Maddə 12. Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi
12.1.Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir. 12.2.İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.
Maddə 13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlətorqanları,yerli özünüidarəetmə orqanları və ya qurumlar tərəfindən və yaxud müvafiq dövlətorqanlarının və ya digərşəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilir. Maddə 14. Qanunun qüvvəyə minməsi Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.
Məlumat azadlığı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
M a d d ə 1 . Məlumat azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə,