Tamilə Oqtay qızı Həsənova 136
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 rılmaz hissəsidir” başlıqlı və Milli Akademiya-
nın İnsan Hüquqları İnstitutunun Ekspert Şurası
tərəfindən qəbul edilmiş bu sənəd 19 fevral
2002-ci il tarixində Azərbaycan Elmləri, Azər-
baycan Respublikasının Milli Məclisinə, Türki-
yə, Gürcüstan, Rusiya və digər dövlətlərin par-
lamentlərinə, BMT-nin İnsan Hüquqları üzrə
Ali Komissarı, Parlament Assambleyası kimi
beynəlxalq təşkilatlara göndərilmişdir.
Ermənistanın təcavüzkar siyasətinə tabe
olan bir milyondan çox insan çətin şəraitdə ya-
şamış, çadır şəhərciklərində, yığma evlərdə, yük
vaqonlarında və yaşamaq üçün uyğun olmayan
digər yerlərdə sığınacaq tapmışdılar.
Ermənistan dövləti BMT Təhlükəsizlik Şu-
rasının 1993-cü ilin aprel ayında 822, iyul ayında
853, oktyabrda 874 və noyabrda 884 saylı Azər-
baycan Respublikası ərazilərinin Ermənistan or-
dusu tərəfindən işğalı ilə əlaqədar qəbul etdiyi
qətnamələrə, bununla beynəlxalq ictimaiyyəti
görməməzlikdən gəlmişdir [16, s. 44].
Qarabağ probleminin ədalətli həlli üçün
Azərbaycan dövlətinin tutduğu ardıcıl, prinsipi-
al və qətiyyətli siyasi xətt, Azərbaycan Respub-
likasının konstruktiv mövqeyi dünya dövlətləri-
nə yaxşı məlum olmuşdur. Problemin sülh və
danışıqlar yolu ilə həll edilməsinin əsas istiqa-
mətləri 1996-cı ilin dekabrında ATƏT-in Lissa-
bon zirvəsində dünyanın 53 dövləti tərəfindən
təsdiqlənmiş və dəstəklənmişdir.
Nəzərə alınmalıdır ki, insanlar eyni plane-
tin sakinidir və bu ortaq ev ölüm və qanla təhdid
edənlərə qarşı qətiyyətli və birgə mübarizə apa-
rılmalıdır. 21-ci əsrə xoşbəxtliklə daxil olan xalq-
ların adından, ədalət naminə, ən yüksək insani is-
təklərin təntənəsi naminə, dövlətlər, dünya parla-
mentləri, beynəlxalq təşkilatların bərpa olunma-
sına dəstək verəcəyinə Azərbaycan hər zaman
inanmışdır. Qarabağ probleminin sülh və danı-
şıqlar yolu ilə həll olunmasının tərəfdarları ola-
raq, dövlətlərin, dünya parlamentlərinin, beynəl-
xalq təşkilatların birgə səyləri nəticəsində Azər-
baycan Respublikasının ərazi bütövlüyünün tə-
min olunacağına bir daha əmin olduğunu bildirir.
28 May 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti qurulduqdan sonra 31 Mart 1918-ci
il hadisələrinə xüsusi diqqət yetirildi və 15 iyul
1918-ci ildə Nazirlər Şurası faciəni araşdırmaq
üçün fövqəladə bir “İstintaq Komissiyası” yarat-
mağa qərar verdi. Komissiya mart soyqırımı, ilk
mərhələdə Şamaxı şəhərindəki təqiblər və İrəvan
quberniyasında ermənilərin törətdikləri ağır cina-
yətlərin istintaqı ilə başladı. Bu həqiqətləri dünya
ictimaiyyətinə çatdırmaq üçün 1918-ci ilin iyul
ayında Azərbaycan Respublikası Xarici İşlər Na-
zirliyinin tərkibində xüsusi bir qurum yaradıldı.
Qeyd edilməlidir ki, bu, əslində bir əsrdən
çox davam edən azərbaycanlıların soyqırımına
və torpaqlarımızın işğalına qarşı siyasi qiymət
vermək üçün tarixdə ilk cəhd idi. Lakin 1920-ci
ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti-
nin dağılmasından sonra 31 Mart Soyqırımı İs-
tintaq Komissiyası və Azərbaycan Respublikası-
nın Xarici İşlər Nazirliyi yanında xüsusi bir qu-
rum faktları dünya ictimaiyyətinə çatdırmaq
üçün yaradıldı. Beləliklə, ermənilər və bolşevik-
lər tərəfindən düzgün bir siyasi və hüquqi qiy-
mətləndirmənin beynəlxalq aləmdəki həqiqətləri
ortaya qoymasının qarşısı alındı. Ermənilər və
bolşeviklər tərəfindən Azərbaycan mülki vətən-
daşlarına qarşı törədilən soyqırım 30 mart-2 ap-
rel 1918-ci il tarixləri arasında törədilmişdir [2].
Ermənilər və bolşeviklər tərəfindən Azər-
baycanda və Ermənistanda yaşayan azərbaycan-
lılara qarşı törədilən soyqırımı nəticəsində həya-
tını itirənlərin sayı sağdakı cədvəldə göstərilir: