Referat Mövzusu : Antisovet üsyanları Təhsilin səviyyəsi: Bakalavr


II Fəsil Sovet rejiminə qarşı üsyanlar



Yüklə 25,35 Kb.
səhifə3/3
tarix02.12.2022
ölçüsü25,35 Kb.
#71985
növüReferat
1   2   3
Şəfiyev Ramil Tarix

II Fəsil
Sovet rejiminə qarşı üsyanlar
Sovet işğal rejiminə qarşı ilk və ən böyük üsyan Gəncədə baş verdi. Bolşeviklər Gəncədəki Milli Ordu hissələrini ləğv etmək istəyirdilər. Əsgərlərimizin tərk-silah edilməsi haqqında qərar şəhərdə böyük narazılıqla qarşılandı. 1920-ci il mayın 25-də üsyan başlandı. Üsyanda Milli Ordu hissələri ilə yanaşı, Gəncə şəhərinin on min nəfərdən çox sakini də iştirak edirdi. Üsyana rəhbərlik etmək üçün Hərbi Şura yaradıldı. Şuraya Milli Ordunun generalları Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və başqaları daxil idilər. Üsyançılar ilk hücumla dəmir yolu stansiyasını ələ keçirdilər. Gəncə şəhərinin böyük bir hissəsi bir həftə üsyançıların nəzarəti altında qaldı. XI Ordunun rəhbərliyi üsyanı yatırmaq üçün digər bölgələrdən böyük qoşun birləşmələrini Gəncə ətrafına topladı. Ağır toplardan və zirehli qatarlardan da istifadə edib mayın 31-də düşmən Gəncə şəhəri üzərinə hücuma keçdi. Rus ordusuna çox güclü müqavimət göstərilsə də, qüvvələr nisbətinin qeyri-bərabərliyi üzündən üsyan yatırıldı. Xalq hərəkatı qan dəryasında boğuldu.
 Üsyan yatırılandan sonra Milli Ordunun çoxlu sayda yüksəkrütbəli zabiti, o cümlədən 12 generalı həbs edildi. Onlar Bakıya gətirilərək Nargin adasında qətlə yetirildilər. Azərbaycan ziyalılarından görkəmli maarif xadimi Firudin bəy Köçərli və minlərlə ziyalı XI Ordunun xüsusi şöbəsi tərəfindən güllələndilər. Gəncə şəhəri rus əsgərləri və onlarla əlbir olan ermənilər tərəfindən üç gün qarət edildi. On üç min nəfərdən çox dinc sakin qətlə yetirildi. Gəncə üsyanı sovet Rusiyasını bərk qorxuya saldı. Həmin dövrdə Azərbaycana çoxlu əlavə hərbi qüvvələr göndərildi.XI Ordunun xüsusi şöbəsinin Azərbaycanda fəaliyyəti ilə əlaqədar M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi. Pankratovun əmri fövqündə bir əmr yox idi”. XI Ordunun siyasi şöbəsinin rəisi olmuş bu amansız insanın başçılığı altında olan xüsusi şöbədə çoxlu sayda erməni millətindən olan daşnaklar fəaliyyət göstərirdilər. O zaman A.Mikoyan Azərbaycan xalqının düşmənlərinin mənəvi dayağına çevrilmişdi.
Bolşeviklərin Azərbaycan Milli Ordusuna qarşı olan etimadsızlığı getdikcə onun tamamilə ləğv olunması haqqında qəti qərarın verilməsinə gətirib çıxartdı. Milli Ordumuzun əsas hissəsi - Cavanşir, Ağdam, Tatar, Şəki süvari alayları, Bakı piyada alayı və iki topçu divizionu Qarabağ bölgəsində yerləşirdi. Erməni qiyamlarına və təcavüzünə qarşı yerləşdirilmiş bu qüvvələr qəzalarda XI Ordunun və bolşeviklərin yeni hakimiyyətinin yerli türk-müsəlman əhalisinə qarşı etdikləri özbaşınalığa biganə qalmır və onların qarşısını almağa çalışırdı. Bu isə böyük münaqişələrə gətirib çıxarırdı. Hərbi bölmələrin tərkibində altı min nəfərə qədər əsgər var idi. Əslində, bu hərbi hissələr Qarabağa tam nəzarət etməklə bolşevik hakimiyyətinin nüfuzunu heçə endirmişdilər. Buna görə də sovet Rusiyasının hərbi komandanlığı XI Ordunun Qarabağda olan hərbi hissələri qarşısında Azərbaycanın ordu bölmələrini tərk-silah etmək vəzifəsini qoymuşdu.
Azərbaycan ərazisində XI Ordunun hərbi hissələrinə qarşı ilk üsyan Qarabağın Tərtər bölgəsində başladı. 1920-ci il may ayının 21-də Tərtərdə olan XI Ordunun 32-ci piyada diviziyasının 282-ci alayı yerini XI Ordunun digər hissələrinə verərkən Azərbaycan Milli Ordusunun III Şəki süvari alayına məxsus atları aparmaq istəmişlər. Azərbaycanın milli qüvvələri müqavimət göstərmişlər. XI Ordunun döyüşçüləri top atəşindən istifadə edərək atları aparmağa çalışmışlar. Şəki III süvari alayı məcbur olub 32-ci piyada diviziyasının 282-ci alayının əsgərlərini qırmışdılar.Beləliklə, sovet rejiminə qarşı ikinci böyük üsyan 1920-ci il mayın 29-da Qarabağda başlanmışdı. XI Qızıl ordunun müdaxiləsi zamanı Milli Ordumuzun piyada və atlı alayları bu bölgəni öz nəzarətində saxlamaqda davam edirdi. Azərbaycan əsgərləri iyunun 5-də Tərtər, Ağdam və Şuşada savaşa girərək düşməni böyük tələfata uğratdılar. O zaman üsyana Nuru paşa başçılıq edirdi.Yuxarı Qarabağda daşnaklar rus ordusu ilə əlbir hərəkət edirdilər. Onlar vəziyyətdən istifadə edib əzəli Azərbaycan torpağı olan Qarabağı ələ keçirmək istəyirdilər. Şuşa əhalisini üsyana qaldıran səbəblərdən biri də bu idi. XI Qızıl ordunun II süvari korpusu və 32-ci atıcı diviziyasının hissələri iyunun 10-da Qarabağ üsyançıları üzərinə hücuma keçdilər. XI Ordunun hərbi hissələri Qarabağ üsyançılarının və Azərbaycan Milli Ordu əsgərlərinin müqavimətini ağır səhra topları və zirehli avtomaşınların köməyi ilə dağıdaraq Bərdəni və Tərtəri ələ keçirdilər. Əsgərlər geri çəkilməyə məcbur olan yerli əhaliyə amansız divan tutur, yol kənarında yerləşən bəylik kəndlərini yandırırdılar.Onlar Qarabağın Bərdə bölgəsində yerləşən Köçərli, Şahvəllər, İmirli, Tərtərin Sarıcalı, Qaraqoyunlu, Ağdamın Sarıcalı-Quzanlı kəndi ətrafında yerləşmiş Soflu, Aslanbəyli, Salahbəyli, Hüseynbəyli Sarıcalısı adlanan kəndlərini, Bərdə, Ağdam yoluna yaxın olan Qarvənd, Nəmirli kəndlərində olan abad bəy evlərini qarət edib yandırdılar. Azərbaycan Milli Ordusunun inadlı müqavimətinə baxmayaraq, XI Ordunun hərbi qüvvələri iyunun 11-də Ağdamı, iyunun 14-də Xankəndini və Şuşanı ələ keçirdilər. XI ordunun xüsusi şöbəsi və İnqilab Komitələri türk-müsəlman əhalisinə qarşı terrora keçərək Azərbaycan Milli Ordusunun 12 generalını, 27 polkovnik və podpolkovniki, 46 kapitan və ştabs-kapitanı, poruçik və podporuçik, 146 praporşik, 266 nəfər başqa hərbi işçiləri güllələmişlər. 1920-ci il aprel ayının 28-dən 1921-ci ilin avqustuna kimi Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdur.
Nəticə
Azərbaycanı işğal edən XI ordunun özbaşınalığına, soyğunçuluq və qəddarlığına qarşı xalq üsyanlarının və kəndli hərəkatının genişlənməsi tədqiq edildi. Burada sovet hakimiyyətinin səhv siyasətinə qarşı genişlənən kəndli hərəkatı milliazadlıq hərəkatının tərkib hissəsi, siyasi və konstitusiya hüquqlarını müdafiə edən ümumxalq hərəkatı idi. Hakimiyyəti ələ keçirən bolşeviklər xalqımıza qarşı ilk gündən bəri amansız oldular və qəbul etdikləri qərarların heç birini düzgün həyata keçirtmədilər. Belə zorakılıqlar nəinki Bakıda demək olar ki, Azərbaycanın bütün rayonlarında baş verdi və buda xalqın qəzəbinə , bu qəzəb isə öz növbəsində üsyana çevrilmiş oldu.
Xalq üsyan edərək Sovet rejimini yox etməyə çalışsada bu mümkün olmadı. 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam öldürüldü.
Sovet rejiminin əməkdaşları şübhələndikləri adamları terrorla aradan götürürdülər. Əhalidə saxlanılan silahlar toplanırdı. Sovet rejiminə qarşı ən adi hərəkətlərə görə amansız tədbirlər görülürdü. Bu baxımdan Bakı şəhər qarnizonu rəisinin iyunun 7-də imzaladığı əmr səciyyəvidir. Əmrin imzalanmasına səbəb kimi Abşeron yarımadasında qırmızı hərbçilərin əhali tərəfındən öldürülməsi, yaralanması, bəzilərinin isə itkin düşməsi göstərilirdi. 11-ci ordu komandanlığı bu hadisələri kütləvi üsyana xəbərdarlıq kimi qəbul edir və əhalinin narazılığını yerindəcə boğmağa çalışırdı. Ona görə, qarnizon rəisi Bakı kəndlərinin əhalisindən evlərində saxladıqları silahları təhvil verməyi tələb edirdi. Kənd sakinləri isə qarnizon rəhbərliyinin tələblərinin əksinə olaraq, özlərini qorumaq üçün saxladıqları silahları təhvil verməyə meyl göstərmirdilər. Belə olduqda, sakinlərdən 10 nəfər girov götürülmüş və bir neçə gündən sonra güllələnmişdilər. Lakin 11-ci ordu komandanlığının həyata keçirdiyi tədbirlər əhalinin narazılığını daha da artırdı.

Ədəbiyyat siyahısı

  1. Bakı Universitetinin xəbərləri SOVET HAKİMİYYƏTİ ORQANLARININ SƏHV SİYASƏTİNƏ QARŞI GENİŞLƏNƏN KƏNDLİ HƏRƏKATI № 2, 2014

  2. Xalq cəbhəsi məqalə Azərbaycanda sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar. 27 aprel 2017

  3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin P R E Z İ D E N T

K İ T A B X A N A S I- Sovetlər dövrü
Yüklə 25,35 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin