Sevil Mirhəsən qızı Ġsayeva 110
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 inkişaf etdirmək, doğma dilə maraq və məhəb-
bət tərbiyə etməkdən ibarətdir.
Elmlərin əsasını şüurlu mənimsətmək
üçün şagirdlərin elmi məfhumlara yiyələnməsi
çox vacibdir. Məfhum, adətən, hissi idrakı təşkil
edən təsəvvür, qavrayış və duyğular əsasında
yaranır, lakin məfhum abstrakt təfəkkürün bir
forması olmaqla hissi idrakdan fərqlənir. Əgər
hissi idrak formaları olan duyğu, qavrayış, tə-
fəkkür əşyaların yalnız xarici cəhətini əks etdi-
rirsə, məfhum onların daxili mühüm xüsusiyyət-
lərini əks etdirir. Belə ki, məfhum obyektiv ola-
raq ümumini əks etdirməklə yanaşı, müxtəlif
dillərdə danışan insanlar üçün ümumi şəkildə
əşya və hadisələrin mahiyyətini əks etdirir. Öy-
rənilmiş məfhumun şifahi və yazılı nitqə düzgün
tətbiqi əsas şərtdir. Daha doğrusu, nitq və orfo-
qrafik təcrübə öyrənilmiş qrammatik nəzəriyyə-
nin əhəmiyyətini dərk etməkdə şagirdə kömək
göstərir. Öyrənilənləri təcrübədə tətbiq etməyi
bacarmaq biliyin şüurlu mənimsənilməsini, şa-
girdin ümumi inkişafını göstərir.
Təlim prosesində ünsiyyət və mübadilə
vasitəsi olan dilin inkişafı müasir ədəbi dil nor-
malarının şüurlu dərk edilməsi ilə əmələ gələn
dil hadisələri asan başa düşülür, tələffüz və yazı
qaydaları mənimsənilir, ədəbi dilin ayrı-ayrı üs-
lub xüsusiyyətləri öyrənilir.
Müəllim Azərbaycan dili dərsində istifadə
edilən metod və həmin metoddan irəli gələn pri-
yom, yol və iş növlərindən düzgün şəkildə, ya-
radıcılıqla istifadə etməyi bacarmalıdır. Bunlar-
dan istifadə məqamlarını müəyyənləşdirmək, la-
zım gəldikdə birini digəri ilə əvəz etmək əsas
şərtlərdən biridir. Qrammatik çalışmalar dil ma-
terialını şüurlu mənimsətmək, şagirdlərə öz fi-
kirlərini həm şifahi, həm də yazılı nitqdə qram-
matik və üslubi cəhətdən düzgün və dəqiq ifadə
edə bilmək vərdişi aşılayır. Şagirdlərin belə vər-
dişə yiyələnməsi bu sahədə semantik işlərin
düzgün aparılması ilə yerinə yetirilə bilər.
Şagirdlərə orfoqrafik cəhətdən düzgün ya-
zı vərdişləri aşılamaq həm çətin, həm də şərəfli
vəzifədir, çünki düzgün yazı yazılı nitqin əsasını
təşkil edir. Əvvəlcədən yadda saxlamaq lazım-
dır ki, şagirdlərə düzgün, savadlı yazı vərdişləri
aşılamaq, onlara dilimizin orfoqrafik qaydaları-
nı mənimsətmək o qədər də asan məsələ deyil-
dir. Müəllim bu vəzifənin çətinliklərini əvvəlcə-
dən bilməli və bunlara qarşı təmkinlə mübarizə
aparmağı bacarmalıdır.
Yerli şivə ilə bağlı mənbələrə nəzər salaq.
Bəzi yerli şivələrdə bir sıra daha möhkəm qay-
dalar vardır ki, bunlar yazı təliminə, xüsusilə
bəzi sözlərin yazılışının öyrənilməsinə mənfi tə-
sir göstərir. Məsələn, Quba dialektində
qoyun əvəzinə
quyun, çoban əvəzinə
çuban deyilməsi
bu tipli sözlərin yazılışında çətinlik törədir. De-
məli, hər cür vərdiş kimi düzgün orfoqrafik vər-
diş də yalnız təmrinlərlə qazanıla bilər.
Azərbaycan dili orfoqrafiya qaydaları o
zaman daha şüurlu mənimsənilə və yadda qala
bilər ki, həmin qaydalar əlaqəlı şəkildə fonetika,
söz yaradıcılığı və morfologiya ilə bağlı şəkildə
mənimsənilmiş olsun. Məsələn, saitlərdən danı-
şarkən fonetikada saitlərin orfoepiya və orfoqra-
fiya qaydalarının öyrənilməsi həm bu qaydala-
rın anlaşılmasına, yaddaşda möhkəmlənməsinə
kömək edir, həm də saitlərin daha dərindən mə-
nimsənilməsi təmin olunur.
Yeri gəlmişkən qeyd etməliyik ki, hər han-
sı səs və ya sözün tələffüz qaydalarını – orfoepi-
yasını öyrədərkən, bunu həmin sözün orfoqrafi-
yası ilə yanaşı şəkildə apardıqda, həm də həmin
sözün orfoqrafiyasını öyrətmiş oluruq. Orfoqra-
fik cəhətdən düzgün yazı vərdişlərinə yiyələn-
məkdə dil dərslərində istifadə edilən müxtəlif ya-
zı işlərinin də müstəsna əhəmiyyəti vardır.
Bildiyimiz kimi, qrammatik çalışmaları
aparmaqda məqsəd verilmiş bilikləri möhkəm-
ləndirmək, faktlar, nümunələr toplamaq orfoqra-
fik vərdişləri möhkəmləndirmək, şifahi və yazılı
qrammatik bilikləri müstəqil surətdə tətbiq et-
mək bacarığını aşılamaqdır. Qrammatik çalış-
maların köməyi ilə şagirdlərin qazandıqları bi-
liklər möhkəmlənir, dərinləşir, eyni zamanda,
orfoqrafiya və nitq inkişafı sahəsində bir sıra
vərdişlər aşılanır. Məlumdur ki, çalışmalar fikri
əməliyyatın xarakterinə görə də müxtəlif olur.
Şagirdlərdən verilmiş söz və cümlələri analiz və
sintez etməyi, qarşılaşdırmağı, qruplaşdırıb təs-
nif etməyi tələb edən çalışmalardan da istifadə
olunmalıdır. Çalışmaların belə müxtəlifliyi on-
ların düzgün seçilməsinin sistemlə və ardıcıl
aparılmasını tələb edir. Çalışmalar üzrə aparılan
səmərəli işlər dərsin yüksək səviyyədə keçməsi-
nə, biliyin yaxşı mənimsənilməsinə və şagirdlə-
rin ümumi inkişafına qüvvətli təsir edir. Onu da
qeyd etmək lazımdır ki, aparılan qrammatik təh-