Research papers


Azərbaycan dili dərslərində oyunlardan istifadənin əhəmiyyəti və tətbiqi yolları



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə129/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   125   126   127   128   129   130   131   132   ...   246
elmi-eserler-2022-2-cap

Azərbaycan dili dərslərində oyunlardan istifadənin əhəmiyyəti və tətbiqi yolları 
107 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
dən sonra səbətlərdəki rəsmli, rəngli şəkillər 
lövhədə pazl formasında birləşdirilir. Əgər söz-
lər düzgün seçilibsə, rəsm tam alınacaq və ko-
manda qalib olacaq. Bu oyunu biz Azərbaycan 
dili dərsinin tədqiqatın aparılması mərhələsində 
müxtəlif dil qaydalarının öyrədilməsində istifa-
də etməklə, maksimum 15 dəqiqə vaxt sərf edə 
bilərik. Amma oyunları sadə oyun formasında 
keçiririksə, 5 dəqiqə vaxtla kifayətlənmək olar. 
Eyni zamanda, oyun diqqəti hafizə proseslərini 
qüvvətləndirir, həmçinin şagirdlərdə aktiv şəkil-
də analizetmə və nəticəyəgəlmə funksiyasını ye-
rinə yetirir. 
Görürük ki, Azərbaycan dili dərslərində 
oyunlardan istifadə şagirdlərin bu texnologiyaya 
olan tələbatını göstərir. İstifadə olunan texnologi-
yaya müsbət münasibət yaradır. Oyunlarla keçiri-
lən dərs digər dərs formalarından daha səmərəli 
nəticə verir. Azərbaycan dilinin tədrisində inter-
aktiv texnologiya kimi oyun metodu tədris prose-
sində daha geniş şəkildə, üstəlik, sistemli şəkildə 
deyil, ayrı-ayrılıqda tətbiq edilməlidir. Yalnız 
müxtəlif oyun vəziyyətlərinin sistemli məqsəd-
yönlü istifadəsi həm uşağın şəxsiyyətinin əsas 
keyfiyyətlərinin dəyişdirilməsində, həm də təhsil 
fəaliyyətinin səmərəliliyində və ümumiyyətlə
öyrənmədə müəyyən nəticələr verə bilər. 
Problemin aktuallığı 
ondan ibarətdir ki, 
müasir cəmiyyətin mövcud standartları məktəbdən 
müxtəlif kompotensiyalara malik şagird yetişdiril-
məsini tələb edir. Ona görə də təlim prosesinin sə-
mərəli nəticə verməsi üçün dərs prosesində müxtəlif 
metod və texnikalardan istifadə edilməsi zəruridir. 
Bu texnikalardan biri də oyun texnikasıdır ki, məqa-
lədə oyunların məqsədi, növləri, keçirilmə qaydala-
rına diqqət yetirilib. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin