Referat mövzu: Sumqayıt şəhərinin ekoloji problemləri və onun həlli yolları Fakültə: Uçot-iqtisad Qrup: 494



Yüklə 41,74 Kb.
səhifə1/7
tarix31.03.2023
ölçüsü41,74 Kb.
#91934
növüReferat
  1   2   3   4   5   6   7
referat 323


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti


Kafedra: İqtisadi coğrafiya və təbiətdən istifadənin iqtisadiyyatı
REFERAT


Mövzu: Sumqayıt şəhərinin ekoloji problemləri və onun həlli yolları
Fakültə: Uçot-iqtisad
Qrup: 494
Tələbə: Cavid Həsənov
Müəllim: İlqar Xəlilov
Bakı-2008
Tərtib olunmuş plan:



  1. Sumqayıt şəhərinin yaranması və ekoloji vəziyyəti.

  2. Sumqayıt şəhərinin əsas ekoloji problemləri.

  3. Ətraf mühitin çirklənməsinin əsas mənbəyi olan Sumqayıt zavodları.

  4. Ekoloji problemlərin həlli.



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


1.Qalib Əhmədov,Beydulla Vəziroğlu.Sumqayıt və sumqayıtlılar.Bakı 2003
2. .”Sumqayıt Şəhər Bələdiyyəsi” jurnalı.Sumqayıt 2004
3.www.sumqayit-ih.gov.az Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi saytı
4.www.eco.gov.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı
5.www.trend.az informasiya agentliyi


1) Sumqayıt şəhərinin yaranması və ekoloji vəziyyəti

Sumqayıt şəhərinə şəhər statusu 1949-cu il 22 noyabr tarixində verilmişdir. Şəhərin indiki ərazisində ilkin məskunlaşma bizim eranın IX əsrinə təsadüf edir. Ərazidə dövlət tərəfindən mühafizə olunan o dövrə aid tarixi abidələr mövcuddur.


Sumqayıt şəhəri Abşeron yarımadasının şimalında, ölkə paytaxtı Bakı şəhərindən 25 km şimalda yerləşir. Ərazisi 108,6 kv km-dır. Şəhərin tərkibinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev və Corat qəsəbələri daxildir. Sumqayıt şəhərinin ölkənin digər rayon və şəhərləri, eləcə də xarici ölkələrlə Respublika əhəmiyyətli avtomobil və dəmir yolları ilə əlaqəsi vardır.


Şəhərin ərazisində tikinti materiallarının (kərpic, yüngül doldurucular) istehsalı üçün təbii ehtiyatlar vardır.Sumqayıt - Bakıdan sonra Xəzər sahillərində yerləşən ən böyük şəhər.

Öz potensialına görə respublikamızın ikinci sənaye səhəridir.Onun ölkə iqtisadiyyatında nəzərə çarpacaq xüsusi çəkisi vardır.Sumqayıt iri sənaye müəssisələrinə,tikinti təşkilatlarına,xidmət və mühəndis kommunikasiyalarına,mürəkkəb infrastrukturaya malikdir.


Bir zamanlar ona gənclik şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.


Sumqayıt Azərbaycan şəhərlərinin içində ən fəlakətli ətraf mühitə malikdir. Orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Aliminium zavodu şəhərin 2 km-də yerləşir və bu zəhərli maddələrin çox bir “payı” bu zavoda düşür. Bundan başqa Sumqayıt şəhərinin ekologiyasının pozulmasında “Kimyasənaye” İstehsal Birliyinin də çox böyük “əməyi” var. Sumqayıt yeganə şəhərdir ki, 3 müəsisəsi xlor buraxır. Nazirlər sovetinin 18 İyul 1991-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda heç bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin vaxtdan bəri “Sintezkauçuk” birliyində “EP-300”, “Üzvisintez” birliyində “Polimer-120” və başqa müəsisülür tikilib, istifadəyə verilmişdir. Bunlardan başqa şəhərin girəcəyində asfalt zavodu tikilib, istifadəyə verilmişdir. Təəsüflər olsun ki, bu və ya digər müəssisələr müvafiq orqanların (sanepidemistansiya, təbiətin mühafizə komitəsi və s.) icazəsi olmadan inşa olunmuşlar. Həmdə bu müəssisələrin tikildiyi zamanı layihələrdə böyük nöqsanlara yol verilmişdir. Havaya atılan zərərli maddələr külək vasitəsilə bütün şəhəri bürüyür. Bu baxışdan “İnşaatçılar” və “Kimyatikinti” yaşayış qəsəbələri daha pis vəziyyətə məruz qalırlar.


Sumqayıt şəhəri dünyanın ən gərgin ekoloji rayonlarından biri idi. Müəssisələrin yerləşdirilməsi, tikintisi, istismarı sahəsində planlaşdırmada nəzarətin təşkilində yol verilən çox saylı nöqsanlar bir sıra hallarda şəhərin dünyada analoqu olmayan ziyanlı texnologiyaların sınağı poliqonuna çevrilməsi ekoloji gərginliyi yaradan əsas səbəblərdən olmuşdur.


Şərti olaraq, Sumqayıtın Ekoloji həyatı tarixinin əsas üç mərhələsini qeyd etmək olar.





Yüklə 41,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin