RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


Ərazi və ixtisaslaşdırılmış prokurorları



Yüklə 322,35 Kb.
səhifə34/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   130
Qanunlar — копия

Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir.

V I I I f ə s i l

NAXÇIVAN MUXTAR RESPUBLİKASI


M a d d ə 1 3 4 . Naxçıvan Muxtar Respublikasının statusu
I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. III.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

  1. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.

  2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının

Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası
Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

  1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.

M a d d ə 1 3 5 . Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi
I.Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.
II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası
Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunlar ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.
M a d d ə 1 3 6 . Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
M a d d ə 1 3 7 . Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.
II.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.
III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.
M a d d ə 1 3 8 . Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar I.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:

  1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;

  2. vergilər;

  3. Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri; 4) sosial təminat;

5) ətraf mühitin qorunması; 6) turizm;
7) səhiyyə, elm, mədəniyyət.
II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.
M a d d ə 1 3 9 . Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər I.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

  2. Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

  3. Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

  4. Naxçıvan Muxtar Respublikası Baş Nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi; 6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.
M a d d ə 1 4 0 . Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

    1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar


Yüklə 322,35 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin