Referat mövzu: Sumqayıt şəhərinin ekoloji problemləri və onun həlli yolları Fakültə: Uçot-iqtisad Qrup: 494



Yüklə 41,74 Kb.
səhifə5/7
tarix31.03.2023
ölçüsü41,74 Kb.
#91934
növüReferat
1   2   3   4   5   6   7
referat 323

b)Su hövzələrinin çirklənməsi-Sumqayıt əhalisi tərəfindən istifadə olunan suların 53,5 mln.m3-i Ceyranbatan suyu, 4,1 mln.m3-i şollar suyu 24,4 mln.m3-i dəniz suyudur.

Məişət məqsədləri üçün 51,5 mln.m3, istehsalat məqsədləri üçün isə 30,5 mln.m3 sudan istifadə olunur. Il ərzində cəmi 59,1 mln.m3 axıntı suları əmələ gəlir. Bu suların 31,7 mln.m3 təmizləyici qurğudan keçmiş 20,3 min.m3 təmizlənmədən çirkli halda, 24,3 min.m3 isə normativ təmiz adı altında faktiki çirkli halda dənizə axıdılmışdır. Müəssisələrin sənaye-axıntı sularından və yaşayış zonası ərazisindən Xəzər dənizinə cavabdehlərə qarşı müvafiq qaydada iqtisadi-inzibati sanksiyalar tədbiq olunmuş icra üçün məcburi göstərişlər verilmişdir.axıdılan 21 çıxışından aparılan 1222 sayda analizlərlə çirkləndiricilərin qatılığı müəyyənləşdirilmişdir. Açıq su hövzəsini çirkləndirən əsas mənbələr «SK», «SAM», «Üzvi Sintez», «Etilen Polietilen» zavodları və «STKŞII» müəssisəsinin xidmət etdiyi müxtəlif təyinatlı obyektlər olmuşdur. Su hövzəsinin çirkləndirilməsi müqabilində


Sumqayıtın sənaye müəssisələrinin nəzdində gücü 360 min m3/gün olan 21 LTQ və LTT mövcuddur. Lakin, müəssisələrdə istehsal sexlərinin əksəriyyəti işləmədiyindən həmin qurğuların da əksəriyyəti öz fəaliyyətini dayandırmışdır. «Üzvi Sintez» zavodu nəzdində olan rayonlararası təmizləyici qurğusu (gücü 182 min m3/gündür) uzun müddət fasiləsiz və əsaslı təmirsiz istismar olunduğundan tam qəza vəziyyətinə düşmüşdür.


Şəhərin əksər iri sənaye müəssisələrinin və yaşayış rayonunun çirkab sularını təmizləməli olan həmin qurğunun səmərəliliyi layihə imkanlarından xeyli aşağıdır.


«Azərkimya» Dövlət Şirkəti və «Üzvi Sintez» zavodu tərəfindən bir sıra təmir bərpa işləri aparılsada qurğunun qəza vəziyyətində istismarı davam edir. Şlamın çökdürücüyə müntəzəm ötürülməsi, xloraforun fəaliyyəti bioloji təmizləmənin tam aparılması təmin edilmədiyindən qurğunun dənizə çıxışında əsas çirkləndiricilərin qatılığı norma həddini müntəzəm olaraq aşır.


Şəhərdə sosial-ekoloji baxımdan ən aktual sayılan lakin, həllini tapmayan problemlərdən biri il ərzində yaşayış zonasında əmələ gələn çirkab sulardan təqribən 13 mln. m3-a qədər məişət-çirkab sularının heç bir təmizlənmə keçmədən birbaşa dənizə axıdılmasıdır. Bu səbəbdən şəhərə bilavasitə yaxın olan və çimərlik üçün çox əlverişli ola biləcək bir böyük ərazidə antisanitar vəziyyət yaramır. Hər il xəbərdarlıq və qadağa sankisayalarına baxmayaraq, həmin ərazidə xüsusilə yay aylarında hər gün minlərlə adam çimərlikdə istirahət edərək öz sağlamlığını təhlükə altında qoyur. Problemin həlli şəhərin yaşayış rayonu üçün ayrıca bioloji təmizləmə quruğusu tikilib istifadəyə verilməsi ilə həyata keçirilə bilər. Hazırda bioloji təmizləmə qurğusunun yerləşdirilməsi üçün torpaq sahəsi ayrılmış və maliyyə mənbəyi müəyyən edilmişdir.


Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramında nəzərdə tutulan «Sumqayıt şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması» tədbirinin tam həcmdə həyata keçirilməsi problemin kompleks həllinə imkan verir.
Şəhərdə son illər su təchizatı və kanalizasiya sistemində xeyli təmir bərpa işlərinin həyata keçirilməsi təmin edilmişdir.

Hazırda axarları Sumqayıtçaya çıxan Səthi Aktiv Maddələr və Sintez Kauçuk zavodlarının tullantı sularında (normativ təmiz-adı altında axıdılan) bir sıra çirkləndiricilərin (xlor, xlorid və sulfat turşular, neft məhsulları) qatılığı normalar həddini aşır.





Yüklə 41,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin