Proqramda şərhlər
C dilində yazılmış hər hansı proqramı şərhsiz təsəvvür etmək olmaz. Şərh (comment, statement... ) proqramın bu və ya digər hissəsinin hansı iş gördüyünü bildirmək üçün proqramın mətn koduna əlavə olunur. Şərhlər ancaq proqramın işini başa düşmək istəyənlər üçündür. Proqramın real yerinə yetirilən koduna şəhrlərin heç bir aidiyyəti yoxdur. Belə ki, kompilyator proqramı kompilyasiya edərkən, birinci gordüyü iş şərhləri proqram kodundan silməkdir. Proqramda şərh elan etmək üçün /* və */ -dən istifadə olunur.
Bu zaman kompilyator bu işarələr arasında yerləşdirilən mətni şərh kimi qəbul edəcək. Lakin səhvən proqram kodlarını şərh kimi verməyin. Bu zaman kompilyator onları nəzərə almayacaq. Onu da deyim ki, çox vaxt bu qaydadan proqramdakı səhvləri tapmaqda istifadə olunur (proqramın müəyyən hissəsini şərh kimi verib nəticəni yoxlamaqla).
Dəyişənlərin müqayisəsi və qiymətlərinin dəyişdirilməsi
Dəyişənlərin qiymətlərinin dəyişdirilmə və müqayisə imkanının olması proqramçıya çox geniş imkanlar verir. Dəyişənlərlə aşağıdakı əməliyyatları aparmaq olar.
*, -, +, /, =, ==, >, < * hasil, - çıxma, + cəm. Bizim üçün lazım olan ən vacib əməliyyat, dəyişənin qiymətinin dəyişdirilməsi əməlidir. Bunun üçün = operatorundan istifadə olunur. Bu operatora “mənimsətmə operatoru” deyirlər. Bu operatoru bərabərlik operatoru kimi qəbul etmək olmaz. C++ dilində bərabərlik operatoru olaraq == istifadə olunur. Aşağıdakı nümunələrə baxaq.
A = 4*6; /* proqramda bu sətir yerinə yetirildikdən sonra əvvəlki qiymətindən asılı olmayaraq, a-nın yeni qiyməti 24 olacaq. */
A = a + 5; /* a-nın yeni qiyməti əvvəlki qiyməti ilə 5-in cəminə bərabər olur. */
A == 3; /* a-ya heç bir yeni qiymət mənimsədilmir (a-nın qiyməti dəyişmir), sadəcə onun 3-ə bərabər olub-olmaması yoxlanılır. */
Yəqin ki, siz < və > operatorlarının necə işlədiyini düşünürsünüz. Onlar uyğun olaraq “böyükdür” və “kiçikdir” operatorlarıdır. Məsələn.
A < 5 /* a-nın 5-dən kiçik olmasını yoxlayır. */
A > 5 /* a-nın 5-dən böyük olmasını yoxlayır. */
A == 5 /* a-nın 5-ə bərabər olmasını yoxlayır. */
Proqramlaşdırmanı öyrənməyin yeganə yolu proqram yazmaqdır.
Nəticə
Proqramlaşdırmada hər hansı məlumatı qəbul etmək, yadda saxlamaq və bu məlumatın qiymətinə müraciət etmək üçün dəyişənlərdən istifadə olunur. Konkret olaraq, dəyişən adı olan müəyyən bir yaddaş sahəsidir. Bu yaddaşın sahəsini və dəyişənin adını elan edərkən, biz özümüz (proqramçılar) müəyyən edirik. Dəyişənlərə ona görə Dəyişənlər deyilir ki, sonradan siz yaratdığınız Dəyişənin məlumatını dəyişdirə bilirsiz, adından da məlum olduğu kimi “Dəyişən”.
Dəyişənlər yaradılarkən diqqət verilməsi hissələr.
Dəyişənlər yaradılarkən onlara mənalı adlar verilməlidir.
Dəyişənlərin adlarında inglis istifadə etməniz məsləhətdir.
Dəyişənlərin adları 2 və daha artıq sözdən ibarət olarsa “_” və ya bitişik yazılır.
Dəyişənlərin adları programda istifadə olunan kod adları ilə eyni olmamalıdır.
Ədəbiyyat siyahısı
https://ilkaddimlar.com/ders/c1/deyisenler
https://az.m.wikipedia.org/wiki/D%C9%99yi%C5%9F%C9%99n_(proqramla%C5%9Fd%C4%B1rma)
https://medium.com/pragmatech/d%C9%99yi%C5%9F%C9%99nl%C9%99r-v%C9%99-d%C9%99yi%C5%9F%C9%99n-tipl%C9%99ri-9951070b8ca5
Dostları ilə paylaş: |