə olunmasına imkan yaradır. Nüvə və radioaktiv materiallarının istifadəsi ilə əlaqədar bütün sahələrdə maksimum təhlükəsizlik tədbirlərinin görülməsi üsullarının işlənilməsi, yeni daha təhlükəsiz texnologiyaların hazırlanması və nəzarət prosedurlarının təkmilləşdirilməsi məsələləri bu gün bütün dünyada prioritet məsələlərdən biridir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, radiasiya insanlara təhlükənin yaradılması ilə yanaşı bir çox sahələrdə əvəzsiz xidmət edir. Tibb, sənaye, kənd təsərrüfatı, kimya, elm və digər sahələrdə radioaktiv mənbələr və ionlaşdırıcı şüalanma qurğuları geniş tətbiq olunur. Radioaktiv mənbələrin istehsalı və tətbiqi üzrə bütün mərhələlərdə radiasiya təhlükəsizliyinin təmin olunması üzrə tənzimləyici orqan və digər səlahiyyətli təşkilatlar tərəfindən nəzarət aparılır. İonlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə aparılan bəzi fəaliyyət növlərinə nəzər yetirək.
Tibb müəssisələrində radioaktiv mənbələrin və ionlaşdırıcı şüalanma qurğularının istifadəsi ilə pasiyentlərin tibbi müayinəsi və müalicəsi həyata keçirilir. Bunlardan hər birimizin ən çox rastlaşdığı rentgen müayinəsidir ki, sümük sınığının aşkar olunması, ağ ciyər xəstəliklərinin müəyyən edilməsi və daha bir çox diaqnostik işlərin aparılmasında əvəzsiz müayinə üsuludur. Radioaktiv preparatların tətbiqi ilə müalicə isə xüsusilə onkoloji xəstələr üçün nəzərdə tutulmuş müasir üsullardan biridir. Bu sahənin gündən günə inkişaf etdiyini nəzərə alaraq, yeni “nüvə təbabəti” termini tətbiq edilmiş və mənbələrdən istifadə texnologiyaları daim müasirləşdirilməkdədir.
Sənaye müəssisələrində radioaktiv mənbələrin tətbiqi olduqca çoxşaxəlidir. Belə ki, bu mənbələr geofiziki tədqiqatlar, qaynaq tikişlərinin keyfiyyətinin yoxlanılması, torpaq qatlarının sıxlığının və nəmliyinin ölçülməsi, çənlərdə maye səviyyəsinin ölçülməsi, tikinti materialların hazırlanması üçün xammalın analizinin keçirilməsi və daha bir çox məqsədlərlə istifadə olunur. Bu üsullar müxtəlif təyinatlı binaların tikintisində, yeni yolların salınmasında, neft və qaz hasilatında, dəmir-boru kəmərlərinin çəkilməsində, aviasiyada və bir sıra digər sahələrdə tətbiq edilir.
Kənd təsərrüfatında bəzi bitki toxumlarının (pambıq, kələm, turp və s.) radioaktiv preparatların tətbiqi ilə müəyyən miqdarda qamma şüalanmanın təsirinə məruz edilməsi əhəmiyyətli dərəcədə məhsuldarlığın artmasına gətirir. Müəyyən edildiyi kimi, böyük dozalarda qamma şüalanmanın təsiri nəticəsində yeyinti məhsullarında olan mikroorqanizmlər məhv olur və bu üsulla sterilizasiyanın aparılması nəticəsində həmin məhsulun saxlanma müddəti dəfələrlə artırıla bilər. Eyni zamanda, böyük dozalarda qamma şüalanmanın təsirinə məruz qalma bitkilərdə mutasiyalara səbəb olur və bəzi hallarda dəyərli yeni məhsulların alınmasına imkan yaradır. Bu üsulla taxıl, lobya və digər bitkilərin yeni dəyərli bitki növləri yetişdirilmişdir.
Göründüyü kimi, müasir həyatda bir çox sahələrdə ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi olduqca zəruri bir haldır. Belə mənbələrin istifadəsi ilə çalışan mütəxəssislər tələb olunan hazırlıq və təcrübəyə malik olduqları, həmçinin təhlükəsizlik qaydaları və istismar olunan radioaktiv mənbəli avadanlığın iş prinsipini bildikləri səbəbindən onlardan təhlükəsiz istifadə edə bilirlər. Lakin təəssüflər olsun ki, bununla yanaşı bəzi hallarda məsuliyyətsizlik və təhlükəsizlik qaydalarına tam riayət edilməməsi səbəblərindən bu mənbələrin itirilməsi və ya oğurlanması hallarının baş verməsi təhlükəsi də mövcuddur. Belə halların baş verməməsi üçün insanlar daha diqqətli olmalı, radiasiya təhlükəsini bildirən işarələri tanımalı və bu işarələrin olduğu hər hansı bir əşyaya rast gəldikdə dərhal həmin əşyadan kənara çəkilməli və hadisə barədə müvafiq orqana məlumat verməlidir. Respublikamızda bu cür hallarla rastlaşdıqda Fövqəladə hallar Nazirliyinin qaynar xəttinə - 112-yə zəng edilməlidir. Heç bir halda belə əşyalara əllə toxunmaq olmaz. Eyni zamanda, FHN mütəxəssisləri hadisə yerinə gələnədək, üzərində radiasiya təhlükəsi işarəsi olan naməlum əşyaya digər insanların yaxınlaşmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.

İstifadə edilmiş ədəbiyyat
Radiasiya gigiyenası (dərslik) – “TƏBİB”, BAKI 2009
Технологические основы системы управления радиоактивными отходами – Москва, 2007
http://www.atomic-energy.ru
http://fhn.gov.az
http://www.un.org/ru/ga/iaea/
Yüklə 59,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin