Referat Kurs: 1 Qrup: 1022a elmi rəhbər: Nəbiyeva Cəmalə Tələbə: Qasımova Aişə Giriş



Yüklə 126,13 Kb.
səhifə2/3
tarix22.10.2022
ölçüsü126,13 Kb.
#65844
növüReferat
1   2   3
dəyişənlər

Dəyişənlərin elanı qaydaları.
C++ dilində dəyişənlər proqramın istənilən yerində elan oluna bilər. Dəyişənlərə müraciət isə, yalnız dəyişənlərin elanından aşağı hissədə edilə bilər. Eyni tipdən olan bir neçə dəyişən ayrı-ayrı sətirlərdə və ya eyni elan sətrində elan oluna bilər.
Aşağıdakı kimi:
İnt x,y,z;
Və ya
İnt x;
İnt y;
İnt z;
Dəyişənlərə birbaşa elan sətrində qiymət mənimsədə bilərik, aşağıdakı kimi:
İnt x, y=20, z=0;
Yuxarıdakı elanda biz y və z dəyişənlərini elan edirik və bu dəyişənlərə başlanğıc qiymətlər mənimsədirik. Bundan əlavə, C++ dilində aşağıdakı kimi mənimsətmə qaydalarından da istifadə olunur. Deyishen += qiymet;
Bu yazılış aşağıdakına ekvivalentdir.
Deyishen = deyishen + qiymet;
Buradan görürük ki, mənimsətmə operatorunun sağ tərəfindəki ifadədə onun öz qiymətindən istifadə olunur. Proqramlaşdırma nöqteyi nəzərindən burada hər şey qaydasındadır, belə ki, bu zaman dəyişənin əvvəlki qiyməti sağ tərəfin qiymətinin hesablanmasında istifadə olunacaq və yekun qiymət dəyişənə mənimsədiləcək.
Misal üçün:
X += 5; əməliyyatı x-in qiymətin 5 vahid artırır.
Və ya
X += y; əməliyyatı x-in qiyməti üzərinə y əlavə edir.
Eyni qayda vurma və çıxma əməliyyatlarına da aiddir.
X *= 5; əməliyyatı x-in qiymətin 5 dəfə artırır.

İnkrement və Dekrement.
C++ dilində İnkrement və Dekrement adlandırılan xüsusi operatorlar var ki, onlar dəyişənlərin qiymətini müvafiq olaraq, 1 vahid artırmaq və azaltmaq üçün istifadə olunur. Bunlar, uyğun olaraq aşağıdakılardır:
İnkrement – artırma ++, Dekrement azaltma --.
Misal üçün, inkrementdən istifadə edərək x-in qiymətin 1 vahid artırmaq istəsək, aşağıdakı kimi yaza bilərik.
X++; və ya ++x;
Eyni qayda ilə dekrement x-in qiymətini 1 vahid azaldır, aşağıdakı kimi:
x--; və ya –x;
Bəs toplama, çıxma işarələrinin dəyişəndən əvvəl və ya sonra olmasının fərqi varmı? Əgər bu operatorun məqsədi sadəcə qiyməti dəyişməkdirsə, onda işarəni sağda və ya solda yazmağın fərqi yoxdur. Lakin əgər inkrement və ya dekrement hansısa ifadənin daxilindədirsə, onda sağ-solun fərqi var. Belə ki, işarə solda olanda ifadədə dəyişənin ilkin qiyməti, sağda olanda isə, 1 vahid dəyişdirilmiş yeni qiyməti hesablanır.
Indi isə bir az daha maraqlı, interaktiv proqramlar tərtibi ilə məşğul olaq. Baxdığımız proqramlarda biz hesab əməlləri üçün əvvəlcədən təyin olunmuş qiymətlərdən istifadə etdik, indi isə elə proqramlar yazaq ki, dəyişənlərin qiymətlərinin istifadəçi tərəfindən daxil edilməsi mümkün olsun. C++ dilində istifadəçinin daxil etdiyi məlumatı proqramdakı dəyişənlərə mənimsətmək üçün əsasən std::cin funksiyasından istifadə olunur.
Std::cin funksiyası barədə Əlavə A-da geniş izah verilir.
Tutaq ki, biz proqramda int tipli x dəyişəni elan etmişik.
İnt x;
Əgər biz istəyiriksə x dəyişəninin yaddaş sahəsinə (qısa olaraq “x dəyişəninə” deyəcəyik) istifadəçi tərəfindən daxil olunan qiymət yazaq, onda proqrama aşağıdakı sətri yerləşdirməliyik.
Std::cin>>x;
Bütün bu dediklərimizi proqram nümunəsində test edək. Elə bir sadə proqram tərtib edək ki, istifadəçidən hər hansı ədəd daxil etməsini istəsin, daha sonra isə bu ədədin kvadratını ekranda çap eləsin.
Qısa bir qeyd: Gəlin yaratdığımız proqramları icra etmənin yeni metodu ilə tanış olaq.
Əvvəlcə C diskində yeni bir qovluq yaradırıq. Bu yeni yaratdığımız qovluğu cpp adlandıraq. Daha sonra ilk test proqramında olduğu kimi, yeni bir proyekt yaradırıq. New Projectpəncərəsinin Name alt pəncərəsinə yeni proqramımızın adını daxil edək, prog2. Location pəncərəsinə isə ünvan olaraq yeni yaratdığımız qovluğun ünvanını daxil edək, C:\cpp.
Proqramımızın mətnində aşağıdakı kimi dəyişiklik edək
// prog2.cpp : Defines the entry point for the console application.
#include “stdafx.h”
#include
İnt _tmain(int argc, _TCHAR* argv[])
{
Std::cout<<”Salam dünya \n”;
Return 0;
}
Yadda saxlayıb, kompilyasiya edirik. Əgər proqramımızı əvvəlki qayda ilə icra eləsək, (Debug -> Start Debugging) onda kansol pəncərəsi bir anlığa açılıb-bağlanacaq. Kansol (cmd) proqramını özümüz yükləyək.
Start -> Run -> CMD
Və ya C:\Windows\system32 qovluğunda cmd.exe proqramını yükləyirik.
Daha sonra kansoldan aşağıdakı əmrləri daxil edirik:
Cd C:\cpp\prog2\Debug
Prog2.exe
Nəticədə proqramımız icra olunacaq
C:\Documents and Settings\Admin>
C:\Documents and Settings\Admin>
C:\Documents and Settings\Admin>cd C:\cpp\prog2\debug
C:\cpp\prog2\Debug>prog2.exe
Salam dünya
C:\cpp\prog2\Debug>
C:\cpp\prog2\Debug>
Bundan sonra, bütün proqramlarımızı bu qayda ilə icra edəcəyik. İndi isə, yuxarıda daxil etdiyimiz ədədin kvadratı proqramı ilə məşğul olaq. Əvvəl proqramı daxil edək, daha sonra isə, izahı ilə tanış olarıq.
Proqramın mətn kodu aşağıdakı kimi olacaq:
// prg_2_3.cpp
#include “stdafx.h”
#include
İnt main()
{
İnt x,y;
Std::cout<<”Zəhmət olmasa, hər hansı ədəd daxil edin \n”;
Std::cin>>x;
Y = x*x;
Std::cout<Return 0;
}
Nümunə
Proqramı yerinə yetirək, unutmayaq ki, proqramın mətn faylında hər hansı dəyişiklik etdikdən sonra bu dəyişikliklərin ikili faylda (prog2.exe) oturması üçün mütləq kompilyasiya etməliyik.
C:\cpp\prog2\Debug>
C:\cpp\prog2\Debug>prog2.exe
Zehmet olmasa her hansi eded daxil edin
67
67 in kvadratı = 4489
C:\cpp\prog2\Debug>
C:\cpp\prog2\Debug>
Proqramın izahı:

Proqramda int tipli x və y dəyişənləri elan edirik. Daha sonra std::cin finksiyası ilə istifadəçinin daxil etdiyi qiyməti x dəyişəninə mənimsədirik (x-in yaddaş sahəsinə yazırıq). Y-ə x-in kvadratını mənimsədirik və çap edirik.


Başqa proqrama baxaq:
Elə proqram tərtib edin ki, istifadəçidən düzbucaqlının enini və uzunluğunu daxil etməsini istəsin. Daha sonra, proqram düzbucaqlının sahəsini ekranda çap etsin.
Əvvəlcə proqramı sərbəst yazmağa cəhd edin.
Proqram aşağıdakı kimi olacaq:
// prg_2_4.cpp
#include
İnt main(){
İnt en, uz, sahe;
Std::cout<<”Zəhmət olmasa, düzbucaqlının enini daxil edin \n”;
Std::cin>>en;
Std::cout<<”Zəhmət olmasa, düzbucaqlının uzunluğunu daxil edin \n”;
Std::cin>>uz;
Sahe = en*uz;
Std::cout<<”Düzbucaqlının sahəsi = “<Return 0;
}
Nümunə
Proqramı kompilyasiya edib yerinə yetirək:
C:\cpp\prog2\Debug>
C:\cpp\prog2\Debug>prog2.exe
Zəhmət olmasa, düzbucaqlının enini daxil edin
56
Zəhmət olmasa, düzbucaqlının uzunluğunu daxil edin
23
Düzbucaqlının sahəsi = 1288
C:\cpp\prog2\Debug>
C:\cpp\prog2\Debug>


Yüklə 126,13 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin