Referat Fakultə: st və mks qrup: 334a3 Müəllim: Dadaşov Elxan Tələbə: Qarayeva Aygün


Radioaktiv çirklənmədən mühafizə tədbirləri



Yüklə 59,17 Kb.
səhifə7/8
tarix25.10.2022
ölçüsü59,17 Kb.
#66140
növüReferat
1   2   3   4   5   6   7   8
radioaktiv tullantilar

Radioaktiv çirklənmədən mühafizə tədbirləri
Radionuklidlərlə iş aparan müəssisələr yerləşən rayonlarda əhalinin radiasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi məsələlərilə bağlı həyata keçirilən tədbirlərə ilk növbədə istehsalat texnologiyasının təkmilləşdirilməsi, tullantıların səmərəli toplanması, saxlanması, uzaqlaşdırılması və basdırılması aiddir. Laki bəzən radioloji müəssisələr yerləşən rayonlarda müxtəlif səbəblərdən atmosferə düşən radioaktiv qaz və aerazollar hesabına havanın xüsusi aktivliyi yol verilən həddini və ya əhalinin ayrı-ayrı qrupları üçün normalaşdırılmış xarici şüalanma dozası səviyyəsini keçə bilər. Çünki ən yüksək effektli filtrlər belə qaz axınından radioaktiv aerazolları 100% tuta bilmir, təkrar təmizləmələr isə iqtisadi cəhətdən çox baha başa gəlir. Bundan əlavə, bəzi radioaktiv qazların indiyə qədər effektiv tutulması üsulları işlənib hazırlanmamışdır. Eləcə də təmizləyici qurğular istismar olunduqca, onların effekti işləməsi azaldığından radioaktiv maddələrin ətraf mühitə düşmə ehtimalı artır. Ona görə də hazırda tullantıların təmizlənməsi, hündür borularla uzağa atılamsı, sanitariya mühafizə zonalarının təşkili və obyektlərin səmərəli yerləşdirilməsi kimi kompleks tədbirlər sisteminin tətbiqinə daha geniş yer verilir.
Sanitariya mühafizə zonası müəssisə ətrafındakı müəyyən ərazi olub, orada yaşayış binalarının, uşaq müəssisələrinin, müəssisəyə aid olmayan sənaye və yardımçı obyektlərin yerləşdirilməsi qadağan olunur. Sanitariya mühafizə zonasının radiusu mənbədən ayrılan radionuklid tullantılarının miqdarı (onların təmizlənmə sistemi nəzərə alınmaqla), perspektivdə müəssisənin gücünün dəyişməsi (artması və ya azlması), meteoroloji amillər, həzm və tənəffüs orqanları vasitəsilə radionuklidlərin orqanizmə illik daxil olma həddi və əhalinin xarici şüalanma dozasının həddi nəzərə alınmaqla təyin edilir.
Ətraf mühitin radioaktiv çirklənmədən mühafizə olunmasında sanitariya-dozimetriya nəzarətinin də mühüm rolu vardır. Ətraf mühitin radiasiya vəziyyəti üzərində sanitariya-dozimetriya nəzarəti aparmaqla xarici mühiti radionuklidlərlə çirkləndirən mənbələr təyin olunur və pasportlaşdırılması aparılır, tullantıların bilavasitə əmələ gəldiyi yer, onların saxlanması, daşınması, ətrafa miqrasiyası və bunun hesabına yaranan çirklənmə dərəcəsi, xarici və daxili şüalanmanın səviyyəsi müəyyənləşdirilir.


Yüklə 59,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin