Referat mövzu: Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu Müəllim: Dadaşov İlham


Şəkil. Dünyada təbii sərvətlərin səviyyəsi və onlardan istifadə müddətləri



Yüklə 133,21 Kb.
səhifə4/7
tarix13.12.2023
ölçüsü133,21 Kb.
#176402
növüReferat
1   2   3   4   5   6   7
referat 2286

Şəkil. Dünyada təbii sərvətlərin səviyyəsi və onlardan istifadə müddətləri

Təbii ehtiyatların növləri

Ehtiyatların səviyyəsi və istifadəsinin qısa xarakteristikası

Neft

Ehtiyatlar 270-300 milyard ton İllik məsrəf 3 milyard ton Perspektivlik imkanları 40-50 il

Təbii qaz

Ehtiyatlar151 trilyon m3 İllik məsrəf 2,2 trilyon m3 30-50 illik perspektiv

Daş kömür

Ehtiyatlar 10 trilyon ton İllik məsrəf 5 milyard ton Mənimsəmə imkanlığı 100 ildən çox

Yanar şistlər

Ehtiyatlar 40 trilyondan çox Zəif istifadə olunur. Yüksək əmək tutumludur.

Torf

Ehtiyatlar 150 milyard ton Ekoloji pozuntuluğuna görə məhdud perspektivlidir.

Çayların hidroenerjisi

Ehtiyatlar 150 milyard ton Ekoloji problemliyə baxmayaraq aktiv istifadə olunur və perspektivlidir.

Atomun parçalanması və nüvə sintezi enerjisi

Fiziki olaraq ehtiyatlar tükənməzdir. Ekoloji fəsadlı olmasına baxmayaraq inkişaf etməkdədir.

Geotermal e/ıerji

Yetərli ehtiyatlıdır. Zəif istifadə olunur. Perspektivlidir.

Dənizlərin qabarma və çəkilmələri, okean axınları enerjisi

Yetərli ehtiyatlıdır. Zəif istifadə olunur. Perspektivlidir.

Günəş radiasiyası

Praktiki tükənməzdir. Məhdud istifadə olunur. Perspektivlidir.

Külək enerjisi

Yerli əhəmiyyətlidir və lokal keyfıyyətdə də perspektivlidir.

Dünya iqtisadiyyatının sürətli inkişafı, əhalinin sayının artması, texnoloji irəliləyişlər və digər dəyişikliklər təbii olaraq enerjiyə və bilavasitə enerji resurslarına olan tələbatı sürətlə artırır. Əgər ilkin enerji resurslarının istehlakı dünyada ümumilikdə 2005-cu ildə təxminən 10537,1 mln. ton n.e olmuşdursa, 2009-cu ildə bu göstərici 11363,2 mln. ton n.e, 2010-cu ildə isə bu rəqəm 12002,4 mln. ton n.e yüksəlmişdir [9].
Beynəlxalq təşkilatların proqnozlarına görə yaxın on ildə ETT-nin inkişafı, əhalinin artımı, istehsalın yüksəlişi, ayrı-ayrı sahələrində texnoloji irəliləyiş, innovasiya və s. ilə bağlı enerjiyə olan tələbat ən azı iki dəfə artacaqdır. Belə inkişaf isə təbii sərvətlərdən optimal istifadəni daha stimullaşdıracaqdır. Ötən müddət ərzində enerji istehsal və istehlak edən regionlar arasında diferensiallaşma və buna uyğun olaraq enerjinin bütün aspektlərində, xüsusi ilə neft-qaz sənayesində xarici ticarətin əhəmiyyəti də artmışdır. Enerji istehsal və istehlakında ən böyük pay sahibi isə inkişaf etmiş ölkələrdir. Xüsusilə hazırda dünyada elektrik və istilik enerjisi istehsalı və istehlakında ABŞ və Çin liderdir [10].
Ənənəvi yanacaq növləri kömür, neft, qaz, torf, yanan bərk suxurların ehtiyatlarının əhəmiyyətli hissəsi neft və təbii qaza malik olan ərazilərin 30 faizi, kömürün 50 faizdən çoxu, dünya hidroresursların 12 faizi MDB ölkələrinin ərazisində yerləşir. Bununla yanaşı, göstərilən resursların ümumi ehtiyatının 80 faizi Rusiyanın Şərq rayonlarının payına düşür ki, burada əhalinin 20 faizi yerləşmişdir, 30 faiz isə, Avropa hissəsinin payına düşür ki, burada, əhalinin 80 faizi yerləşmişdir [3]
Yanacaq-enerji xammalı əsasında elektrik enerjisi istehsalı dövlətin iqtisadi inkişafına təsir edən əsas amillərdən biri olduğundan ona tələbat daim artır, nəticədə elektrik enerjisinə tələbatın ödənilməsi bir dövlət çərçivəsindən çıxaraq beynəlxalq xarakter alır. Yanacaq-enerji sərvətlərinin dünyada qeyri-bərabər yerləşməsi zəif inkişaf etmiş ölkələrdə bu resursların bolluğu şəklində özünü göstərir və bu da istehlakçılar arasında qeyri mütənasiblik yaradır. Belə olan halda enerji resurslarının mənimsənilməsi əlavə stansiyalar tikmək, bu məhsulu uzaq məsafələrə ötürmək kimi çətinliklər yaradır.
Son 30 ildə dünyada təxminən 135 mlrd. ton neft, 145-155 mlrd. ton daş kömür və 1600 trln. m3 təbii qaz yandırılmışdır. Digər tərəfdən dünyada kəşf edilmiş yanacaq-enerji yataqları və istifadəyə verilmiş mədənlər hesabına onların ehtiyatı xeyli artmışdır. Bütün bunlar isə müvafıq dövr ərzində enerji istehlakının 38-40 faiz artımına gətirmişdir. Bu artımda təbii qaz 65 faiz, neft 12 faiz, daş kömür 28 faizlik çəkiyə malikdirlər. Ötən vaxt ərzində ilkin enerji resursları balansında təbii qazın xüsusi çəkisi 19 faizdən 27 faizə yüksəlmiş, neft 49 faizdən 40 faizə, daş kömür 30 faizdən 26 faizə enmişdir [10].
Son dövrlərdə enerjidaşıyıcılarının xüsusilə neftin qiymətinin yüksəlməsi də ilkin enerji resurslarından istifadənin artmasının qarşısını ala bilməmiş və elektrik enerjisinə olan tələbat da bu müddət ərzində sürətlə artmışdır. Belə ki, əgər 2000-ci ildə enerji daşıyıcılardan istifadə 9,3 mlrd. ton n.e. təşkil edirdisə bu göstərici 2005-ci ildə 10,5 mlrd. ton n.e., 2009-cu ilə 11,2 mlrd. ton n.e., 2010-cu ildə təxminən 12,1 mlrd. ton n.e. bərabər olmuşdur [11].
Məlum olduğu kimi, milyon illər ərzində yerin təkində əmələ gəlmiş bu sərvətlərin son əsrdə sürətlə tükənməsi yüzlərlə faydalı qazıntının ehtiyatlarının da tükənməsi ilə nəticələnir ki, bunlar da iqtisadi inkişafa, insanların maddi vəziyyətinə, iqtisadi münasibətlərin inkişafına təsir göstərən əsas amillərdir. Bu resurslardan səmərəsiz və kor təbii istifadə həm ekoloji mühitə, həm də yuxarıda sadaladığımız amillərə mənfı təsir edir. Bu resursların işlənməsi və geoloji kəşfiyyat işləri, tullantıların zərərsizləşdirilməsi əlavə xərclər və böyük miqdarda vəsait tələb edir. Yeni yataqların kəşf edilməsinin sürəti mövcud yataqların istifadə sürətini qabaqlamaqla ehtiyatların artımmı təmin edir, istismar edilən resursların azalması meylinin sürətlənməsi, onların tükənməsi, müvafıq sərmayə qoyuluşu vasitəsilə yeni enerji resurslarının kəşfıni tələb edir və bu da dünyada müvafiq xammal ehtiyatının azalması ilə nəticələnir


4.Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu. Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan – istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir.
Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı – kömür, neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal mövcuddur. Bütün bunlar bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqtisadi inkişafın ən zəruri şərti hesab edilir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, elmi texniki tərəqqinin nailiyyətləri nəticəsində bir çox süni, kimyəvi, texniki yeniliklər bu mineral ehtiyatların əvəzlənməsinə zəmin yaradır. Son onilliklərdə bu sahədə Yaponiya, Cənubi Koreya, Sinqapur bir çox nailiyyətlər əldə etmişdir. Bütün bu ehtiyatların hesablanmasında müxtəlif metodlardan istifadə edilir: bu metodlar kəşf edilmiş, proqnozlaşdırılmış ehtiyatlar və s. hesab edilir. Bəzi ehtiyatlar haqqında məlumat vermək daha məqsədəuyğundur.
Geoloji proqnoza görə mineral yanacağın həcmi 12.5 trln. ton təşkil edir. Bu min ilə kifayət edə bilər. Bu ehtiyatlar kömür (60%), neft və qaz (27%) və eləcə də yanar şist və torfdan ibarətdir.
Yanacaq enerji ehtiyatlarında kömürün xüsusi çəkisi daha artıqdır. Dünya miqyasında daş kömürün və boz kömürün ehtiyatı 5 trln. ton (daha dəqiq 4.8 trln. ton) təşkil edir. Kömür ehtiyatı kəşfiyyatı 75 ölkədə aparılmışdır. Bunlardan ən çox kömür olan ölkə ABŞ (445 trln. ton), Çin (272 mlrd. ton), Rusiya (200 mlrd. ton), CAR (130 mlrd. ton), Almaniya (100 mlrd ton), Avstraliya (90 mlrd ton), Böyük Britaniya (50 mlrd ton), Kanada (50 mlrd ton), Hindistan (29 mlrd ton) və Polşadır (25 mlrd ton). Hazırda dünyada ildə 4.5 mlrd ton kömür çıxarılır.
Dünya miqyasında kəşfi məlum olan neft ehtiyatı 90-cı illərdə 270-350 mlrd ton (proqnoza görə isə 800 mlrd ton) qiymətləndirilir. Ən çox neft ehtiyatları Səudiyyə Ərəbistanı – 25.4%, İraq – 11%, BƏƏ – 9.4%, Küveyt – 9.3%, İran – 9.1%, Venesuela – 6.8%, Rusiya – 4.8%, Çin – 2.4%, ABŞ – 2.4% (1998) kimi ölkələrdədir.
İldə orta hesabla 3.0 mlrd ton neft çıxarılır. Xəzər dəniz ərazisində olan neft ehtiyatı cəmi ehtiyatların 3-4 faizindən artıq deyildir. Dünya üzrə neft və qaz çıxarılmasının 40%-ə qədəri (OPEK) neft ixrac edən ölkələrin payına düşür.
Hazırda bura daxildir: Əlcəzair, Qatar, Venesuela, Küveyt, Qabon, Liviya, İndoneziya, Nigeriya, İraq, Səudiyyə Ərəbistanı, İran,BƏƏ.Bu təşkilat 1960-cı ildə yaranmışdır (İqamətgahı Vyanadadır).
Kəşf edilmiş qaz ehtiyatı 144 trln kub metr (1998) təşkil edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələrdədir: Rusiya-39.2%, Qərbi Asiya -32,Şimali Afrika-6.9%, Latın Amerikası-5.1%, Şimali Amerika-4.9%, Qərbi Avropa-3.8%. 1998-ci ilin əvvəlinə qaz ehtiyatının həcmi Rusiyada 47600 mlrd. m3, İranda 21200, ABŞ-da 4654, Əlcəzairdə 3424, Türkmənistanda 2650, Norveçdə 3800, Qazaxıstanda 1670, Niderlandda 1668, Liviyada 1212, Böyük Britaniyada 574 mlrd. m3 təşkil edir.
Hazırda ildə 2.2 trln m3 qaz çıxarılır. Deməli təbii qaz ehtiyatı 71 ilə kifayət edə bilər.
Hidroenergetika mineral ehtiyatları faydalı qazıntı hesab edilməsə də böyük təbii sərvət olmaqla təbii yanacaq ehtiyatları ilə bir sırada dayanır. Dünya üzrə hidroenergetika ehtiyatı 9.7-9.8 trln kvt. saatdır.
Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə 600 mlrd. tona bərabərdir. Ən çox dəmir filizi yataqları Braziliya, Avstraliya, Kanada, Rusiya, Çin, ABŞ, Hindistan və İsveçdədir. İldə 0.9-1 mlrd. ton dəmir filizi çıxarılır. Bu xammalın ehtiyatı 250 ilə kifayət edər. Əlvan metal istehsalında istifadə edilən xammallardan boksidlər əsas yeri tuturlar. Boksidlərin ehtiyatı proqnoza görə 50 mlrd. ton, o cümlədən kəşf olunmuşu 20 mlrd. tondur. Ən böyük boksid yataqları Avstraliya, Qvineya, Braziliya, Venesuelada və Yamaykadadır. Boksid çıxarılması ildə 800 mln. ton təşkil edir.
Mis filizinin geoloji ehtiyatları 860 mln ton kəşfi məlum olan isə 450 mln tona bərabərdir. (Əsasən Hindistan, Zimbabve, Zambiya, Konqo, ABŞ, Rusiya, Kanada nəzərdə tutulur). İldə 8 mln ton çıxarılır.
Yer kürəsinin səthi 510 mln kvadrat km. təşkil edir. Bunun 149 mln kvadrat kilometri quru sahə, 361 mln kvadrat km-i isə dəniz və dəryalardır. Ümumi quru sahədən Arktika və Antarktikanın buzlu sahələrini çıxdıqdan sonra qalan torpaq sahəsi 134 mln kvadrat km təşkil edir. Torpaq sahəsinin 11%-i becərilən torpaq, 23%-i çəmənlik və biçənəklər, 33%-i az məhsuldar torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası, nəqliyyat xətləri və s. ibarətdir.
Hazırda cəmi kənd təsərrüfatına yararlı torpaq sahəsi 48.1 mln kvadrat km (4810 mln hektar)-dir. Bunun da 1340 mln hektarı becərilən (əkin) torpaq sahəsi, 3365 mln hektar isə çəmənlik və otlaqlardan ibarətdir. Cəmi torpaq fondunda əkinə yararlı sahənin xüsusi çəkisi – Hindistanda 57.1%, Polşada 46.9%, İtaliyada 40.3%, Fransada 35.3%, Almaniyada 33.9%, ABŞ-da 19.6%, Çində 10.3%, Rusiyada 7.8%, Avstraliyada 6%, Kanadada 4.9%, Misirdə 2.8%-dir.
Azərbaycanın ümumi torpaq sahəsi 8700 min hektardır. Bundan 4 mln hektarı kənd təssərrüfatına yararlı torpaq sahəsidir. Bunun da 32%-i əkin yeridir, 2 mln hektarı otlaqlardır.
Dünyada ildə orta hesabla 6-7 mln hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi erroziyaya uğrayır. 1.5 mln hektaradək şorlaşmaya məruz qalıb. Sənaye və nəqliyyat tikintisi altında da xeyli torpaq qalaraq kənd təsərrüfatı dövriyyəsindən çıxır.
Cəmi su ehtiyatı 1386 mln km3-dir. Su ehtiyatının 95.5%-i duzlu sudur, yalnız 2.5% içməli sudur. İçməli suyun əsasını çaylar təşkil edir – 47 min km3. Bunun da 50%-i ancaq istifadə edilir. Cəmi istifadə edilən suyun 69%-i kənd təsərrüfatının, 21%-i sənaye sahələrinin, 6%-i kommunal təsərrüfatı və su anbarlarının payına düşür. Su ehtiyatlarından istifadə edilməsi səviyyəsi Misirdə 97.1%, İsraildə 84.4%, Ukraynada 40%, İtaliyada 33.7%, Almaniyada 27.1%, Polşada 21.9%, ABŞ-da 18.9%, Türkiyədə 17.3%, Rusiyada 2.7%-dir.
Dünya üzrə olan meşə örtüyü 40.1 mln km2-dir. Bunun 8.1 mln km2-i Braziliyanın, 2.6 mln km2-i Kanadanın, 2.0 mln km2-i isə ABŞ ərazisindədir. Son 200 ildə meşə sahəsi 2 dəfə azalmışdır.

Yüklə 133,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin