Avadanlıqların işləməməsi və ya normal istismar olunmaması stansiyanın təhlükəsizliyinə birbaşa təsir etməsə də təhlükəsizlik tədbirlərinə yenidən baxılıb, qiymətləndirilməsinə zərurət yaradır
İdarəetmədəki funksional pozuntular hər hansı bir risk yaratmır, lakin təhlükəsizliyin təminatında çatışmazlıqlar olduğunu göstərir. Bu çatışmazlıqlar avadanlıqların işləməməsi nəticəsində və ya istismar zamanı personalın səhvi nəticəsində baş verə bilər. Belə halları stansiyanın təhlükəsiz istismar hədləri keçməmək şərtilə, müəyyən tələblərə uyğun işləməsindən fərqləndirmək lazımdır. Bu pozuntular «şkaladan aşağı səviyyə» hesab olunur
Qeyd 1. Layihələşdirilməmiş qəzalar üçün doza həddi dedikdə qəzadan sonrakı birinci il ərzində insanlar üçün xarici şüalanma dozasının 0,1 Zv və AES-dən 25 km-ə qədər məsafədə yaşayan uşaqlarda tənəffüs yolu ilə daxil olma hesabına qalxanvari vəzidə daxili şüalanma dozasının 0,3 Zv olması başa düşülür.
2. Ehtimal olunan qəzalarda yaranan doza sanitariya mühafizə zonası sərhədlərində və ondan kənarda qəzadan sonrakı birinci il ərzində bütün bədən üçün 0,1 Zv və tənəffüs hesabına uşaqlarda qalxanvari vəzidə 0,3 Zv-dən yüksək olmamalıdır.