RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI



Yüklə 322,35 Kb.
səhifə73/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   69   70   71   72   73   74   75   76   ...   130
Qanunlar — копия

KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI


Maddə 12. Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi


12.1.Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.
12.2.İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin
əmlakı barədə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.
Maddə 13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi
Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanları, yerli özünüidarəetmə orqanları və ya qurumlar tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilir.
Maddə 14. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.


Məlumat azadlığı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
M a d d ə 1 . Məlumat azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə,

Yüklə 322,35 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin