Research papers


Fonetika üzrə dil materiallarının öyrədilməsinə dair



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə133/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   129   130   131   132   133   134   135   136   ...   246
elmi-eserler-2022-2-cap

Fonetika üzrə dil materiallarının öyrədilməsinə dair 
109 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
baycan təhsil sisteminə gətirilməsinin təmin 
olunması sahəsində işlərin gücləndirilməsi tələb 
olunur [2]. 
Orta məktəblər cəmiyyət üçün vətəndaş 
yetişdirir. Universitetlər isə ölkənin hərtərəfli 
inkişaf etməsi, onun qorunması, beynəlxalq 
aləmdə nüfuzunun artırılması, əhalisinin sağ-
lamlığı, maariflənməsi və bu kimi işlərin həyata 
keçirilməsi üçün ixtisaslı kadrlar hazırlayır. Bu 
baxımdan bəşər mədəniyyətinin formalaşmasın-
da universitetlərin rolu danılmazdır. Bəli, uni-
versitetlərin formalaşmasının özü də yüksək 
mədəniyyətin olmasından xəbər verən amildir. 
Onu da qeyd etməliyik ki, hər bir cəmiyyətin 
hərtərəfli inkişafında təlim-tərbiyə ocaqları, xü-
susilə də universitetlər mühüm rol oynamışdır. 
Hazırda dünyanın ən güclü inkişaf etmiş ölkələ-
ri daha yaxşı inkişaf etmiş təhsil müəssisələrinə 
– universitetlərə sahibdirlər. Bu da məlumdur 
ki, sürətli inkişaf edən və dəyişən cəmiyyətləri 
təmsil edən ölkələrdə universitetlər istər hazırla-
dığı kadrları, istərsə də elmi-texniki nəticələri 
ilə cəmiyyətin fəaliyyət sahələrinin müəyyənləş-
məsinə və sürətinə ciddi təsir göstərir. Bu məna-
da məktəbdə ana dili təlimi yüksək nəzəri səviy-
yədə təşkil olunmalıdır. Bu yüksək səviyyə, ilk 
növbədə, dilçiliyin dil haqqında elmi müddəala-
rına uyğunluqla müəyyən edilir. 
Öyrənənlər bütün fənlər üzrə bilikləri də 
məhz bu dil vasitəsi ilə ifadə etməli, bu dil vasi-
təsi ilə başa düşməlidirlər. Əgər öyrənənlərə ve-
rilən bütün bilik və bacarıqlar ana dilinin yaddaş 
süzgəcindən keçməyəcəksə, onun daimiliyin-
dən, əbədiliyindən danışmağa dəyməz. Deməli, 
dil üzrə verilmiş məlumatların şüurlu mənimsə-
nilməsi mühüm şərtdir. Müəllimlər dərslərdə 
məzmun standartlarından çıxış edərək təlimin 
məqsədini, ona əsasən dərsin forma və üsulları-
nı, təlim tapşırıqlarını, qiymətləndirmə meyarla-
rını və vasitələrini müəyyənləşdirməli, tərtib et-
dikləri cari planı reallaşdırmağa nail olmalıdır-
lar. Dərslər bütün şagirdlərin təlimə fəal şəkildə 
cəlb edilməsi, onların idraki, ictimai və fiziki in-
kişafının təmin olunması və lazımi səviyyədə 
stimullaşdırılması baxımından təlimin təşkilinə 
verilən tələblərə cavab verməlidir. Müasir təlim-
də Azərbaycan dili üzrə nitq bacarıqlarının for-
malaşdırılması və inkişafının mətn üzrə iş əsa-
sında qurulduğunu nəzərə almaqla nitq situasi-
yalarında öyrənənlərə həm dil qaydalarına keçi-
di təmin etmək, həm də bu qaydaları real nitqə 
tətbiq etmək üçün mənimsətmək lazımdır. Məhz 
Azərbaycan dilinin əsas didaktik vəzifəsi öyrə-
nənlərin şifahi və yazılı nitq vərdişlərini inkişaf 
etdirməkdir. Bu səbəbdən ilk olaraq fonetika, 
leksikologiya, söz yaradıcılığı (derivatologiya), 
morfologiya, sintaksis üzrə proqrama daxil edi-
lən və mənimsədilən dil qaydalarının nitq inki-
şafı üçün praktik əhəmiyyəti nəzərə alınmalı, 
mövzunun tədrisinə ayrılan vaxtdan səmərəli is-
tifadə olunmalıdır. Bu istiqamətdə müəllimin 
əsas məqsədi öyrənənlərin lüğət ehtiyatını, ədə-
bi tələffüz, orfoqrafik yazı, cümlə qurmaq və s. 
vərdişlərini inkişaf etdirməkdir. 
Hər hansı bir xalqın dili ümumbəşər dili-
nin bir formasıdır. Dil də şüur kimi qədimdir. 
Belə ki, dil insanların bir-biri ilə zəruri olaraq 
ünsiyyətə girmək ehtiyacından yaranmışdır. De-
məli, dil və təfəkkür ictimai əməkdən yaranmış 
olan ictimai hadisədir; bir-birinə təsir göstərərək 
cəmiyyətin inkişafına xidmət edir. 
Hər bir xalqın özünəməxsus dili olduğu ki-
mi, hər insanın da özünəməxsus dil bacarığı, dil 
qabiliyyəti vardır. Bu dil bacarığını, dil qabiliy-
yətini onlara öyrədən məhz ailədə valideynlər, 
məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər, 
məktəbdə müəllimlər, sosial mühitdə ətrafındakı 
insanlardır. Müəllimin nitqi mütləq şəkildə ləhcə 
və şivələrdən fərqli olan ədəbi dilə yiyələnmək 
üçün şagirdlərə, tələbələrə nümunə olmalıdır. Be-
lə ki, ədəbi dil ümumxalq dilinin yüksək forması-
dır. Dilimiz dövlət sənədlərində, elm və sənət 
əsərlərində əsrin yüksək düşüncələrini təmsil 
edərək formalaşır, bədii əsərlərdə təkmilləşir
orta və ali məktəblərdə tədris edilir, cilalanır. 
Bütün xalqların ədəbi dilləri məhz belə 
meydana gəlmiş və inkişaf etmişdir.. 
Dil – faktları, arqumentləri, hissləri; ümu-
miyyətlə, iç dünya və kənar dünya haqqındakı 
informasiyanı ötürən verbal ötürücüdür. Dilçi 
alimlər şagirdlərin əqli inkişafında, nitqinin, əx-
laqi keyfiyyətlərin yaxşılaşdırılmasında ana dili 
təlimini əsas faktor, əsas amil kimi qiymətlən-
dirmişlər. 
Azərbaycan dili təliminin ən mühüm vəzi-
fəsi orfoqrafiya və durğu işarələri üzrə möhkəm 
vərdişlər aşılamaq, həmin vərdişlərin köməyi ilə 
onları qrammatik hadisələri şüurlu dərk etdir-
məyə alışdırmaq onlarda şifahi və yazılı nitqi 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin